Energetika sahəsində davamlı olaraq elmi araşdırmalara ehtiyac var

 

Hüseyn Hüseynov: “Qloballaşma prosesində dünya elminə verdiyimiz töhfə qədər də aldığımız qazanclarımız olacaq

Hazırda gənc alimlərimiz bir çox sahədə, o cümlədən energetika sahəsində elmi araşdırmalar aparırlar. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun böyük elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov da energetika sahəsində araşdırmalar aparır. Qeyd edək ki, H.Hüseynov apardığı elmi-tədqiqat işlərini daha genişmiqyaslı formada həyata keçirərək Prezident yanında Elmin İnkişafı Fondunun Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin qalibi, Prezident yanında Elmin İnkişafı Fondunun 5-ci mobil qrant layihəsinin qalibi olaraq tədqiqat sahəsində müəyyən uğurlar əldə edib. O, həmçinin 2012-ci il üzrə Gənclər və İdman Nazirliyinin təsis etdiyi Elm və təhsil nominasiyası üzrə “Gənclər Mükafatı Laureatı”nın qalibi seçilib. Bundan başqa, H.Hüseynov gənc alim olaraq bir çox elmi müsabiqələrin də qalibi olub. H.Hüseynov davamlı olaraq uzun illər ərzində energetikanın fiziki-texniki problemləri üzrə elmi-tədqiqat işləri yerinə yetirərək, enerji sistemlərinin etibarlı, dayanıqlı istismarına xidmət edən silsilə elmi nəticələr əldə edib. Tədqiqatların nəticələri əsasında mötəbər elmi jurnallarda 25 elmi əsəri dərc edilib və 1 Patentin müəllifidir. O, onlarla beynəlxalq elmi konfranslarda (Norveç, Kipr, Moskva, Rusiya, Türkiyə, İran, Ruminiyas.) elmi-tədqiqat işlərinin nəticələri haqqında məruzələr edibsertifikatlar alıb. 2012-ci ildə Rusiya Federasiyasının Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi-praktik ezamiyyətdə olub. 2008-ci ildə “World Federation of Scientistsmərkəzinə təqdim etdiyi elmi layihəsi mərkəzin “National Scholarship Programme”də təqaüdə layiq görülüb sonda diplomla təltif olunub.

-Gənc alimlərin elmi araşdırmaları üçün əsas motivasiya nədir?

- Bu gün qloballaşan dünyada hər bir ölkə bu ya digər formada qloballaşmaya öz töhfəsini verməkdədir. Burada, əsasən, elmi potensiallı ölkələr ilk sırada yer tutur. Yəni elmi inkişafın güclü olduğu ölkələr dünya düzənində böyük çəkiyə malikdir. Buna görə hər bir elm sahəsinin inkişafına dövlət olaraq xüsusi diqqət yetirilməlidir. Azərbaycanda elmi potensiallı kadrların çox olduğunu nəzərə alsaq bizim qloballaşma prosesində dünya elminə verdiyimiz töhfə qədər aldığımız qazanclarımız olacaq. Məhz bu səbəbdən dünya miqyasında gedən ekoloji, bioloji digər fundamental elm sahələri üzrə problematikanın incələnməsi sayəsində azərbaycanlı gənc elmi araşdırmaçılar üçün mükəmməl motivasiyalar yaranmış olar. Elmin vətəni, məkanı olmaz. Bu prinsipi əldə rəhbər tutan hər bir gənc araşdırmaçı üçün dünyanın dörd yanına getmək imkanında da bir sərbəstlik vardır ki, bundan da elmi araşdırmaçılar yararlanmalıdırlar.

-Energetika sahəsində hansı elmi araşdırmaların edilməsinə ehtiyac var?

-Hazırda, dünya ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da alternativ bərpa olunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində yüksək səviyyədə elmi araşdırmalara ehtiyac var. Bu gün dünyada neftdən asılılığın azaldılması istiqamətində dövlət proqramları həyata keçirilməkdədir. Bu baxımdanAzərbaycan Respublikasında alternativ bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramıqəbul edilmiş, bu işlərlə bilavasitə məşğul olan Alternativ bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi yaradılıb ölkənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb.

Enerjiyə olan tələbatın getdikcə artması, ətraf mühitin qorunması baxımından təmiz enerji mənbələrindən istifadə edilməsi müasir zamanda böyük maraq doğuran mühüm problemlərdən biridir. İqtisadi proqnozlar göstərir ki, 21-ci əsrin ortalarında enerji istehlakı bütün 20-ci əsr boyu işlədilmiş enerjidən 15 dəfə çox olacaq. Bu isə planetimizin mümkün olan maye bərk yanacaq ehtiyatlarının təqribən 80 faizindən istifadə olunmasını tələb edir.

