Azərbaycan İslam mədəniyyətini ən çox təbliğ edən ölkədir

 

Dini abidələrin bərpası, yenidən istifadəyə verilməsi və çoxlu sayda yeni məscidlərin tikilməsi istənilən müsəlman ölkəsi üçün örnək sayıla bilər

 

Bu gün Azərbaycan dünyada bütün səviyyələrdə dinimilli tolerantlıq mənbəyi və örnəyi kimi qeyd edilir. Dünyada sivilizasiyaların dialoqu, mədəniyyətlərarası ünsiyyətin, multikulturalizmin sağlam məcrada inkişaf etməsi, millidini tolerantlığın gücləndirilməsi məsələlərinin olduqca aktuallaşması şəraitində Azərbaycan dünya və eləcə də müsəlman ölkələrinə nümunə göstərilir.

Azərbaycandakı yüksək dinimilli tolerantlıq mühitinə olan rəğbəti indiyə qədər ölkəmizdə olmuş bütün məşhur diplomatlar, beynəlxalq qurumların nümayəndələri və eləcə də dünya dinlərinin liderləri dəfələrlə qeyd ediblər.

Dünyada multikulturalizmin rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin dini, milli tolerantlıq müstəvisində həlli olduqca önəmlidir. Öz növbəsində bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin tolerantlıq və dialoq məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya diplomatları, beynəlxalq təşkilatlar, intellektuallar tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Azərbaycan həmişə dini azadlıqlara çox böyük önəm veribbu sahədə nümunəvi ənənələrini yaşatmaqda, daha da inkişaf etdirməkdədir.

Azərbaycanda dini etiqadvicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Çünki dövlətin dini tolerantlığın, azadlıqların qorunması və möhkəmləndirilməsi üçün xüsusi strateji xətti var. Bu xətt xüsusi prinsipiallıqla davaminkişaf etdirilir. Azərbaycan tolerantlıq nümunəsini dünyaya göstərməyə çalışır və bunda haqlıdır. Azərbaycanın nümunəvi dini tolerantlıq mühiti beynəlxalq səviyyədə diqqət mərkəzinə gətirilir və ekspertlərin, diplomatların müzakirəsinə çıxarılır. Bu cür müzakirələrdə Azərbaycanın sözügedən sahədəki təcrübəsi, nailiyyətləri və unikallığı bir daha örnək olaraq dünya ölkələrinə təqdim edilir. İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, İslam dəyərlərinin müdafiəsi üçün beynəlxalq səviyyədə fəal aparır. Bunun nəticəsidir ki, müstəqillik illərində, xüsusən də Prezident İlham Əliyevin rəhbərliyi dövründən başlayaraq, Azərbaycanda məscidlərin sayı dəfələrlə artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2 mini keçib. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib. Bundan başqa, Bakının dini memarlıq simvollarından olan Təzə Pir Məscidini, Bibiheybət Məscidini, Heydər Əliyev məscidini, Qafqaz Müsəlmanları İdarəsinin və Bakı İslam Universitetinin bina-kompleksini və digər möhtəşəm dini bina və komplekslərin təmirini, yeni tikililəri misal göstərmək, yəqin ki, yerinə düşər. Ümumiyyətlə, ölkədə dini abidələrin bərpası, yenidən istifadəyə verilməsi və çoxlu sayda yeni məscidlərin tikilməsi işi istənilən müsəlman ölkəsi üçün örnək sayıla bilər.

Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətinin dini və bəşəri dəyərlərə verdiyi yüksək qiymətdən irəli gəlir. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaq. Azərbaycanda nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb. Eləcə də İslam dininə xələl gətirə biləcək hər hansı bir nüansa dövlət, eləcə də cəmiyyət barışmaz münasibət bəsləyib. Çünki bu cür nüanslar Azərbaycan cəmiyyətinin tarixinə, xarakterinə və təbiətinə tamamilə yaddır.

Azərbaycan bütün dünyada islamofobiyaya, İslamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Azərbaycan Fələstinin dəstəklənməsinə sadiqliyini nümayiş etdirir, ona siyasi dəstək verirbirbaşa yardım göstərir.

