“Türkiyədəki azərbaycanlı tələbələr çox bacarıqlıdırlar”

 

Cavid Mövsümlü: “Sadəcə, çox zaman onlar öz potensiallarını səmərəli istifadə etmirlər”

 

Müsahibimiz Türkiyədə ali təhsilini davam etdirən Cavid Mövsümlüdür. Fəxrimiz olan bu aktiv gənclə olan müsahibəni oxuculara təqdim edirik:

 

-Özünüz barədə məlumat verərdiniz.

- Mən, Cavid Mövsümlü Elşad oğlu 19 yanvar 1989-cu il Bakıda ziyalı ailəsində anadan olmuşam. Atam hərbçi, anam isə müəllimədir. Təhsilimə 1995-ci ildə 221 saylı orta məktəbdə başladım, 2006-cı ildə isə 116 saylı orta məktəbdən məzun oldum. Məktəb illərində yaxşı oxumaqla yanaşı, musiqi, idman, rəsmlə də məşğul olmuşam. Uşaqlıqdan tarix elminə marağım olduğundan, məktəbi bitirəndə də bu istiqamət üzrə imtahan verdim. 2006-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavriat pilləsinə qəbul oldum. Deyə bilərəm ki, tələbəlik illərim çox fəal keçib. Müxtəlif ictimai tədbirlərdə iştirak etməklə yanaşı özüm də tədbir təşkilatçılarından olurdum. 2009-cu ildə Bakı Dövlət Universitetində Tarix fakültəsi tərəfindən ilin tələbəsi də seçildim. Tələbəlik illərində, hətta, arxeoloji fəaliyyətim də olub. Yay tətillərində Ordubad, Şəmkir kimi tarixi diyarlarımızda arxeoloji ekspedisiyalarda iştirak edirdim. 2010-cu ildə Tarix fakültəsindən fərqlənmə diplomu ilə məzun oldumeyni ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “AsiyaAfrika ölkələri tarixi” ixtisası üzrə magistratura pilləsinə qəbul oldum. Fəqət akademik möhlət alaraq hərbi xidmətə getdim. 2010-2011-ci illərdə Azərbaycan Dövlət Sərhəd Xidmətində sərhədçi adı ilə xidmət etmək mənə qismət olub. Əsgərlik dönəmində aktiv olmuşam və hərbi xidmətdə fərqləndiyimə görə mənə “Sərhədçi Döş Nişanı” da təqdim olunub. Hərbi xidmətdən döndükdən sonra təhsilimə davam etdimbu illər ərzində Azərbaycan, Rusiya Federasiyası, Gürcüstan və Türkiyədə gerçəkləşən bir sıra beynəlxalq elmi konfranslarda məruzəçi olaraq çıxış etdim, beynəlxalq dərgilərdə elmi məqalələr yazırdım. 2012-ci ildən Tarix fakültəsində pedaqoji fəaliyyətə də başlayaraq tarixşünaslıq və mənbəşünaslıq fənlərindən Azərbaycan və rus dilində mühazirələr oxumuşam. 2014-cü ildə magistratura pilləsini də fərqlənmə diplomu ilə bitirərək, eyni ildə Türkiyənin paytaxt Ankarada yerləşən Hacettepe Universitetinin Tarix bölümünə doktorantura pilləsinə daxil oldum. Hazırda uğurla təhsilimi davam etdirirəm. Ailəliyəm, bir övladım var.

- Yəqin Türkiyəni bizə yaxın olan ölkə kimi sevdiyiniz üçün burada təhsilinizi davam etdirməyi seçdiniz?

-Doğrusu, əvvəllər də dəfələrlə xarici ölkələrin nüfuzlu universitetlərində oxumaq üçün fürsətim olub. Amma vətənim Azərbaycanımıza bağlılığım məni xaricdə təhsil almaq fikrindən daşındırmışdı. Xaraktercə elə bir insanam ki, bizim mədəniyyətdən olmayan bir yerdə daimi yaşaya bilmərəm. Magistratura pilləsində oxuduğum dönəmlərdə dəfələrlə qardaş Türkiyə Cümhuriyyətinin elmi konfranslarla bağlı fərqli şəhərlərinə səfərim olurdu, bu ölkənin mədəniyyət, adət-ənənə, din, dil baxımdan Azərbaycandan o qədər də fərqlənmədiyini gördümburada yaşaya biləcəyimi anladım. Türkiyədə təhsilimi davam etməyimi bu ölkədə tanış olduğum alim və müəllim dostlarım təkid və dəvət edirdilər. Daha sonra bu dəvəti dəyərləndirərək Türkiyənin xarici vətəndaşlara təqdim etdiyi təqaüd proqramlarından birinə baş vurdum. Elmi göstəricilərim, müsahibəm onları qane etdiyi üçün məni Türkiyənin bir nömrəli universitetlərindən olan Hacettepeyə doktorantura pilləsinə qəbul etdilər. Bu xəbərə ailəm də çox sevinərək mənə dəstək oldu. Zənnimcə, övladlarımızın yaxşı bir vətəndaş kimi yetişmələri üçün valideynlər əllərindən gələni etməlidirlər. Bu sarıdan mən çox şanslıyam. Çünki mən həyatımda bu qədər uğurlara görə atamla anama borcluyam.

