“Elektron lövhə
müəllimin köməkçisi ola
biləcək vəsaitdir”
Vəfa Məmmədova: “Ondan
effektiv istifadə isə müəllimin özündən
asılıdır. Düzgün
seçilməmiş material və zaman həddi dərsin keyfiyyətinin
artmasına deyil, əksinə edə bilər”
İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir. Elektron dərslərin tətbiqi müasir məktəblərdə geniş vüsət alıb və uşaqların maraq obyektinə çevrilib. Eyni zamanda elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olub. Buna misal olaraq hazırda elektron kitabxanaları, elektron təhsili qeyd etmək olar. Elektron dərslər vasitəsilə uşaqların informasiya əhatəsi daha da genişlənir. Elektron dərslər şagirdlərdə kompüter bacarıqlarını formalaşdırır. Əyani vəsaitlər mövzunu sonradan xatırlamağı və yadda saxlamağı asanlaşdırır. Bu məsələyə layihə çərçivəsində təqdim etdiyimiz yazıda toxunacağıq. Müsahibimiz Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına 155 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədovadır:
-Elektron lövhənin üstün cəhətlərindən biri də lövhədə dəftər vərəqini əks etdirmək üçün (damalı və ya birmil) torun olmasıdır. Bu, ibtidai siniflər üçün, xüsusilə də I sinifdə hərf və rəqəmlərin orfoqrafiyasını tədris edərkən müəllimin köməyinə çatır. Əvvəl hər bir şagirdə yazını hardan başlamasını, sətrin və ya damanın yerini fərdi şəkildə göstərmək lazım gəlirdisə, artıq lövhənin köməyilə buna ehtiyac qalmır. Müəllim eyni anda bütün sinfə lövhədə nümayiş etdirir, şagird isə lövhədəki ilə dəftərindəki qeydlərin uyğun olub-olmadığını özü təyin edir.Bu zaman diqqətin cəmlənməsi inkişaf edir. Həmçinin torun köməyindən müxtəlif resursların hazırlanmasında da istifadə edilir (pazl, cədvəl və ya sxemlərin qurulmasında və s.). Kişikyaşlı məktəblilər interaktiv lövhə ilə işləməyi çox xoşlayırlar. Belə ki, səhv etdikləri an qələmin köməyilə səhvi silir və ya hərəkəti geri qaytarırlar. Bu da onlara lövhə qarşısında daha ürəkli olmalarına şərait yaradır.
Proqramda təqdim olunan riyazi alətlərin (pərgar, sirkul, xətkeş , günyə, kalkulyator, koordinat başlanğıcı) rolu əvəzsizdir. Bu alətlər müəllimə dərsi daha aydın və əyani şəkildə izah etməyə kömək edir.Promethean lövhə müəllimə tədris edəcəyi mövzunun üsul və vasitələrini seçməkdə geniş imkanlar verir. Lövhənin bundan əvvəl istifadə etdiyim elektron interaktiv qurğudan fərqləndirən özəl funksiyası var. İkinəfərlik iş rejimində işləmə funksiyası müəllimə müxtəlif fənlərin tədrisində cütlər və ya qruplar arasında maraqlı yarışlar, estafetlər, oyunlar keçirmək imkanı yaradır. Dərslərimdə tez-tez istifadə etdiyim və şagirdlərimin çox sevdikləri bir neçə interaktiv tapşırıqlardan nümunələr göstərmək istərdim: -“sehrli qələm”; “gizlilik” “anaqram”, “pazl”, “krossvord”, test tapşırıqlarını və ya ikinəfərlik iş rejimində maraqlı oyunlar yaratmaq üçün istifadə etdiyim doğru və ya səhv cavabların sayını avtomatik göstərən düymələr; “Konteyner” və s. Artıq bir neçə müddətdir ki, dərslərimdə bu lövhənin imkanlarından geniş istifadə edirəm. Şagirdlərim də onunla işləmək bacarığına asanlıqla yiyələniblər. Hətta yoldaşlarından nisbətən geri qalan şagirdimin belə fəallaşaraq lövhədə işləmək həvəsini görəndə daha çox sevinirəm. Onlar arasında lövhə ilə bağlı keçirdiyim sorğuda aldığım cavablar bir daha bunu təsdiqlədi.
