Səməd bəy Mehmandarovun
160 illik yubileyi keçirilib
Azərbaycan Hərb Tarixi Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı
ilə general Səməd
bəy Mehmandarovun anadan olmasının 160 illik yubileyi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə
Müdafiə Nazirliyinin,
Ali Hərbi və Hərbi Dəniz Məktəblərinin, hərbi
hissələrin, veteran təşkilatlarının
nümayəndələri iştirak
ediblər.
Müdafiə Nazirliyinin əməkdaşı,
polkovnik Abdulla Qurbani generalın yubiley tədbirlərinə artıq
bölgələrdə başlandığını
deyib: “Yubiley tədbiri üçün
öncə Gəncə
şəhərinin seçilməsi
təsadüfi deyil. Çünki generalın əsas
fəaliyyəti Gəncə
şəhərində olub.
Buna görə də Gəncədə generalın yubileyi çox yüksək səviyyədə qeyd olundu”.
A. Qurbani Səməd bəy Mehmandarovun Azərbaycan hərbçilərinə
nümunə olduğunu
qeyd edib: “Mehmandarov 46 il imperiya ordusunda xidmət edib və Birinci Dünya müharibəsinin
qəhrəmanlarından biridir.
Onun təkcə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri kimi fəaliyyətinə nəzər saldıqda, bu insanın necə vətənpərvər
olduğunu görmək
olur. Hər bir Azərbaycan
əsgəri, zabiti üçün Mehmandarovun
keçdiyi yol nümunədir”.
Azərbaycan Hərb Tarixi Muzeyin rəisi Əzizağa Qənizadə
isə çıxışında
Səməd bəy Mehmandarovun keçdiyi həyat yolu barədə məlumat verib.
Sonda Həzi Aslanov adına Mərkəzi
Zabitlər Evinin nəzdində fəaliyyət
göstərən mahnı
və rəqs ansamblının konserti təşkil olunub.
Palitra.-2015.-31 oktyabr.-S.