Böyük Britaniya səfiri MDU-nun Bakı filialında olub
Böyük Britaniyanın Azərbaycandakı
səfiri İrfan Siddiq V.M.Lomonosov adına Moskva
Dövlət Universitetinin
(MDU) Bakıdakı filialında
olub.
Səfir
filialın rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) müxbir üzvü,
professor Nərgiz Paşayeva,
habelə bu ali təhsil
ocağının müəllimləri
və tələbələri
ilə görüşüb.
Professor Nərgiz Paşayeva səfir İrfan Siddiqi salamlayaraq universitetə gəlməsinə
görə ona təşəkkürünü bildirib, səfiri V.M.Lomonosov adına
MDU-nun Bakı filialının
fəaliyyəti ilə,
buradakı fakültələr
və ixtisaslarla tanış edib. Qeyd edilib ki,
Bakı filialının
filologiya fakültəsində
fəaliyyət göstərən
“Roman-german filologiyası”
və “Rus filologiyası” bölmələrində
filologiya sahəsində
yüksək ixtisaslı
linqvist və ədəbiyyatşünas kadrlar
hazırlanır. Roman-german
filologiyası bölməsinin
tədris planına əsas xarici dillərin (ingilis, italyan, ispan və fransız) dərindən öyrənilməsi;
həmin dillərin nəzəriyyəsinə və
tarixinə, tərcümə
nəzəriyyəsinə və
praktikasına, roman-german
dillərinin, klassik latın dilinin, latın xalq dilinin, qotik dilin müqayisəli qrammatikası; ikinci Qərbi Avropa dilinin məcburi şəkildə öyrənilməsi;
dünya ədəbiyyatı
tarixinin genişləndirilmiş
və dərinləşdirilmiş
kursları daxildir.
Rektor onu da qeyd
edib ki, roman-german bölməsinin tələbələri sakinlərinin
əksəriyyəti onların
öyrəndiyi dildə
danışan ölkələrdə,
o cümlədən Böyük
Britaniya, İtaliya, İspaniya, Fransa, Çexiya və Polşada hər il təcrübə keçirlər.
İngilis filologiyası bölməsinin
bütün tələbələri
birinci kursun sonunda Bakıdakı “British
Council”də tədris
təcrübəsi keçirlər. Bakalavriatın və magistraturanın ən yaxşı tələbələri İngiltərə
universitetlərinə dil
kurslarına göndərilir.
Məsələn, 2011-ci il
iyulun 17-dən 31-dək filologiya
fakültəsinin ingilis
bölməsinin IV kurs
tələbələri Böyük
Britaniyanın Rekşam
şəhərindəki Yel
kollecində, 2011-ci il
avqustun 20-dən 30-dək həmin
bölmənin III kurs
tələbələri isə
Uorvik Universitetində
tədris təcrübəsi
keçiblər.
2014-cü
il iyulun 21-dən avqustun 8-dək ingilis filologiyası bölməsinin
III kurs tələbələri
Londondakı “Club Class English language school”da yay təcrübəsinə
ezam edilib, həmin il iyulun
28-dən avqustun 22-dək bu
bölmənin magistrantları
Böyük Britaniyadaki
“Regent`s University London”da yay
dil təcrübəsi
keçiblər.
Ali məktəbin bu təcrübəsi ilə
tanış olan səfir öz növbəsində,
bu praktikanın dil öyrənmək üçün böyük
əhəmiyyətini qeyd
edib və filialın bu istiqamətdə fəaliyyətini
yüksək qiymətləndirib.
Professor Nərgiz Paşayeva
özünün bu yaxınlarda Oksford Universitetində işgüzar
səfərdə olması
və səfər müddətində keçirdiyi
görüşlər barədə
səfirə məlumat
verib.
N.Paşayeva Oksford Universitetində
fəaliyyət göstərən
Nizami Gəncəvi adına Elmi
Mərkəzin Azərbaycan
tərəfdən rəhbəri
kimi bu Mərkəzin
fəaliyyəti barədə
danışıb. Səfir İ.Siddiq
qeyd edib ki, müasir dünyada tolerantlığın
real nümunəsi olan
bu Mərkəz və onun fəaliyyəti
elm və təhsil sahəsində ikitərəfli
münasibətlər üçün
çox böyük əhəmiyyət kəsb
edir.
