“700 balla şagirdlərimizin ali məktəbə daxil olması uğurlu gələcəyin sübutudur

 

“Müəllimlərimiz, əsasən, kompüter biliklərinə yiyələnmək, öz dərslərini özləri hazırlamaq istəyir. Lakin bu bacarıqların olmaması onları qismən yenilikdən uzaq salır”

Layihə çərçivəsində müsahibimiz Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin tarix müəllimi Könül Əliyevadır:

-Günü-gündən inkişaf edən Azərbaycan, gələcəyimiz üçün gözəl müjdənin xəbərçisidir. Belə ki, müasir gənclik dünyanın hər qitəsində öz sözünü deyə və ölkəsini layiqli tanıtmağa qadirdir. Çox gözəl haldır ki, bu gün doğma rayonumuz olan Zaqatalada da belə gənclərin sayı getdikcə çoxalır. Bütün bunların bünövrəsi təhsildən başlayır. Belə ki, təhsili güclü olan dövləti yıxmaq o qədər də asan deyil.

Ötən tədris ilimizi uğurla başa vurduq. Bu il Zaqatala rayonunun təhsili demək olar ki, tarixdə iz qoydu. İlk dəfə olaraq 700 bal toplayan şagirdimiz məhz ucqar kənddə yaşamağına baxmayaraq bu sevinci bizə yaşatdı. Bütün bunlar məhz bir daha uğurlu gələcəyin sübutudur. 15 nəfərin 600-dən çox, 3 olimpiyada medalı, 2 qızıl medal məncə, ucqar dağ rayonu üçün böyük uğurdur. Eyni zamanda bu uğuru əldə etməkdə şagirdlərimizə kömək edən müəllim bacarığı və müəllim potensialının güçüdür.

- Yeni tədris ilinə bir neçə gün qalıb. Müəllimlər yay tətilində yerlərdə hansısa kurslarda iştirak ediblərmi?

- Biz bacardıqca il boyu Bakı şəhərində olan təlimləri, kursları (pulluya pulsuz) çalışmışıq ki, öz rayonumuzda da təşkil edək. Müəyyən mənada buna nailolmuşuq. Bu zaman müəllimlər çox fəallıq göstərərək təlimlərdə iştirak ediblər. Yəni ucqarda yaşamağımıza baxmayaraq biz bu yeniliklərdən uzaq olmamışıq. Hər zaman bu fəallıq müəllim kollektivi arasında hiss olunub. Belə ki, ilk dəfə olaraq tanınmış təlimçi, təhsil eksperti olan Ramil Süleymanov ilk dəfə olaraq müasir təhsildə yenilik, bəlkə də inqilab hesab etdiyimiz veb alətləri ilə tanışlıq və tədrisdə tətbiq etmək bacarığını Zaqatala rayonunda müəllimlərə tədris edibbugünbu alətlərdən müəllimlərimiz dərslərində istifadə edirlər.

Yay tətilində isə ancaq nazirlik tərəfindən nəzərdə tutulmuş fənn kurikulumlarının tətbiqi ilə əlaqəli bu təlimdən keçməyən müəllimlər iştirak edib. Bu kurslar 10 gün vaxt çərçivəsində nəzərdə tutulmuşdu. Bu 10 gün içərisində müəllimlər yeni təlim metodları ilə tanış olaraq dərs ilinə hazırdırlar.

-Bu gün yerlərdə problem kimi nəyi qeyd etmək istərdiniz? Bölgə müəllimlərinin İKT ilə bağlı savadlılığı barədə nə deyərdiniz? Sizcə, bu istiqamətdə hansı tədbirlərin keçirilməsi məqsədəuyğundur?

