Portuqaliyada Azərbaycan günləri
keçiriləcək
Orxan Salmanov: “Məqsədim
Portuqaliyada öz
filmlərimlə
yanaşı, Azərbaycanın kino incilərini
də tanıtmaqdır”
Bu gün Azərbaycan diasporunun formalaşmasında və aktivliyində xaricdə yaşayan və təhsil alan gənclərimizin əhəmiyyətli rolu var. Onlar yeni yaratdıqları ictimai birliklərdə Azərbaycanın təbliği istiqamətindən müxtəlif layihələr həyata keçirirlər. Müsahibimiz Orxan Salmanov Portuqaliyada bu baxımdan fəallıq göstərir. Xatırladaq ki, Orxan Salmanov Bakıda doğulub.
Orta və ali təhsilini də Bakıda alıb. Sənəti kinorejissordur. 3 qısametrajlı filmin ssenari müəllifi və rejissoru olub. 1 uzunmetrajlı filmdə 2-ci rejissor, bununla yanaşı, teatrda tamaşa ssenari müəllifi və rejissoru olub. İkinci iş kimi teatrda butafor dekorçu kimi çalışıb. Hal-hazırda həyat yoldaşı ilə Portuqaliyanın Lissabon şəhərində yaşayır və öz sənətilə məşğuldur. Lissabonda bir ildir ki, fəaliyyətə başlayan “Dünya” ictimai birliyinin üzvüdür. Onu da deyək ki, bu təşkilat Portuqaliyada Azərbaycan üzrə fəaliyyət göstərən yeganə ictimai birlikdir.
- Portuqaliyada
əsas hansı mövzuda çəkilişlər
aparırsız?
-Hal-hazırda təhsilimi rejissorluq üzrə artırmaqla yanaşı, Lissabonda sənədli film çəkməyə hazırlaşıram.
- Azərbaycanlı
gəncin Portuqaliyada kinorejissor
olaraq uğur əldə
etməsi nə dərəcədə asandır?
-Əlbəttə ki, Portuqaliyada rejissorluq sənəti üzrə uğur qazanmaq bir xarici vətəndaş olaraq çox çətindir.
- Ümumiyyətlə,
Portuqaliyada gənclərə öz potensialını ortaya
qoymaq üçün
nə dərəcədə imkan
yaradılıb?
-Portuqaliyada təhsilin yüksək səviyyədə olması ilə yanaşı, diplomlarının bütün Avropa ölkələrində keçərli olması, təbii ki, gənclərin gələcəyi üçün böyük bir avantajdır.Və buradakı təhsillə portuqal gəncləri daha aktiv, savadlı və daha yüksək intellektual səviyyəyə malikdirlər.
- Oradan
Azərbaycanın film sahəsinin
inkişafı necə görünür?
-Çox təəssüf ki, Azərbaycanın film sahəsi üzrə xüsusi bir uğuru olmadığına görə demək olar ki, portuqalların Azərbaycan filmi barəsində heç bir anlayışları yoxdur. Elə məhz mənim məqsədim “Dünya” ictimai birliyinin köməkliyi ilə öz filmlərim ilə yanaşı, Azərbaycanın kino incilərini də tanıtmaqdır. Bununla əlaqədar olaraq artıq bir neçə qərarlar alınıb. Azərbaycanın mədəniyyəti, musiqisi və kinosu ilə yerli camaatı tanış etmək üçün Azərbaycan günləri keçiriləcək.
-Portuqaliyalılar Azərbaycanı necə tanıyır?
-Ümumiyyətlə, sizə deyim ki, Azərbaycan haqqında portuqalların demək olar ki, çox az məlumatı var. “Eurovision-2012” mahnı müsabiqəsi və ilk Avropa Oyunlarının Azərbaycanın tanınmasında böyük rolu olub.
- Portuqaliyada
Azərbaycanı təbliğ edəcək diasporumuz
formalaşıbmı?
- “Dünya” ictimai
birliyinin rəhbəri Eduardo
Lemos bu baxımdan çox önəmli addımlar atıb. O, may ayında Azərbaycana səfər edib və Xarici İşlər
Nazirliyi ilə diasporun
yaradılması üçün
danışıqlar aparıb. Portuqaliyada
cəmi 27 azərbaycanlının yaşadığını
nəzərə alsaq, biz
də əlimizdən gələni əsirgəmirik. Bununla
yanaşı, hal - hazırda diasporda mənimlə bərabər Lissabon Universitetinin
Memarlıq fakültəsinin tələbələri, həyat
yoldaşım Firəngiz Orucova ilə
birlikdə Afət Məmmədzadə, Aydan
Ağabəyli, Orxan Abbasovun
Azərbaycan memarlığının tanınmasındakı
köməyi çox böyükdür.
Fuad Hüseynzadə
Palitra.-2015.-20 oktyabr.-S.7.