“Bəzi gənclərimiz sosial
şəbəkələrdən yararlana
bilmirlər”
Yusif Alıyev: “Yad dini-ideoloji təsirlərə
düşən
gənclərimizi bütün vasitələrdən
istifadə edərək sağlam həyata
qaytarmalıyıq”
Ötən illərlə
müqayisədə III sektorda gənclərimizin
aktivliyi xeyli dərəcədə
artıb. Bunu vətəndaş cəmiyyətində
gənclərin gördüyü işlər,
həyata keçirdikləri layihələr bir
daha açıq-aydın göstərir. Bu baxımdan Gənclərin Davamlı İnkişaf üzrə Analitik
Mərkəzinin də fəaliyyəti diqqət çəkir.
Mərkəzin sədr müavini Yusif Alıyevlə müsahibəni təqdim edirik.
-Gənclərin
Davamlı İnkişaf üzrə Analitik Mərkəzinin əsas fəaliyyəti
nədən ibarətdir?
-Öncə xüsusi qeyd etmək istərdim ki, bu gün Azərbaycan dövləti hərtərəfli hüquqi və iqtisadi inkişaf mərhələsi keçmiş dünyəvi dövlətdir. Buna görə də dünyəvi dövlətin bütün parametrlərinə uyğun olaraq ölkədə sərbəst söz mühiti, demokratik təsisatlar yüksək formada təmin edilib. Biz də bu təsisatlardan yararlanaraq gənc alim və tədqiqatçıların fəaliyyətlərinə köməklik göstərmək məqsədilə müəyyən fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənib təhlil edərək Gənclərin Davamlı İnkişaf üzrə Analitik Mərkəzini təsis etdik. Hədəflərimizdən biri də milli-mənəvi dəyərlərin gənclər arasında davamlı təbliğini təşkil etmək, elm və təhsil sahələrinin nümayəndələrinin, xüsusən gənc alim və tədqiqatçıların fəaliyyətlərinə köməklik göstərməkdir. Birliyin üzvlüyündə ölkədə və dünyada tanınan çox savadlı alimlər və istedadlı gənclər vardır. Texnika elmləri üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov təşkilatın sədri, fəlsəfə doktoru Sakin Cabbarov isə beynəlxalq əlaqələr üzrə məsul şəxsdir.
İndiyədək orta məktəb müəllimləri üçün bir neçə müxtəlif mövzularda kurs və seminarlar, dəyirmi masalar təşkil edərək bir neçə qabaqcıl təcrübənin öyrənilməsini həyata keçirmişik. İnşallah, gələcək fəaliyyətimizi də maariflənmə və təbliğat istiqaməti üzərində quracağıq.
- Gənclər dövlətin onlara olan inamını doğrulda bilirmi?
-Gəlin, ilk olaraq dövlətin gənclərə
sərgilədiyi diqqət
və qayğıdan bəhs edək. Qürurla söyləyə
bilərəm ki, hələ beynəlxalq səviyyədə gənclər
günü təsis edilməmişdən iki il öncə
gənclərə daim
diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev Azərbaycanda Gənclər gününü
təsis etdi. Məhz buna görə də gənclər də bu diqqət
və qayğıdan ruhlanaraq ölkənin ictimai-siyasi həyatında
yaxından iştirak etdilər. Bu gün ölkəmizin bütün sahələrində
baş tutan inkişafda gənclərin
özünəməxsus yüksək
payı vardır.
Bu gün gənclərimizin
potensialının yüksək
olması ilə dövlətimizin qüdrəti
bir az
da artır. Gənclərimiz elm, təhsl məqsədilə
Avropanı, Amerikanı
sanki qısa mənzil məsafəsi ediblər. Bu baxımdan deyə bilərəm ki, gənclərimiz Azərbaycan
dövlətinin ümid
və inamını dərindən doğrulda biliblər.
- Cəmiyyətin
inkişafında gənclər
nə dərəcədə
öz töhfəsini
verirlər?
-İlk olaraq yaşadığımız cəmiyyətdə
gənclərin durumunu
nəzəri olaraq iki hissəyə bölək. Birinci sosial baxımdan,
ikinci də elm, təhsil baxımından.
Təbii
ki, cəmiyyətin sosial bazasında gənclərin aktivliyi olduqca güclüdür.
