Heydər Əliyev Fondunun
vitse-prezidenti FAO-nun baş direktoru ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın iştirakı ilə qurumun Romadakı baş ofisində bir sıra görüşlər keçirilib.
Əvvəlcə FAO-nun
xoşməramlı səfiri Leyla
Əliyevanın iştirakı ilə təşkilatın fəaliyyətini
əks etdirən təqdimatlar, müzakirələr olub. Sonra FAO və onun missiyası barədə
ətraflı məlumat verilib, təşkilatın
özəl sektorla tərəfdaşlıqları,
Azərbaycanda və bölgədə Resurs
Mobilizasiyası proqramı, qurumun təbii
resurslar və iqlim dəyişikliklərinə
dair fəaliyyətinin davamlı idarəetməsi
ilə bağlı görülən işlərdən
danışılıb.Təşkilatın xoşməramlı
səfiri Leyla Əliyevaya burada
çalışanlar üçün
yaradılmış şərait barədə məlumat verilib və binadakı plenar
iclas zalı ilə tanışlıq olub. Daha sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva FAO-nun baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Görüşdən
məmnunluğunu bildirən təşkilatın baş direktoru Heydər
Əliyev Fondunun fəaliyyətini yüksək
qiymətləndirib, Leyla Əliyevanın
rəhbərlik etdiyi IDEA İctimai
Birliyinin ekologiya sahəsində
həyata keçirdiyi layihələrin əhəmiyyətini
vurğulayıb. Joze Qratsiano
qeyd edib ki, Azərbaycanda yoxsulluğun
azaldılması sahəsində görülən işlər
dünya ölkələri üçün bir
nümunədir. O, bu baxımdan Azərbaycanda
yoxsulluğun səviyyəsinin 5 faizə
enməsini xüsusi vurğulayıb və
bu sahədə görülən işlərə
görə Prezident İlham
Əliyevə təşəkkürünü bildirib.
Səmimi qəbula görə minnətdarlığını
bildirən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva Azərbaycan ilə FAO arasında əməkdaşlığın
uğurla inkişaf
etməsindən danışaraq ölkəmizdə ərzaq təhlükəsizliyinin
təmin edilməsi istiqamətində qazanılan nailiyyətlər,
həyata keçirilən layihələr barədə məlumat
verib. Leyla Əliyeva son illərdə Azərbaycanda
kənd təsərrüfatının sürətlə inkişaf etdiyini, bu sahədə həyata keçirilən
islahatları və ölkəmizdə fermerlərə
yüksək səviyyədə dövlət dəstəyinin
göstərildiyini diqqətə çatdırıb. Leyla
Əliyeva Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti,
dünyanın müxtəlif ölkələrində həyata
keçirdiyi mühüm
layihələr və IDEA İctimai Birliyi barədə məlumat verib,
gələcəkdə FAO ilə birlikdə bir
sıra layihələrin
reallaşdırılacağını bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti
gənclərin FAO çərçivəsində icra olunan layihələrin
dəstəklənməsi istiqamətində fəaliyyətinin
vacibliyini də vurğulayıb. Qeyd edək ki, Azərbaycan
1995-ci ildən FAO-nun üzvüdür.
Ölkəmizdə qurumun layihə əlaqələndirmə
ofisi 2007-ci ildən fəaliyyət
göstərir. Bir müddət əvvəl
isə Azərbaycanda təşkilatın ilk
əlaqələndirmə və tərəfdaşlıq ofisi açılıb. Sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyevanın FAO-nun
xoşməramlı səfiri kimi ilk dəfə fəaliyyətə
başlaması ilə əlaqədar təntənəli mərasim
olub və qarşılıqlı hədiyyələr
təqdim edilib. Xatırladaq ki, Leyla Əliyeva humanitar və ekologiya sahəsindəki
fəaliyyətinə görə FAO-nun
xoşməramlı səfiri adına layiq
görülüb. Bu qurum dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin
təmin olunması, kənd təsərrüfatı, meşə
və balıqçılıq təsərrüfatının
səmərəliliyinin artırılması, sağlam
ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd
qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail
olmağa töhfə verir.
Daha sonra Leyla Əliyeva FAO-nun media mərkəzinə müsahibə verib. Leyla Əliyeva təşkilatın
binasındakı zəngin kitabxanaya da baxıb. Məlumat verilib
ki, burada FAO-nun media mərkəzi də
yerləşir. Dünyanın 130-dan çox ölkəsində nümayəndəliyi
olan təşkilatın
qarşısına qoyduğu qlobal vəzifələr və məqsədlər
ərzaq təhlükəsizliyinin təmin edilməsi,
aclıqla mübarizə, təbii resursların, o cümlədən torpaq,
su, hava, iqlim və genetik
resursların davamlı idarəolunması və yoxsulluğun azaldılmasıdır.
Nigar
Palitra.-2015.-4 sentyabr.-S.4.