Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilə marağı artıb”

 

Ümman Sadıqov: “Ali təhsilimi bitirib, ixtisasım üzrə çalışıb yararlı bir vətəndaş olmaq istərdim”

 

Ötən illərlə müqayisədə Gürcüstanda yaşayan gənclərimizdə təhsilə meyililik güclənib. İldən-ilə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı artır. Müsahibimiz Ümman Sadıqov (Umanço) da belə gənclərimizdən biridir. Tbilisi Humanitar Tədris Universitetində təhsil alan Ümman Sadıqov Gürcüstanda anadan olub. Hal-hazırda Tbilisidə yaşayır.

-İnsanın həyatında təhsilin rolunu necə qiymətləndirirsiz?

-Düşünürəm ki, təhsil insan həyatında böyük rol oynayır, amma təbii ki, bir çox məqamlar var ki, tək təhsil ilə kifayətlənmək gərək deyil. İnsanın özünün şəxsi xüsusiyyətləri çox önəmlidir. Mən orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırıldım. Qürur hissi ilə deyə bilərəm ki, Vətənə zərrə qədər də olsa, borcumu yerinə yetirmişəm və onun keşiyində, müdafiəsində durmağa hər zaman hazıram. Hal-hazırda ali təhsilimi Tbilisi Humanitar Tədris Universitetinin Hüquq fakültəsində alıram.

-Gürcüstandakı azərbaycanlı gənclər yetərincə ali məktəblərdə təhsil alırlarmı?

-Son zamanlar Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsilə marağı artıb, minlərlə soydaşımız dövlət universitetlərində yaxşı nəticələrlə təhsil alır. Bu, sevindirici haldır. 1+4 proqramı dövlət tərəfindən Gürcüstanda yaşayan milli azlıqlar üçün həyata keçirilir. Qəbul imtahanları ana dilində aparılır, 1 il müddətində tələbələrə dövlət dilinin mənimsənməsi üçün lazımlı şərait yaradılır, məhz bu proqram nəticəsində ali məktəblərdə təhsil alan tələbələrin sayı artıb. Mən Tbilisidə böyüyüb boya- başa çatmışam, gürcü dilini yaxşı bilirəm, o üzdən imtahanı adi halda verərək qəbul olundum. Lakin regionlarda yaşayan gənclər üçün bu proqram olduqca vacibdir.

-Ümumiyyətlə, Gürcüstan hökuməti soydaşlarımız üçün təhsil almağa lazımi şərait yaradırmı?

-Gürcüstan dövləti illərdir ki, bizim təhsil almağımız üçün şərait yaradır, əsası isə dövlət dilini öyrənmək üçün yaradılan proqramlar buna sübutdur. Bu işdə Azərbaycan şirkətlərinin təhsilə yardımı, SOCAR şirkətinin ayırdığı maliyyə dəstəyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təqaüd proqramları buna sübutdur. Bu dəstək tələbə üçün olduqca vacibdir yaxşı təhsil almaq üçün stimulvericidir. Orta məktəblərdə gürcü dili tədrisinin keyfiyyəti artırılıb, bu da bizim üçün əla fürsətdir.

-Azərbaycanlı gənclər Gürcüstanda dövlət orqanlarında yetərincə təmsil olururlarmı?

-Dövlət orqanlarında təmsil olunmaq üçün potensiala malik olan gənclərimiz yetərli qədər var. Bu gün dövlət idarəetmə orqanlarında azərbaycanlılar təmsil olunur, amma istərdim ki, onların sayı daha da çox olsun. Bunun üçün biz konkurensiya şəraitində qalib gəlməliyik Gürcüstan vətəndaşı olduğumuza görə istəməzdim yerli xalqdan seçilək, bizə tamhüquqlu vətəndaş kimi baxsınlar.

-Azərbaycan mədəniyyəti Gürcüstanda dərəcədə təbliğ olunur, bu prosesin daha da yaxşı olması üçün nələr etmək olardı?

- Burada bir çox təşkilatlar bu istiqamətdə fəaliyyət göstərir, gürcü xalqı Azərbaycan mədəniyyətini çox sevir, bizim musiqilərimizi, xüsusilə vurğulayıram. Təbii ki, bu azdır, müəyyən işlərin görülməsi, mətbəx, musiqi festivallarının keçirilməsi zəruridir.

-Gürcüstanda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlayırsız?

- Əməkdaşlıq etdiyim çox az təşkilat var. Hazırda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin üzvüyəm, bacardığım qədər onların layihələrində iştirak edib dəstək oluram. Bir sıra mədəni tədbirlərdə iştirak edib öz töhfəmi verirəm.

-Təhsilinizdən əlavə ilə məşğul olursuz?

