“Yoxlamaların azaldılması xərclərə qənaət və özəl sektorun genişlənməsi deməkdir”

 

Vüqar Bayramov: “Büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək”

 

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışından çox qısa zaman sonra sahibkarlığın inkişafı ilə bağlı realstrateji addımlar atılmaqdadır. Belə ki, dövlət başçısı sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə etməklə yanaşı vergi yoxlamaları istisna edilməklə bütün növ yoxlamaların 2 il müddətində dayandırılması ilə bağlı qanun layihəsini parlamentə təqdim etdi. Beləliklə, dövlət başçısnın bir neçə gün öncə tezisləri ilə anonsu verilən sahibkarlığın inkişafındakı yeni mərhələ reallaşmaqdadır. İqtisadiyyatın tam liberallaşması, qeyri-neft sektorunun dayanıqlığının təmin edilməsi və dövlət büdcəsində vergili daxilolmaların artırılması və nəhayət iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunması istiqamətində ciddi addımlar atılmaqdadır.

Bu barədə bizə fikirlərini bildirən iqtisadçı alim Vüqar Bayramov qeyd edir ki, müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyev ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorunun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar reallaşdırmaqdadır: “Bu islahatlar iqtisadiyyatda şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühim mərhələ olacaq.

Qlobalregional çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadisosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhfələrini verir. İqtisadiyyatdakı artım tempi qorunub saxlanılmaqla yanaşı, iqtisadi inkişaf neft sektorundan qeyri-neft sektoruna transfer edilir. İkirəqəmli iqtisadi inkişafa malik olan qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlığın dəstəklənməsi nəticəsində özəl sektorun genişlənməsi ilə əlaqədardır. Bu inkişafın dayanıqlığı isə birbaşa sahibkarlığın dəstəklənməsi ilə bağlı həyata keçiriləcək islahatlarla bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsi ilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlığını möhkəmləndirəcək”.

Qlobal iqtisadi durum çətinləşir. Böhran hətta inkişaf etmiş ölkələrdə belə müşahidə olunur. Belə bir şəraitdə Azərbaycan dövləti sahibkarlığın inkişafına hər cür dəstək həyata keçirir: “Azərbaycan regionda sahibkarlığın inkişafına ən çox birbaşa maliyyə yardımı göstərən ölkədir. Artıq maliyyə yardımı ilə yanaşı, sahibkarları narahat edən bütün bürokratik problemlər aradan qaldırılır. Hər zaman sahibkarların yanında olanonlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədlər isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsunun reallaşması kimi də qiymətləndirmək olar. Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Eelektronlaşma yolu ilə sahibkarlarla dövlət qurumları arasında əlaqə məhdudlaşdırılacaq”.

