Bakı Ali Neft Məktəbinin 4 yaşı oldu

 

XXI əsr “bilik iqtisadiyyatı” əsri adlandırılır. Yaşadığımız dövrdə yüksək dəyərə malik yeni məhsulların yaradılması üçün həlledici amil olan insan kapitalının inkişafı ön plana çəkilir. Ölkələr arasında rəqabət təbii resurslara sahib olmaqdan tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir. Ölkəmizdə də təhsilin inkişafı istiqamətində bir sıra addımlar atılır. Ümumiyyətlə, gənclərin mənəvi inkişafında təhsil mühüm amillərdən biridir. Ölkəmizdə gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Ölkədə bir sıra ali təhsil müəssisələri fəaliyyət göstərir ki, gənclərimiz istədiyi təhsil ocaqlarını seçməkdə azaddırlar. Son illər gənclərin ən çox üstünlük verdiyi belə ali təhsil ocaqlarından biri Bakı Ali Neft Məktəbidir(BANM).

BANM-in yeni kampusu bu ilin sonunadək istifadəyə veriləcək

 

Bugünlərdə BANM-in yaradılmasının 4 ili tamam oldu. Bakı Ali Neft Məktəbi Prezident İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksəkixtisaslı geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

2012/2013-cü tədris ilində BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 17 tələbə, 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan 9 nəfəriNeft-qaz mühəndisliyi”, 5 nəfər tələbəProseslərin avtomatlaşdırılması mühəndisliyi”, 3 nəfəri isəKimya mühəndisliyiixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM- oxuyur. Qeyd edək ki, BANM TQDK-nın əsas göstəricilərinə görə daim liderlik mövqeyini saxlayır.

2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.

Bakı Ali Neft Məktəbinin yataqxanasında tələbələrin rahat yaşaması üçün ideal şərait yaradılıb. Otaqlar hər bir məişət avadanlıqları ilə təmin olunub, mətbəx sanitar qovşağı var. Telefon Wi-Fİ quraşdırılıb. Asudə vaxtın maraqlı səmərəli təşkili ilə əlaqədar olaraq, tələbələr üçün idman zalı meydançalar fəaliyyət göstərir. Yataqxanada yalnız Bakı şəhərində qeydiyyatı olmayan, yataqxanaya ehtiyacı olan tələbələr yerləşdirilir.

Qeyd edək ki, Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu bu ilin sonunadək istifadəyə veriləcək. Burada ən müasir texnologiyalar tətbiq olunacaq zəngin maddi-texniki bazaya malik olan laboratoriyalar istifadəyə veriləcək.

 

Scholar interaktiv sistemi vasitəsilə tələbələrə müəllimlə həm sinifdaxili, həm onlayn rejimdə aparılan təhsil metodu təklif olunur

 

Bakı Ali Neft Məktəbinin İngilis dili humanitar fənlər mərkəzi 2012-ci ildən fəaliyyət göstərməkdədir. Mərkəzin əsas missiyası qloballaşan dünyada Bakı Ali Neft Məktəbinin tələbələrinin dünya standartlarına cavab verə biləcək dil vərdişlərinin inkişaf etdirilməsindən ibarətdir. Mərkəzin yüksəkixtisaslı müəllimləri xüsusi intensiv metodlardan istifadə etməklə, tələbələrə ən yüksək səviyyədə tədrisin çatdırılmasını təmin edirlər. Bakı Ali Neft Məktəbinin partnyoru olan Heriot-Vat Universiteti (Böyük Britaniya) tərəfindən təqdim olan Scholar interaktiv sistemi vasitəsilə, tələbələrə müəllimlə həm sinifdaxili, həm onlayn rejimdə aparılan təhsil metodu təklif olunur.

BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə ali məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olaraq, ISO 9001 - Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri OHSAS 18001-Əməyin mühafizəsi təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlarını alıb.

