“Virtual sistem
oxunmağa da, oxumağa da şərait yaradır”
Raul Məsum: “Adətən, şairlər problemlərini az da olsa böyüdür və bədiiləşdirirlər”
Müsahibimiz Raul Məsum Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinin tələbəsdir. Onun aktivliyində şairliyi daha çox özünü büruzə verir. Elə buna görədir ki, tələbələr arasında daha çox şair kimi tanınır. Qeyd edək ki, Raul Məsumun “Ömrün baharı” (2008), “Sonuncu görüş” (2009), “İlahi nurun bir zərrəsiyəm” (2010), “Bir həzin nəğməyəm mən” (2010) və “Göylərə ucalan səs” (2011) adlı kitabları çap olunub.
-Hansı
fakültədə oxuyursuz və öyrəndiyiniz
sahənin şairliklə nə kimi əlaqəsi
var?
-2011-də Şimali Kipr Respublikasının Yaxın Doğu Universitetinə qəbul oldum və üç il Türk dili və ədəbiyyatı fakültəsində oxudum. Elə 2011-in ikinci semestrində oxuduğum vaxt Türk Dünyası Konseyini qurdum və iki il yarım onun sədri kimi fəaliyyət göstərdim. Ona yaxın tədbir, konfrans və poeziya gecələri hazırladım. 2014-ci ildən isə Doğu Akdeniz Universitetinin eyni fakültəsində təhsil alıram.
Öyrəndiyim sahənin şeir və yaxud şairliklə əlaqəsinə qalanda əruzu öyrəndim, milli vəznimiz olan hecanı təkmilləşdirdim. Türk ədəbiyyatının tarixini, türk tarixini də az-çox öyrəndim.
-Bəs nə zamandan şeir
yazırsız?
-Mən 2004-cü ildə ilk şeirimi yazmışam. Daha çox atam məni şeir yazmağa ruhlandırdı. O məni diqqətlə dinləyirdi, mənə onu yorduğumu hiss etdirmirdi. İlk şeirim 2006-cı ildə Cəlilabadda “Münasibət” qəzetində çap olundu. Rayonda keçirilən şeir və inşa yarışlarında iki dəfə birincilik də almışam. 2008-ci ildə "Ömrün baharı" adlı ilk kitabım Bakı “Araz” nəşriyyatında Cəlilabad rayon icra başçısı Əziz Əzizovun dəstəyi ilə çap olundu.
-Sizi
şeir yazmağa motivasiya edən nədir?
-Mən uşaqlıqdan elə indiyə qədər çox tez inciyən, küsən olmuşam. Elə daha çox nədənsə incidiyim vaxtlarda şeirlərimi yazardım.
-Bir
şeirinizdə deyirsiz ki,
rəssamın "ümid" boyası,
şeh düşəndə itib gedir. Bəs şairlər-
də...?
-Son şeirlərimdən biridir haqqında bəhs etdiyiniz
o iki misra.
Orada rəssam Allahdır təbii ki. "Ümid” boyası şeh düşəndə itib gedir fikrinə gələndə isə bunu deyim ki,
son üç dərsim
ki, qalmışdı
məzun olmağıma,
bu arada maddi sıxıntılarla
üzləşmişdim və
ümidimin azalması
daha çox bunu deməyimə nədən olmuşdu.
"Şeh" burada problemlərim idi ki, o da öz
növbəsində məni
az qala,
ruhdan salırdı. Bunu da deyim
ki, adətən, şairlər problemlərini
az da
olsa böyüdür
və bədiiləşdirirlər.
-Sizcə, niyə görə "söz sənəti düşüb gözdən
batıb gedir"?
-Şeirin son bəndində
söz sənətinin
batıb getməsini deməyimin də nədəni özümü
diqqətdən uzaq
hiss etməyim idi. Zaman-zaman sözə,
sənətə daima
diqqət və qayğı olmuşdur.
Son dörd ildə bir kitabımı çap edə bilməməyim məni az da olsa üzür və sözün diqqətdən uzaqda qaldığını mənə
hiss etdirirdi.
-Müasir İKT, virtual aləm,
innovasiya-bütün bunlar
nə dərəcədə
imkan verir ki, sözə poetik yanaşasan?
-Müasirlik, virtual sistem,
əslində, oxunmağa
da, oxumağa da şərait yaradır. İnsan nə qədər
oxusa, mütaliə etsə, bir o qədər də bilgisi artar. Eləcə də bir yazarın
onu oxuyanlarının
olduğunu görməsi
də onu yeni-yeni əsərlər yazıb-yaratmağa sövq
edər.
-Universitetdə poeziya gecələri keçirirsizmi?
-Əvvəlki üç
ildə poeziya gecələri keçirirdim. Ancaq az əvvəl
də dediyim kimi, universiteti dəyişdikdən sonra burada ədəbiyyat klubunun rəhbərləri
ayrı-ayrı adamlardır
və onları maraqlandıran şeylərin
nə olduğunu açığını desəm,
bilmirəm. Bu bir ildə şeir,
sənət gecəsinə
rastlamadım. Yadımdadır, 2013-cü ildə Musa Yaqubun "Bu dünyanın qara daşı göyərməz"
adlı bir gecə də hazırlamışdım. Bu işlər olduqca
zövqlü və mənalıdır.
-Yeni hansı kitabınız çapdan cıxacaq?
-"Seçilmişlər" adlı yeni kitabım İstanbulda mətbəədədir. Yaxın günlərdə
çap olunacaq.
Bu kitabda son dörd
ildə yazdığım
şeirlərim, çap
olunmayan şeirlər
və daha öncəki kitabdan da bir neçə
şeir yer alacaq. Bir poema da yer
alır burada.
Fuad Hüseynzadə
Palitra.-2015.-14 oktyabr.-S.7.