Elmi-tədqiqat institutlarındakı laboratoriyalar daha da təkmilləşməlidir

 

Vüsalə Xəlilova: “Elmi mərkəzlərdə müasir təcrübələr ixtisasartırma ezamiyyətlərinə daha çox gənclər cəlb olunmalıdır

 

Layihə çərçivəsində müsahibimiz AMEA-nın elmi işçisi Vüsalə Xəlilzadədir.

 

-Öncə özünüzü təqdim edərdiniz aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

-              Mən - Vüsalə Cavanşir qızı Xəlilzadə, 1979-cü ilin soyuq payız günündə - 13 noyabrda Azərbaycanın dilbər güşələrindən olan gözəl Gəncə şəhərində ziyalı ailəsində dünyaya göz açmışam. İlk təhsilimi Bakı şəhərində 83 saylı məktəb-liseydə, ali təhsilimi isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində almışam. 1997-2001-ci illərdə bakalavr, 2001-2003-cü illərdə isə mikrobiologiya ixtisası üzrə fərqlənmə diplomu ilə magistr pilləsini bitirmişəm. 2004-cü ilin yanvarında AMEA-nın Mikrobiologiya İnstitutunda Su mikrobiologiyası laboratoriyasında böyük laborant vəzifəsinə işə qəbul olunmuşam həmin ildə M.Ə.Sabir adına Azərbaycan Dovlət Pedaqoji Kollecində pedaqoji fəaliyyətə başlamışam. 2008-ci ilin may ayında Biokimya laboratoriyasında kiçik elmi işçi vəzifəsinə keçmişəm, 2014-cü ilin yanvar ayından hal-hazıra kimi elmi işçi vəzifəsində çalışıram. Elmi fəaliyyətimə 2008-ci ildə dissertant olaraq başladım. Mikrobiologiya ixtisası üzrə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçünKsilolotrof göbələklərin hidrolitik fermentlərinin katalitik aktivliyinin bəzi kinetik xüsusiyyətlərimövzusunda dissertasiya işinə başladım 29 sentyabr 2014-cü ildə uğurla müdafiə etdim. Bu elmi istiqamətdə 21 elmi əsərim həm yerli, həm xarici jurnallarda dərc edilmiş nüfuzlu elmi konfranslarda məruzə etmişəm. Bizim Mikrobiologiya İnstitutumuzun Gənc Alim Mütəxəssislər Şurasınn sədriyəm. 1 övladım var.

-Təhsil aldığınız ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

- Təhsil aldığım Bakı Dövlət Universiteti Respublikamızın aparıcı təhsil müəssisələrindəndir, nəinki respublikamızda, eyni zamanda xarici ölkələrdə tanınır. Tədqiqat apardığım AMEA-nın Mikrobiologiya İnstitutu da Akademiyanın aparıcı müəssisələrindən biridir. Bu baxımdan tədqiqat apardığım sahə barəsində , əslində, çox şeyləri bildirmək olar. Şəxsən bir elmi tədqiqatçı kimi mənim üçün mikrobiologiya sahəsi çox aktual, maraqlı sahədir. Bu baxımdan sözügedən sahədə yeni nailiyyətlərə imza atmağı düşünürəm.

-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli ümumi cəhətlər var?

- Bazidili göbələklərdən texniki ferment preparatlarınn alınması istiqamətində respublikamızla yanaşı, MDB ölkələrində, Şərqi Avropa ölkələrində genişmiqyaslı tədqiqatlar aparılmaqdadır. Respublikamızda aparılan tədqiqatların özəlliyi aktiv produsent kimi məhz ksilotrof bazidiomisetlərdən istifadə olunmasıdır. Hansı ki, bu göbələklər respublikamızın meşə ekosistemində geniş miqyasda yayılmışdır. Çünki ksilotrof göbələklərdən ferment preparatlarının alınması iqtisadi cəhətdən sərfəli, ekoloji cəhətdən təmiz hesab olunur. Bu da səmərəli olduğu üçün yararlanılası bir işdir.

-Təhsil aldığınız ixtisasın elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Təhsil aldığım biologiya ixtisası hal-hazırda məşğul olduğum mikrobiologiya elmi Azərbaycan Respublikası üçün aktual elmi sahələrdən hesab olunur. Çünki mikrobiologiya biologiya elmləri arasında eksperimental sahə olub, əczaçılıq sahəsində yeni-yeni dərman preparatlarının alınmasında, çirklənmiş su hövzələrinin təmizlənilməsində, çirklənmiş torpaq sahələrinin bərpasında, kosmetik vasitələrin alınmasında sair məsələlərdə öz töhfələrini verə bilər.

