BANM-in tələbəsi, Prezident təqaüdçüsü İsmət Ağayev: “Buradakı təhsil öz obyektivliyi ilə seçilir

 

“Rəqabət tələbənin uğur əldə etməsinə sövq edir

 

XXI əsr “bilik iqtisadiyyatı” əsri adlandırılır. Yaşadığımız dövrdə yüksək dəyərə malik yeni məhsulların yaradılması üçün həlledici amil olan insan kapitalının inkişafı ön plana çəkilir. Ölkələr arasında rəqabət təbii resurslara sahib olmaq üzərindən tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir. Ölkəmizdə də təhsilin inkişafı istiqamətində bir sıra addımlar atılır. Son tədbirlərdən biri kimi 2013-cü ildə təsdiq olunmuş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Ümumiyyətlə, təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən biri orta təhsil səviyyəsinin daha da gücləndirilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ilin məzunlarının orta balı isə əvvəlki ilə nisbətən 22 bal artaraq 250 bal təşkil edib. Əgər 500 və daha yuxarı bal toplayan abituriyentlərin xüsusi çəkisi 2012-ci ildə 4,8 faiz təşkil edirdisə, bu il həmin göstərici 7,6 faiz olub. Təhsilin keyfiyyətini yüksəltmək, gənclərin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə bir sıra addımların da reallaşdırılması nəzərdə tutulur. Belə ki, cari ilin sonunadək Təhsil Nazirliyinin təşəbbüsü və tabeliyində olan 11 ali təhsil müəssisəsinin iştirakı ilə dövlət büdcəsindən vəsait cəlb edilmədən Maarifçi Fondu yaradılacaq. Həmin Fond vasitəsilə tələbələrə uzunmüddətli təhsil kredit və qrantlarının verilməsinə başlanılacaq.

Bu istiqamətdə digər bir addım kimi Prezidentinin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilib. ərəncama müvafiq olaraq aliorta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək. Ölkə başçısının imzaladığı bu sənəd Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa və gənclərin sosial müdafiəsini daha da gücləndirməyə xidmət edir. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq birinci yarımildən sonra tələbənin dövlət sifarişiya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək. Sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar aradında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə və müvafiq olaraq keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaq.

“Əlaçı” təqaüdü verilən tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır

Semestr nəticələrinə görə fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü verilir. Bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır”. Bunu Təhsil Nazirliyinin Elmali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov “Doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması” haqqında Prezident İlham Əliyevin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında edilən dəyişikləri şərh edərkən deyib. O bildirib ki, semestr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü verilir. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100, digər fənlərdən isə 71 baldan az olmamalıdır: “Semesrtr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir: bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 51 baldan az olmamalıdır. Bu zaman tələbənin azı bir fəndən akademik göstəricisi 51-70 bal olmalıdır”. S. Gözəlov qeyd edib ki, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələr birinci semestr ərzində “adi”, 500-600 bal toplayanlara “həvəsləndirici”, 600-dən çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir: “V ixtisas qrupu üzrə 80 və daha çox bal toplayan və dövlət sifarişinə qəbul olunan tələbələrə “əlaçı” təqaüdü verilir”.

S. Gözəlov onu da qeyd edib ki, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semestr ərzində “adi” təqaüd, 112 və daha çox balla qəbul olunanlara isə “əlaçı” təqaüdü verilir.

Müsahibimiz İsmət Ağayev 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.

Ağayev İsmət Fabil oğlu 1998-ci ildə Quba rayonunun Çağacıq kəndində anadan olub. O, orta təhsilini bir neçə orta ümumtəhsil məktəbində alıb. Belə ki, İsmət Ağayev 2004-cü ildə Çağacıq kənd ibtidai məktəbinə, 2008-ci ildə Paşa-oba kənd orta məktəbinə daxil olub. O, təhsilini 2010-cu ildə Quba Özəl Türk Liseyində davam etdirib. İsmət Ağayev 2015-ci ildə Quba Texniki Təmayüllü Liseyinin Eksperimental Pilot Sinifləri məktəbini bitirib. O, 2013-cü ildə Respublika Fənn olimpiadasında “Riyaziyyat” fənni üzrə gümüş medal, həmin il Türkiyədə keçirilən 17-ci Azyaşlıların Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, 2014-cü ildə Qazaxıstanda keçirilən 10-cu Beynəlxalq Jautikov Olimpiadasında həvəsləndirici mükafat, Respublika fənn olimpiadasındaRiyaziyyat” fənni üzrə bürünc medal, Bolqarıstanda keçirilən 31-ci Balkan Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat, Cənubi Afrika Respublikasında keçirilən 55-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat, 2015-ci ildə Respublika fənn olimpiadasında qızıl medal alaraq “Birincilər birincisi” adını qazanıb. O, həmin il Yunanıstanda keçirilən 32-ci Balkan Riyaziyyat Olimpiadasında bürünc medal alıb. İsmət Ağayev 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.

-İsmət, sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?

- Sınaq imtahanlarının ikisində iştirak edib, uyğun olaraq 565 və 649 bal yığmışam. Üçüncüdördüncü sınaq imtahanları keçirilən zaman respublika və beynəlxalq fənn olimpiadalarında olduğum üçün iştirak edə bilməmişəm. Özümə inamım tam idi. Əlbəttə, yaxınlarım da mənə inanır, məni ruhlandırırdılar.

- Niyə məhz BANM-i seçdinbu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

-Mühəndisliyə həvəsim böyük olduğundanbu Ali Məktəbin perspektivli ali təhsil ocağı olması mənim seçimimdə əsas faktor oldu. BANM dörd il bundan oncə fəaliyyətə başlamasına baxmayaraq, hər il reytinq cədvəlində ilk sıralarda yer alır. Bu göstərici də seçimimin səbəblərindən biridir.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə məsləhətim odur ki, hədəfləri olsun və “Mən buna nail ola bilərəm” deməyi bacarsınlar. Buradakı təhsil öz obyektivliyi ilə seçilir. BANM-də yalnız yüksək bal toplayanlar təhsil aldığından rəqabət də güclüdür. Rəqabət də tələbənin uğur əldə etməsinə sövq edir.

- Özünü gələcəkdə harada görürsən?

- Özümü gələcəkdə peşəkar mühəndis kimi görürəm. Təbii ki, buna nail olmaq üçün nə lazımdırsa edəcəm. Arzum SOCAR-da mühəndis olmaqdır.

- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı məşğuliyyətlərin və hobbin var?

- Boş vaxtlarımda televizora baxmağı, internetdən qeyri-adi məlumatları öyrənməyi xoşlayıram. Hobbim futbol oynamaqdır. Futbol mənim uşaqlıqdan sevdiyim və məşğul olduğum idman oyunudur. Daim dünya futbolu ilə bağlı nəticələri izləyirəm.

- Humanitar fənlərə və ədəbiyyata marağın varmı?

- Dəqiq elmləri sevsəm də, humanitar fənlərə də marağım var. Nəsr əsərlərinə nisbətən daha çox nəzm əsərləri diqqətimi cəlb edir.

Nigar Abdullayeva

 

Palitra.-2015.-12 noyabr.-S.11.