Azərbaycanlı gəncin Fransadakı
uğurları
Emil Hacıyev: “Düzgün təhsil, daxili mədəniyyət insanın cəmiyyət üçün yararlı bir şəxs kimi formalaşmasında əsas şərtlərdır”
İnsanın elm və təhsilə
yiyələnməsi onun karyera
yolunda irəliləməsində vacib amildir. Bu sanki ona
öz yolunda
işıq saçır. Elə müsahibimiz
Emil Hacıyev də aldığı güclü təhsil sayəsində az yaşda böyük
nailiyyətlər əldə edib. Qeyd edək ki, Emil Hacıyev Naxçıvanda anadan olub. Amma
onun ailəsi 30 ildən çoxdur
ki, Rusiyada
yaşayır. Müsahibimiz Rusiyada böyüyüb, ali təhsil alıb. Magistr
təhsilinə isə Fransada yiyələnib.
O, Parisin
Ali Kommersiya Məktəbinə
(ESCP EUROPE) qəbul olan
ilk azərbaycanlıdır.
-Az yaşda nəyin əsasında bu mərtəbəyə qalxıbsız?
-İnsan istədiyi hər bir şeyə
nail ola bilər.
Bu, mənim üçün
boş sözlər deyil, bu, mənim
həyata baxışım
və kredoma çevrilmiş bir şüardır. Orta məktəbi
qızıl medalla bitirdim. Oksford təqaüdü laureatı olaraq mən həmişə yaxşılığa, uğura
doğru irəliləmişəm.
Bakalavr səviyyəsi aldıqdan
sonra mən öz professional karyeramı
“Microsoft” və “Unicredit”
bank kimi beynəlxalq kompaniyalarda davam etdirmişəm. Karyeramdakı
uğurlara nail olmağıma
baxmayaraq, mənim ən böyük arzularımdan biri də Fransanın Sorbona Universitetində təhsil almaq idi. İqtisadiyyat üzrə magistr
proqramına daxil olub və əhəmiyyətli
nəzəri biliklərə
yiyələndikdən sonra,
düşündüm ki,
dayanmaq olmaz. Maliyyə bazarının perspektivlərini
öyrəndikdən sonra,
mən belə qərara gəldim ki, keçmiş Sovet məkanında korporativ maliyyə və investisiya bankçılığı üzrə
təcrübəli mütəxəssislər
azdır. Mən xüsusi
maliyyə proqrammı
üzrə Parisdəki
Ali Kommersiya Məktəbinə
(ESCP EUROPE) daxil oldum.
Hal-hazırda bu proqram “Financial Times” reytinqinə görə dünyada üçüncü
yerdə durur. Aldığım biliklərə görə
mən hal-hazırda
bank sektorundayam və
M&A (Birləşmə və
Satınalmalar) müqavilələriylə
məşğul oluram.
Bizim bankımız biznesin qiymətləndirilməsini, kompaniyalara
investorlar axtarışında
kömək və maliyyə birjasına çıxış kimi xidmət göstərir.
Əlbəttə, aldığım yaxşı
təhsilə, istək
və prinsiplərimə
baxmayaraq, bütün
bu nailiyyətlər valideynlərimin və dostlarımın köməyi
və səyinin nəticəsidir. Həmçinin Leyla xanım
Əliyeva və onun rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının (AMOR) komandası ilə çalışdığım qiymətsiz illərə, yığdığım təcrübəyə
görədir. Mən əminəm
ki, hər hansı şəxsin inkişafında, onun uğurlarında ictimai fəaliyyətin rolu mühümdür.
-Dünya iqtisadiyyatı bu gün nə dərəcədə nəzəri
əsaslar üzərində
qurulub?
-Bugünkü dünya iqtisadiyyatı bizim təsəvvürümüzdə öyrəşdiyimiz kimi klassik nəzəriyyə kimi qala bilməz.
