“Bəzi televiziya verilişləri nəinki uşaqların, həm də böyüklərin əxlaqına pis təsir edir

 

Mehriban Nəsibova: “Elə verilişlər var ki, onlara baxan insandan heç nə gözləyə bilməzsən”

 

Müsahibimiz sosioloq Mehriban Nəsibovadır.

(Əvvəli ötən sayımızda)

 

- Azərbaycanda qadınların haqq və hüquqları haqqında nələri demək olar? Əvvəlki illərə nisbətən müsbət yöndə dəyişikliklər varmı?

-Gender məsələləri hər bir cəmiyyət üçün aktual məsələdir və həm də demokratiyanın göstəricisidir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bu, dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə gender bərabərliyinin əsasları Azərbaycan Konstitusiyasında qoyulub. Bundan əlavə, ölkədə qadın hüquqlarını qoruyan qanunvericilik bazası mövcuddur. Lakin o da məlumdur ki, əhalinin, o cümlədən qadınların bir çox hallarda qanunlaronlara verilən hüquqlar barədə lazımi dərəcədə məlumatları olmurbuna görə də onlar yeri gələndə öz mənafelərini müdafiə edə bilmirlər. Heçsirr deyil ki, bu gün qadınlar elm sahəsində yüksək vəzifələrdə az təmsil olunur. Sosial həyatın bütün istiqamətlərində, xüsusilə, təhsil sahəsində gender məsələlərinin müvəffəqiyyətli həllinin hüquq bərabərliyinin təmin olunmasında xüsusi əhəmiyyəti var. Ancaq buna baxmayaraq, regionlarımızda hələ də gender problemləri var. Buna görə də diqqətlər bölgələrimizdə olan gender problemlərinə və onların həlli istiqamətində görüləcək vacib işlərə yönəldilməlidir.

Təhsilə gəldikdə, dünyada ali təhsilli insanların 57%-ni kişilər, 43 %-ni isə qadınlar təşkil edir. Peşə təhsilinə gəldikdə isə kişilərdə bu göstərici 69,7 %-dirbu məsələdə ailədə verilən tərbiyə də önəmli rol oynayır. Belə ki, ailə başçıları daha çox oğlanların ali təhsil almasına üstünlük verirlər.

Azərbaycanda da qadınların təhsili sahəsində kifayət qədər problemlər olub və bəziləri hələ də qalır. Belə ki, 2010-2011-ci tədris ilinin əvvəlinə şagirdlərin ümumi sayında qızların xüsusi çəkisi 46,3 faiz təşkil edib. Bundan başqa, 2009-2010-cu tədris ilinin əvvəlinə tam orta təhsil verən məktəblərdə rəhbər işçilərin 2,8 faizini qadın, 9,7 faizini kişilər təşkil edib. Eləcə də dövlət ali təhsil müəssisələrində rektorlar 8,6 faiz qadın, 91,4 faiz kişilərdir. 2010-cu ilin əvvəlinə akademiklərin sayına gəldikdə isə cəmi 3 nəfər qadın var. Gender bərabərliyinin irəliləməsinin effektiv təminatı üçün potensialın qaldırılması, gender məsələləri üzrə cavabdeh olan məsul şəxslərin cəlb olunması, cəmiyyətin maarifləndirilməsi, gender monitorinq indikatorlarının hazırlanması lazımdır.

Bunu da xüsusilə vurğulamaq lazımdır ki, gender bərabərliyinin təmin olunmasında təlimlərin təşkili çox müsbət təsir göstərir. Respublikamızda BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması Konvensiyası və bu konvensiyanın əlavə protokolları üzrə qadınlara öz hüquqlarını bilmə səviyyəsini və öz hüquqlarını tələb etmə bacarığını artırmaq məqsədi ilə nəzərdə tutulmuş məlumatlandırma kampaniyalarının hazırlanması və müntəzəm olaraq həyata keçirilməsi davam edir. Qadınların cəmiyyətdə rolu, onların qeyri-stereotip və müsbət təsviri, gender bərabərliyinin cəmiyyət üçün nə dərəcədə vacib bir məsələ olduğu KİV-də geniş şəkildə əks olunmalıdır. Cəmiyyətin bütün ictimai fəaliyyət sahələrində qadınlar və kişilər arasında de-fakto bərabərliyin yerinə yetirilməsinin tezləşdirilməsi və qadın hüquqlarının, əsasən onların siyasətdə və qərar qəbuletmə vəzifələrində iştirak etməsinin təkmilləşdirilməsi ilə bağlı, xüsusilə özəl sektorda müvəqqəti tədbirlərin həyata keçirilməsi vacibdir. Qadınlarımızın cəmiyyətin ictimaisiyasi həyatında, xüsusilə Milli Məclis, hökumət, diplomatik xidmətlər, ali məhkəmə hakimiyyəti kimi qərar qəbul edən orqanlarda az təmsil olunması çox vacibdir. Hətta Prezident İlham Əliyev də bu barədə fərman imzalamasına baxmayaraq, hal-hazırda təhsil sahəsində qadınlar ənənəvi qadın fənlərinə meyil edirlər və onlar təhsil sahəsində kişilərlə müqayisədə qərar qəbuletmə səviyyələrində-professor, rektor və aparıcı tədqiqatçı kimi vəzifələrdə az təmsil olunurlar. Bu isə böyük təəssüf hissi yaradır.

