“Gömrük ödənişləri ilə
bağlı fərman qiymətləri aşağı salacaq”
Professor Fikrət Yusifov: “Sahibkarın
fəaliyyətinə güc təşkilatlarının, o cümlədən MTN-in müdaxiləsi
yolverilməzdir”
Ölkənin sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılması
istiqamətində Prezident tərəfindən
ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə
ölkə başçısı tərəfindən son günlər imzalanan fərmanlar bunun bariz nümunəsidir. Bunlardan biri də bu günlərdə
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar
üzrə Koordinasiya Şurasının
yaradılması haqqında Prezidentin fərmanı oldu ki, bu ölkədə
dəmir yolları, dəniz nəqliyyatı, dəniz
limanları və dəniz terminalları vasitəsilə tranzit yüklərin
daşınması sahəsində vahid, çevikvə
şəffaf tarif siyasətinin
həyata keçirilməsi, sərhədkeçmə
prosedurlarının və daşıma proseslərinin
asanlaşdırılması, habelə bu sahədə
fəaliyyət göstərən dövlət qurumları
arasında əlaqələndirmə işlərinin təmin
edilməsi məqsədi daşıyır. Mütəxəssislər
də ölkə başçısı tərəfindən
atılan bu addımı yüksək
qiymətləndirərək həlli vacib məsələ olduğunu bildirirlər.
Tranzit yükdaşımaları:
Azərbaycan nə qazanacaq?
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki,
Azərbaycanın əlverişli coğrafi mövqeyindən
istifadə etməklə beynəlxalq yüklərin
ölkəmizin ərazisindən daşınmasına maksimum əlverişli
şəraitin yaradılması ölkə
iqtisadiyyatının şaxələndirilməsinin mühüm istiqamətlərindən biridir:
“Bu gün Azərbaycan regionun iqtisadi cəhətdən
ən qüdrətli dövlətidir və eyni zamanda, özünün siyasi müstəvidəki
çəkisini də bu faktora uyğunlaşdıra bilib. Real mənzərəbudur ki, regionda hər
hansı transmilli layihənin
reallaşdırılması Azərbaycanın iştirakı olmadan mümkün deyil. Tarix boyu şimalla cənubu,
şərqlə qərbi birləşdirən ən
səmərəli ticarət yollarının keçdiyi bu məkanın
imkanlarını genişləndirmək üçün hazırda çox münbitbir şərait
yaranıb və görünən odur ki, dövlət bu imkanlardan maksimim yararlanmaq əzmindədir. Müşahidələr göstərir ki,
ölkə ərazisindən keçən nəqliyyat
dəhlizlərinin müasir tələblərə cavab verə
biləcək səviyyədə qurulması, nəqliyyat
vasitələrinin yenilənməsi vəinfrastrukturun ən
yüksək standartlara uyğunlaşdırılması kimi işlər
dövlətin iqtisadi siyasətinin mühüm bir istiqamətinə çevrilib. Buna misal olaraq son illər
ərzində yeni bərələrin, tankerlərin, yük gəmiləri
və təyyarələrin alınmasını, eləcə
də bir neçə beynəlxalqaeroportun tikildiyini,
dəmir və avtomobil yollarının inkişafı
ilə bağlı ciddi addımlar atıldığını,
Xəzər hövzəsində ən böyük ticarət limanı - Beynəlxalq
Dəniz Ticarəti Limanının inşa olunduğunu göstərmək olar.
Ölkədə beynəlxalq yükdaşımalar üçün nəqliyyatinfrastrukturunun ən
yüksək standartlara cavab verə biləcək
səviyyədə qurulması bu sahədəki
işlərin həmin səviyyəyə uyğun koordinasiya edilməsini
də zəruri edir. Elə bütün bunları
nəzərə alan ölkə Prezidenti Nazirlər Kabinetinin doqquz ayın
yekunlarına həsrolunan müşavirəsindəki
çıxışı zaman belə demişdi:
“Ancaq bununla bərabər, burada koordinasiya işləri
aparılmalıdır. Ona görə ki,
Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət
gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən
daşınması deməkdir. Bu da həm siyasi,
həm iqtisadi gəlirlər gətirəcək”. Açıq demək lazımdır ki,
beynəlxalq yükdaşımaların ölkə
ərazisində lazımi səviyyədə koordinasiya edilməməsi bu sahədə bir sıra
problemlərin yaranmasına gətirib
çıxarmışdı. Müasir dövrdə
hərbir fəaliyyət növünün ətrafında
rəqabət pik səviyyəyə
çatıb və odur ki, tranzit yükdaşımaları
sahəsində bütün məsələləri
təkcə əlverişli coğrafi mövqeyimizin öhdəsinə buraxmaq olmaz. Bu, sonda milyon tonlarla ölçülən
yüklərin bizim ərazimizdən yayınaraq başqaərazilər
vasitəsilə daşınmasına gətirib çıxara
bilər. Burada bir məsələni unutmaq olmaz ki,
ərazi baxımından yükdaşımanın
sərfəli olması hələ hər şey demək deyil.
