Müasir texnologiyanın inkişafı
canlılar üçün elektromaqnit şüalanma
təsirlərinə səbəb olur
Səltənət
Ağayeva: “Elektromaqnit
şüalanmanın bioloji obyektlərə
təsir mexanizmlərinin öyrənilməsi bir
çox elmi istiqamətlərin
maraq dairəsindədir”
Layihə çərçivəsində
müsahibimiz Bakı Sənaye-Pedaqoji Kollecinin müəllimi, biologiya
uzrə fəlsəfə doktoru Səltənət
Ağayevadır.
- Müasir texnologiyanın inkişafı insan orqanizmi və canlılar üçün elektromaqnit şüalanma(EŞM) təsirlərinin yaranmasına səbəb olur. Bu isə elmin tədqiq etdiyi aktual sahələrdən biridir. Bu barədə hansı fikirləriniz var?
- Bəli, qeyd etdiyiniz kimi, hazırda texnologiyanın inkişafı insan orqanizmi və canlılar üçün qeyri-təbii elektromaqnit şüalanma təsirlərinin yaranmasına səbəb olur. Belə ki, elektromaqnit şüalanma hal-hazırda yalnız rabitə və radiolakasiya vasitələrində deyil, eyni zamanda sənayedə, tibdə və insan fəaliyyətinin digər sahələrində ən geniş istifadə olunan fiziki faktorlardan biridir. İnsan orqanizminə və ümumiyyətlə, təbiətə elektromaqnit şüalanma - EMŞ-nin tam ziyanlı təsirinin istisnası, göründüyü kimi, real deyil. Lakin bu faktorun bioloji obyektlərə təsir mexanizmlərinin öyrənilməsi bir çox elmi istiqamətlərin maraq dairəsində qalmaqdadır.
- EMŞ nədir
və bir fiziki faktor kimi onun
mahiyyəti ilə bağlı nələri demək olar?
- Ədəbiyyatda EMŞ-nin bioloji ekosistemlərə və insan orqanizminə təsirinin intensivliyi və təhlükəsizliyi haqqında çoxsaylı məlumatlar və geniş müzakirələr mövcuddur. Təkamül prosesində canlı orqanizmlər təbiətdə baş verən elektromaqnit sahələrin daimi təsirlərinə adaptasiya olmaqla yanaşı, həm də onlardan məlumat ötürücüsü kimi istifadə ediblər ki, bu da hüceyrə-biosfer arasında qarşılıqlı əlaqələrin təmin olunmasına şərait yaradıb. Son zamanlara qədər belə hesab edilirdi ki, yüksək tezliyə malik EMŞ-nin təsiri müxtəlif istilik effektləri şəklində təzahür edir. Hazırda aşağı intensivlikli elektromaqnit şüalanmanın təsirinin insan və heyvan orqanizmi üçün potensial təhlükə sayılan yüksək tezlikli diapazonda öyrənilməsi xüsusi maraq kəsb edir. Müasir ədəbiyyat mənbələrində bəzi tədqiqatlarda yüksək tezlikli EMŞ-yə qarşı sinir proseslərinin həsaslığının artması müəyyən edilmişdir. Bundan əlavə, aşağı intensivlikli elektromaqnit şüalanmasının təsiri altında beyinin elektrik aktivliyinin ritmik quruluşunun korrelyasion analizin yüksək informativliyi haqqında məlumatlar mövcuddur. Bu istiqamətdə aparılmış tədqiqatlarda qeyri-istilik intensivliyində yüksək tezlikli EMŞ təsiri zamanı şüalanmanın parametrlərindən asılı olaraq mərkəzi sinir siteminin funksional vəziyyətində ciddi dəyişikliklər aşkar edilir.
Ətraf mühitdə rast gəlinən elektromaqnit şüalanma növlərindən biri yüksək tezlikli EMŞ-nın təsiridir və təbiətin elektromaqnit çirklənməsi mümkün xoşagəlməz effektlərin inkişafı fonunda özünə məxsus qiymətləndirmə tələb edir. Bu problem real şəraiti əks etdirdiyi üçün çox aktualdır.