Qaçqın və məcburi köçkün qadınların və qızların, xüsusilə kənd ərazilərində yaşayanların təhsil, məşğulluq, səhiyyə (o cümlədən, psixoloji yardım və sığınacaqla təmin edilmə baxımından) imkanlarından istifadə baxımından tez təsirlənən və təcrid olunmuş vəziyyəti narahatlıq doğurur.

İnsanları təlimatlandırmaq və onlara təhsil vermək həyata hazırlıq deyil, təhsil və təlim özləri elə həyatdır. Təhsil ölkədə strateji sahəni təşkil edir və mütəmadi olaraq təlim və seminarlar təşkil edilməsi çox vacibdir, çünki bu cür tədbirlər bu sahənin inkişafına, xidmət edir. Odur ki, ölkəmizdə gender problemlərinin həllinə və qadınların cəmiyyətdə daha çox təmsil olunmasına diqqət artırılmalıdır.

-Qızlarımızın son illərdəki təhsilə marağı, təhsildən sonrakı həyatlarındakı vəziyyət barədə nə deyə bilərsiniz?

- Bəzi bölgələrdə qızlara müəyyən bir yaşdan sonra təhsil almağa icazə verilmir. Bu, qızlar üçün ən böyük maneələrdən biridir. Bu cür fikirlərə görə qadın ya müəllim olmalıdır ya da tibb bacısı. Bu isə hamımızın bildiyi kimi stereotipdir. Daha əvvəl qeyd etdiyim kimi, digər problemlərdən biri də bəzi hallarda rayon qızlarının təhsil üçün paytaxta gələ bilmələrinə icazə verilməməsi ilə bağlıdır. Ümumiyyətlə, qızların Bakıda və ya xüsusən də xaricdə təhsili ilə bağlı böyük problemlər mövcuddur. “Sən qızsan və sən Bakıda, xaricdə təhsil ala bilməzsən. Əgər sən oğlan olsaydın…” kimi diskriminativ fikirlər hələ də mövcuddurbir çox xanımlarımızın eşitdiyi fikirlərdir. Ən böyük problemlərdən biri də qızların əziyyətlə aldıqları təhsildən sonra çalışmamalarıdır. Bir çox oğlanlar evləndikdən sonra həyat yoldaşlarına çalışmağa izin vermirlər. Bu isə qızlara və onların təhsillərinə qarşı hörmətsizlikdir. Qızların çoxu da ailə qurandan sonra həyat yoldaşlarının onlara çalışmağa izin verməmələrinə qarşı çıxa bilmirlər, çünki ailələrini dağıtmaq istəmirlər. Mən bu cür qızlarımızı başa düşürəm, ailə önəmlidir, ancaq uzun müddət zəhmət çəkərək əldə etdikləri təhsillərini elə asan qurban vermələrinə üzülürəm.

-Sosial şəbəkələr həyatımıza o qədər dərindən daxil olub ki, artıq buna görə də ailələr boşanır, cinayət hadisələri törədilir və sair arzuolunmaz hallar yaşanır. Sizcə, sosial şəbəkələrdən necə düzgün istifadə edilməlidir?

