SOCAR üçün
mütəxəssis hazırlayan mərkəz yaradılacaq
Aberdin Qazma Məktəbi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin baş ofisində Aberdin Qazma Məktəbinin direktoru Cim Sazerlənd və məktəbin biznes inkişafı departamentinin meneceri Tom Donnelli ilə görüş olub. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Dövlət Neft Şirkəti ilə Aberdin Qazma Məktəbi arasında 2 il öncədən başlanmış səmərəli əməkdaşlıq münasibətlərinin uğurla davam etdiyini deyib.
Aberdin Qazma
Məktəbinin direktoru Cim
Sazerlənd Azərbaycanın dünya neft-qaz sənayesi tarixində mühüm
rolu haqqında məlumatlı
olduqlarını və belə bir ölkəyə
səfərdən məmnunluq duyduqlarını söyləyib.
SOCAR-ın vitse-prezidenti X.Məmmədov
Azərbaycanda neftçıxarma işinin
zəngin tarixə malik olduğunu,
Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz
töhfələr verdiyini diqqətə
çatdırıb. Qeyd olunub ki, əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident
İlham Əliyevin rəhbərliyi
altında uğurla davam
etdirilən yeni enerji
strategiyası çərçivəsində həyata
keçirilən regional və qlobal əhəmiyyətli layihələr
üzrə böyük nailiyyətlər
qazanılıb, qısa bir müddətdə
şaxələndirilmiş ixrac boru kəmərləri sistemi
yaradılıb. Ötən dövr ərzində
neft-qaz sektorunda tətbiq
edilən yeni texnika və
texnologiyalar karbohidrogen
hasilatında yüksəlişə səbəb olub. Avropanın enerji
təhlükəsizliyinə Azərbaycanın təbii qaz ixracatçısı olaraq
verəcəyi töhfələrdən söz
açan SOCAR-ın rəsmisi qeyd edib ki,
“Şahdəniz” yatağının işlənilməsi, eləcə
də Azərbaycan qazının Avropa
bazarlarına nəqlini nəzərdə tutan
TANAP və TAP layihələri ölkəmizin dünyada
təkcə neft ixracatçısı kimi deyil, həmçinin
təbii qaz istehsalçısı kimi tanınmasını təmin edib. Bütün bu uğurların təməlində
yüksək ixtisaslı neftçi əməyinin
durduğu qeyd edilib, şirkətin 2005-ci ildən həyata
keçirməyə başladığı kadr
hazırlığı layihələri, daxili
və xarici təqaüd proqramları, eləcə
də SOCAR-ın nəzdində yaradılmış Bakı Ali Neft Məktəbinin
fəaliyyəti barədə qonaqlara ətraflı
məlumat verilib. C.Sazerlənd
rəhbərlik etdiyi təhsil
ocağı barədə məlumat verərək qeyd edib ki,
1982-ci ildən fəaliyyət göstərən bu məktəb ötən əsrin 90-cı
illərindən dünyanın bir çox ölkələrində quyulara nəzarət və quyuların tənzimlənməsi
sahələri üzrə fəaliyyətini genişləndirib.
Hazırda üç
ölkədə qazma məktəbinə malik olduqlarını, bir
neçə ölkədə isə genişmiqyaslı layihələr
həyata keçirdiklərini vurğulayan
qonaq SOCAR, onun kompleks qazma işləri tresti, habelə təlim tədris və
sertifikatlaşdırma idarəsi ilə sıx əməkdaşlıq
münasibətləri qurulduğunu söyləyib. Kompleks qazma
işləri trestinin müdiri
İskəndər Şirəli Aberdin Qazma Məktəbi ilə səmərəli əməkdaşlıq
münasibətlərindən bəhs edib,
bu məktəbin neft
və qaz quyularının ən müasir texnologiyaları üzrə bütün dünyada
tanındığını diqqətə
çatdırıb, xüsusilə yüksək təzyiqli
quyuların qazılması üzrə məktəbin
yaxşı təcrübəyə malik olduğunu vurğulayıb. Aberdin
Qazma Məktəbi ilə SOCAR arasında
uzunmüddətli təlim müqaviləsi çərçivəsində
kompleks qazma işləri
trestinin 64 mütəxəssisinin yüksək
səviyyəli təlim keçdiyi diqqətə
çatdırılıb. SOCAR-la əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarını
bildirən qonaqlar Qobustan
regional təlim mərkəzindəki qazma simulyatoru, eləcə
də digər avadanlıqlarla, mərkəzin imkanları ilə
tanışlıqdan aldıqları təəssüratları
bölüşüblər. Görüşdə
SOCAR və Aberdin Qazma
Məktəbi tərəfindən mövcud
potensialdan və təcrübədən
istifadə etməklə yüksək səviyyəli
qazmaçı mütəxəssislərin birgə
hazırlanması məqsədi ilə regional
əhəmiyyətli bir mərkəzin
yaradılması haqqında fikir də səsləndirilib.
Aberdin Qazma Məktəbinin nümayəndələri
səmərəli əməkdaşlıq üçün
SOCAR rəhbərliyinə minnətdarlıqlarını bildirib, əməkdaşlıq münasibətlərinin
daha da genişlənəcəyinə
inandıqlarını söyləyib, perspektiv
əməkdaşlıq imkanları haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Cavidan
Palitra.-2015.-26 noyabr.-S.13.