“Ədəbiyyatımızın vicdanı”

 

Kitabda akademik Məmməd Arif Dadaşzadənin yaradıcılığı əks olunur

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş “Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr. Məktublar” kitabı çap olunub.

KitabAkademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2015-ci il tarixli Sərəncamı ilə açılır. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müdriklikmüasirlik” adlı geniş həcmli məqaləsində görkəmli alimin həyatı, yaradıcılığı, ədəbiyyatşünaslıq elmi sahəsində tədqiqatları barədə ətraflı məlumat verilir. Akademik Məmməd Arif Dadaşzadəni “görkəmli alimböyük şəxsiyyət” kimi səciyyələndirən akademik İsa Həbibbəyli yazır: “Müdriklikmüasirlik Məmməd Arif Dadaşzadənin həyatının və fəaliyyətinin, elmə, ədəbiyyata, sənətə, zamanainsanlara münasibətinin bütün mahiyyətini özündə cəmləşdirir. Belə düşünürük ki, seçdiyiArif” təxəllüsü də təsadüfi olmayıb, onun müdrikliyə, təfəkkürə, müasirliyə ağırlıq verdiyini göstərən ən əhəmiyyətli faktlardan biridir.”

Kitab Azərbaycan ədəbiyyatşünaslığı və ədəbi tənqidinin yaradıcılarından biri, pedaqoq, tərcüməçi, ictimai xadim, akademik, əməkdar elm xadimi, Azərbayvan Respublikasının Dövlət mükafatı laureatı Məmməd Arif Dadaşzadənin (1904-1975) çoxşaxəli fəaliyyətinin və həyatının ayrı-ayrı səhifələrini əks etdirir. Burada Məmməd Arif haqqında müxtəlif illərdə dövri mətbuatda, elmi toplujurnallarda dərc olunmuş məqalələr, habelə alimə ünvanlanan çoxsaylı məktubların bir hissəsi ilk dəfə olaraq yer alıb. Mirzə İbrahimov, Mir Cəlal, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev, Şirməmməd Hüseynovbir çox digər alim, ədəbiyyatşünas, şair və yazıçıların məqalələrində görkəmli alimin yaradıcılığı təhlil edilir, xatirələri canlandırılır.

Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanmış elmi nəşrdə Məmməd Arif Dadaşzadəyə ünvanlanan məktub, teleqram, təbriklərlə yanaşı, alimin həyatının müxtəlif anlarını özündə əks etdirən nadir fotoşəkillər də verilib.

Elm” nəşriyyatında işıq üzü görmüş “Ədəbiyyatımızın vicdanı. Məmməd Arif Dadaşzadə. Məqalələr. Xatirələr. Məktublar” əsərinin ön sözünün müəllifi akademik İsa Həbibbəyli, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə, redaktoru professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadədir.

 

Palitra.-2015.-12 noyabr.-S.13.