Uğur qazanmağın əsas yolu yaxşı təhsil və düşünülmüş karyeradır”

 

Samirə Pirquliyeva: “Xaricdə təhsil alıb, daha sonra Vətən üçün xidmət göstərmək qədər qürurlu və fəxarətli bir iş yoxdur”

 

Bugünkü Azərbaycan gənci çox aydın şəkildə dərk edir ki, uğur əldə etməyin yolu elm və təhsilə yiyələnməkdən keçir. Müsahibimiz Samirə Pirquliyeva da məhz bu amalla xaricdə təhsil alır. Qeyd edək ki, Samirə Pirquliyeva 1995-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə 200 saylı Baxça Məktəb Lisey kompleksini bitirib. Elə həmin il Rusiyanın Qorski adına Dövlət İnstitutunun Vergilər və maliyyə fakültəsinə daxil olub. Oxuduğu müddət ərzində bir çox sahələr üzrə çalışıb. Bəzi maliyyə forumlarında məlumatçı olaraq çalışıb. Hal-hazırda “Atəshgah” sığorta şirkətində sığorta-məsləhətçi olaraq çalışır.

-İşləməyə nə dərəcədə marağınız var?

-Mən geniş diapazona malik bir insanam. İşdən qorxmayan adamam. İndiyə qədər sahəsindən asılı olmayaraq, bütün işləri müvəffəqiyyətlə yerinə yetirmişəm. Çalışdığım sahələr müxtəlif olub. Lakin işlədiyim sahələrin böyük qismi maliyyə ictimai sahələrdir. Mən maliyyə sahəsi üzrə təhsil aldığımdan bu sahədə özümün daha peşəkar olduğumu düşünürəm.

Lakin bununla yanaşı, mən Dövlətlərarası Media Diplomatiya Mərkəzində könüllü olaraq çalışıram. Ümumiyyətlə, ictimai sahədə könüllü kimi təcrübə yığmaq qədər real praktik məşğələ olmadığını hesab edirəm. Buna görə , düşünürəm ki, Dövlətlərarası Media Diplomatiya Mərkəzində keçdiyim təcrübə proqramı mənim gələcəyimin perspektivli olması üçün bir yatırımdır.

-Ümumiyyətlə, özünüzü hansı sahədə işdə görürsünüz?

-Baxmayaraq ki, mən həm maliyyə sektorunda, həm ictimai sahədə fəaliyyət göstərirəm hər iki sahədə uğur əldə etməyə çalışıram, özümü hər zaman real olaraq maliyyə bank sektorunda görmüşəm. Mən bu sahə üzrə gərəkli kadr olmaq üçün əlimdən gələni edirəm, təhsilimə çox zaman ayırıram. Hesab edirəm ki, maliyyə bank sektorunda müvəffəqiyyət əldə edə biləcəyəm. Çünki Vətənin hüdudlarından kənarda, qəriblikdə təhsil alıb, daha sonra Vətən üçün, xalq üçün xidmət göstərmək qədər qürurlu fəxarətli bir yoxdur. Mən bunu bacaracağam. Bu, ən azından mənim prinsipial olaraq məqsədimin ana xəttini təşkil edir.

-Dövlət tərəfindən elm təhsilə lazımi dəstək göstərilirmi?

-Ölkəmizdə təhsilə diqqət qayğının yüksək səviyyədə olması danılmaz bir faktdır. Bunun bariz nümunəsi kimi yerli xarici tələbələrə dövlətin diqqətini göstərmək olar. Təhsilimizin yüksək səviyyədə inkişaf edib Avropa standartlarına uyğun olması üçün Prezident İlham Əliyev xüsusi dövlət proqramları haqqında sərəncamlar imzalayıb. Bu dövlət proqramları əsasında ölkəmizdə yeni məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəblər təmir olunur bütün məktəblər lazımi müasir avadanlıqlarla təchiz olunur.

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılmasına da xüsusi diqqət yetirilir. Təsadüfi deyildi ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci ilə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı milli strategiya qəbul olunub. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir.

-Ümumiyyətlə, gənclərimiz dərəcədə dövlətə sədaqət nümayiş etdirirlər?

- Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlət tərəfindən gənclər üçün istənilən şəraitin yaradılması üçün lazımi işlər görülür. Bunun üçün son illərdə saysız layihə proqramlar həyata keçirilib. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır.

-Gənc nəslin təhsil şüurunun inkişafını necə qiymətləndirirsiz?