Lakin bu aktivlikdə gənclərimizin potensialından
bəzən yad qüvvələr bu və ya digər
formada yararlana bilirlər. Çox təəssüf hissi ilə qeyd edim ki,
bu gün dünyanı çalxalayan
dini ekstremist qruplaşmaların sıralarında
Azərbaycandan olan zəif bəzi xarakterli gənclərimiz də var. Bu gənclərə
biz sahib çıxmasaq, onların
sayı çoxalacaq.
Yad ideoloji dini təsirlərə
düşən gənclərimizi
bütün vasitələrdən
istifadə edərək
sağlam həyata qaytarmalıyıq. Göründüyü kimi, cəmiyyətin sosial bazasında duran gənclərin dövlət tərəfindən
ideoloji cəhətdən
düzgün istiqamətlənməsinə
böyük ehtiyac
var. Cəmiyyətdə özünü
elm və təhsil sahəsinə həsr etmiş gənclərimiz cəmiyyətin bütün
sahələrində güclü
inkişaf ənənəsi
sərgiləyirlər. Bu da onun göstəricisidir ki, savadlı, sağlam, bilikli gənclik həmişə potensialını
bəlli hədəfə
doğru yönəldir.
- Azərbaycan gəncləri öz üzərinə düşən
məsuliyyəti anlayırmı?
-Bəli, anlayırlar. Öncə qeyd etdim ki, bu
gün Azərbaycanda yüksək potensiallı
gənclik var. Ona sahib
durub, dövlətin ali məqsədləri
naminə xidmətlərə
sövq etsək, çox uğurlu nəticələr almış
olarıq. Bu cür
gənclər də öz məsuliyyətlərini
sözün həqiqi
mənasında yüksək
formada başa düşürlər.
Məlumdur ki, bu gün
beynəlxalq səviyyədə
Azərbaycanı istəməyən
qüvvələr hər
an Azərbaycana qarşı
əks-mövqe sərgiləyirlər. Buna görə Azərbaycan gəncliyi bu cür düşmən münasibətlərə qarşı
daim mübarizə aparmalıdır. Çox sevindirici
haldır ki, gənclərimiz sözün
həqiqi mənasında
dövlətimizin, dövlətçiliyimizin
möhkəmliyini artırmaq
baxımından çox
fədakarcasına işlər
görürlər. Bunu ölkə
başçısı İlham
Əliyevin gənclərimizə
göstərdiyi diqqət
və qayğının
nəticəsi kimi qiymətləndirirəm.
- QHT olaraq gənclərlə bağlı
hansı layihələr
həyata keçirirsiniz?
-Məlumdur ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər təşkilatları daima
gənclərlə bağlı
bir sıra layihələr həyata keçirirlər. Nəzərə alsaq ki, torpaqlarımızın
20%-i azğın düşmənlərimiz tərəfindən
işğal olunub, o baxımdan layihələrin
çoxu vətənpərvərlik
ruhunun artırılması
istiqamətində həyata
keçirilir. Bu gün vətənpərvərlik
Azərbaycan gəncliyi
üçün öndə
duran məsələlərdən
biridir. Eyni zamanda Azərbaycan
gəncliyi dünyada informasiya müharibəsi getdiyi bir dövrünü
yaşayır. Bilirsiniz ki,
gənclər sosial şəbəkələrdə daha aktivlik nümayiş
etdirirlər. Təəssüf ki, bəzən gənclər sosial şəbəkələrdən düzgün yararlana bilməyərək asudə
vaxtlarını səmərəsiz
məşğuliyyətə sərf edirlər. Bunları nəzərə alaraq biz paytaxt və regionlarımızda sosial şəbəkələrdən düzgün istifadə şüarı altında
bir sıra layihələri həyata keçirdik. Digər tərəfdən
hər bir dövlətin qüdrəti
onun elminə söykənir. Bu baxımdan da xaricdə çalışan
alimlərimiz tərəfindən
dəfələrlə seminarlar
təşkil etmişik
ki, bu da
elmə həvəsi olan gənclər tərəfindən çox
böyük maraqla qarşılanıb. Həmçinin onu da qeyd
etməliyəm ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən
bir sıra fərdi layihələr də öz müsbət töhfələrini
verməkdədir.
Fuad Hüseynzadə
Palitra.-2015.-17 noyabr.-S.7.