Bunun səbəbi ölkələrin
siyasi maraqları və xüsusi ilə də supergüclərdir. Məsələn, geosiyasi baxımdan faydalı və iqtisadi layihələr daha bahalı və uzunmüddətliləri
ilə əvəz olunur. Eyni zamanda dünyada
gedən müharibələr
və çevrilişlər
artımın qarşısını
alır. Bugünkü
reallıq budur ki, ölkələr bu sarsıntıdan sonra 5-10 il
işləməlidir ki,
eyni səviyyəyə
gəlib çıxa
bilsinlər.
Ümumi danışsaq analitiklər
dünya iqtisadiyyatının
böhrandan çıxmasına
və bərpasına
inanırlar, lakin hal-hazırda gedən proseslər əks haldan danışır. Yunanıstandakı proseslər, ötən ay
Çində yuanın
düşməsi, ABŞ bazarında
artımın olmaması,
Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və ümumiyyətlə, dünyada
işsizliyin yüksək
olması, bunu deməyə əsas verir. Statistikaya qayıtsaq, OECD ölkələrində
təklif olunan işlərin təxminən
40 faizi müvəqqəti
işlərdir.
Buna görə də,
bu şəraitdə
ideal bir cıxış
yolu ancaq iqtisadiyyatın diversifikasiyasıdır. Əmək,
kapital və sərvətlər: dövlət
və ya özəl şirkətin
inkişafı üçün
məhz bu üç komponent tələb olunur. Əgər Azərbaycanı nəzərə
alsaq, əhalinin böyük bir, faizi gənclərdən ibarətdir, bu çox pozitiv haldır. Buna görə
də bu şəraitdə dövlət
və ya özəl şirkətlərin
yaradılması, həmçinin
yeni iş yerlərinin açılması
işini daha da sürətləndirmək
mühümdür. Artımda olan
sənayelərə nəzər
salsaq bunların içində informasiya, telekommunikasiya, aşağı
qiymət (low-cost) turizm
və əczaçılığı
qeyd edərdim. Bu sektorlarda yaxın
illərdə böyük
inkişaf olduğuna inanıram. Dövlət səviyyəsində biznes inkubatorlar və start-upların çoxalmasını da dəstəkləyirəm.
- Siz, demək olar ki, Azərbaycandan kənarda yaşayıbsız.
Qürbətdə azərbaycanlı olmaq nə dərəcədə
asandır?
- Təəssüf ki, Azərbaycanda heç vaxt yaşamamışam. Ailəmiz çoxdan Rusiyaya köçüb. Vətənə sevgim mənə məhz anamdan keçib. Anam Azərbaycanın gözəl guşələrindən
biri olan Naxçıvanda doğulub
boya-başa çatıb.
Mən də Naxçıvanda dünyaya gəlmişəm.
Biz ailəvi tez-tez
Azərbaycana gəlirdik
və o anları həyatımda ən gözəl, unudulmaz günlər kimi xatırlayıram. Qürbətdə yaşayıb azərbaycanlı
olmaq, Azərbaycanı
təmsil etmək çox çətin və məsuliyyətli bir işdir. Məsuliyyətlidir ona görə ki, olduğun yerdə insanlar sənin ölkənin mədəniyyətini,
tarixini, ənənələrini
bilmək, yaxından tanış olmaq istəyir. Əsas da bunu
Fransada çox hiss edirəm. Mən hər zaman
bu hisslərimi qürurla, həyəcanla
bölüşürəm. Fransızlar təbiətən hər şeylə maraqlanan insanlardır. Bizim ölkəmiz
onlar üçün
maraq dairəsidir.
Lakin Maıson de L`Azərbaıdjan
Assosiasiyasının və
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən tədbirlər
nəticəsində xaricilərin
bizim ölkəmizə
marağı daha da artır.
-Ümumiyyətlə, sizi Vətənə bağlayan
nədir?
-Vətənlə məni bağlayan uşaqlıq xatirələrimdir. Vətənimin hər qarışı gözəldir, özünəməxsusdur.
Xaricdə yaşamağıma baxmayaraq, ölkəmizdə
baş verən bütün hadisələri
izləyib xəbərdar
oluram. Azərbaycanda çoxlu qohumlarımız
və dostlarım var.
