Həsənlu və Ziviyədən tapılmış bədii metal nümunələri

 

Dekorativ-tətbiqi sənətin ayrılmaz qolu olan bədii metal sənəti hələ Eneolit dövründə (e.ə. V-IV min illik ) meydana gəlir. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Bu məqalədə Azərbaycan torpaqlarında, xüsusən Ziviyə və Həsənluda istehsal olunan bədii metal nümunələrinin təhlilindən bəhs olunur.

Ziviyə dəfinəsi əşyaları e.ə. IX-VII əsrlərə aid edilir. Ziviyə dəfinəsi istehkam divarları yaxınlığında tapılıb. Abidə dəmir dövrünün sonları tikilmiş, hündür qala divarlarından ibarət idi. Bu abidə 34x34x9 sm. bişməmiş kərpiclə hörülmüş 7.5 sm. qalınlığında divarlara malikdir. Abidədə həm də sütunlar üzərində dayanan portikli saray tipli bina var idi. Saray həm daxildən, həm də xarici tərəfdən Assur və Kalxadakı assur saraylarının kaşıları kimi şirəli kaşı ilə dekor (bəzək) olunmuşdur.

Bəzi “Ziviyə əşyaları” əsasən tunc və dəmir əşyalar, sümükbuynuzdan məmulatlar xəzinənin tərkibində deyil, qala-istehkamdan tapılıb. Bu əşyalar arasında tunc “vanna”nın (sarkofaq) divar və kənarlarının qırıqları tapılıb. Bu cürvannalar Ur (babil) şəhərindəki arxeoloji qazıntılar zamanı tapılmışdır ki, bunlar yeni babilfars dövrünə aid edilmişdir. Bizim eramızdan əvvəl VII əsrin ortaları və VI əsrin əvvəlinə təsadüf edir. Ziviyədən tapılan “vanna”nın qalıqlarının yuxarı küncündə assur abidələrinə xasvergi verilməsi” səhnəsi oyma ilə təsvir olunmuşdur. Assur əyanına (ağa), müşayiətçilərinə və əsgərlərinə tərəf - əllərində keçi buynuzu (keçi sürüsünü simvolizə edir), qablar, çaxır tuluğu və qaliblərə xas olan şəhər qapılarının açarı -aparan xərac verənlər istiqamətlənirlər. Sarkofaqın digər fraqmentində Assuriya üçün tipik səhnə-keçi təsviri verilmişdir. Bu təsvirlərdəki xərac verənlərin geyimlərini dəqiqləşdirmək mümkün deyildir, çünki bu geyim assuriyalılar tərəfindən işğal olunmuş digər xalqların geyimlərinə bənzəyirdi.

Bu dəfinədən fil sümüyündən qabarıq bəzəklər, dəbdəbəli mebelin bəzək detalları -plaketlər və müxtəlif təsvirli qiymətli mücrülər də tapılmışdır. Plaketlər b.e.ə. VIII əsrə aid Nimrud və Kündcikdəki Assuriya saraylarından olan plaketə bənzəyirdi.

Xəzinədən assur stilində qızıl plaketlər, assur hökmdarlarına xas pektoral və onların atlarının yəhər-qayış bəzəkləri tapılmışdır. İstisna deyil ki, qızıl plaketlər (qabarıq bəzək) ağac materialdan olan ox qablarının, şahların dəbdəbəli qılınclarının dəstəyi və qılınc qınlarının bəzək örtüyü idi. Xəzinənin ən maraqlı hissəsini “qarışıq stilə” aid edilən özündə Assuriya, Urartu, Kiçik Asiyasuriya cəhətlərini birləşdirən, ən başlıcası obrazlar yığımından ibarət olan əşyalar təşkil edir. Məsələn: zəncirli qızıl pektoral. Bu hökmranlıq və təntənəlik simvolu Urartu allah və çarlarını təsvir edən heykəllərdə daha çox rast gəlinirdi. Onu da qeyd etmək lazımdır ki, bu pektoralın erkən dövrlərə aid olanı Luristandan tapılmışdır, sonrakı dövrlərə aid olanı isə skif dövrünə təsadüf edir. Bu dəfinə də tapılan əşyaların sırasında qızıldan hazırlanmış pektoralı, qılınc dəstəyini, tac qırığını, düzbucaqlı medalları, gümüş nimçəni, at üçün ləvazimatların gümüştuncdan hazırlanmış detallarını, döyüş silahlarının nümunələri olan - iki dəmir qılınc, ox ucluqları və nizə ucluqlarını göstərmək olar.

Ziviyə tapıntıları arasında razetkalı qızıl şah tacının qalıqları, üzərində qızıl aplikasiya olan gümüş nimçə, inkrustasiya texnikasında təsvirləri olan keramik qablar tapılmışdır. Bu bəzək əşyalarının üzərindəki təsvirlər əsasən “skif obrazı” adlandırdığımız - dovşan, panter (vəhşi pişik), maral,qoyun, qrif başı təşkil edir.

Digər nümunə - qılıncın qızıl dəstəyidir. Onun üzərində çevrilmiş panterqrif təsvirləri var. Təsvir olunan panterin çevrilmiş formada pozası qədim Şərq incəsənəti üçün xarakterik deyildisonralar inkişaf etməmişdir. Lakin heyvan özü AssurUrartu incəsənət kanonları əsasında yerinə yetirilmişdir. Heyvanın bədəninə birləşdirilən qrif isə assur-urartu simvolikasına aid edilir.