Nəzərə almaq lazımdır ki, hər bir yük sahibi bu amilə üstünlük verməklə
yanaşı, yüklərin iqtisadicəhətdən daha sərfəli
şərtlərlə daşınmasında da maraqlıdır. Bu sahədə yaranmış
vəziyyətə çox tənqidi bir münasibət
sərgiləyən Prezident Nazirlər Kabinetinin son toplantısında bununla bağlı öz narahatlığını
belə ifadə etdi: “İndi həm
ölkələr, həm şirkətlər arasında
yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq,
nəyisə gözləyirik. Gözləyirik ki, kimsə
gəlib bizdən xahiş edəcək. Xahiş edəndə
də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu,
dözülməz haldır. Bu məsələ ciddi təhlil
edilməlidir vəburada vahid tarif siyasəti
aparılmalıdır”. Ölkə
başçısının yaranmış vəziyyətin aradan qaldırılması
ilə bağlı zəruri addımları özünü çox gözlətmədiyini
deyən iqtisadçının sözlərinə
görə, oktyabr ayının 21-də Prezident “Azərbaycan
Respublikasının Tranzit Yükdaşımalar
üzrə Koordinasiya Şurasının
yaradılması haqqında” Fərman imzaladı: “Hesab edirik ki, bu fərman
sözügedən sahədə mühüm dəyişikliklərə
- yükdaşımaların keyfiyyətinin
yüksəldilməsinə, yüklərin
çatdırılma müddətinin və nəqliyyat
xərclərinin optimallaşdırılmasına və nəticə
etibarı ilə tranzit yukdaşımalarından
ölkəmizin əldə etdiyi gəlirlərin
nəzərəçarpacaq dərəcədə
artmasına səbəb olacaq. Bir qədər
də konkretləşdirsək, deyə bilərik ki,
ölkə ərazisindən keçən tranzit dəhlizlərinin
rəqabət qabiliyyəti və səmərəliliyi
artdıqca, həmin dəhlizlərə böyük həcmlərdə tranzit yük axınlarını
müşahidə edəcəyik. Şübhəsiz ki, bütün bu işlər
də əsas hədəf olaraq Azərbaycanın dünya miqyasında
nəqliyyat-logistika mərkəzi kimi mövqelərini daha da möhkəmləndirəcək. Bu baxımdan, Prezidentinimzaladığı
fərmanın əhəmiyyəti çox böyükdür. Xüsusi olaraq onu da qeyd etmək
istərdik ki, Azərbaycan Respublikasının
ərazisindən dəmir yolları, dəniz nəqliyyatı
və dəniz terminalları vasitəsilə tranzit yüklərin
daşınmasında “bir pəncərə” prinsipinin tətbiq
olunmasıbu sahədəki pərakəndəliyi və bu pərakəndəliyin nəticəsində yaranan bütün neqativ halları aradan qaldıracaq”.
“Gömrük ödənişlərilə
bağlı fərman
monopoliyaya vurulmuş zərbədir”
Qeyd edək ki, ölkə
başçısının bugünlərdə
imzaladığı fərmanlardan biri də Gömrük sahəsində
nəzarətin həyata keçirilməsi ilə
əlaqədar bəzi yoxlamaların
sadələşdirilməsi haqqındadır. F.Yusifov bildirdi ki,
Nazirlər Kabinetinin bu ilin oktyabr ayının
12-dəkeçirilmiş iclasında Prezident ölkədə azad sahibkarlığın
inkişafına əngəl olan bütün məqamları çox ciddi şəkildə
tənqid edib: “Bundan öncə
ölkə başçısı bir neçə
dəfə öz çıxışlarında, bu əngəllərin mövcudluğundan narahatlığını
ifadə etməklə aidiyyətı qurumlara öziradlarını bildirmişdi. Lakin çox təəssüflər olsun ki, bu iradlardan heç də
hər kəs lazımi nəticələr çıxara
bilməmişdi. Son müşavirədə “Artıq
hövsələ qalmayıb” deyən Prezidentin kəskin
çıxışı yaxın günlərdə onun çox ciddi addımlar
atacağına işarə idi. Belə
də oldu.Müşavirədən sonra ölkə
başçısı bir-birinin ardınca
sahibkarlığın inkişafına əngəl
törədən neqativ halların aradan qaldırılmasına
və nəticə etibarilə ölkədə məhsul bolluğunun yaradılması yolu ilə
qiymətlərin aşağı salınmasına,
büdcə gəlirlərinin artırılmasına
yönəlikçox ciddi qərarlar qəbul etdi. Lisenziyaların verilməsi sahəsindəki
əngəllərin aradan qaldırılması,
əsassız yoxlamaların dayandırılması, fiziki şəxslər
tərəfindən respublikanın gömrük ərazisinə
gətirilən malların və məhsulların ümumi gömrük dəyərinin
əsaslı şəkildə artırılmasında
məqsəd ölkədə azad sahibkarlığın inkişaf etdirilməsinə daha münbit şərait yaratmaq yolu ilə qeyri neft sektorunun inkişafına nail olmaqdan ibarətdir. Bu addımlar
digər tərəfdən ölkədə istehlak mallarının
və məhsulların qiymətlərinin əsaslı
şəkildə aşağı düşməsinə
və beləliklə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına
gətirib çıxaracaq”.