- Şübhəsiz ki, hər sahədə olduğu kimi təhsil sahəsində də müəyyən problemlər var. Az müddətdə inanırıq ki, bu problemlər də öz həllini tapacaq. Amma bu gün də bölgələrdə problemlər danılmazdır. Əsas problemlərimiz İKT ilə əlaqəlidir. Yuxarıda qeyd etdiyim kimi biz rayonumuzda təlimlər təşkil edirik. Bütün bunlar könüllülük prinsipinə əsaslandığı üçün biz bu təlimlərə kənd və ucqar bölgələrdə yaşayan müəllimləri cəlb edə bilmirik. Amma onlarla görüşdükdə və söhbətləşdikdə öyrənmək və öyrətmək həvəsini açıq- aydın görmək mümkündür. Müəllimlərimiz, əsasən, kompüter biliklərinə yiyələnmək, öz dərslərini özləri hazırlamaq istəyir. Lakin bu bacarıqların olmaması onları qismən yenilikdən uzaq salır. Bəzi ucqar kəndlərdə yaşayan müəllimlərimiz var ki, onlar şəhərlə təmas qurmağa yol baxımından çətinlik çəkir. Eləcə də məktəblərdə internetin olmaması və ya olub, ondan istifadə edə bilməməsi şagirdlərin biliklə yanaşı, müxtəlif bacarıqların yiyələnməsinə maneçilik törədir.

 

“Növbəti dərs ilində də bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan biridə şagirdlərin intellektual səviyyələrinin formalaşmasına kömək etmək üçün lisey daxilində “Xəmsə” milli intellektual oyununu yaratmaq və şagirdləri bura cəlb e

tməkdir”

 

Nəticədə müəllim yeni texnologiyadan uzaq olur və dərslərini ənənəvi üsula əsaslanaraq keçməyə çalışır. Mən çox istərdim ki, məhz daim yenilik axtarmaq arxasında olan, şagirdlərinə yüksək texnologiyaya əsaslanaraq dərs qurmaq istəyən müəllimlərə kömək olsun deyə, sadə İKT bilikləri öz məktəblərində keçirilərsə, eyni zamanda onların şəxsi kompüter ilə təchiz olunmasına yardım edilərsə biz daha böyük uğurlara imza atmış olarıq. Bilirik ki, müasir dövrmüasir şagird artıq bu texnologiyaları çox mükəmməl şəkildə bilir və istifadə edir. Artıq onlara yeni dünyanı kəşf etmələrinə, sadəcə istiqamət lazımdır. Bu istiqaməti verən müəllimlərə isə mütləq mənada kömək etmək əslində müəllimlik borcumuzdur.

Digər problem, valideynlərin müasir təlim metodlarından məlumatsız və ya qismən məlumatlı olmasıdır ki, bunu müəllimlər üçün yaranan problemlərdən biri kimiqeyd etmək olar. Çox yaxşı olardı ki, sadələşdirilmiş formada valideynlər də qismən bu təlimlərə məktəb daxilində cəlb olunsun. Çünki 90 ildən çox sovet təhsilinin təsirində qalmış cəmiyyət üçün birdən-birə müasir təhsil sistemi mürəkkəb gəlir və mənimsəməyə çətinlik çəkirlər. Əsasən də bu, qiymətləndirmə sahəsində özünü göstərir.

- Yay tətilində məktəblilərlə əlaqə necə qurulur?