Ziviyə obrazlarında iki ikonoqrafik pantera tipi var: biri pəncələrini uzatmış uzanan pantera, digəri üzləşmiş pozada iki panter. Bu obraz təkcə gümüş nimçənin aplikasiya və qızıl örtüklərində deyil, həm də qılınc qının ucunukeramik qabları da bəzəyirdi. Çoxsaylı Ziviyə panteraları bu obrazların zamanla inkişaf edərək dəyişildiyini nümayiş edir - pəncə və quyruq zamanla dairələrə çevrilir, üçkünc, ürəkvari olur, qulaqlar, gözlər dairələşir, nəhayət heyvanın bədəni halqa çevrə formasına keçir. Bu mərhələlər yalnız Ziviyə panter obrazına xasdır. Əgər panter obrazlarının tipoloji sırasını yaratsaq onun inkişaf istiqamətini və hətta kanonlarını Ziviyəyə aid etmək olar. Qeyd etmək lazımdır ki, müəyyən detalların stilizəsi urartu incəsənətinə xasdır. Məsələn: Ziviyə əşyalarında tapılan ağzı açıq pantera obrazları urartu dəbilqələrində də rast gəlinir.

Digər bədii metal nümunələri qədim Cənubi Azərbaycan ərazisindəki Həsənlu ərazisinin tapıntılarına aid edilir. Həsənludakı qədim qalanın ərazisində qazıntı zamanı sənətkar emalatxanası, emalatxanada isə tökmə üsulu ilə tunc dirəkciklər, baltalar hazırlamaq üçün qəliblərin qırıqları, habelə bəzək şeyləri hazırlamaq üçün qəliblər tapılmışdır.

Mannanın metal üzrə sənətkarlarının texnikasına birtaylı və ikitaylı açıq qəliblərdə tökmə işləri, naxışvurma, ştamplama və həkkaklıq daxil idi. Kənd təsərrüfatında həm tunc, həm də dəmir toxalardan, dəmir tiyəli oraqlardan istifadə edilirdi. Bunların bir neçə nümunəsi qazıntı zamanı Həsənludan tapılmışdır. Tunc kotan modelləri Mərlik qəbirlərində aşkar edilmişdir. Yuxarıda göstərilən obyektlərin hamısında aşkara çıxarılmış qəbirlərdə, habelə Həsənlu qalasında silah daha çox tapılmışdır.

Döyüş zamanı Həsənlu qalası dağıdılmış, vuruşan tərəflərin silahları onun xarabalıqları altında qalmışdı. Bu silahlar tunc və dəmirdəndi, bəzisi qızıl və gümüşlə zəngin bəzədilmiş, habelə inkrustasiya edilmişdi. Tuncdan və dəmirdən düzəldilmiş ensiz və yastı ox ucları bu dövr üçün səciyyəvidir.

Həsənlu xarabalıqlarında iki tip - şiş və daraqlı döyüşçü dəbilqələri tapılmışdır. Tunc daraqlar tunc papaqlara yaxud toxunma və dəri papaqlara, bərkidilirdi. Daraqlı dəbilqələrdən birinin darağında aydın həndəsi rəsm və papağında ilan təsvirləri var idi. Şiş, konusvari dəbilqələr Assuriya qoşunu üçün səciyyəvi idi.

Maraq doğuran məmulatlardan biri dəstəyi zoomorf fiqurlu dəmir qabdır. Çox təəssüf ki, bu qab dövrümüzə çox pis vəziyyətdə gəlib çatıb. Qab 8 sm. hündürlüyə, 40 sm. diametrə malik, kəsmə üslublu, iki qulplu qabdır. Qulpları uzadılmış quş formasındadır. Hər iki quşun üzü qabdan yan tərəfə yönəldilib. Başları qabağabir qədər aşagı yönəldilib. Baxmayaraq ki, onlar qanadları ilə qabın dəstəyinə birləşikdir amma elə təəssürat yaranır ki, ayrı düzəldiliblər. Quşun dimdikboğaz hissəsində naxışlar var. Boyun hissəsindəki cızıq boğaz və bədən lələklərini bir- birindən ayırır. Şaquli xətlər qanadları quyruqdan ayırır. Quyruq və qanadlardakı üç pərçimləmə qulpları qaba bərkidir.

Quş obrazının müxtəlif ikonoqrafik formaları Azərbaycan dekorativ-tədbiqi sənəti, eləcə də Yaxın Şərq üçün xarakterik idi. Quş başı formasında olan elementlər müxtəlif situla, cam, qədəh, kasas. qabların dekorativ tərtibində geniş istifadə olunurdu.

Azərbaycan ərazisində məskunlaşmış qədim əhalinin totemik inancları öz əksini bədii metaldan olan müxtəlif heyvan heykəlcikləri formasında tapdı. Bu heykəlciklərdə heyvan obrazı dekorativ funksiyası ilə yanaşı, talisman rolunu oynayırdı.

Həsənlu və Ziviyə ərazisindən tapılan qızıl və gümüş məmulatlarının bədii xüsusiyyətləri onların yerliÖn Asiya, skif ənənələrini özündə cəmləşdirdiyini göstərir. Heyvan heykəlcikləri, eləcə də silah və bəzək əşyalarının üzərindəki müxtəlif rəsmlər xüsusi məqsədini daşıyırdı. Buna görə də Azərbaycan qəbilələrinin incəsənət və idealogiyasını öyrənmək üçün bədii metalın tədqiqi böyük məna kəsb edir.

Pakizə Ramazan qızı Kazımova

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası “Dizayn” kafedrasının laborantı

 

Palitra.-2015.-27 oktyabr.-S.13.