Mən onlarla internet vasitəsi ilə əlaqə saxlayıram.
Həmçinin Azərbaycanın klassik musiqisini, muğamlarımızı, bəstəkar
mahnılarını çox
sevirəm və dinləyirəm. Bu, mənə musiqi müəllimi olan babamdan keçib.
Vətənimlə məni bağlayan çox şeylər var. Məsələn, ənənəvi
bayramlarımızı eyni
ilə vətənimizdə
keçirdiyimiz kimi qeyd edirik. Dostlarım mənə
hər zaman şirniyyat, Şəki paxlavası, şəkərbura,
şorqoğalı göndərirlər.
Mən dostlarımın sevgisini, istiliyini hiss edirəm.
Burdakı fransız dostlarım
artıq bizim mətbəxlə tanışdırlar.
Qürbətdə olmağımıza baxmayaraq, Vətənimin sevincinə, kədərinə
Vətəndə olduğumuz
kimi şərik oluruq. Mən Vətənimin uğuruna
sevinməyə bilmərəm.
Məhz bu il ilk Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsi də
məni bir azərbaycanlı olaraq daha da qürurlandırdı.
Azərbaycanlı olmağımla bir
daha fəxr etdim.
-Sizcə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi
üçün nələr
edilməlidir?
-Hesab edirəm ki, intellektual inkişaf insanlarla olduğun mühitdən, ailədə aldığın
tərbiyədən və
təhsildən asılıdır.
Beləliklə, insanın dünyagörüşü,
xarici ölkələrlə
əlaqələri cəmiyyətin
inkişafı üçün
vacibdir. Avropada yaşadığım
müddətdə mənim
fikirlərim və dünyagörüşüm dəyişib.
Öz mədəniyyətimizi və
kökümüzü qorumaqla
yanaşı, biz yeni-yeni
ünsiyyətlər qurub,
mümkün qədər
öyrənməli və
yeni uğurlar əldə etməliyik.
Mənə elə gəlir ki, insanın içində oxumağa, təhsilə sevgi uşaqlıqdan kök salmalıdır. Böyük yaşda artıq
insanı nəyəsə
məcbur etmək, nəyisə öyrətmək
və ona nəyisə aşılamaq
çətindir. Hər şey
uşaqlıqdan başlayır.
Ümumiyyətlə, cəmiyyəti tək ziyalılardan yaratmaq mümkün deyil. Cəmiyyətin inkişafı üçün
tək ziyalı olmaq kifayət etmir. Bizə həm idmançı,
həm fəhlə, həm də elmi işçi lazımdır. Odur ki, düzgün təhsil, daxili mədəniyyət,
insanın cəmiyyət
üçün yararlı
bir şəxs kimi formalaşmasında əsas şərtlərdır.
İnsan
öz gələcəyini
özü seçir.
Həyata keçitmək üçün
ideya və təşəbbüslər çoxdur.
Bunların içində,
məsələn, ali təhsil üçün rəqəmsal
kitabxanaların yaradılması,
“e-books” və digər
layihələrin təbliğ
olunmasının tərəfdarıyam.
-Perspektivdə hansı layihələriniz
gözlənilir?
-Mənim üçün ən əhəmiyyətli
olan öz sahəmdə yaxşı
ekspert olmaqdır; korporativ maliyyə, davamlı, daim yeni bazarlar və
sənaye araşdırmaq
üçün lazım
olan mühüm şərait və s. Hər dəfə inkişaf etdikcə hiss edirsən ki, bir addım da irəli getmisən.
Bu isə sənin
uğurundur. Bu, insanı daha da ürəkləndirir, yeni-yeni işlər görməyə, layihələr
həyata keçirməyə
sövq edir. Əlbəttə ki, arzularım
bitmir, perspektivli bank sektorunda işləmək
və nə vaxtsa öz bankımı yaratmaq arzusundayam.
Fuad Hüseynzadə
Palitra.-2015.-3 sentyabr.-S.11.