Professor Nərgiz Paşayeva və Böyük Britaniyanın ölkəmizdəki
səfiri İrfan Siddiq görüşdə
V.M.Lomonosov adına
MDU-nun Bakı filialının
tələbələri və
magistrantları arasında
böyük ingilis ədibi Uilyam Şekspirin yaradıcılığına
həsr olunmuş inşa müsabiqəsinin
nəticələrini də
müzakirə ediblər.
Bu müsabiqənin keçirilməsi
haqqında qərar İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri,
“Britaniya İmperiyası”
ordeninə layiq görülmüş, Böyük
Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın bu ilin fevral ayında
MDU-nun Bakı filialına
səfəri zamanı
filialın rektoru,
AMEA-nın müxbir üzvü, İngiltərə-Azərbaycan
Cəmiyyətinin Azərbaycandan
olan həmsədri,
professor Nərgiz Paşayeva
ilə birlikdə qəbul edilib.
Əldə edilmiş razılaşmaya
görə, oktyabrın
23-də filialın filologiya
fakültəsində esse
müsabiqəsi keçirilib. Müsabiqədə
səkkiz nəfər
(üç magistrant və beş
bakalavriat tələbəsi)
iştirak edib. M.V.Lomonosov adına
MDU-nun xarici ölkələr
ədəbiyyatı tarixi
kafedrasının müəllimləri
tərəfindən təklif
edilmiş esse mövzuları böyük
ingilis ədibi U.Şekspirin əsərlərinə
həsr edilmişdi. İştirakçıların işləri M.V.Lomonosov adına MDU-nun ingilis dilçiliyi və xarici ədəbiyyat bölməsinin
dörd professoru tərəfindən yoxlanılıb.
Sonra filialın
rektoru Nərgiz Paşayeva və səfir İrfan Siddiq esse müsabiqəsinin
qaliblərini elan ediblər. Müsabiqənin yekunlarına görə
birinci yeri ingilis filologiyası bölməsinin I kurs magistrantı Rəfiqə
Ağayeva, ikinci yeri həmin bölmənin III kurs tələbəsi İlahə
Dadaşova, üçüncü
yeri birinci kurs magistrantı Məryəm Məmmədova
tutublar.
Müsabiqənin qalibi Uilyam Şekspirin
vətəni Stratford-Eyvon
şəhərinə getmək
hüququ qazanıb, müsabiqədə ikinci və üçüncü
yerləri tutmuş iştirakçılara həvəsləndirici
mükafatlar kimi noutbuk və lüğət təqdim edilib.
Səfir İrfan Siddiq esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması
mərasimində də
iştirak edib.
Professor Nərgiz Paşayeva müsabiqənin qaliblərini
təltif edərək
deyib: “Hesab edirəm ki, əsas ictimai nemət yaxşı təhsildir. Yaxşı təhsil olmadan yaxşı dövlət,
yaxşı vətəndaş
ola bilməz,
yaxşı təhsil
olmasa gələcəyə
inam, tərəqqi də yoxdur, həyatın mənası,
fundamental dəyərləri haqda düzgün təsəvvür yoxdur, insana həyatda yol göstərən mənəvi əsas yoxdur”.
Rektor Nərgiz
Paşayeva qeyd edib ki, bu
esselərin yaxşı
səviyyədə yazılması
filologiya fakültəsinin
bütün müəllimlərini
sevindirir. O, deyib: “Müsabiqənin şərtlərinə
görə, qalib kimi bir nəfərin
fərqləndirilməsi nəzərdə
tutulur, lakin bugünkü yarışın
ruhu sırf rəmzi məna daşıyır. Ona görə
ki, bütün iştirakçılar yaxşı
esselər yazıblar,
onlar hamısı çalışıb və
ən başlıcası,
dahi Şekspirin əsərlərini bir daha oxuyublar”.
Bu layihənin sponsoru
qismində İngiltərə-Azərbaycan
Cəmiyyəti çıxış
edib. 1997-ci ildən fəaliyyət göstərən
bu Cəmiyyətin iki ölkə arasında münasibətlərin
inkişafında çox
böyük xidmətləri
var.
Xatırladaq ki, 2007-ci ildən İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan
tərəfdən həmsədri
professor Nərgiz Paşayevadır. Cəmiyyət
fəal iş aparır, Azərbaycanda və Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial və mədəni layihələr həyata keçirir.
Tural
Palitra.-2015.-20 noyabr.-S.7.