“Maliyyəsiz diaspor qanadsız quşa bənzəyir”

 

Ramiz Əmirli: “Lobbiçiliyi səfirliklərlə sıx əməkdaşlıq etmədən gücləndirmək mümkün deyil

 

Müsahibimiz Ramiz Əmirli 1984- ildən Macarıstanda yaşayır. İki oğlu var. Böyük oğlu Rüstəmin 25 yaşı var, şairdiriki seir kitabı çapdan çıxıb. 23 yaşlı kiçik oğlu Davud isə Budapeşt Universitetində mühəndislik ixtisası üzrə təhsil alır. Ramiz Əmirli özü isə “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri olaraq aktiv diaspor üzvlərindəndir.

-Vətəndən uzaqda yaşamaqla nəyi itirib və nəyi qazanıbsız?

- Öncə, bütün millətimizi, eləcə də dost-tanışları salamlayıram. “Vətəndən uzaqda yaşamaqla nəyi itirib, nəyi qazanmışam” sualı çox çətin bir sualdır, amma buna səmimi cavab verəcəm. Bunun həm üstünlükləri, həm də üstün olmayan tərəfləri var. Artıq, zaman min illərlə bundan öncəki zaman deyil. Bəşər övladı ücün Yer kürəsinin hər bir guşəsi elə onun üçün də vətən ola bilər. Bunu ona heç kim qadağan edə bilməz. Yetər ki, kimsə bunu istəsin. Qazandıqlarım ancaqancaq yaxşı dostlardır. Demək olar ki, bütün millətlərdən dost- tanışlarım var. Macarların bir sözü var, deyirlər ki, ən varlı insan yaxşı dostu olan insanlardır. Bəlkə də, burada bir həqiqət var. Mənim Macarıstanda çox yaxşı dostlarım var. Onlar da mənimlə bərabər Azərbaycan üçün əllərindən gələni ediblər. 1994- ilin dekabrın sonunda keçirilən “Budapeşt” sammitinə mərhum Prezidentimiz Heydər Əliyev də dəvətli idi. Bundan istifadə edərək o zaman macar dövlət xadimləri və biznesmenləri ilə cənab Prezidentimizin görüşlərini təşkil etmişdik. Sonra da Heydər Əliyev cənablarının təklifi əsasında ATƏT-in sədri seçilən Macarıstanın xarici işlər naziri Kovacs Laszlonun Azərbaycana səfərinə nail olmuşduq. O zamanlar ücün bu, heçaz bir şey deyildi. Hətta 1996- ci ildə Rumıniyada “Buxarestsammiti ərəfəsində mərhum Prezidentimiz Heydər Əliyevlə təkrar görüşümüz zamanı gələcəkdə Macarıstanda və qonşu Avropa ölkələrində lobbimizi qurmaq və qüvvətləndirmək barədə ulu öndərimizdən bəzi təkliflər də almışdıq. O zamanlar hələ ölkəmiz çox ağır bir şəraitdə idi. Sabitlik belə yox idi. Prezidentimizin təklifini nəzərə alaraq Macarıstandan Azərbaycana 775.000 ABŞ dolları dəyərində ərzaq məhsulları göndərmişdik.

Vətəndən uzaqda yaşamağın yeganə çətinliyi istər- istəməz dünyaya göz açdığın doğma el-oba, qohum-əqrəba üçün darıxmağındır. Cənnət belə, olsa, heç bir qərib ölkə vətənin yerini verə bilməz. Vətəni heç nə ilə əvəzləmək olmaz.

Üstünlüyü isə ondadır ki, qərib bir ölkədə öz millətini təmsil edirsən. Çalışırsan ki, sənin də millətini burada tanısınlar, onun mədəniyyətini, kimliyini və varlığını burada da hiss etsinlər. Kimliyindən asılı olmayaraq vətəndən gələn hər hansı bir soydaşımızın az da olsa, bir yardımçısı olmağın bizdə yaratdığı təəssüratlar elə bizə bəs edir.