Bəşəriyyət artıq bu gün iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz enerji mənbələrinin axtarılmasına başlayıb. Məqsəd enerjiyə qənaət, ətraf mühitin çox çirklənməsinin qarşısını almaq, atmosferə karbon kükürd qazlarının son dərəcə az buraxılmasına nail olmaqdır. Təmiz enerji mənbələri olan Külək Günəş enerjisi dünya energetikasında getdikcə dayanıqlı mövqe tutur. Bu enerji növlərinin diqqəti cəlb etməsinin bir sıra səbəbləri var. Planetimizin hər nöqtəsində əlçatandır. Ekoloji təmiz milyon illərlə tükənməyəcək enerji mənbələridir, həmin enerjilərdən istifadə ətraf mühitə neqativ təsir göstərmir.

-Siz bu istiqamətdə hansı işlər görübsüz?

-Qeyd etmək istəyirəm ki, bizim tərəfimizdən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə Türkiyə Respublikasında İstanbul Texnik UniversitetininMühəndislikbölümünün əməkdaşları ilə dəniz şəraitində alternativ bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, külək enerji çeviricilərinin istifadə olunması, müvafiq qurğuların dəniz şəraitində istismarının texniki-iqtisadi səmərəliliyi, elmi əsaslarının işlənilməsi, Xəzər dənizi misalında külək qurğularının yerləşdirilməsinin məqsədəuyğunluğunu təmin edən parametrlərin araşdırılması mövzu ətrafında olan digər fiziki, metroloji ekoloji məsələlərin geniş davamiyyətli müzakirələri yerinə yetirilib. Görüş zamanı Türkiyə Respublikasında külək turbinlərinin səmərəli istifadəsi üçün seçilmiş metodların, texniki göstəricilərinin turbin istesalçısı olan şirkətlərin istisadi səmərəliliyi müzakirə olunmuşdur.

Baxmayaraq ki, bu sahələrin özündə təhlükəsizlik baxımından müəyyən problemlər var, indiyədək bu enerji növlərindən istifadə Avropa ölkələrində (Almaniya, İspaniya, Danimarka) digər ölkələrdə dinamik inkişaf edir. Bu ölkələrdə külək elektrik stansiyalarının işləməsi ilə əlaqədar baş verən bəzi problemləri aradan qaldırmaq mümkün olub. Belə ki, yel çarxlarının fırlanma sürətini seçmək pərlərin profillərini təkmilləşdirmək yolu ilə səs-küy səviyyəsi vibrasiyaları azalıb. Dünya praktikasında gələcəkdə külək qurğularından istifadə edilməsi küləyin orta sürətinin 5 m/s-dən böyük 25 m/s-dən kiçik intervalında olması qəbul edilib.

Külək Günəş enerjilərindən istifadə edilməsi üçün respublikamızın təbii potensial imkanları da böyükdür. Belə ki, Abşeron yarımadasında külək enerjisinin texniki potensialı 3000 mVt-a bərabərdir. Ölkədə alternativ energetikanın inkişafı üzrə tədbirlər çərçivəsində artıq külək kadastrı da yaradılıb.

Qeyd etmək lazımdır ki, hesablamalara görə Abşeronda küləyin miqdarı ildə 270 gün, orta sürəti 6/7 m/s, respublikada günəşli günlər isə 2500 saata bərabərdir. Azərbaycanda Günəş küləyin enerjisi bol olduğu üçün bu enerjilərdən istifadə etməklə gələcəkdə elektrik stansiyalarının qurulması labüddür.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının düzənlik dağətəyi əraziləri Günəş işığının bolluğu ilə fərqlənir. Kür-Araz ovalığı, Abşeron yarımadası digər düzənlik dağətəyi ərazilərdə Günəş parıltılı saatların illik miqdarı 2200/2400 saat, Naxçıvan MR-in Arazboyu düzənliklərində isə 2600/2800 saatdır. Orta dağlıq zonada buludluluğun artması nəticəsində isə 3200 saatdır.

Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da Orta Asiya ölkələrində 800/2000 saat, Azərbaycanda isə 2800/3200 saatdır.

Qeyd etmək lazımdır ki, Günəş qurğularının effektivliyi ölkənin təbii iqlim şəraitindən coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən Günəş enerjisinin miqdarı ABŞ-da 1500/2000 kWts, Rusiyada 800/1600 kWts, Fransada 1200/1400 kWts, Çində 1800/2000 kWts Azərbaycanda 1800/2350 kWts təşkil edir.

Göründüyü kimi, Azərbaycan ərazisinə düşən Günəş saatlarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da Günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

Göstərilən məsələ ildə 225 gün 15,0-20 m/san küləklərəsən, ayrı-ayrı hallarda tufan olan Abşeron Xəzər dənizi Sahilyanı zolağı üçün tamamilə məqsədəuyğundur.

Bu baxımdan düşünürəm ki, energetika sahəsində davamlı olaraq elmi araşdırmaların edilməsinə ehtiyac var bu gün respublikamızda bu araşdırmalar yüksək səviyyədə yerinə yetirilir.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-11 noyabr.-S.11.