Kaspi” təhsil şirkətinin regionlarda da mərkəzləri fəaliyyətə başlayıb

 

Sona Vəliyeva: “Bizim əsas məqsədimiz dövlətin həyata keçirdiyi təhsil siyasətinə dəstək vermək olub

 

Bu gün elm və təhsilin inkişafı dövlətin ən prioritet sahələrindəndir. Eyni zamanda ölkədə fəaliyyət göstərən bir neçə özəl təhsil şirkətləri də dövlətin təhsil siyasətinə dəstək verirlər. Bu baxımdan “Kaspi” təhsil şirkətinin fəaliyyəti daha çox diqqəti çəkir. Bu, sentyabrın 8-də “Kaspi” təhsil şirkəti tərəfindən 2014/2015-ci təhsil ilinə dair yekun hesabat və gələcək planlarla bağlı keçirilən konfransda bir daha göründü. Qeyd edək ki, tədbirdə “Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev, Təhsil Nazirliyinin nümayəndəsi, eləcə də “Kaspi” təhsil mərkəzlərində hazırlaşmış keçmiş abituriyentlər iştirak edirdi.

 

Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev bildirdi ki, şirkət fəaliyyətə başladığı vaxtdan etibarən hər il ictimaiyyətin qarşısında gördüyü işlərlə bağlı hesabat verir. Onun sözlərinə görə, tədbirin də mahiyyəti hesabat və gələcəkdəki işlər haqqında məlumat verməkdir.

Kaspi” təhsil şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva ictimaiyyətə gələcək planlardan və layihələrdən bəhs etdi. S.Vəliyeva qeyd etdi ki, “Kaspi” təhsil şirkəti 2007-ci ildə fəaliyyətə başlayan zaman özünün təhsil strategiyasını müəyyən etmişbu gün də həmin strategiya əsasında çalışmağa davam edir: “Bizim əsas məqsədimiz dövlətin həyata keçirdiyi təhsil siyasətinə dəstək vermək olub. Bugünkü uğurlarımız da buna bariz nümunədir. Bu ilKaspi” təhsil mərkəzlərində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 95%, abituriyent kursunun əsas meyarı hesab olunan orta bal isə 450 bal olub. Keçən tədris ili ilə müqayisədə bu, çox gözəl nəticə hesab oluna bilər. Bundan başqa, Azərbaycan bölməsi üzrə Cəfər Balakişiyev 685 balla, rus bölməsi üzrə ən yüksək nəticəni Nərmin Camalova 691 balla göstərib. Bütün bunlar bir daha onu göstərir ki, biz gələcəyə yüksək bilikli, ixtisasını sevən, daim elmə, savada önəm verən gənclər hazırlayırıq. Ölkədə fəaliyyət göstərən müxtəlif universitetlərdə “Kaspinin kurslarını bitirmiş 1500-ə yaxın tələbə təhsil alır. Eləcə də dünyanın müxtəlif ölkələrində təhsil alan 380 nəfər artıq xaricdə təhsilini bitirərək, ölkəmizə dönüblər. İnanırıq ki, bizim uğurlu göstəricilərimiz bundan sonra da davamlı olacaq və bizlər də öz növbəmizdə Vətənimizə, Azərbaycana ixtisaslaşmış savadlı kadrlar bəxş edə biləcəyik”.

 

Şagird və valideynlərin ümidlərini doğrultmaq üçün kompleks aparılır

Qeyd olundu ki, “Kaspi”də onlara etibar edən şagird və valideynlərin ümidlərini doğrultmaq üçün kompleks işin aparılmasına nəzarət olunur. “Ümumiyyətlə, “Kaspi” təhsil şirkəti müəllim seçiminə çox həssas şəkildə yanaşır. Belə ki, müəllimlərin işə qəbulu onların peşəkar və fərdi qabiliyyətlərini aşkarlayan üç mərhələ əsasında aparılır: Birinci mərhələdə müəllimin fənn bilikləri test əsasında yoxlanılır; ikinci mərhələdə namizəd müəllimin pedaqoji performansı və psixoloji durumu təhlil edilir; üçüncü - açıq dərs mərhələsində isə müəllimin şagirdlə ünsiyyət qurma qabiliyyəti və test metodikasından necə istifadə etməsinə fikir verilir. İşə qəbul olunmuş müəllimin qarşısına müəyyən hədəflər qoyulur və hər tədris ilinin sonunda onun performans dəyərləndirilməsi aparılır”,- deyə çıxışlarda səsləndi.

Hər il Kaspi Abituriyent kurslarında istifadə olunan dərs vəsaitlərinə nəzər salınır və onların təkmilləşdirilməsinə də fikir verilir. Xüsusilə TQDK tərəfindən edilən yeniliklər və dəyişikliklərin mərkəzin nəşrlərində öz əksini tapmasına üstünlük verilir. Sadədən mürəkkəbə doğru olmaqla test tapşırıqlarının differensasiyası aparılır. “Şagirdlər üçün önəm kəsb edən digər məqamlardan biriodur ki, oxuduqları dərs materialları həm məzmun, həm də forma baxımından anlaşıqlı, aydın və asan olsun, biz də məhz işin bu tərəfinə xüsusi diqqətlə yanaşmağa çalışırıq”, - deyə bildirildi.

