Adı kimi özü də nəzakətlidir

 

Muxtar respublikamızda insanların sağlamlığının qorunması üçün səhiyyənin inkişafına hərtərəfli qayğı göstərilir, tibbi xidmətin müasir tələblər səviyyəsində təşkili, qarşıya qoyulan bir çox vəzifələrin uğurla həyata keçirilməsi üçün bu sahəyə ayrılan vəsaitlərin həcmi ilbəil artırılır. Bu da təsadüfi xarakter daşımır. Çünki, yalnız sağlam insan mənsub olduğu xalqın, dövlətin xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından istifadə edə bilər. Sağlam insan, sağlam cəmiyyətin yaradıcısıdır. Qürurverici haldır ki, bu gün bu sahədə çalışan insanların əməyi layiqincə qiymətləndirilir, onlara fəxri adlar, medallar təqdim olunur. Əməyi qiymətləndirilən həkimlərdən biri də Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, Doğum Mərkəzinin ginekologiya şöbəsinin müdiri Nəzakət Gülməmmədovadır.

Nəzakət həkim haqqında çox eşitmişdim, lakin özü ilə yaxından tanışlığım yox idi. Elə məhz bu günlərdə bu minvalla həkimin çalışdığı Doğum Mərkəzinə üz tutdum. Adı kimi özü də nəzakətli olan bu xanım məni gülərüz, çox mehribancasına qarşıladı. Gəlişimin məqsədini bildirdimonunla həmsöhbət oldum:-Onun dedikləri:

-1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşam.9 nömrəli tam orta məktəbi bitirmişəm.

Nəzakət xanıma niyə məhz müəllimlik yox, başqa bir peşə yox, elə məhz həkimlik sənətini seçdiniz sualımı belə cavablandırdı: Mənim ən böyük arzum jurnalist olmaq idi. Hətta balaca yaşlarımda məndən soruşandaki böyüyəndə hansı peşənin sahibi olacaqsan? Jurnalist olacağam deyə sevinərək cavab verərdim. Lakin bir gün atamın hipertoniya xəstəliyindən əziyyət çəkməsi, uzun müddət xəstəxanada yatması, onu bu xəstəlikdən Hamlet həkimin xilas etməsi məni jurnalist olmaq fikrimdən çəkindirib, həkimlik peşəsinə yönəltdi.Və nəhayət sonradan məndə həkimlik peşəsinə baş qaldıran sevgi ilə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə Profilaktikası fakültəsinə qəbul oldum. Oranı əla qiymətlərlə bitirdikdən sonra, təhsil aldığım universitetdə işə dəvət aldım.Lakin atamın xəstəliyi yenidən başladığından orada çalışmaq mənə nəsib olmadı. Naxçıvana qayıtdım, o vaxt Lelinabad kənd xəstəxanasında həkim kimi fəaliyyət göstərdim. 1982-ci ildən 1985-ci ilə qədər isə Qahab kənd xəstəxanasında çalışdım. 1990-cı ildən isə Doğum Mərkəzində çalışıram.Haliyədə ginekoloji şöbənin müdiri vəzifəsində fəaliyyət göstərirəm.

Həkimlik sənəti çox məsuliyyətli və şərəfli bir peşədir. İlk növbədə xəstə həkiminə inanmalıdır, onu sağaldacağında şübhə etməməlidir.Hippokrat deyirdi ki, həkim xəstə münasibətlərində üç tərəf vardır: həkim, xəstə, xəstəlik.Əgər bu mübarizədə həkimlə xəstə bir olarsa, xəstəliyə qalib gələr, yox xəstə həkimi yaxına buraxmayıb xəstəliyə tabe olarsa, onda xəstəlik qalib gələcək. Odur ki, xəstə öz həkiminə güvənməlidir. Məşhur hollandiya həkiminin belə bir fikri var. Başqalarına işıq verə-verə özüm də yanaram.Həkim yanmağı bacarmalıdır. Bəli, haqqında söhbət açdığımız Nəzakət xanım da sözün əsil mənasında öz sənətinə canla-başla yanaşan həkimlərdəndir. Yəqin ki,dünyada elə bir insan tapılmaz ki, o insan həkim yardımından istifadə etməsin. Uşaq doğularkən belə onun dünyaya gəlməsini həkim təmin edirilk günləri həkim nəzarəti altında keçir. Nəzakət həkim də gün ərzində onlarla körpənin dünyaya gəlməsinə sevə-sevə köməklik göstərir.

Nəzakət həkim tibbin məsuliyyətli sahəsini özünə həyat yolu seçib. Çünki bu yolda qadın həyatından, anauşaqdan söhbət gedir.Özünündediyi kimi, ən adi diqqətsizlik, məsuliyyətsizlik qadının gələcək müalicəsi üçün ağır nəticələr verə bilər. Ona görə də xəstə üzərində müayinə apararkən son dərəcə ehiyatlı olub dəqiq diaqnoz qoymaq üçün dəfələrlə düşünüb daşınır, xəstənin sonrakı taleyi üçün həlledici, əsas amil olan son qərarını verir.

Həkimlik başqa sənətlərə bənzəməz, gərək daim öyrənəsən, tibb elminin son nailiyyətlərini mənimsəyib təkmilləşəsən.

Nəzakət həkim yaradılan şəraitdən, əməyinə verilən qiymətdən, göstərilən dövlət qayğısından da ürəkdolusu danışdı: -Yeni səhiyyə obyektlərinin tikintisi, onların müasir avadanlıqlarla təchizatı, isanlara tibbi xidmətin səviyyəsinin yüksəldilməsini təmin edən başlıca amillərdən biridir.Danılmaz həqiqətdir ki, son illər ərzində Naxçıvan səhiyyəsinin inkişafı üçün misilsiz işlər görülmüş, mühüm tədbirlər həyata keçirilmişdir.Göstərilən dövlət qayğısının bariz nümunəsidir ki, doğma diyarımızda doğum göstəriciləri xeyli artmış,körpə ölümü göstəriciləri isə minimuma enilmişdir.Bundan başqa, unutmaq olmaz ki, əvvəllər uşaqların dünyaya gəlməsindən ötəri analar digər ölkələrə getməyə məcbur olurdular. Sevindirici haldır ki, artıq buna ehtiyac qalmayıb.

İftixar hissi ilə deyə bilərəm ki, bütün sahələrdə olduğu kimi, həkimlik peşəsində çalışan insanların da əməyi yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci tarixli müvafiq Sərəncamı ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi adına layiq görüldüyümü eşidəndə sevincimin həddi-hüdudu olmadı.Təbii ki, əməyimə verilən bu qiymət məsulliyyətimi birə-beş artırıb, qarşımda mühüm vəzifələr qoyub.

Nəzakət həkimlə etdiyim söhbət əsnasında öyrəndim ki, balaca qızı anasının seçdiyi həkimlik peşəsini davam etdirir: “Hər zaman deyirəm ki, xəstəyə pasiyent kimi yox, insan kimi sevərək yanaşsınlar, onların keçirdiyi iztirabları yaşasınlar. Həkimlər nə dərəcədə dərin elmi biliyə, zəkaya malik olsalar da, yüksək dərəcəli peşə vərdişlərinə, əməliyyat texnikasına düzgün riayət etsələr də, onlar ilk növbədə xəstənin qəlbini ovsunlamağı, onda özünə qarşı inam yaratmağı bacarmalıdırlar”.

 

Nuray ƏSGƏROVA

Palitra.-2015.-3 oktyabr.-S.15.