- Bu ixtisasınız yönündə Azərbaycan təhsilində ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Respublikamızın təhsil müəssisələrində biologiya ixtisası alan tələbələrin elmi-nəzəri hazırlığı ilə yanaşı, onların praktiki hazırlığına diqqətin artırılmasını AMEA-nın elmi-tədqiqat institutlarının daha müasir avadanlıqlarla təchizatını zəruri sayıram.

-Təhsil elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir təklifləriniz ola bilər?

- Gənc Alim Mütəxəssislər Şurasının fəaliyyət planına uyğun olaraq orta ali məktəblərdə təhsil alan şagird tələbələrə elmi təbliğ etmək məqsədi ilə şuramızın üzvləri ilə birgə elmi seminarlar, bilik yarışmaları, ekskursiyalar sair kimi tədbirlərlə məktəblilər gəncləri biologiya elminə cəlb etməyə çalışırıq. Çünki bu, təhsil alan yeni nəsil üçün olduqca faydalı lazımlıdır. Məktəblilər biologiya sahəsi bu sahədə baş verən proseslərdən məlumatlı olmalı, bu sahədə biliklərini dərs vəsaitlərindən əlavə, müxtəlif vasitələr tədbirlərlə artırmalıdırlar.

Bundan başqa, bir gənc mütəxəssis kimi təklif edərdim ki, gənc alim mütəxəssislərin elmi praktiki hazırlığını yüksəltmək məqsədi ilə onların xarici ölkələrdəki tanınmış elmi mərkəzlərdə müasir təcrübələr ixtisasartırma ezamiyyətlərinə daha çox gənclər cəlb olunsun, xarici dili mükəmməl dərəcədə bilməsi üçün güzəştli kurslar təşkil olunsun. Həmçinin onu da qeyd edərdim ki, elmi-tədqiqat institutlarındakı laboratoriyalar daha da təkmilləşsin, daha müasir avadanlıqlarla, preparatlarla təmin olunsun. Bundan başqa, gənc alimlərin maddi təminatı bu gün ən aktual məsələlərdən biri hesab olunur. Belə ki, gənc alimlərin aldıqları məvaciblərin bugünkü yaşayış səviyyəsinə uyğun gəlməməsi bəzi məqamlarda onlarda ruh düşkünlüyü yaradır. Bu isə diqqətə götürülməli olan məqamdır. Gənc alimlərin yaşayış vəziyyəti maddi baxımdan tənzimlənərsə, bu, onlarda elmlə məşğul olmaq üçün daha böyük stimul yaradar daha çox gənclər elmə cəlb olunarlar. Bütün bunlar Azərbaycan gənclərinin elmə daha çox sarılmasına elmimizin daha da yüksəklərə qaldırılmasına xidmət edər.

-Xaricdə təhsil alan gənclərimizə elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Xaricdə təhsil alan gənclərimizə elmi tədqiqatçılarımıza mütərəqqi elm sahələrini metodlarını dərindən mənimsəmələrini hər zaman milli kimliyini uca tutmalarını milli mənsubiyyətlərini unutmamalarını arzu edərdim. Bundan başqa, onların əldə etdikləri bilikləri, qabaqcıl xarici təcrübəni Azərbaycanımızın inkişafı yönündə sərf etmələri olduqca məqsədəuyğun zəruridir. Bu gün təhsil elmə yiyələnən hər bir gənc Azərbaycan vətəndaşı, bütün bilik, bacarıq səylərini real təcrübədə gerçəkləşdirmək bununla cəmiyyətin ümumi inkişafına töhfə vermək səylərini əsirgəməməlidir. Rəqabətli dünyada ölkəmizin daha da yüksəlməsi üçün bu kimi səylərə böyük ehtiyac olduğunu düşünürəm.

-Gələcək plan fəaliyyətinizlə baglı nələri bölüşərdiniz?

- Mən gənc mütəxəssis kimi öz elmi fəaliyyətimi daha da genişləndirmək davamlı olaraq inkişaf etdirmək niyyətindəyəm. Bu niyyətim isə xalqıma xeyir vermək, onun şərəfini uca tutmaq məqsədi daşıyır.

 

İlkin AĞAYEV

Palitra.-2015.-13 noyabr.-S.11.