Tədris zamanı şagirdlərin bilikləri mənimsəməsinə və istifadəsinə daim diqqət yetirilir, qarşıya çıxan çətinliklər, problemlər araşdırılır, müvafiq həll yollarına baş vurulur. Bu zaman ehtiyac olarsa mütləq mərkəzin psixoloqunun köməyindən də istifadə olunur. Şagirdlərin test çalışma vərdişlərini artırmaq üçün dərslərdən əlavə test tətbiqi saatlarına da cəlb olunurlar. Bu dərslərdə şagirdlərə mənimsədikləri bilikləri test işləyərkən tətbiq edə bilmə texnologiyası öyrədilir, nəticədə isə müxtəlif səviyyəli testlərlə işləmə qabiliyyəti mənimsədilmiş olur. Kurs tərəfindən keçirilən Sınaq İmtahanlarında istifadə olunmuş bütün test suallarının video həlli kaspi.edu.az veb səhifəsində yerləşdirilir ki, bu da abituriyentlərə sınaq imtahanından dərhal sonra həm öz nəticələrini, həm də buraxdıqları səhvləri aydınlaşdırmağa imkan verir. Qeyd edək ki, respublikamızda sınaq imtahanlarında istifadə olunan bütün qruplar üzrə sualların video həllərini abituriyentlərə təqdim edən yeganə kurs məhz Kaspi Abituriyent kurslarıdır. Bundan əlavə, ölkəmizin bütün şagirdləri öz biliklərini ölçmək üçün Kaspinin onlara təqdim etdiyi kaspitest.com resursundan da istifadə edə bilərlər ki, bu da real imtahan rejimində olan onlayn imtahan formasıdır.

 

Ailə-şagird-məktəb

üçbucağının müsbət effekti

Sona Vəliyeva bildirdi ki, uğurlu şagird, yaxşı nəticə birbaşa ailə-şagird-məktəb üçbucağının birgə işindən birbaşa asılıdır. “Kaspi”, bu üç tərəfin işini asanlaşdırmaq üçün Tədrisin İdarəedilməsi Sistemi - Kaspi LMS texnoloji layihəsini valideynlərin istifadəsinə verib. Bu layihə valideynlərə onlayn şəkildə tədris müəssisəsindəki öyrənmə, ölçmə-qiymətləndirmə haqqında hesabat almaq, şagirdin dərs fəaliyyətinə nəzarət etməyə imkan verir. Eyni zamanda, valideynlər bu sistemdə olanmesajlar” bölməsindən istifadə edərək, öz təklif və iradlarını müvafiq olaraq rəhbərliyə, Tələbələrlə şöbəsinə və fənn müəllimlərinə çatdıra bilərlər.

Cəmiyyətimizdə mövcud tendensiyalardan biriodur ki, çox vaxt valideyn və şagirdlər özlərinə və biliklərinə uyğun ixtisas seçimini etməkdə çətinlik çəkirlər. Məhz bu kimi hallar zamanı kursun əməkdaşları tərəfindən şagirdin istəyi, biliyimövcud reallıq müqayisəli şəkildə araşdırılır, ona müvafiq məsləhətlər verilir. Şagirdlərə dəstək ən son mərhələdə - əldə olunmuş ballar əsasında ixtisasuniversitet seçimi zamanı da göstərilir. Nəticədə hər bir şagird istəyinə və biliyinə uyğun ixtisasa yiyələnmiş olur”.

Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev dedi ki, artıq şirkətin regionlarda da mərkəzləri fəaliyyətə başlayıb: “Əvvəlcə, əcnəbi dilləri tədris edən bir mərkəz kimi fəaliyyətə başlasaq da, sonrakı illərdə abituriyent, magistratura, məktəbəqədər hazırlıq, kompüter, ümumtəhsil orta məktəbləri, uşaq bağçaları, Kaspi Global kimi mərkəzləri ilə fəaliyyətimizi daha da genişləndirmişik. Hal-hazırda şirkətimizin 8 mərkəzi, 2 liseyi, 2 uşaq bağçası, 3 yerli nümayəndəliyi fəaliyyətdədir. Yeni tədris ilindən Xətai rayonundaKaspiliseyi və “Kaspiuşaq bağçası, Gəncə şəhərində isə daha bir mərkəz fəaliyyətə başlayacaq. Bildiyimiz kimi, “Kaspinin ilk xidməti ingilis dili kursları olub. Bu ildən etibarən ingilis dili kursları Kembric Universitetinin imtahanları əsasında yoxlanılacaq və sonda verilən sertifikat isə beynəlxalq sertifikat kimi tanınacaq”.

Yüksək balla Azərbaycanın ən nüfuzlu universitetlərinə qəbul olan abituriyentlərin valideynləri isə “Kaspi” təhsil şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdilər.

Sonda şirkətin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva yüksək nəticə göstərmiş tələbələrə hədiyyələr təqdim etdi.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-9 sentyabr.-S.7.