Məmmədova Məsturə-Lövhənin sinifdə quraşdırılan günü uşaqlar arasında böyük coşqu, sevinc hissi var idi. Hamı səbirsizliklə onun işə salınmasını gözləyirdi. Nəhayət müəllim onu işə saldı. Bizə işləmə qaydalarının ilk elementlərini başa saldı. Mən isə özümü bir anlıq “Sehrli xalat” filmindəki Rəşidlə Zərifənin səyahət etdikləri gələcəkdə hiss etdim. Onların bir toxunuşla kitablardakı məlumatları oxuması sanki bizim lövhəni xatırladırdı.
Fətiyeva Leyla-Müəllimənin bizim üçün hazırladığı maraqlı, əyləncəli tapşırıqlar çox xoşuma gəlir. Belə tapşırıqların köməyilə mən mövzunu daha tez başa düşür və yerinə yetirməkdə çətinlik çəkmirəm. Həmçinin tapşırıqlarda müəllim müxtəlif rəngarəng şəkillərdən istifadə edir. Bu şəkillər insana zövq verir.
Qədirov Xəlil-Lövhəni işə saldıqdan sonra müəlliməmiz ilk olaraq məni lövhəyə çağırmışdı. Qələmi əlimə aldım. Həyəcan hissi ilə onu lövhəyə toxundurdum. Kiçik bir qələmin belə möcüzələr yaratmasına heyran olmuşdum. İndi bu həyəcandan bir iz də qalmayıb. Asanlıqla, müəllimin müdaxiləsi olmadan lövhədə işləyirəm. Hətta, bəzən özümü sehrbaza da bənzədirəm.
Heydərova Pəri- Mənim əyləşdiyim parta arxa cərgədə yerləşir. Lövhənin ölçüləri hətta arxa partada əyləşənlərə belə orada nümayiş etdirilənləri aydın görməyə imkan yaradır. Gözəl səsucaldıcının olması isə əlavə səs qurğusunun qoşulmasını tələb etmir.
Hüseynli Rəvan- Mən birinci sinfə qədəm qoyanda sinif otağımızda təbaşirli lövhə var idi. Onda yazı zamanı əllərimiz, üstümüz bulaşır, sildikdə isə tozunu udmalı olurduq.
Sonra otağımıza
markerlə yazılan lövhə verdilər. Müəyyən qədər problemi aradan qaldırsa da hələ də gigiyena qaydalarına tam əməl
etmək olmurdu. Daha sonra müəlliməmiz bizim üçün interaktiv qurğu aldı. Problemlər müəyyən dərəcədə həll
olundu. Lakin elektron lövhənin
gəlişi bu sahədə, demək olar ki, çevriliş
etdi. İndi “sehrli qələm”lərin
köməyilə həm
yazır, həm pozur, şəkil çəkir, obyektlərin
yerini dəyişir, rəngləyir, musiqi dinləyir və s. işlər görürük.
Mahmudlu Süleyman-Bu
lövhə ilə işləməyi öyrənmək
mənim üçün
çox asan oldu. Onun ən çox
xoşladığım üstün
keyfiyyəti eyni anda iki nəfərin
üzərində işləyə
bilməsidir. Onun
köməyilə biz tez-tez
sinifdə qruplar arasında ,
xüsusən riyaziyyat
dərslərində estafet
yarışlar, oyunlar
keçiririk.
Hazırda isə ibtidai sinif müəllimlərini
İKT biliklərinin qiymətləndirilməsi
məqsədilə keçirilmiş
sınaq imtahanında
topladığım maksimum
bala görə mənə Təhsil Nazirliyi tərəfindən
Promethean lövhənin yeni
"ActivBoard Touch 78" modeli
verilib. Bu lövhənin
imkanları daha genişdir.