- Rəhbərlik etdiyiniz təşkilat Macarıstanda soydaşlarımızı bir araya toplaya bilibmi?

-Mənim rəhbərlik etdiyim “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyəti 2011- ci ildən fəaliyyət göstərir. Həmişə çalışmışıq ki, vətənimizi, hökumətimizi layiqincə təmsil edək. Ölkəmiz haqqında kitablar çap etdirib burada pulsuz paylamışıq. Azərbaycanda baş tutanAvroviziya” və ilk Avropa Oyunlarından öncə onların təbliğatları ilə məşğul olmuşuq. Əlbəttə ki, bütün bunları imkanımız çərçivəsində etmişik. Çox sağ olsun, bütün səfirlik işcilərimiz və eləcə də səfirimiz Pr. Vilayət Quliyev, onlar həmişə burada yaşayan bütün azərbaycanlılara ən yüksək səviyyədə lazımi köməklikləri göstərirlər. Səfirimiz Vilayət müəllim isə çox gözəl bir şəxsiyyətdir; həm dilçi, həm tarixçi, həm alim. Bu insa,n mən deyərdim ki, bütün qabiliyyətlərə malikdir. Əsl səfir məhz belə olmalıdır. Səfir ölkəsini hərtərəfli təmsil etməyi bacarmalıdır.

Bütün tətbirlərimiz səfirliyimizlə həmişə birgə həyata keçirilir. Hamımızın bir amalı var: xalqımıza, hökumətimizə birgə xidmət etmək. Biz azərilər Macarıstanda, onsuz da bir o qədər çox deyilik, amma lazım olanda lazımi yerdə lazımi sözümüzü çatdırmaq qüvvəsinə malikik.

-Bu gün vacib məqamlardan biridiasporun siyasiləşməsidir. Macarıstandakı diasporumuzun bu baxımdan hansı aktivliyi var?

-Bu gün diaspor üzvlərinin fəaliyyət göstərdikləri ölkələrin aparıcı dövlət xadimlərilə sıx təmasda olmaları daha vacibdir. Diasporun həmin ölkənin aktivləri ilə olan əlaqələri indi çox şeyi dəyişə bilir. Fikir verin, erməni və yaxud israillilərin dünya səviyyəsində təsir qüvvələrinə! Onlar uzun illərdir bu işin təməlini qoyublar, indi də səmərəsini görürlər. Çox sevindirici haldır ki, son zamanlar Prezident İlham Əliyevin və qardaş dövlətimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk- azəri lobbilərinin birgə fəaliyyəti haqqında səsləndirdikləri fikirlər və verdikləri qərarlar bizləri çox ruhlandırır. Artıq, hamılıqla bilirik ki, bütün türkdilli dövlətlərin lobbiləri xaricdə birləşib birgə fəaliyyət göstərməliyik. Onda daha çox nəticələr əldə edərik. Son zamanlar Macarıstanda bu ideyaya bütün türkdilli dövlətlərin nümayəndələri qoşulublar; qazaxlar, türkmənlər, tatarlar və sairə.

Biz sayca az da olsaq, Macarıstanda istənilən səviyyədə çox gözəl əlaqələrimiz var. Elə götürək iki ölkə arasında son zamanlar hərtərəfli əlaqələri. Hər iki dövlət başçılarının qarşılıqlı olaraq bir- birilərinin ölkəsinə səfərləri; həm rəsmi, həm də qeyri-rəsmi. İki macar şəhəri olan GyöngyöşTisavaşvar şəhərlərindən biri Şuşa, digəri isə Ağdam şəhəri ilə qardaşlaşmış şəhərlər olublar. Təbii ki, bütün bu gözəl əlaqələrin yaranması üçün uzun illər lazım gəlib. Yuxarıda qeyd etdiyim kimi, ulu öndərimizin təklifi əsasında 1994- ildən biz buna start vermişik.

-Azərbaycanın xaricdə lobbiçiliyini necə gücləndrimək olar?