F.Yusifov qeyd etdi ki, əsassız yoxlamalar sahibkarlığın
inkişafında ciddi əngəl törədən bir reallıqdır:
“Güc strukturlarının belə yoxlamalar aparması,
sahibkarların işinə yersiz müdaxiləsi
isə tamamilə yolverilməzdir. Prezidentin bu qəbildən olan yoxlamalarıaradan qaldırmaq
barədəki qərarı ölkədə
sahibkarlığın inkişafına çox ciddi təkan
verəcək. Sahibkarın fəaliyyətini yalnız vergi orqanları yoxlaya bilər.
Hər bir sahibkar hansı vergini verəcəyini
yaxşı bilir. Eyni zamanda sahibkar vergini tam və
vaxtında ödəmədikdə onuhansı
cərimələrin və cəzaların gözlədiyini
də yaxşı bilir. Bu səbəbdən
də vergi yoxlamaları da seçmə yolla aparılsa daha yaxşı olar.
Yalnız cinayət baş verdiyi hallarda prokurorluq sahibkarın
fəaliyyətini müvafiq qaydada yoxlamağa sərəncam
verə bilər, yəni sahibkarın fəaliyyətinə güc təşkilatlarının, o cümlədən MTN-in müdaxiləsi
yolverilməzdir”.
O da vurğulandı ki, Prezidentin oktyabr ayının
22-də imzaladığı fərmanla fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri
10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət
edilən hər bir yetkinlik yaşına
çatmamış fiziki şəxsə görə
əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən)
artıq olmayan mallar (aksizli mallar,
avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin
zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi
ödənilmədən gömrük sərhədindən
keçirilə biləcək: “Bu günə
qədər mövcud olan qaydalara əsasən
vətəndaşlar ölkədən 10 000 dollara qədər vəsait apara bilsələr
də ölkəyə cəmisi hər birnəfər üçün 1500 dollar (müşayət
edən hər bir həddi buluğa çatmayan üçünsə
500 dollar) ekivalentində mal məhsul
gətirə bilərdilər. Məsələnin bu qaydada qoyuluşunun özündə bir yanlışlıq var idi.
Hər dəfə ortaya sual çıxırdı ki,
ölkədən 10 000 dollar aparanvətəndaş bu pulun cəmisi
1500 dollarına mal, məhsul alıb gətirə
bilərsə, onda o həmən pulun yerdə qalan hissəsindən
necə istifadə etməlidir? Prezident imzaladığı
fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı.
Hər bir vətəndaşın ölkəyə 10
000 dollara qədərmal və
məhsul gətirə bilməsi və onu müşayiət
edən həddi-büluğa çatmayanların hər birinin isə
2000 dollar məbləğində
mal-məhsul gətirmək şansının
olması o deməkdir ki,
vətəndaşların xaricdən gətirdikləri anoloji malların
ölkə daxilində qiymətləri avtomatik aşağı
düşəcəkdir. Buna qədər
vətəndaş həmin malları və məhsulları
ölkəyə özünə lazım olan həddə
gətirə bilmədiyindən onları xaricdən topdan ticarət yolu ilə
gətirib daxili bazarda satan monopolistlərin
diqtə etdikləri qiymətlərlə - yəni
bəzən öz real dəyərindən bir neçə
dəfə baha qiymətlərlə almaq məcburiyyətində
qalırdılar. İndi isə vətəndaş
həmin malı gömrük vergisi ödəmədən
xaricdən real qiymətlə alıb gətirə
biləcək. Bu isə ölkədəki
ayrı-ayrı möhtəkirlərin yaratdığı
monopoliyanın tədricən aradan qalxmasına
gətirib çıxaracaq.Prezidentin fərmanı da bu problemin həllinə
yönələn çox mühüm addımdır.
Fərmanda aksizli malların,
avtonəqliyyat vasitələrinin və səfər zamanı fiziki şəxsin
zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunur. Aksizli malların gömrük vergisi ödəməkdən azad olunacaq 10
000 ABŞ dolları məbləğindəki mal və
məhsulların sırasına aid edilməməsini sosial şəbəkələrdə şişirdib insanlara yanlış izahat verənlər
bilməlidilər ki, bizdə yalnız içməli spirt,
pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri
(xüsusi nişan və
avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı
avtonəqliyyat vasitələri istisna olmaqla),
istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər
üzən vasitələr aksiz vergilərinə
cəlb olunur. Göründüyü kimi, bu sırada
insanları narahat edə biləcək əsasistehlak malları yoxdur”.
Nigar Abdullayeva
Palitra.-2015.-24 oktyabr.-S.5.