Buradakı universitetlər kompyüterləşdirilmiş zəngin elmi kitabxanaya, laboratoriyalara malikdirlər. Tələbələrin hər sahədə səmərəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Universitetlər bütöv bir tələbə şəhərciyini təşkil edərək tələbələrini özünə bağlaya bilib. Burada universitetlər nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir ki, tələbələr özlərinin seçimi ilə bu dərnəklərə qatılırlar. Dərnəklərin geniş fəaliyyət göstərməsində universitet rəhbərlikləri maraqlı olduqları üçün onların layihələrini dəyərləndirərək, həyata keçməsinə imkan daxilində dəstək verir. Gənclərə dəstəyi təkcə universitetlər tərəfindən deyil, bələdiyyələr, bakanlıqlar, dövlət qeyri-dövlət təşkilatları tərəfindən verildiyini görə bilərik. İnsanların yaşam tərzinə gəldikdə isə Ankaranın paytaxt olmasından dolayı buranın bir siyasi-elmi elita şəhəri olduğunu görə bilərik. Ona görə bu şəhər başqa şəhərlərdən fərqli olaraq adamlarının, məmurların tələbələrin şəhəridir.

-Bir qədər bu ölkədəki fəaliyyətiniz, ictimai aktivliyiniz barədə danışardınız.

-Nəzərə alsaq ki, mən tam olaraq il yarımdır ki, Türkiyədə yaşayıram bu qısa dönəm olsa da, Azərbaycanımız adına fəaliyyət göstərməyə çalışmışam. Burada fərqli jurnallarda Azərbaycanın tarixini, şəxsiyyətlərini tanıdan yazılar yayır, fərqli elmi ictimai tədbirlərə qatılaraq məruzələrlə çıxış edirəm. Son dönəmlərdə Türkiyədəki rəsmilərlə əlaqələrimi daha da genişləndirməyim sayəsində yerli dərnəklərlə ortaq tədbirlər düzənləyirəm. Təkcə bu son aylarda bir neçə tədbirlərə imza atmışıq. MəsələnTürk dünyasına yön verən aydınlartədbirimizdə mən Azərbaycan adına Əli bəy Hüseynzadənin həyat fəaliyyətini əks etdirən poster hazırlayaraq əcnəbi tələbələrə sözlü olaraq anlatdım. Bundan əlavəKönüllər Türkiyəadlı başqa bir proqramımızda fərqli ölkələrdən gəlib, Ankarada təhsil alan tələbələrlə Gölbaşı bələdiyyə başqanının dəvəti ilə səhər yeməyinə Mogan gölü ətrafı gəzintiyə qatıldıq. Bundan başqa yaxınlarda Türkiyənin Kültür Turizm bakanı Yalçın Topçu ilə xarici tələbələrin görüşmə proqramına Azərbaycanı təmsil etmək üçün dəvət olunmuşdum. Oraya milli geyimimizlə qatılaraq geniş bir məruzə ilə çıxış etdim. Çıxışım zamanı Ankarada yaxın zamanlardaAzərbaycan Kültür Gecəsininkeçirilməsi üçün təşkilati dəstək istədim bakanlıq tərəfindən istəyim qəbul edildi. Bu tədbiri çox yaxın zamanlarda yüksək səviyyədə keçirməyi planlaşdırıram. Bir həftə öncə isə Türkiyədə fəaliyyət göstərənYerli düşüncədərnəyindəAzərbaycan çay süfrəsiadlı bir tədbir düzənləmişəm. Bu tədbirə Türkiyə mədəniyyət turizm naziri, TBMM-nin millət vəkili, başqa rəsmilər, fərqli ölkələrdən olan tələbələr eləcə azərbaycanlı tələbələr qonaq gəlmişdilər. Tədbirdə valideynlərimin göndərdiyi Azərbaycan çayı şirniyyatları qonaqlara təqdim edildi. Bundan başqa tədbirdə slayd görüntülərlə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri s. haqqında çıxış edərək qonaqlara tanıtmışdım. Hər sahədə Azərbaycanı tanıtdırmağa çalışdığım üçün bu həftə sonu Çubuk bələdiyyəsində gerçəkləşəcək futbol çempionatında azərbaycanlı tələbələrdən ibarət bir komanda quraraq bu yarışmaya da qatılmışıq. Güman edirəm ki, qəzetinizin növbəti sayında qələbə xəbəri ilə təkrarən yer alacayıq. Ümumilikdə irəlidə planlaşdırdığım bir sıra layihələr var. Bunlara Ankarada gerçəkləşəcək kitab sərgisinə Azərbaycan guşəsi olaraq qatılmaq, Hacettepe Universitetinin Tarix bölümündə Azərbaycanın tanıtım gününü keçirmək, Xocalı 20 yanvar faciələrinin anım gününü düzənləmək daxildir. Zamanla bunları uğurlu təşkil etməyə çalışacağam. Təbii ki, bu kimi işlərdə yardıma ehtiyacımız olur bu işdə Azərbaycanın Türkiyədəki səfirliyi, eyni zamanda Ankaradakı Azərbaycan dərnəkləri yaxından kömək etsələr, daha da keyfiyyətli görə bilərik. Amma hər çətinliyə rəğmən Azərbaycan adına gördüyüm işlərdən sadəcə zövq alır işimə davam edirəm.