Ali məktəbin kitabxanası tələbələrə bir çox tədris materialları hesablama texnikası ilə yanaşı, həmçinin lazımi məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir. Bundan əlavə tələbələrə Heriot-Watt Universitetinin (Böyük Britaniya) kitabxanasının elektron resurslarından istifadə etmək imkanı yaradılıb. Burada tələbələr elektron bazalarda axtarış aparmaq, e-jurnal, e-kitab, konfrans materialları s. sənədləri istifadə etmək yükləmək imkanına malikdirlər.

BANM-in 4 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilis dilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli xarici şirkətlərdə təcrübənin təşkil olunması ilə vəhdətinin təmin olunması, tədrisin ingilis dilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait imkanlar, müasir laboratoriyalar, tələbələrə SOCAR BANM-in rəhbərliyi tərəfindən ayrılan xüsusi diqqət qayğı kimi amillər BANM-ə Azərbaycanın ən nüfuzlu lider ali məktəb statusunu qazandırıb. BANM abituriyentlərin onların valideynlərinin ən etibar edəcəyi ali məktəblərdən birinə çevrilib.

 

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbində olub

 

BANM-in fəaliyyəti dövründə bir çox beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil ocaqlarının rəhbəri burada qonaq olub. Bugünlərdə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi ilə görüşüb. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali məktəbdə yenidən görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Rektor BANM-in Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyikçağırışının reallaşmasına yönəlmiş əhəmiyyətli bir layihə olduğunu qeyd edərək onun yaranma tarixi, fəaliyyət istiqamətləri, 4 illik fəaliyyəti ərzində nailiyyətləri haqqında qonağa ətraflı məlumat verib. Rektor tədris prosesinin ingilis dilində, müasir proqramlar texnologiyalar əsasında istehsalatla sıx əlaqədə həyata keçirildiyini xatırladıb. O, həmçinin qonağa BANM-in əməkdaşlıq etdiyi transmilli şirkətlər, yeni yaradılmış Bərpaolunan enerji mühəndisliyi üzrə tədris tədqiqat mərkəzi, Ömürboyu təhsil fakültəsi, Ali məktəbin tikintisi başa çatan kampusu gələcəkdə BANM- həyata keçiriləcək magistr hazırlığı proqramları haqqında məlumat verib. Rektor Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən söz açaraq, ISESCO-ya verdiyi dəstək barəsində, onun elm, mədəniyyət təhsil sahələrinin, ölkənin ümumi inkişafı istiqamətində gördüyü işlər haqqında bəhs edib. Bununla yanaşı, rektor ISESCO-ya üzv olan ölkələrin gənclərinin BANM- təhsil almaları imkanlarından danışıb bunun üçün ISESCO tərəfindən təqaüdün ayrılması təklifini irəli sürüb. Sonda rektor Əbdüləziz Osman əl-Tuveycrini ölkənin Prezidenti İlham Əliyev tərəfindənDostluqordeni ilə təltif edilməsi yenidən ISESCO-nun baş direktoru seçilməsi münasibəti ilə təbrik edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda ölkənin ən nüfuzlu ali məktəbində yenidən olmasından məmnunluğunu ifadə edib. Cənab əl-Tuveycri ISESKO-ya üzv ölkələrdə neft-qaz texnologiyalar üzrə ixtisaslaşmış bir sıra aparıcı ali təhsil müəssisələrinin mövcud olduğunu, BANM-i çox müasir səmərəli layihə hesab etdiyini bildirib. ISESCO-ya üzv olan ölkələrin istedadlı gənclərinin BANM- təhsili üçün təqaüdlərin ayrılmasını təqdirəlayiq hesab etdiyini bunun üçün lazımi dəstək göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə rektor Elmar Qasımov ISESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri arasında ISESCO-ya üzv olan ölkələrin vətəndaşlarının BANM- təhsil almaları, bunun üçün təqaüdün ayrılması təhsilin təşkili ilə bağlı müzakirələr aparılıb.

Nigar Abdullayeva

Palitra.-2015.-1 dekabr.-S.11.