Neyronal membranın oyanma səviyyəsinin neyronlarda baş verən energetik proseslərin aktivliyinə uyğun olması, mövcud olan təsəvvürlərə əsaslanaraq, beyinin sinir proseslərinin fəallaşması və lipidlərin perekisli oksidləşməsi(LPO) proseslərin aktivliyi arasında əlaqənin olmasını güman etmək təbii olardı. Belə ki, biogen monoaminlərin hüceyrədə oksigenin aktiv metabolitlərinin generasiyasına təsirini sübut edə biləcək eksperimental faktlarla bərabər, sərbəst radikal reaksiyalara təsir göstərərək antioksidant kimi təsiri də məlumdur. Bundan əlavə, membran lipidlərində oksidləşmə proseslərinin intensivliyi, bütün hüceyrələrin funksional aktivliyinə təsir edir. Lakin beyin hüceyrələrində bu özünü daha qabarıq şəkildə göstərir.
- Bu
sahədə apardığınız tədqiqatın elmi yeniliyi və
aktuallığını necə ifadə edərdiniz?
- İşin elmi yeniliyi baş beyinin qabıq və qabıqaltı strukturlarında monoamin (MA) neyrotransmitter sistemlərin aktivliyinin tədqiqi və təhlili, qeyri-istilik intensivliyində EMŞ-nin təsirinin modulyasiya parametrlərindən asılı olaraq heyvanların mərkəzi sinir sisteminin(MSS) funksional vəziyyətlərində yaranmış dəyişikliklərin qanunauyğunluqlarını müəyyənləşdirilməsi olub. Aparılan tədqiqatların nəticəsində ilk dəfə olaraq göstərilib ki, emosional gərginliyin aşağı səviyyələrində MSS-nə EMŞ-nin təsir effektlərində MA-ergik neyrotransmissiyanın iştirakı vacib amillərdən biridir. Bu effektlərin yaranmasında MA-ergik neyrotransmissiyanın ayrı-ayrı komponentlərinin rolu eyni deyildir. İlk dəfə olaraq müəyyən edilib ki, lipid peroksidləşməsi proseslərinin aktivliyinə EMŞ-nin qeyri-istilik intensivliyinə təsiri şüalanmanın modulyasiya parametrlərindən asılıdır.
Beyin qabığının funksional vəziyyətinin dəyişikliklərinin dinamikasının normada və EMŞ-nin təsiri zamanı aşkar edilməsi sonradan EMŞ-nin müxtəlif diapazonlarında gigiyenik normaların işlənib hazırlanması üçün istifadə oluna bilər. Bundan əlavə, alınmış məlumatlar əsasında MSS-nin funksional vəziyyətlərində bu və ya digər meyilliklər yaradan EMŞ-nın adekvat seçilməsi həyata keçirilə bilər. Bu isə öz növbəsində EMŞ-nin amplitud-tezlik və modulyasiya parametrlərinin köməyi ilə MSS-nin vəziyyətinin distant idarə olunması probleminin həlli üçün perspektiv yollar açır.
- Bu sahədə tədqiqatınızın məqsədi və vəzifələri nədən
ibarətdir?
-Tədqiqatlarımın əsas məqsədi yetkin ağ sıçovullar üzərində EMŞ-nin baş beyinin ayrı-ayrı strukturlarında biogen monoaminlərin miqdarında yaranan dəyişikliklərin tədqiqi və bu dəyişikliklərin anadangəlmə və sonradan qazanılmış davranış reaksiyalarına təsirinin öyrənilməsi olub. Bu məqsədin həyata keçirilməsi üçün aşağıdakı tədqiqat məsələləri həll edilib: 1.Qeyri-istilik intensivliyə malik EMŞ-nin (41,7 QHs; 10 mVt/sm2) təsir müddətindən asılı olaraq eksperimental heyvanların anadangəlmə və sonradan qazanılmış davranış reaksiyalarına təsiri.
2.Ağ siçovullarda beyin qabığı və qabıqaltı strukturlarda MA-ergik neyrotransmitter sistemlərin (5-HT, NA və DA) aktivliyinə EMŞ-nin təsirinin müddətdən asılı olaraq tədqiqi.
3.Baş beyin strukturlarında lipidlərin perekisli oksidləşməsi(LPO) proseslərinə EMŞ-nin təsir müddətindən asılı olaraq tədqiqi.
- Elektromaqnit şüalanmanın hansı mənbələrindən
danışmaq olar?
- Elektromaqnit şüalanma mənbələri insan həyatında çox geniş yayılıb. Belə ki, xalq təsərrüfatına aktiv olaraq yeni texnikalar daxil olmaqda davam edir və həmin texniki avadanlıqlar da müxtəlif tezlik diapazonunda işləyən elektromaqnit şüalanma mənbələridir. Bu isə əhalinin həmin texnikalarla işləyən hissəsinin daimi EMŞ təsiri altında olması təhlükəsi yaradır. Xüsusi diqqət yetirməli olan və kütləvi EMŞ təsiri yaradan obyektlərə televizor, kompüter, yüksək gərginlikli elektrik xətləri, radiorabitə, radiolokasiya, elektriklə işləyən nəqliyyat növləri, məişət və ofis texnikası, mobil telefon və internet ötürücüləri və s. misal göstərmək olar. Təbiət mənşəli EMŞ mənbələri olan “maqnit toru”, “elektromaqnit dumanı”, “ətraf mühitin elektromaqnit çirklənməsi” və s. terminlərinə də rast gəlmək olur.