- Azərbaycanlı tələbələr aktivdirlərmi? Ümumiyyətlə, soydaşlarımızın oradakı fəaliyyəti barədə söz açardınız.

- Ankarada say etibarilə, azərbaycanlı tələbələr çoxdur. Amma bu o demək deyil ki, hamı burada Azərbaycanı hər sahədə təbliğ etməyə çalışır. Çox zaman gənclərin passiv həyat tərzi sürdüklərinin şahidi oluram. Təbii ki, bu yaxşı hal deyil. Onları ictimai-elmi işlərdə aktiv olmağa dəvət edirəm. Çünki aktiv fəaliyyətdə olmaq onların özlərinə bir şəxsiyyət kimi formalaşmalarında, həyat təcrübəsi qazanmaqda böyük köməyi olur. Dediyim kimi, sayca çox olsaq da, çox zaman görmək üçün bir araya gələ bilmirik. Ən böyük qüsurumuz da elə budur. Tələbələrdən başqa Ankarada fəaliyyət göstərən adamları soydaşlarımız da var. Çox sayda həkim, müəllim, incəsənət xadimi, elm adamı s. azərbaycanlılar var. Təbii ki, onların hər birinin uğuru bizim baş ucalığımızdır. Ümumilikdə götürdükdə, azərbaycanlı tələbələr çox bacarıqlıdırlar, sadəcə, çox zaman onlar öz potensiallarını düzgün ya səmərəli istifadə etmirlər.

- Oradakı gənclərimizin bir qədər passiv olduğunu dediniz. Bəs Azərbaycan gəncliyinin hazırkı durumunu necə xarakterizə edərdiniz?

- Az da olsa, pedaqoji fəaliyyətim zamanı bizim tələbələrin psixologiyasına diqqət yetirməyə çalışırdım. Təbii ki, hər kəs eyni deyil hər kəs fərqli ailədən fərqli psixika ilə sinfə gəlir. Hər zaman tələbələrimlə müəllimtələbə münasibətini qorumaq şərti ilə dost da olmağa çalışırdım. Zənnimcə, pis alınmırdı. Amma bəzən elə tələbələr olurdu ki, onlar heç bir şeyə məhəl qoymadan nəinki müəllimə, hətta tələbə yoldaşlarına qarşı belə hörmətsizlik edirdilər. Bu kimi hallar başqa tələbələrin psixologiyasına mənfi təsir göstərirdi. Təbii ki, mənim dərs verdiyim siniflərdə belə hallara yol verilmirdi. Çünki mənim bu kimi halların qarşısını almaq üçün öz psixoloji metodlarım var idi, hansılar ki, işə yarayırdı. Ümumilikdə mən hər zaman söyləmişəm ki, Azərbaycan gəncliyi çox zəkalı olur, sadəcə bu gəncliyi düzgün istiqamətləndirmək lazımdır. Əgər ata evdə oğlunauniversitetə qəbul olsan sənə maşın alacamdeyirsə, bu psixologiya ilə Azərbaycan gənci ancaq ancaq uçuruma yuvarlanacaq. Nikbin ruhlu bir insan olduğum üçün Azərbaycanda aparılan islahatlar nəticəsində təhsilimizin yüksələcəyinə gənclərimizin daha yaxşı təhsil alma imkanına malik olacaqlarına inanıram. Diqqətiniz üçün təşəkkür edirəm.

 

Tural TAĞIYEV

Palitra.-2015.-27 noyabr.-S.6.