-6 il futbolla məşğul olmuşam. Bu idmana həvəs isə məşhur futbolçu Zinəddin Zidanın oyunlarını izləyərkən oyandı. Təəssüf ki, məşhur futbolçu olmaq xəyalım gerçək olmadı. Həmçinin uşaqlıqdan ən böyük arzum incəsənətlə bağlı olub. Hollivudulduzu olaraq qırmızı xalıdan keçmək xəyalım olub. Hazırda təhsilimlə yanaşı, dəb industriyasında çalışıram, əslində, model olmaq arzusunda deyildim. Gürcüstanda əyləncəli şou verilişinə tamaşaçı qismində qatılaraq fikirlərimi bildirdim, sonra həmin verilişin iştirakçısı oldum. Bu sahədə çalışan insanlar məni görüb bir sıra təkliflər irəli sürdülər, mən qəbul etdim. Bununla da dəb aləminə düşmüş oldum. Gürcüstanda bu sahədə yeganə azərbaycanlıyam desəm, məncə, yanılmaram, amma birinci olduğumu deyə bilərəm. 2012-ci ildə Gürcüstanın çox məşhur “George” nümayişində iştirak etdim, 2013-cü ildə “Mister Georgia” yarışmasındaşarmnominasiyası üzrə qalib oldum, bir sıra reklam filmlərində, musiqi kliplərində çəkildim ölkəmizdə keçirilən dəb nümayişlərində həftələrində çıxış edirəm. Bir sıra dövlət tədbirlərində aparıcı qismində çalışıram.

-Filmlərə çəkilmək istərdiniz?

-Çox istərdim kino sahəsində özümü sınayam. Qeyd etdiyim kimi, kiçik reklam, filmlər kliplərində özümü sınamışam. Komediya fantastika janrından başq, bir çox janrlı filmlərdə özümü sınamaq istərdim.

-Xarici ölkələrdən hər hansı təklif alıbsızmı?

-Mənim üçün Azərbaycan xaric sayılmasa da mənəvi vətənimizdə Aytac Vidadiqızının musiqi klipinə çəkilmə təklifini aldım, “Bezdim gəlməklipində baş rolda çəkildim, mənim üçün bu ortamda millətimlə olan insanlarla çalışmaq olduqca maraqlı oldu. Azərbaycanlı qardaşlarımızdan bu tipli təkliflər gəlsə, məmnuniyyətlə qəbul edərəm. Xalqımızın içində çalışmaq mənim üçün zövqvericidir.

-Sizin incəsənət sahəsində təhsil almaq planınız varmı?

-Bəli, təbii ki, fikrim var. Ən çox sevdiyim işin mütəxəssisi olmaq üçün ikinci təhsilimi bu istiqamətdə almağı planlaşdırıram.

-Gürcüstanda yaşayan azərbaycanlı gənclər ölkənin mədəni həyatında dərəcədə fəaldırlar?

-Biz cəmiyyətə inteqrasiya prosesinin yeni mərhələsindəyik, bu sahədə problemlər olduqca çoxdur, televiziya, kino, incəsənət sahəsində, demək olar ki, bizim gənclər yoxdur. Bu istiqamətdə işlərin aparılması, fikrimcə, yaxşı olardı.

-Bir azərbaycanlı olaraq başqa xalqlar arasında xalqımızı necə təmsil edirsiz?

- Müxtəlif xalqlar arasında çalışmışam. Hər zaman xalqımızı müsbət şəkildə təmsil etmişəm. Öncə, millət faktorunu düşünmüşəm ki, bizim haqqımızda yaxşı fikir yaransın. Bilirsiniz, bəzən insan təkcə özünü düşünür. Hərdən bəziləri Tbilisidə digər millətlər arasında özlərini düzgün şəkildə ifadə edə bilmirlər, bu zaman başqa millətlərdə xalqımızın haqqında mənfi fikir yaranır. Bu, dözülməz bir faktdır. Harada yaşamağımızdan asılı olmayaraq, biz dövlətimizi xalqımızı layiqincə təmsil etməliyik - istər böyük səhnələrdə, istərsə adi mağazalarda. Bizim simamız xalqımızın vətəndaşı olduğumuz ölkənin simasıdır.

-Həmyaşıdlarınıza nəyi məsləhət görərdiniz?

-Həmyaşıdlarıma məsləhətim ondan ibarətdir ki, onlar öz yollarını tapsınlar. Həyatda hansı peşəyə yiyələnmək istəyirlərsə, onun arxasınca getsinlər. Xəyallarına sadiq olsunlar. Üzərlərində çalışaraq həmişə birinciliyə can atsınlar. Bizim dövləti xalqı dünyada qürurla təmsil edərək səsimizi dünyaya çatdırsınlar.

-Perspektivdə etmək fikriniz var?

-Ali təhsilimi bitirib ixtisasım üzrə çalışıb yararlı bir vətəndaş olmaq istərdim, amma mənim həyatımda müəyyən arzu istəklərim var, bu, incəsənətlə bağlıdır. Ən çox sevdiyim işlə-aktyorluq sənətilə məşğul olmaq istəyirəm, bunun üçün aktyorluq üzrə təhsil almağı düşünürəm, ən əsası isə yaşadığım ölkədə millətimizi layiqli şəkildə uğurlar əldə etməklə təmsil etmək millətimə, vətənimə layiqli olmaq mənim ən böyük istəyimdir.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-21 oktyabr.-S.11.