-Avropadakı lobbimizin zəifliyinin səbəbi hamımıza aydındır, məncə. Hamı bilir ki, çətinliyimiz ancaqancaq maddi çatışmazlığımızdır! Mən istərdim ki, lobbiyə köməkliyi bütün ölkələrdə məhz həmin ölkədə fəaliyyət göstərən səfirliklərimizə versinlər. Lobbiçiliyi, onsuz da səfirliklərlə sıx əməkdaşlıq etmədən gücləndirmək mümkün deyil. Səfir orada yaşayan soydaşlarımızın hamısını yaxından tanıyacaq və onlarla birgə uğurlu addımlar atmağın yollarını birgə axtarıb tapacaqlar. Həm də orada uzun müddət yaşayan soydaşlarımız da lazımi köməklikləri səfirliyimizə göstərəcək. Birgə olaraq da aktivliyimizi daha da qaldırarıq.

- Deyirsiz ki, lobbiçilik üçün maliyyə lazımdır. Bu işə təkcə maliyyə yetərmi? Bəs, diasporun birliyi, həmrəyliyi əsas deyilmi?

- Əlbəttə ki, diasporun birliyi gözəl olardı. Niyə də birləşməyək. Amma bütün bunların arxasında təmiz niyyət və vətənə sevgi dayanmalıdır. Mən deyərdim Macarıstandakı diasporumuz heç də zəif deyil. Amma daha da qüvvətli olmaq lazımdır! Maliyyə çətinliklərimiz var, mən deyərdim, özüçox. Mən indi durub onları sadalamayacağam. Onları düzəltmək lazımdır, sadalamaq yox. Yenə deyirəm, lazım olanda haradasa sözümüzü deyə bilirik. Adicə bir misal çəkim sizə. Zabitimiz Ramil Səfərova Budapestdə məhbus həyatı keçirərkən həmişə mənəvi və lazım olanda maddi dayaq olurduq. Qərib bir yerdə həbsxanada olmaq heç kimə qismət olmasın. Onunla mütəmadi olaraq telefon əlaqələrim var idi. Lazımi şeyləri ona çatdırırdım, hətta ona həbsxanada kompüter də təşkil etmişdik, cünki o, tərcümələr edirdi. O kompüteri Ramil özü ilə vətənə apardı, hələ də yadigar olaraq saxlayır.

Hamı bilir ki, indi dünyada çox işləri görməyə qadir diasporlar var. Bütün bu işlərin arxasında düşünülmüş siyasət və həm də böyük maddiyyat durur. Avropada da Azərbaycan diasporunu mərkəzləşdirmək olar. Buyursunlar etsinlər, buna ən çox sevinən elə biz olacağıq. Avropa ölkəsinin hansısa birində lobbi mərkəzimizi yaratsınlar, bizlər də onlara yardımçı olaq. Düşünülmüş proqramlar çərçivəsində də hərəkətimizi birgə olaraq edək. İnanın ki, onda daha çox nailiyyətlərə imza atarıq. Yoxsa heç kimdən heç bir maliyyə yardımı almamaqla lobbi qurmaq olarmı? Təbii ki, olmaz. Burada yenə təkrarlayıram, bu işi ancaqancaq səfirliklərə həvalə etmək lazımdır. Səfir təyin edə bilər ki, həmin ölkədə millətini ən yaxşı kim təmsil edə bilər və ən fəalı kimdir! Maliyyəsiz diaspor qanadsız bir quşa bənzəyir. Onu tutmağavar ki, axı o uça bilmir. Buna bir misal da cəkə bilərəm. Macarların belə bir atalar sözü var: “İt hürər, amma pul danışar”! Məncə, mənasını açıqlamağa ehtiyac belə, yoxdur, hər şey aydındır. Pul varsa, nəinki Macarıstanda, istəyirsən gedib onun bütün ərtaf ölkələrində də öz aktivliyimizi göstərək.

-Müsahib olduğunuz ücün təşəkkürlərimizi bildiririk.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-9 oktyabr.-S.7.