“Seçkilərdə gənclərin fəallığı həmişə olduğu kimi mütəşəkkildir”

 

Rəşad Rəhmanov: “Siyəzəndə gənclərin seçkilər haqqında ətraflı məlumatlanmasına və onların problemlərinə yardım

etməyə çalışırıq”

 

Gənclərimizin ictimai-siyasi aktivliyi seçki prosesində də özünü göstərir. Bu aktivlik region gənclərində də müşahidə olunur. Siyəzən rayon YAP Gənclər Birliyinin sədri Rəşad Rəhmanovla həmsöhbət olub region gənclərinin seçki fəallığı ilə bağlı fikirlərini öyrəndik.

-Gənclərin ictimai aktivliyinin cəmiyyətin inkişafında nə kimi rolu var?

-Yeni Azərbaycan Partiyası son illər Azərbaycanda gədən ictimai-siyasi proseslər də formalaşmış, mütəşəkkil şəkil alaraq vətənpərvər, xalqına, ölkəsinə xidmət edən insanların səyləri nəticəsində bugünkü səviyyəsinə gəlib çatıb. Bu gün partiya sıralarındaolan insanların əksəriyyəti gənclərdir. Bu da təbii ki, dövlətimizin gənclər siyasəti ilə birbaşa bağlıdır. Əgər biz istəyiriksə müasir dövlət, güclü siyasi sistem yaradaq, o zaman cəmiyyətin inkişafında onun bütün sahələrində fəal olmalıyıq. Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür. Azərbaycanın müstəqilliyi, inkişafı uğrunda mübarizə aparan gənclər olmuşdur. Azərbaycan gəncləri təhsil, iqtisadiyyat, idman, siyasət, demək olar cəmiyyətin bütün inkişaf sahələrində fəaldırlar və dövlət siyasətini daimadəstəkləyirlər. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən əsas yol ulu öndərin miras qoyduğu siyasətin uğurla davam etdirilməsidir. Bu yolu bu gün yüksək səviyyədə davam etdirən ulu öndərin siyasətinin alternativsiz varisi Prezident İlham Əliyevdir.

-Dövlətin gənclər siyasəti öz effektini verirmi?

-Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycanın iqtisadi, siyasi, sosial cəhətdən daha da inkişafı üçün kadrların hazırlanması və daha da güclənməsi üçün əsas dayaq əhalinin böyük hissəsini təşkil edən gənclərə və gələcək nəsillərə düşür. Artıq bu bir faktdırki, bir sıra ölkələr Azərbaycandakı gənclər siyasəti modelini qəbul edir və bu təcrübəni bölüşmək üçün ölkəmizə səfərlər edirlər. Bu gün vətənpərvər və eyni dərəcədə müasir düşüncəli gənclər yetişməkdədir. Bu da gənclərin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakına böyük dəstək olacaq. Gənclər öz dövlətlərinin qayğısına sığınaraq xaricdə təhsillərini davam etdirməklə yanaşı, ictimai fəaliyyətlərini də artırlar. Yerli və beynəlxalq konfranslarda, seminarlarda, təlimlərdə daha da aktivolaraq iştirak edirlər. Bununla yanaşı gənclərin dövlətçiliyimizin bütövlüyü sahəsində bir sütun kimi olmasında kadrlar daha da güclənməlidir.

-Seçki prosesində gənclər nə dərəcədə aktivdirlər?

-Bu gün doğma respublikamız cəmiyyətin bütün sahələrində uğurlar əldə edir ki, bu uğurlarda gənclərin də rolu əvəzedilməzdir. Azərbaycanın dünya səviyyəsində tanınması, onun dünya ictimaiyyətinin ayrılmaz hissəsinə çevrilməsində gənclərin roluböyükdür. Bildiyimiz kimi Azərbaycanda parlament seçkilərinə start verilib. Bu istiqamətdə çoxlu işlər görülür. Ən önəmli fakt ondan ibarətdir ki, bu seçkilərdə də həmişə olduğu kimi gənclər yenə də ön sıradadırlar. İndiyə qədər keçirilən seçki proseslərində gəncləraktiv şəkildə iştirak ediblər. Saylı günlər qalmış parlament seçkilərinin hazırlıq prosesində də bunun şahidi olduq. Çünki seçkilərə hazırlıq mərhələsində gənclər olduqca fəal idilər. Gənclərin köməyindən imzatoplama zamanı geniş istifadə olundu. Gənc deputat və idarəetmə strukturlarında çalışanların sıralarında gənclərin çoxaldığını görmək qürurvericidir. Bu da dövlətimizin və dövlət başçımızın gənclər siyasətinə nə qədər önəm verdiyinin bariz nümunəsidir.

-YAP seçki marafonunda gənclərə nə kimi yer verir?