Dövlət başçısının tərəfindən reallaşan son iqtisadi islahatlar sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, sosial təsirlər də daxil olmaqla multi-effektlərə malikdir: “Bütövlükdə, son islahatların strateji təsirlərini aşağıdakı kimi qruplaşdırmaq olar: Son 2 sənəd dövlət başçısının sahibkarlığın inkişafı ilə bağlı siyasi iradəsini bir daha nümayiş etdirməklə yanaşı, eyni zamanda özəl sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Azərbaycanda sahibkarlıq sferası liberal münasibətlərə və məmur-sahibkar birbaşa ünsiyyətinin məhdudlaşdırıldığı mərhələyə qədəm qoyur. Bu artıq özəl sektorun inkişafında yeni mərhələnin açılmasına səbəb olmaqla yanaşı, makro-iqtisadi göstəricilərə də pozitiv təsir göstərəcək. Sənədlərdə sahibkarlara göstərilən bütün xidmətlərdə şəffaflığın gücləndirilməsi, səmərəlliyin artırılması kimi məsələlərin öz əksini tapması da məhz ondan xəbər verir ki, həm dövlət qurumları, həm da sahibkarların özləri şəffaf şəkildə fəaliyyət göstərəcəklər. Dövlət qurumlarının müdaxiləsinin azalması sahibkarların da şəffaf şəkildə öz fəaliyyətlərini qurmalarına səbəb olmalıdır. Bu, sahibkarlıq sferasında yeni, liberalsivil münasibətlərin formalaşması deməkdir; lisenziyaların verilməsinin “ASAN xidmət”ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Monitorinqlər göstərirdi ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirdilər, bunun üçün əlavə pul verməli olurdular. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var idi. Lisenziyaların sektoral olması da olduqca vacib idi. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurdular. Təbii ki, buna ehtiyac yox idi. Sektoral sistemin tətbiqi iman verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imkanı əldə etsin. Yeni qaydaların tətbiqindən sonra həm lisenziyaların sayının azaldılması, həm də onların verilməsi bütün bürokratik əngəllərin aradan qaldırılması müşahidə ediləcək. Hamı razılaşır ki, “ASAN” xidmətinin səlahiyyətinə daxil edilən bütün xidmətlərdə korrupsiya, rüşvət, süründürməçilik kimi neqativ hallar tamamilə aradan qaldırılır. Bu o deməkdir ki, artıq sahibkar lisenziya almaq üçün nə növbəyə durmalı, nə də “vasitəçi” axtarmalı olacaq, o sadəcə dövlət rüsumunu ödəməklə, qısa zamanda lisenziyaya sahib olacaq. Bu isə inkişaf etmiş ölkələrdəki təcrübəyə tətbiq edilən islahat deməkdir. Lisenziyaların sayının azaldılması eyni zamanda sahibkarların xərclərini azaldacaq. Bu, həm leqal xərclərin azaldılması, həm də qeyri-leqal xərclərin birdəfəlik ləğv edilməsi deməkdir. Eyni zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirəcək. Bu lisenziyalarla yanaşı digər sənədlər üçünelektron müraciət və əldə etmək imkanları deməkdir; yoxlamaların sayının azaldılması sahibkarlara öz fəaliyyətlərini tam planlaşdırma, rejimində hər hansı inzibati fasilələrin baş verməməsi, xərclərə qənaət və ən əsası, özəl sektorun genişlənməsi deməkdir. Aparılan monitorinqlər də göstərirdi ki, sahibkarların fəaliyyətini daha çox yoxlama hüququ olmayan bir sıra dövlət orqanları yoxlayırlardılar və bu, heçsahibkarlara xoş niyyətdən irəli gəlmirdi. Yoxlama hüququ olan dövlət orqanlarının fəaliyyətinin də tənzimlənməsi, yoxlamaların elektron qeydiyyatının aparılması zəruri idi. Artıq sözügedən qurumlar növbəti 2 ildə sahibkarların fəaliyyətini yoxlamaq və eləcə də müdaxilə etmək imkanında olmayacaqlar. Aydındır ki, elektron mexanizmlər tam formalaşdırıldıqdan sonra sözügedən müddət limitsiz uzadılacaq. Yeni sistem məmurların sahibkarların fəaliyyətinə yersiz müdaxilələrinin qarşısını alacaq. Sahibkar sadəcə dövlət qarşısında məcburi öhdəliklərini, o cümlədən, dəqiq hesablanmış vergiləri vaxtında ödəməklə öz işlərini azad şəkildə qura biləcəklər; son islahatlar qeyri-neft sektorunun ixrac qabiliyyətinin güclənməsinə imkan yaradacaq. Qeyri-neft sektorunun payı Ümumi Daxili Məhsulda 70 faizə, büdcə gəlirlərində isə 40 faizə çatmaqdadır. Bununla yanaşı, qeyri-neft ixracatnın ümumi ixracatda payının da artırılması da olduqca vacibdir. Doğrudur, 2015-ci ilin ötən müddətində qeyri-neft ixaracatı 12 faizə yaxın artıb və ümumi ixracatda neftsiz sektorun payı artıq ikirəqəmlidir. Təbii ki, neftin dünya bazar qiymətnin aşağı düşməsi neft ixracatının dəyər ifadəsində azalıb. Amma bu fərqi kompensasiya edəcək sektor məhz qeyri-neft sferası və deməli sahibkarlıqdır. Yersiz müdaxilələrin aradan qaldırılması eyni zamanda sahibkarların ixrac etdiyi məhsulların həcmini artıracaq. Praktik olaraq yersiz müdaxilə olmadan məhsul istehsal edən sahibkarlar onların bir qismini manesiz ixrac etməklə özlərinin maliyyə likvidliyini gücləndirmiş olacaqlar; Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həm də dövlət büdcəsinin gəlirlərinin şaxələnməsinə