-Dövlətimizin xüsusi diqqəti nəticəsində bu gün gənc nəsildə təhsilə maraq günü- gündən inkişaf edir. Xaricdə təhsillə bağlı dövlət proqramları sayəsində gənclərimiz öz bilik bacarıqlarını artırmaq təkmilləşdirmək üçün müxtəlif ölkələrdə bakalavr magistr kimi təhsil alırlar.

-Xaricdə təhsil alan gənclərimiz Vətəni lazımi səviyyədə təmsil edə bilirlərmi?

-Bəli. Tələbələrimiz Vətənin hüdudlarından kənarda ölkəmizi təmsil edirlər. Lakin hesab edirəm ki, bu, pərakəndə şəkildə olduğundan lazımi effekti verə bilmir. Hesab edirəm ki, xarici ölkələrdə təhsil alan tələbələrimiz, soydaşlarımız bir yumruq kimi birləşməli, həmrəy olmalı birlikdə fəaliyyət göstərməlidir. Güc birlikdədir, təklikdə yox! Mən Dövlətlərarası Media Diplomatiya Mərkəzində keçdiyim təcrübəyə əsaslanaraq, deyə bilərəm ki, bu gün xaricdəki tələbəlimiz ötən illərə nisbətən daha effektli fəaliyyət göstərirlər. Çünki təbliğata indi daha böyük önəm verilir. Bu gün sevindirici haldır ki, xaricdə yaşayan soydaşlarımız Vətənin adını böyük hörmət ehtiramla çəkir. Bu, insanı qürurlandırır. Biz hər gün universitetdə ölkəmizin necə gündən-günə gözəlləşdiyindən qədim tarixindən danışırıq. Hamı bizim dilimizlə, adətlərimizlə maraqlanır. Biz azərbaycanlı olmağımızla hər yerdə fəxr edirik. Biz Vətənimizi dünyada layiqincə təmsil etməliyik hesab edirəm ki, biz bunun öhdəsindən bu gün qismən olsa gəlirik!

-Siz gənclərlə bağlı hansı işləri görürsüz?

- Rusiyadakı gənclərimiz qərib bir ölkədə doğma üzləri gördükdə çox sevinirlər. Biz Azərbaycanı öyrənməyə Azərbaycan dilinə olan böyük həvəsin olduğunu görüb şad oluruq. Buna görə , Osetiyada Azərbaycan dilini təbliğ etməklə məşğuluq. Hesab edirəm ki, xarici ölkənin ali təhsil ocağında xarici vətəndaşlara Azərbaycan dilini tədris etmək qədər ikinci qürurlu ola bilməz.

-Sizcə, uğur qazanmağın əsas yolu nədir?

- Uğur qazanmağın əsas yolu yaxşı təhsildə perspektivli, düşünülmüş karyeradadır. Bu tendensiya bu gün hər bir gənc üçün mövcud reallıqdır. Hesab edirəm ki, uğur qazanmaq istəyən hər bir insan, ümumiyyətlə, optimist olmalıdır. Yəni qarşıya qoyulan hədəfi dəf etmək üçün baryerləri, maneələri gördükdə məyus olmamalıdır. Çünki həyatda asan heç yoxdur. Çətinliklə əldə edilən varsa, qalıcı daimi olma ehtimalı daha çoxdur. İnsanlar bu gün uğurun onları tapmalı olduğunu düşünür. Amma insanlar özləri uğuru tapmalıdır, uğura nail olmalıdır, yeri gələndə uğur qazanmaq uğrunda mübarizə aparmalıdırlar. Hesab edirəm ki, bu cür psixoloji hazırlıqla yanaşı, bir az əvvəl qeyd etdiyim kimi, yüksək bilik səviyyəsi, mütaliə etmək qabiliyyəti işgüzarlıq xüsusiyyətləri uğura aparan yoldur.

-Gələcək işləriniz haqda deyə bilərsiz?

-Əsas məqsədim öz Vətənimə layiqli bir şəxs olmaq, Vətənimə quluq etmək onu zirvələrə ucaltmaqdır. Planım təhsilimin bakalavr pilləsini bitirib magistr pilləsinə qəbul olmaq öz ixtisasım üzrə işləməkdir. Öz işlərimlə Vətənimin maliyyə resurslarını daha da artırmağa çalışacağam. Həmçinin Azərbaycan həqiqətləri ilə bağlı da mütəmadi tələbələr arasında təbliğat aparmaq istiqamətində işlər aparmağı planlayıram. Düşünürəm ki, bu kimi işlərlə mən öz vətəndaşlıq borcumu yerinə yetirmiş olaram.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-19 sentyabr.-S.11.