“Latviyada komanda olaraq
çalışırıq”
Rizvan Məmmədov: “2 ildir
prodüserlik haqqında kitab
üzərində işləyirəm”
Xaricdə təhsil alan gənclərimizin
vətənə gəlib öz bilik və təcrübələrini tətbiq
etməsi müxtəlif sahələrin inkişafında
müsbət rol oynayır. Müsahibimiz Rizvan Məmmədovu
bu baxımdan misal
çəkmək olar. Qeyd
edək ki, R.Məmmədov 1980-ci ildə
Bakıda anadan olub. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Kütləvi tədbirlər
və dram rejissoru
fakültəsini bitirib. Sonra Riqada Riseba Universitetinin
Menecerlik fakültəsinin
magistri olub. Artıq 16 ildir
televiziya sahəsində
çalışır. Öncə televiziyalarda prodüser kimi, sonralar efir rejissoru kimi çalışıb.
Arada Azərbaycanda bəzi müğənnilərin prodüseri
olub. Hal-hazırda R.Məmmədov
fotoqraf Rüfət Əliyev tərəfində
Bakıda yaradılan Foto Məktəbində gənclərə prodüserlik
dərsləri deyir.
-Necə oldu ki, Latviyaya üz
tutmalı oldunuz?
-Latviyaya gedişim illər öncəyə təsadüf edir. Bir dostumun mənə “Latviyaya gedərsən” deməyi, əslində, məni düşündürdü.
Ora bir Avropa
ölkəsi olduğundan,
ilk anda çəkindim:
tanımadığım bir
ölkəyə gedəcəyimdən
deyil, sadəcə, heç kimsəyi tanımadığımdan, nədən
başlayacağımdan bir
az çəkindim.
Amma prodüser olaraq düşündüm ki, insanlarla ünsiyyəti bacardığımdan çətinlik
çəkmərəm.
-Professional
prodüser olmaq üçün insandan əsas nə tələb olunur?
-Əslində, Bakıda
yaşadığım vaxtlarda
düşünürdüm ki, prodüser olmağa nə var ki. Latviyaya gədəndən
sonra öyrəndim ki, professional prodüser olmaq üçün çox şey gərəkdir. İlk başda
mənə görə
görünüş və
mədəni danışıq.
Təbii
ki, ağıllı danışıq. Zəka lazımdır,
ideyaların olmalıdır
və həmin anda ideyalarını çatdırmağın lazımdır.
Həmçinin insanları tanımağın
lazımdır. Bir sözlə,
bunun üçün
psixoloq olmaq gərəkdir.
-Azərbaycanda prodüser sənətinin
inkişafını necə
qiymətləndirirsiz?
-Əslində, Azərbaycanda
prodüser- menecer kimi çalışa bilən mükəmməl,
ağıllı insanlar
var. Amma, nədənsə
bəzi insanlar prodüserlə meneceri qarışdırırlar. Onları
da qınamıram, kim öyrədib
ki, onlar da bilsin. Qaldı ki,
inkişafa, hər şey zamanla inkişaf edir, edəcək də. Sadəcə,
zaman və dözüm lazımdır.
Amma indiki cavan nəsil
daha çox tez bir zamanda
pul qazancını gözləyirlər. Öyrənmədən pul qazanılmaz. Ən böyük qazanc bilikdir. Öyrəndiyin şeylər sənin
həm pulun, həm də gələcəkdə qazancındır.
-Latviyada öz işinizi necə aparırsız?
-Latviyada komanda olaraq çalışırıq.
Layihə olduğu zaman
hər kəsin fikri önəmli və vacibdir. Ataların bir sözü var: “Tək əldən səs çıxmaz”. Latviyada bizim agentlərimiz var, sifarişlərə onlar gedir. Onlar sifarişi qəbul etdikdən sonra komanda olaraq layihə üzərində
çalışırıq. Bu layihə reklam ola bilər,
yaxud da hansısa şirkətin açılış mərasimi.
Yəni qısa desək, hər hansı işi agentlərimiz bizə gətirirsə,
biz komanda olaraq onun öhdəsindən gəlirik.
-Diasporla əlaqələriniz
varmı?
-Diasporla əlaqəm bir o qədər yoxdur. Çünki ilk vaxtlarda öz
gücümlə bir yerə gəlməyimi sevən biriyəm. İkincisi də çalışıram
yerli insanlar məni özləri kimi görsünlər.
-Latviyalılara bir azərbaycanlı prodüser olaraq nə kimi öz
töhfənizi verirsiz?
-Latviyada azərbaycanlı kimi ən başlıcası
azərbaycanlı olduğumu
və azərbaycanlı
övladının hər
şeyi bacaracağını
sübut edərək
çalışıram töhfələrimin
altında hər zaman azərbaycanlı imzası var ...
-Prodüserlikdən
əlavə hansı işlə məşğulsuz?
-Prodüserlikdən əlavə,
idmanla məşğul
oluram. Riqadakı azərbaycanlı tələbələrlə görüşməyi
çox sevirəm, çalışdığım qədər yeni-yeni insanlarla tanışlıq
edirəm.
-Perspektiv planlarınız nədən
ibarətdir?
-Planlarım, təbii ki, hər kəsin
olduğu kimi daha da uğurlu
işlər görərək
Rizvan Məmmədovu yox, azərbaycanlı Rizvanı hər kəsə tanıtdırmaqdır
və dünyaya açılmaqdır. Başqa ölkələrdə,
başqa işlər görməkdir. Ən
böyük istəyim
isə Azərbaycan Müzikilini Avropada təqdim etməkdi .
Qeyd edim ki, 2 ildir prodüserlik
haqqında kitab üzərində çalışıram. Kitab fikri,
əslində, çoxdan
var idi. Kitab yazmağa öncə hobbi kimi başladım,
sonra beynimdə daha da formalaşdı.
Kitabı rus dilində
yazıram. Adını "Ə" qoydum, yəni "Mən". İçimdəki mənin hamısını
bu kitabda qeyd etmişəm. Həmçinin öyrəndiyim prodüserlik
sirlərini bu kitabda yazmışam.
Niyə
"Ə"? Bir az psixoloji yanaşdım. Hər kəsin içində
bir mən var. Hər kəs bu kitabı kitab rəfində gördüyü zaman özünü burada görəcək. Mən inanıram
ki, kitabda oxucular insanlarla ünsiyyətin doğrusunu
bu kitabda oxuyacaqlar. Kitabdan gələn gəliri
kimsəsizlər evlərinə
bağışlamaq fikrim
var.
-Kitabı niyə bəs Azərbaycanca deyil, rusca yazırsız?
- Əvvəla, rus
dili auditoriyası daha genişdir. İkincisi isə
Azərbaycanda kitab oxucusu bir o qədər
də yoxdur. Bu da, əslində,
məni çox üzür. Azərbaycanın
Nizamisi, Füzulisi, Anarı, Çingiz Abdullayevi var. Gənclərimiz
onların kitablarını,
demək olar ki, oxumurlar, amma oxumaları gərək. Rizvanı necə oxuyacaqlar?
Sonda sizə
də böyük təşəkkürlər olsun
ki, məndən və mənim kimi xaricdə yaşayan azərbaycanlılardan
müsahibələr alırsız. “Palitra”
kollektivinə və oxucularına uğurlar
olsun.
Fuad Hüseynzadə
Palitra.-2015.-17 oktyabr.-S.6.