Prezidentin İSESKO-nun Baş Konfransının XII sessiyasının açılışında bu barədə dediyi fikirlər də buna parlaq misaldır: “Biz islamofobiyaya qarşı açıq şəkildə mübarizə aparırıq. Ən yüksək səviyyədə - Prezident səviyyəsində bəyanatlar verilib. İslamofobiya çox böyük təhlükədir, böyük ədalətsizlikdir. Gələcəkdə sivilizasiyalararası münaqişələrə gətirib çıxara bilər. Ona görə, həm ölkə daxilində, həm xaricdə biz İslam mədəniyyətini təbliğ edirik. Dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın təşkilatçılığı ilə mütəmadi qaydada sərgilər, təqdimatlar, mədəni proqramlar təşkil edilir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bizim təşəbbüsümüz ilə Bakıda artıq bir neçə dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Dünya dinlərinin liderlərinin Zirvə görüşü keçirilmişdir. Gələn il BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Qeyd etməliyəm ki, bütün bu tədbirlərdə ISESCO fəal iştirak edir. Budur bizim dinlərarası, mədəniyyətlərarası münasibətlərə töhfəmiz”.

Bu fikirlər Azərbaycanda və dünyada dini müstəvidə nümunəvi tolerantlıq mühitinin, eləcə də İslam dininin mənafeyinin qorunması və daha da inkişaf etdirilməsi ilə bağlı dövlətin və onun başçısının mövqeyini, iradəsini bariz şəkildə ortaya qoyur.

Həmçinin Prezident İlham Əliyevin öz ailəsi ilə birlikdə Həcc ziyarətinə getməsi dövlət başçısının İslam dininə verdiyi böyük önəmin bariz nümunəsidir.

Bundan başqa, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülüb. Bu, ISESCO tərəfindən Azərbaycanın İslam aləmində oynadığı rola verilən yüksək qiymətdir.

Yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulub. Bu mərkəz İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, İslam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaq. Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilib.

Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün fəal rol oynayır. Ölkəmiz bu gün əsas multikulturalizm, dinimilli tolerantlıq mərkəzlərindən hesab edilir. Nahaq yerə deyil ki, Azərbaycanda bu mövzularda dünyaca məşhur qlobal elmi-nəzəri konfranslar, simpoziumlar mütəmadi keçirilir. Azərbaycanın bu sahədə dünyaya örnək olduğu bariz şəkildə sərgilənir və mədəniyyətlərarası dialoq, tolerantlıq mövzusunu dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verilir.

Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinləri liderlərinin Zirvə görüşləri keçirilir. 2016-cı ildə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək.

Bundan baqşa, Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır.

Onu da xüsusilə qeyd etmək lazımdır ki, yeni dövrdə dövlətimizin yürütdüyü din siyasətinin əsas prinsiplərindən biri tolerantlıq mühitinin qorunması və daha da gücləndirilməsidir. Çünki Azərbaycan müxtəlif inancların və müxtəlif etnik qrupların yanaşı yaşadığı ölkədir. Ona görə də burada dinimilli tolerantlığın qorunması birinci növbədə dövlətin öz marağındadır. Məhz Azərbaycanın ənənəvi dini modelinin qorunması sayəsində ölkəmizdə nümunəvi tolerantlıq mühitinə, dincsivil birgəyaşayışa nail olunub. Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətin İslam dininə, dini dəyərlərimizə verdiyi böyü əhəmiyyətin təzahürləridir. Bir sözlə, Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər bir kəsin dini etiqad azadlığı təmin olunur.

Son baş verən proseslərlə bağlı isə bir məqamı qeyd edək. Azərbaycanın bu cür dinimilli tolerantlıq mərkəzi oması və bunun dünya səviyyəsində qəbul edilməsi bəzi xaricdəki dairələr tərəfindən qısqanclıqla qarşılanır. Təəssüf ki, bu cür dairələr həm də müsəlman dövlətləri içərisində təmsil olunurlar. Onlar özlərinin qeyri-tolerant imicləri ilə kölgədə qalırlar. Ona görə də ölkəmizdə dinimilli zəmində tolerantlıq mühitini pozmaq üçün müxtəlif təxribatlar törətməkdə maraqlı görünürlər. Amma bütün bu uğursuz və məkrli niyyətlərə baxmayaraq, Azərbaycan dövləti güclüdür və onların təxribatlarının qarşısını almağa qadirdir.

 

İlkin AĞAYEV

Palitra.-2015.-1 dekabr.-S.4.