- Rayonumuzda dərs ili yekunlaşmasına baxmayaraq müəllim və şagird münasibətləri ilboyu davam etdirilir. Fənn müəllimləri tərəfindən şagirdlərə tətil vaxtı məşğul olmaq üçün əlavə vəsaitlər, xüsusi tapşırıqlar verilmişdi. Bu tapşırıqlar onların asudə vaxtını əllərindən almaq üçün yox, onu daha səmərəli keçirməyə xidmət edir. Məsələn, tarix müəllimləri tətillərdə şagirdlərinə tarixə aid kinolara baxmaq, əlavə tarixi əsərləri oxuyub yoldaşları ilə müzakirə etməyi tapşırırlar. Bu kimi hallar digər fənlərdə də müşahidə olunur. Belə olduğu halda, şagirdlər öz təəssüratlarını bölmək üçünya yeni maraqlı məlumatlar üçün mütləq müəllimləri ilə əlaqə qururlar. Eyni zamanda rayonun tarixi və görməli yerlərinə ekskursiyaların təşkil edilməsi müəllim və şagird kollektivinin bir daha sıx əlaqəsinə şərait yaradır. Eləcə də bir çox sosial şəbəkələrdə fikir mübadiləsi apararaq əlaqələr qurmağa nail olurlar. Bildiyimiz kimiFacebookbu gün bunun ən gözəl sübutudur. Belə ki, müəllimlər tərəfindən yaradılan qruplar şagirdləri cəlb etməyə və virtual olaraq əlaqələrin qurulmasına şərait yaradıb.

- Yeni dərs ilində nə gözləyirsiniz?

- Artıq dərs ilinin başlamasına çox az vaxt qalıb. İşlədiyim Akademik Zərifə Əliyeva adına liseyin qismən uğurları və bu il planladığımız işlərimiz haqqında məlumat verim. Bildiyimiz kimi, lisey 6 ildir ki, fəaliyyət göstərir. Belə ki, az vaxta baxmayaraq çox böyük uğurlara imza atıb. Çox sevindirici haldır ki, bu il qəbul və məktəb imtahanlarında çox böyük nailiyyətlər qazanıb. Rayon üzrə 600 dən çox bal toplayan 15 nəfərdən 3-ü liseyin payına düşür. Məhz 685 bal toplayan rayon ikincisiliseyin şagirdlərindən biridir. Buraxılış imtahanlarında da demək olar ki, 2 alan şagirdimiz olmayıb və bütün şagirdlər attestat və şəhadətnamə alaraq rayon üzrə yüksək nəticə göstərib. Əlavə olaraq liseydə ilboyu bir çox intellektual oyunlarda iştirak edərək, yarışlarda qalib gəliblər. Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə isə şagirdlər və müəllimlər fəal iştirak edərək müxtəlif yerlərə nail olublar. Bu il Təhsil NazirliyininMilli Bankın əməkdaşlığı ilə keçirilən “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsində məktəbimiz respublika üzrə 1-ci yerə layiq görülüb.

Eyni zamanda liseydə 2-ci sinifdən 10-cu sinfə qədər şagirdlərə uşaq hüquqları barədə dərslər keçirilib, onlar gələcəkdə sağlam, öz hüquqlarını qoruya bilmələri üçün bütün imkanlara yiyələnmişdilər.

Növbəti dərs ilində də bir çox layihələr həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan biridə şagirdlərin intellektual səviyyələrinin formalaşmasına kömək etmək üçün lisey daxilində “Xəmsə” milli intellektual oyununu yaratmaq və şagirdləri bura cəlb etməkdir. Şübhəsiz buya digər layihələri həyata keçirməyə köməklik edən məktəb kollektivi ilə yanaşı, liseyin direktoru Kəmalə Əhmədovaya fürsətdən istifadə edərək öz adımdan və liseyin müəllim kollektivi adından minnətdarlığımı bildirirəm. Bütün bu layihələrin keçirilməsində yaxından köməkliyinə və müəllim-şagird kollektivini daim dəstəklədiyinə görə bir daha minnətdaram.

İnanıram hər ötən gün bizə yalnız uğur gətirəcək. Builki tədris ilində də Zaqatala təhsili uğurlara imza atacaq. Bu imzaların ən böyüyü isə şübhəsiz ki, Akademik Zərifə Əliyeva adına liseyin payına düşəcək. Mən bütün Azərbaycan müəllimlərinə növbəti dərs ili üçün uğur arzulayır, onlara əsas səbir və cansağlığı, şagirdlərinin uğurları ilə sevinməyi arzulayıram.

 

Nigar Abdullayeva

Palitar.-2015.-4 sentyabr.-S.11.