“Gənclərimizin hər sahədə
istedadlı olduğunu göstərmək
istəyirik”
Afiq Novruzov: “Məqsədimiz
müasir musiqini gənclərimiz
arasında təbliğ etməkdir”
Xaricdəki azərbaycanlı gəclərin uğurları bir çox sahədə oldu kimi, incəsənət sahəsində də davam etməkdədir. Bu günlərdə Türkiyənin “O səs Türkiyə” yarışmasına qatılan azərbaycanlı gənclərdən ibarət “Nağd pul” rep qrupu öz ifası ilə səhnəni ayağa qaldırdı. Qrupun üzvlərindən biri Afiq Novruzov Gürcüstanın Marneuli şəhərində yaşayır. A.Novruzov qəzetimizə müsahibəsində yarışma və gələcək planları haqqında məlumat verib.
-Öncə özünüzü oxucularımıza tanıtmanızı istərdik.
- Mən 1986-cı il
13 may tarixində Marneulidə
anadan olmuşam. Kiçik yaşlarımdan Rusiyanın
Moskva şəhərində
yaşamışam. Musiqiyə marağım
də elə uşaqlıqdan başlayıb.
Orta təhsilimi Marneulidə başa vurduqdan sonra, ali təhsilimi
Vergi-Gömrük Akademiyasında
almışam. 2005-2006-cıillərdə
Azərbaycanda Space tv-də
yayımlanan “Mən də varam” yarışmasına qatılaraq
birinci yerə layıq görülmüşəm.
3 il bundan
öncə Türkiyədə
keçirilən “Yetenek
sizsiniz Türkiyə”
yarışmasında iştirak
etmişəm. Gürcüstanda keçirilən bir çox əyləncəli
konsertlərin təşkilatçısı
və aparıcısı
olmuşam. Ümumiyyətlə, Gürcüstanın mədəni
və ictimai həyatında olduqca fəalam. Hazırda Marneuli Gənclər
Mərkəzi ilə əməkdaşlıq edirəm.
-Təəssüratlarınız
necədir, vətəndə
sizi necə qarşıladılar?
-Olduqca həyəcan və sevinclə vətənə döndüm.
Mənə mənəvi dəstək
olan gənclərimizə
və məni bəyənənlərə təşəkkür
edirəm. Hər kəs
zəng edib dəstəyini bildirdi.
Bu, mənim üçün
əvəzolunmaz duyğudur.
Şadam
ki, səsimizi böyük səhnədən,
bu cür populyar və izləyici kütləsi milyonlarla olan verilişdən çatdırdım.
İnşallah, gələn verilişlər
də uğurlu keçər.
-“O səs
Türkiyə”yə qatılmaq
fikri haradan yarandı? Necə
oldu ki, yarışmada iştirak etməyə qərar verdiniz?
-Bilirsiniz ki, bir neçə il öncə
mən Acun medianın məhsullarından
olan “Yetenek sizsiniz Türkiyə” müsabiqəsinə qatıldım.
O zamanlar da çıxışım bəyənilmişdi.
“O səs Türkiyə”yə
qatılma təklifi məhz o çıxışıma
görə mənə
Acun mediadan gəldi.
-Sizcə, 5 münsifin də sizi dəstəkləməsi
nə ilə bağlı oldu?
-Düşünürəm ki,
bizim çıxışımız
fərqli oldu, şou yarada bildik. Eyni zamanda
təqdim etdiyimiz parça özümüzün
iş məhsulumuz idi, bir çox
faktorlar var.
-Niyə məhz Hakan və Gökanı seçdiniz?
-Bizim üçün hər bir münsif
dəyərlidir, hamısı
öz işlərinin
peşəkarıdırlar. Hər birinə hörmət edirik. Lakin bizim janrımıza
yaxın Hakan və Gökan qardaşlarını bildik.
Rok-rep janrları ilə çalışmaq üçün
onlardan faydalanmaq bizim inkişafımız və müsabiqədə
uğur əldə etməyimiz üçün
vacibdir.
-Sizin yaradıcılığınız üçün hər hansı bir qurum və ya
fiziki şəxslər
tərəfindən dəstək
varmı?
-Təəssüflər olsun
ki, bizə maddi yardım edənlər yoxdur. Çox çətin şəraitdə
işləyirik. Bir çox
şirkətə müraciət
etmişik, lakin, təəssüflər olsun
ki, heç bir dəstək ala bilməmişik. Bizim məqsədimiz
müasir musiqini gənclərimiz arasında
təbliğ etməkdir,
dünya musiqisinə qatılaraq böyük səhnələrdən Gürcüstanı,
Azərbaycanı təmsil
etməkdir. İstəyirik ölkəmizi daha da geniş şəkildə
təmsil edək, gənclərimizin hər sahədə istedadlı olduğunu göstərək.
Bu da bir
növ mədəni təbliğat deyilmi?
Ümid edirəm ki, vəzifəli şəxslər və iş adamları bizi eşidib bizə dəstək göstərəcəklər ki,
müsabiqədə iştirakımız
uzunömürlü olsun.
-Artıq ilk turu keçdiniz, gələcək çıxışlarla
bağlı yeni kreativ ideyalarınız varmı?
-Müsabiqə çərçivəsində
bir çox ideyalarımız, mahnılarımız
var. Bu turlara ciddi şəkildə hazırlıqlarımız
gedir. İnşallah,
mədəniyyətimizi də orada
göstərmək fikirlərimiz var.
Fuad Hüseynzadə
Palitra.-2015.-26 noyabr.-S.7.