-Çox haqlısınız. Sosial şəbəkələr həyatımıza çox dərindən daxil olub. Əslində, sosial şəbəkələr, adlarından da göründüyü kimi sosiallaşmaq, əlaqələr yaratmaq üçün yaradılıb. İnsanlar sosial şəbəkələr vasitəsilə köhnə dostları ilə əlaqələr saxlayır, yeni dostluqlar yaradırlar. Bundan başqa, bir çox insanlar sosial şəbəkələr vasitəsilə bizneslərini yaradır inkişaf etdirirlər. Sonra bəzi insanlar bu şəbəkələr vasitəsilə özlərini tanıdır, öz PR-larını qururlar. Yəni onların həyatımızda çox yaxşı rolları var. Ancaq sosial şəbəkələrin mənfi rollarını da mütləq qeyd etmək lazımdır. Siz haqlısınız ki, artıq buna görə də ailələr boşanır, cinayət hadisələri törədilir və s. arzuolunmaz hallar yaşanır. Çünki insanlar sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarmırlar. Sosial şəbəkələrdən daha çox uzun zaman görmədiyimiz dostlarımızla əlaqələr qurmaq, yeni əlaqələr yaratmaq, öz ixtisasımızda və sahəmizdə şəbəkələşmək, öz sahəmizdə PR-mımızı qurmaq üçün istifadə etmək lazımdır. Bir misal deyimfikrimi daha yaxşı çatdırım. Mən xaricdə təhsil almışam və “Facebook” vasitəsilə oradakı qrup yoldaşlarım, müəllimlərimlə və orada tanış olduğum dostlarımla əlaqə saxlayıram. Bundan başqa səhifəmdə şəxsi PR-la, özümü tanıtmaqla məşğul oluram, müəyyən maarifləndirici paylaşımlar da edirəm.

-Ümumiyyətlə, indiki internet üzərindən sosiallığın çoxalmasının hansı üstünlükləri var?

- İntertnet üzərində sosiallığın çoxalmasının üstünlüklərindən biri eyni sahədə və ya müxtəlif sahələrdə çalışdığımız insanlarla tanışlıq, müəyyən seminar və təlimlərdə iştirak, dəvət və sairədir. Bundan başqa dünyanın istənilən ölkəsində yaşayan dostlarla əlaqə qurmaq və istədiyimiz informasiyanı zaman itirmədən öyrənməkdir.

-Bəzən zorakılıq, ailədaxili problemlər, uşaqların tərbiyəsində yaranan axsaqlıqlar və s. kimi problemlərə səbəb kimi bəzi TV verilişlərini, serialları da göstərirlər. Buna münasibətiniz.

-Çox doğru qeyd etdiniz. Hazırda məni ən çox narahat edən məsələlərdən biri bəzi televiziya verilişlərinin nəinki uşaqların, elə böyüklərin tərbiyəsinə, əxlaqına pis təsir etməsidir. Elə verilişlər var ki, onlara baxan insandanuşaqya böyük olmasından asılı olmayaraq, heç nə gözləyə bilməzsən, çünki verilişlərin səviyyəsi çox aşağıdır. Biz bununla gələcəyimizi sual altında qoyuruq. Bu cür verilişlərə baxan uşaqların gələcəkdə hansı əxlaqa, hansı dünya görüşünə malik olacağı məni çox narahat edir. Biz uşaq olanda ancaq təməlində maarifləndirici, tərbiyəedici prinsiplər olan cizgiuşaqlar üçün nəzərdə tutulmuş filmlərə baxırdıq. İndi isə uşaqlar böyüklərin yanında oturub bəzi insanların ailəsində baş verən proseslərin açıq müzakirəsi göstərilən verilişlərə baxırlar və təəssüflə qeyd etməliyəm ki, uşaqlar bu cür verilişlərdə ancaq “xəyanət”, “yalan”, “aldatmaq” və s. kəlmələri öyrənirlər və ən pisiodur ki, uşaqlar həmin verilişlərin vaxtını səbirsizliklə gözləyirlər. Bax, bu əsl faciədir.

-Sosioloq kimi sonda oxucularımıza daha hansı məsləhətləriniz olardı?

-Bir sosioloq kimi onu məsləhət edə bilərəm ki, ölkəmizdə sosiologiya elminə və sosioloqlara şərait yaradılsın ki, bu elmbu sahənin insanları daha yaxşı şəraitdə çalışsınlar və Vətənimizə öz töhfələrini versinlər. Yəni, onlar sosial araşdırmalar-sorğular keçirə bilsinlər. Bundan başqa, bu sahədə ana dilimizdə dəyərli bir kitabın yazılmasına çox böyük ehtiyac var. Dəyərli sosioloqlarımız belə bir kitab ərsəyə gətirsələr, çox yaxşı olarbu, ölkəmizdə sosiologiyanın inkişafına təkan verər. Bir sosioloq kimi demək istəyirəm ki, ailələrimiz uşaqlara diqqət versinlər və zaman ayırsınlar. Yaxşı olar ki, onlarla oynasınlar və yaxşı vaxt keçirsinlər. Uşaqların uşaq dünyası var. Sosial araşdırmaya görə, uşaqlar valideynləri ilə keçirdikləri vaxtları ömürlərinin ən gözəl vaxtları sayır və bu, heç vaxt yaddaşlarından silinmir.

Tural TAĞIYEV

Palitra.-2015.-3 sentyabr.-S.6.