“Gənclər seçki
prosesinə biganə qalmamalıdır”
Səməd
Rzazadə: “Seçki prosesində gənclərin də fəal
iştirakı və öz seçici hüquqlarından
istifadə etmələri dövlətimiz üçün
çox önəmli mövzulardan biridir”
Seçkilərdə gənclərin iştirakı, xüsusən onların ictimai təşəbbüskarlıq göstərmələri müsbət amildir. Bu, o deməkdir ki, gənclər dövlətin etimadını doğruldur. Elə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin sədri, YAP Səbail Rayon Təşkilatının İdarə Heyətinin üzvi Səməd Rzazadə ilə söhbətimiz bu mövzuda oldu.
- Gənclərin ictimai aktivliyinin cəmiyyətin inkişafında nə kimi rolu var?
-Müasir dünyada gənclərin rolu, dünyanın inkişafına təsirdə kəskin şəkildə dəyişib. Gənclər bir çox sahələrdə dəyişiklik edən fəal qüvvə kimi özünü göstərir. Bugünkü gənclik müasir dünyaya çağırışlar edir, öz həyatını formalaşdırarkən, vətəndaş mövqeyi ortaya qoyur, siyasi proseslərdə fəal iştirak edirlər. Bu şəraitdə gənclərin dəstəklənməsi, onların təşəkkülü və formalaşması çox vacibdir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti, müxtəlif sahələri əhatə edir; gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının qorunması, respublikanın ictimai-siyasi və mədəni həyatında onların iştirakı. Bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, sosial, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Yeni nəslin inkişafının əsas vasitəsi - gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Azərbaycanda ölkə əhalisinin əksəriyyəti gənclərdir. Məhz buna görə də gənclərin problemləri dövlət prioritetlərindən biridir.
- Gənclərin
seçki prosesinə cəlb olunması
hansı müsbət effekt verə bilər?
-Bildiyimiz kimi qarşıdan parlament seçkiləri gəlir.
Gənclər bir sıra məsələlərdə olduğu
kimi bu seçkilərdə
də aktiv olmalıdır. İlk Avropa
Oyunlarında gənclərimizin
necə fəal şəkildə dövlət
rəsmiləri ilə
birgə çiyin-çiyinə
çalışdığının şahidi olduq. Həmin aktivliyi, canı könüldən çalışmaları
parlament seçkilərində
də görsək çox əla və ümid edirəm elə də olacaq.
- Gənclərdə
vətəndaş mövqeyinin
güclənməsində onların
seçkilərdə iştirakının
nə kimi rolu var?
-Bu gün sosial şəbəkələrdə, yerli və xarici
mətbuatda Azərbaycandakı
seçkilərlə bağlı
müzakirələr gedir.
Gənclərimiz həmin müzakirələrdə
iştirak etməli, deputatlığa namizədlərin
görüşlərinə qatılmalı, ağı
qaradan ayırd etməlidirlər. Belə olduqda
düzgün və sağlam gənclik daha da inkişaf
edəcək. Prezident İlham
Əliyev dəfələrlə
vurğulayıb ki, dövlətə məsuliyyətli
gənclər lazımdır.
Hesab edirəm ki, seçkilərdə fəal
iştirak ən məsuliyyətli işlərdən
biridir və gənclər bu prosesə biganə qalmamalıdırlar.
- Gənclər onlara olan etimadı
doğruldurlarmı?
-Bugünkü müasir dövrün tələbləri
gənclər qarşısında
daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan
adına istənilən platformada təmsil oluna bilsinlər. İstər yerli, istərsə
də beynəlxalq aləmdə bu gün gənclərin uğurları hər gün daha da
artır. Məhz bu,
Azərbaycan dövlətinin
və cənab Prezidentin gənclərə
olan diqqətindən irəli gəlir. Heç təsadüfi deyil ki, ilk Avropa Oyunları eyni zamanda Azərbaycan gənclərinə beynəlxalq
səviyyədə ilk dəfə
keçiriləcək oyunların
iştirakçısına çevrilmək imkanı
yaratdı. Məhz bu
səbəbdən gənclər,
bu gün Azərbaycana qarşı atılan böhtanlara, istifadə olunan qeyri-ciddi fikirlərə birbaşa Azərbaycan adını qorumaq üçün istənilən
platformada yer alırlar. Bunlarda isə ən
vacibi sosial şəbəkələrdir ki,
informasiya müharibəsi
zamanı Azərbaycan
gəncliyi bu kimi şəbəkələrdə
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
doğru çatdırılması
üçün gecə-gündüz
çalışırlar. Müxtəlif aksiyalarda iştirak
edirlər. Gənclərin təşəbbüskarlığının,
dinamikliyinin, çevik
addımlarının və
sərbəst fikirlərinin
azadlığı olan
sosial şəbəkələrdə
eyni zamanda Azərbaycana qarşı səsləndirilmiş fikirlərə
düzgün arqumentləşdirmək
bacarığı aşılanır.
Bu da gənclərin
öz təşəbbüslərindən
irəli gəlir.
- Bəs, seçki ilə bağlı ictimai birlik olaraq hansı
layihə keçirirsiz?
-Biz də “İqtisadçı
Tələbələrə Dəstək” İctimai Birliyi “Səs Ver 2015” layihəsinə
start vermişik. Layihənin məqsədi
ilk dəfə səs
verən gənc seçicilər arasında
maarifləndirmə işinin
təşkili və gənclərin seçkilərdə
fəal iştirakının
təmin edilməsidir.
Layihənin qarşısında duran vəzifələr isə gənclər üçün səsvermə
prosesinə aid xüsusi
təlimlərin keçirilməsi,
aktiv gənc seçici kütləsinin
formalaşdırılması, cəmiyyət fərdləri
olan digər gənclərdə də seçki prosesinə maraq yaratmaq və motivasiya etməkdən ibarətdir.
Seçki prosesində gənclərin
də fəal iştirakı və öz seçici hüquqlarından istifadə
etmələri dövlətimiz
üçün çox
önəmli mövzulardan
biridir. Məhz buna görə də, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə
Dövlət Proqramı”nın
6.5.7-ci (“ilk dəfə səs
verən gənc seçicilər arasında
maarifləndirmə işinin
təşkili”) bəndini
və Azərbaycan Respublikası Prezindeti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin prioritet
mövzuları arasında
olan “2015-ci ilin parlament seçkilərində
ilk dəfə səs
verəcək gənclərin
maarifləndirilməsi” istiqamətini
əsas götürərək
“SƏS VER 2015” layihəsini təqdim edirik. İlk dəfə səs verəcək gənclərin bu sahədə məlumatsız
olduğunu, gənclər
arasında maarifləndirmə
işi aparmadıqda, seçki porsesində gənclərin az
bir qisminin təmsil olunduğunu nəzərə alaraq, belə bir faydalı,
həm öyrədici,
həm də əyləncəli bir layihəni yazıb hazırladıq. Layihə, həmçinin gəncləri maarifləndirməklə
yanaşı, onların
faydalı vətəndaş
kimi yetişmələri
yolunda atılmış
addımdır. Çünki cəmiyyətin hər bir fərdi öz hüquqlarından faydalanmalı, ölkə
quruculuğunda yaxından
iştirak etməlidir.
Fuad Hüseynzadə
Palitra.-2015.-22 oktyabr.-S.7.