Virtual Qarabağ Tarixi Muzeyinin təqdimatı olub

 

Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik yubileyinə həsr olunan sərgi

 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik yubileyinə həsr olunan sərgi açılıb Virtual Qarabağ Tarixi Muzeyinin təqdimat mərasimi keçirilib. Virtual muzey Gənclər İdman Nazirliyinin dəstəyi ilə Virtual Qarabağ İnformasiya- Kommunikasiya Texnologiyaları Mərkəzi Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Sərginin açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin tarixi, 95 il ərzində keçdiyi şərəfli yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumatlar verilib, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş etdirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi tərtibatçısı olduğuMilli Azərbaycan Tarixi Muzeyi - 95” kitab-albomu da təqdim edilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək muzeyin Azərbaycan tarixinin təbliği baxımından böyük işlər gördüyünü vurğulayıb. Bildirilib ki, “Virtual Qarabağ Tarixi Muzeyilayihəsinin məqsədi müxtəlif muzeylərdə saxlanılan Qarabağın tarixi, mədəni irsini əks etdirən eksponatları bir yerdə toplamaq, Qarabağın mədəniyyətini, tarixini təbliğ etməkdən ibarətdir. Burada Qarabağa dair Azərbaycanın dünyanın 32 muzey şəxsi kolleksiyasından 9 yüzə yaxın eksponat toplanıb.

 

Cavidan

Palitra.-2015.-22 oktyabr.-S.6.