-Regional inkişafın günü-gündən artması və bütün istiqamətlərdə sosial iqtisadi inkişaf gəncləri daha fəal olmağa, gənclər siyasətinə daha dərindən inteqrasiya etməyə kömək edir. Biz YAP gəncləri olaraq dövlətimizin bütün sahələrdə sürətli inkişafproqramını dəstəkləyirik. Prezidentimiz İlham Əliyevə ürəkdən inanırıq, onun ətrafında daha da bir olmağa çalışırıq. Seçkilərdə gənclərin fəallığı həmişə olduğu kimi yenə də mütəşəkkildir. Səsvermə prosesini izləyən müşahidəçilər arasında gənclərə daha çox rastgələcəyik. Yeni Azərbaycan Partiyasının tədbirlər planına uyğun olaraq bütün gənc fəallar hazırlıq işlərinə cəlb olunublar. İstər siyasi, iqtisadi, istərsə də mədəni, sosial, vətənpərvərlik istiqamətlərində gənclərin fəallığına önəm verilməsi eyni zamanda Azərbaycan gəncliyinə olan inamın ifadəsidir. Gənclərin bu proseslər də fəallığı, onların bugünkü inkişafı, əmin-amanlığı görmələri və cənab Prezidentimizə və onun siyasətinə etibar etməsidir. YAP-ın məqsədi Azərbaycanın xoşbəxt gələcəyi, müstəqilliyidir. Bu dövlətquruculuğunda YAP-ın rolu çox yüksəkdir. Bu partiya bu gün ən aparıcı siyasi qüvvədir. Biz iqtidar partiyasıyıq, ona görə ki, bizim siyasətimiz xalq siyasətidir.

-YAP Siyəzən rayon Gənclər təşkilatı olaraq seçki ilə bağlı gənclərin maariflənməsi istiqamətində tədbirlər edirsizmi?

-YAP Siyəzən rayon Gənclər təşkilatı dövlətimizin siyasətini həmişə uğurla təmsil etməkdədir. Qarşıdan gələn seçkilərdə gənclərin maariflənməsi sahəsində böyük fəallıq nümayiş etdiririk. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Buna misal olaraqfəal rayon gənclərinin birgə iclasları keçirilir, rayon gənclərinin problemləri, seçkilərdə iştirakı, fəallığı haqqında məlumatlar əldə edirik. Onlara seçkilərlə bağlı məsləhətlər, məlumatlar verərək maarifləndiririk. Hətta gənclərin birgə görüşlərini, sərgilərini, ümumimaraqlarını əhatə edəcək tədbirlər planı həyata keçiririk. Təhsil, səhiyyə, iqtisadiyyat, neft sahəsində çalışan gənclərlə tez-tez görüşlər təşkil edirik. Seçkilər haqqında ətraflı məlumatlanmasına və onların problemlərə yardım etməyə çalışırıq. Bugünkü gənclər nə istəyir, dövlət siyasətini necə dəstəkləyir, dövlətimizin inkişafında nə kimi rol oynamaları istiqamətində müəyyən görüşlər keçiririk, bir sözlə, günün nəbzini tutmağa çalışırıq.

-Sizin rayonda ilk dəfə səs verəcək gənclərin seçki prosesinə cəlb olunması üçün görüşlər olurmu?

-Bəli, oktyabrın 14-də Siyəzəndə Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə “Sənin səsin - sənin gələcəyin” mövzusunda dəyirmi masa keçirildi. Şəhər Mədəniyyət Mərkəzinin konfrans zalında təşkil olunantədbirdə 60 nəfər gənclə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak edirdi. Çıxışlarda qanunvericilikdə nəzərdə tutulmuş seçki hüququ, seçki prosesində iştirakın vacibliyi və qaydaları, ölkənin ümumi iqtisadi-siyasi mənzərəsi və başqa mövzular üzrə ilkdəfə səs verəcək gənclərə ətraflı məlumat verildi.

-Ümumiyyətlə, gənclərdə seçki şüuru hansı səviyyədədir?

- Görüşlərdə gənclər aktivlik göstərir, suallar verir və seçki proseslərində iştiraka maraqlı olduqlarını deyirlər. Bu da gənclərin seçki ilə bağlı düşüncələrinin yüksək olmasını göstərir. Buna baxmayaraq tədbirlərdə seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında məlumatverilir. Həmçinin onlara seçki haqqında kitabça, buklet və s. paylanılır.

-Seçkinin şəffaf keçirilməsində dövlətimiz nə dərəcədə maraqlıdır?

-Seçkilərdə ən önəmli məsələlərdən biri də onun səffaf keçirilməsidir. Demokratik dövlət olaraq onun ən önəmli parçası Azərbaycan gəncləri olaraq üzərimizə düşən iş seçkilərin düzgün keçirilməsinə nail olmaqdır. YAP üçün şəffaf seçkilər ən önəmli məsələdir. Çünki partiyanın da məramı, məqsədi bu istiqamətdə formalaşıb. Hazırda bu partiyanın nüfuzunu qaldıran ən önəmli amil verdiyi sözlərə sadiq qalmasıdır. Məhz ona görə Azərbaycanın siyasi səhnəsində yeganə ciddi qüvvəyə çevrilib. Bütün Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün YAP əlindən gələni əsirgəmir və bundan sonra da məqsədi xalqa xidmət etmək olacaq. 1993 ildən bu günədək iqtidarda olan YAP-ın siyasi proseslərin normal istiqamətdə inkişafındakı fəaliyyəti danılmazdır. YAP ümumxalq partiyasıdır. Gənclərin YAP sıralarına qoşulması bu siyasətin nəticəsidir. Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, YAP Azərbaycan xalqının bir parçasıdır və xalqımızın gələcəyi, xoşbəxtliyi üçün işimizi bundan sonra da davam etdirəcəyik.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-29 oktyabr.-S11.