-Bu löbhənin
hansı üstünlükləri
var?
- "ActivBoard Touch 78" 2 sinxron toxunuşu dəstəkləyən, təhsil
prosesinin təşkili
üçün universal alətdir. İnfraqırmızı
texnologiyanın təşəbbüsü
ilə, lövhə həm markerlərin toxunuşuna, həm də barmaqların idarə edilməsinə reaksiya verir.Multi-touch funksiyası ilə interaktiv ekran texnologiya ilə tanışlıq vaxtını
azaldır və “ActivBoard Promethean” lövhələrinə
xas olan dəqiq iş prinsipini təmin etmək üçün imkan verir. “ActivBoard Touch” məşquliyyəti,
effektiv təlim təcrübələrini asanlaşdırmaq
üçün intuitiv
toxunuş interaktivliyini
və Promethean-ın mükafat qazanmış proqram təminatını
bir araya gətirir. “ActivInspire
Professional Edition” proqram təminatı
və “Promethean Planet”-in tədris
resurslarının sərvətinə
yol, toxunuş interaktivliyini seçim edənlərə yeni bir dünya açır. Kompüterdə aparılan hər bir əməliyyatın,
"ActivBoard Touch 78" interaktiv
lövhələri üzərində
interaktiv qələm və əl toxunuşu vasitəsi ilə həyata keçirmək mümkündür.
Bu halda interaktiv
qələm və əl toxunuşları kompüterin maus funksiyasını yerinə
yetirir. Lövhənin
ən böyük üstünlüklərindən biri odur ki,
"ActivBoard Touch 78" lövhəsi
adi ağ
lövhə kimi də istifadə edilə bilər. Bu zaman lövhənin
üzərində adi
markerləri də istifadə etmək olar. Bu lövhələr
sinif otağını
interaktiv öyrənmə
mühitinə keçirmək
məqsədi ilə müəllimlər üçün
müəllimlərin özləri
tərəfindən yaradılıb.
"ActivBoard Touch 78" modeli lövhə üzərində yazmağa
imkan yaradan və eləcə də kompüterin mausu rolunu oynayan
interaktiv qələmlərlə
təchiz olunub. İnteraktiv lövhənin işlədiyi
proqram təminatı və kompüterdə istifadə olunan əməliyyat sistemindən
asılı olaraq 6 istifadəçinin lövhə
üzərində eyni
zamanda işləməsi
və əməkdaşlığı
mümkündür. Səthin quru
təmizlənməsi sinif
üçün maksimum
rahatlıq yaradır.
Qeyd etmək istərdim ki, bu elektron
lövhə müəllimin
köməkçisi ola biləcək bir vəsaitdir. Ondan effektiv istifadə isə müəllimin özündən, yəni
onun imkanlarından nə dərəcədə
istifadə etmək bacarığından asılıdır.
Düzgün seçilməmiş material və zaman həddi
dərsin keyfiyyətinin
artmasına deyil, əksinə edə bilər. İnteraktiv
lövhədən daha
səmərəli istifadə
etmək üçün,
sözsüz ki, ilk növbədə onun proqram təminatını
dərindən öyrənmək
və onunla istifadə zamanı köməyi ola
biləcək resursları
təyin etmək lazımdır. Şagirdlər bu lövhənin
geniş imkanlarını
asanlıqla mənimsəyirlər.
İnteraktiv vəsaitlər uşaqları
ruhlandırır və
onları yeni biliklər əldə etməyə çağırır,
nailiyyətlər qazanmağa
kömək edir.
Promethan lövhədən istifadə
hər bir dərsi dinamik edir, bunun nəticəsində
dərsin ilk mərhələsindən
şagirdlərin diqqətini
cəlb edir və dərs bounca bu motivasiyanı
qorumaq mümkün olur. Elektron lövhə müasir
texnikanın tətbiqi
ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına
kömək edir.
Anar Miriyev
Palitra.-2015.-1 oktyabr.-S.11.