səbəb olacaq. Gələn büdcəyə daxil olan hər 2 manatın təxminən 1 manatı məhz qeyri-neft sektorunun payına düşəcək. Bu gəlirlərin təmin edilməsi isə bilavasitə sahibkarlığın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Daha inkişaf etmiş sahibkarlıq büdcəyə daha çox ödəniş deməkdir. Bu baxımdan əslində yersiz yoxlamalar dövlət büdcəsindən vəsaitlərin yayındırılmasına da gətirib çıxarırdı. Artıq bu neqativ hallar tamamilə aradan qaldırılacaq. Bu həm də sahibkarlıq sektorunda vergi intizamının güclənməsinə səbəb olacaq. Yersiz müdaxilələrin tamamilə ləğvi, dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərini azaltmaqla vəsaitlərə qənaət etməsinə səbəb olmaqla onların vergi ödənişlərinin həcmini də artaracaq. Nəticədə, dövlət büdcəsinin vergili daxilolmalarında artım müşahidə ediləcək; sahibkarlığın inkişafına dövlət dəstəyinin genişləndirilməsi eyni zamanda sosial əhəmiyyət daşıyır. İnkişaf etmiş özəl sektor daha çox yeni yeri deməkdir. Bu ilin 9 ayında 67 min yeni yeri yaradılıb. Yersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni yerlərinin sayını artırmağa şərait yaradacaq. Bu baxımdan, son islahatlar eyni zamanda məşğulluğun tam təmin baxımdan böyük təsirlərə malik olacaq. Bu, bilavasitə əmək qabiliyyətli əhalinin daha yüksək maaşlı və dayanıqlı işlə təmin olunması imkanları deməkdir. Deməli, son islahatlar eyni zamanda yeni yerlərinin yaradılması və biznes mühitinin daha da canlandırılmasına səbəb olacaq; Sahibkarlığın inkişafı maliyyə və məzənnə stabilliyi baxımdan da olduqca vacibdir. Belə ki, sahibkarlığın inkişafı idxaldan asılılığın aradan qaldırılmasında ciddi rol oynayır. Xüsusən də ərzaq və gündəlik istehlak mallarının yerli istehsal hesabına təmin edilməsi ölkədən valyuta axınının qarşısını alır. Aydındır ki, idxal ölkədən valyuta aparır. İdxalın həcminin yerli istehsalın genişləndirilməsi hesabına azaldılması isə valyutanın ölkədə qalmasına səbəb olur. Bu baxımdan, sahibkarlığın inkişafna dövlət dəstəyinin gücləndirilməsi eyni zamanda maliyyə və məzənnə stabilliyi baxımdan olduqca əhəmiyyətlidir. Özəl sahibkarlığın inkişafı milli valyutaya iqtisadipsixoloji təzyiqin ciddi azaldılmasına gətirib çıxara bilər; Son islahatlar ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. Prezidentin qeyd etdiyi kimi, 2016-cı il iqtisadi baxımdan asan il olmayacaq. Qlobalregional çətinliklərlə müşahidə edilən dünya bazarında strateji məhsulların dəyəri aşağı olaraq qalmaqdadır. Yalnız iqtisadi deyil, həmçinin siyasi faktorlarla müəyyənləşdirilən enerji məhsullarının qiyməti ilə bağlı proqnozlar hələlik nikbin deyil. Eyni zamanda, region ölkələrində iqtisadi inkişaf səviyyəsində kəskin durğunluq müşahidə edilir. Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artımla bağlı gələnilki proqnozlarına düşəliş edib, 3,7 faizdən 3,1 faizədək azaltdı. MDB məkanında cəmi 0,3 faiz artım proqnozlaşdırılıb. Buna rəğmən 2016-cı ildə 1,8 faiz artım proqnozlaşdırılan ölkəmizdə ÜDM-dəki artım Avropa üçün orta göstəricidən də çox olacaq. 2016-cı ildaxil olmaqla növbəti illərdə dayanıqlı iqtisadi inkişaf tempi birbaşa sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına baş verəcək. Artıq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Bu isə o deməkdir ki, növbəti ilərdə də Azərbaycan qlobalregional çətinliklərin, o cümlədən neftin dünya bazar qiyməti aşağı səviyyədə qalmasının təsirlərindən sığortlana biləcək; Sahibkarlığın inkişafında yeni mərhələnin başlaması həmçinin dövlət rezervlərimizin həcminin qorunub saxlanılması baxımdan əhəmiyyətlidir. Dünya bazarında strateji məhsulların qiyməti qənaət rejiminə uyğun olaraq xarici valyuta aktivlərinin həcminin qorunub saxlanılması strategiyasının reallaşmasına səbəb olub. Dövlət başçısı ötən müşavirədə qeyd etdiyi Dövlət Neft Fondunun aktivlərindən yalnız starteji investisiya layihələrin reallaşması üçün istifadə edilə bilər. 2015-ci birinci yarısında Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37,1 milyard dollar) nisbətən cəmi 3,56% azalaraq 35,8 milyard bərabər və bu dəyişmə daha çox valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı olduğunu nəzərə aldıqda o zaman neftin dünya bazar qiymətinin 2 dəfədən şox aşağı düşməsinə baxmayaraq dövlət rezervlərinin qorunduğunu söyləmək mümkündür. Bu baxımdan, yeni mərhələdə sosial, humanitar və digər xərclər birbaşa qeyri-neft sektorundan daxil olmalar hesabına maliyyələşdiriləcək. Bu maliyyə mənbəsi isə sahibkarlığın daha inkişaf etdirilməsi nəticəsində genişləndiriləcək. Sahibkarların vergi ödənişlərinin artması dövlət rezervlərimizə qənaət edilməsinə və ölkəmizin mövcud sığorta yastığının qorunub saxlanılmasına imkan verəcək”.

 

İlkin AĞAYEV

Palitra.-2015.-21 oktyabr.-S.6.