- Bunun
mənfi təsirləri nələr ola
bilər? Bu barədə
araşdırmalar nə deyir?
- Elektromaqnit ekologiya problemi beynəlxalq
əhəmiyyət daşıyır. Onun
həlli ilə bütün dünya dövlətləri məşğul olur. Xüsusilə qeyd etmək
istəyirəm ki, əsas tədqiqatlar
ABŞ, Almaniya, Polşa,
İngiltərə, İsveç, Norveç, Finlandiya kimi qabaqcıl dövlətlərdə gedir. O cümlədən,
respublikamızda da belə istiqamətli tədqiqatlar
aparılır. Çoxsaylı tədqiqatlar göstərib ki, EMŞ tərəfindən yaranan
ilkin fizioloji dəyişikliklər,
adətən, ali sinir
fəaliyyəti tərəfindən qeydə alınır.
Belə ki, bu zaman beyinin elektrik
aktivliyində kəskin və aydın dəyişikliklər qeyd olunur. Beyində məkan-zaman
ilə əlaqəli məlumatların qəbulunun pozulması
nəticəsində, sonradan isə orqanlarda funksional sistemlərin
fəaliyyətində problemlərin əmələ gəlməsinə
səbəb olur. Sinir sistemindən başqa, endokrin sistemin, immun və generativ
sistemlər də
EMŞ-yə qarşı
həssasdır. Eyni zamanda, genetik pozulmalara səbəb ola bilən
EMŞ təsirindən bəhs
edən ədəbiyyat
mənbələrinə də
rast gəlinir. Ümumdünya Səhiyyə
Təşkilatının Beynəlxalq
elmi proqramında
EMŞ-nin bioloji təsirinə dair xüsusi qeydlər var: “Belə güman etmək olar ki, tibdə
ən çox yayılan və sağalmaz xəstəliklərdən
olan xərçəng,
davranışın dəyişilməsi,
yaddaşın itməsi,
Parkinson və Alqsqeymer
xəstəlikləri, QİÇS, qəfil uşaq ölümü, özünə
suiqəsd və s. kimi halların yaranmasının əsas səbəblərindən biri
EMŞ təsiridir” .
Məlumdur ki, immun sisteminin
vəziyyəti əhəmiyyətli
dərəcədə ətraf
mühit faktorların
təsirindən asılıdır. Bura həm
texnogen, həm də təbii mühit faktorları daxildir. Məhz EMŞ-nin canlı
orqanizmlərin immun sisteminə təsiri problemi son illər daha aktualdır. Bunun əsas səbəbi
EMŞ mənbələrinin geniş yayılması, sənaye, elmi-tədqiqat praktikası, məişət
şəraitlərində bu
vasitələrdən geniş
istifadə edilməsidir.
EMŞ təsirinə məruz
qalan insanlarda bu və ya
digər səviyyədə
somatik xəstəliklər,
allergik reaksiyalar kimi patoloji təzahürlər
daha çox rast gəlinir.EMŞ ilə kontaktda olan insanların əksəriyyətində ali sinir fəaliyyətində, yaddaşda
patoloji dəyişikliklər
əmələ gəlir.
Bu qrup insanlarda
stres reaksiyaların inkişafına meyillilik var, çünki beyinin müəyyən nahiyələri EMŞ təsirinə
qarşı həssasdır.
Məlum olmuşdur ki, 1-3 il müddətində
daimi EMŞ mənbələri
ilə kontaktda olan insanlarda daxili gərginlik artır, yaddaş və diqqət pozulur, yuxu prosesinə
təsir edir və tez yorulma,
əzginliyə, eyni zamanda psixi pozulmaya
səbəb ola bilər. Onu da qeyd etmək istəyirəm ki, EMŞ ən çox körpələrə
və yetkinlik çağına çatmamış
uşaqlara mənfi təsir göstərir, çünki onlarda immun sistem və
müdafiə funksiyaları
hələ tam formalaşmayıb.
İlkin AĞAYEV
Palitra.-2015.-22 oktyabr.-S.11.