Elektron lövhədən istifadə müəllimdən ciddi hazırlıq tələb edir

 

Vəfa Məmmədova: “İnteraktiv lövhə mənə dərslərimi daha da rəngarəng, informativ və maraqlı qurmağa şərait yaradır”

 

İKT-nin inkişaf etdiyi bir dövrdə hər bir müəllim daha da keyfiyyətli, səmərəli dərs təşkil etmək üçün elektron dərslərə üstünlük verir. Elektron dərslərin tətbiqi müasir məktəblərdə geniş vüsət alıb və uşaqların maraq obyektinə çevrilib. Eyni zamanda elektron dərslərin gerçəkləşməsi bir çox layihələrin yaranmasına səbəb olub. Buna misal olaraq hazırda elektron kitabxanaları, elektron təhsili qeyd etmək olar. Elektron dərslər vasitəsilə uşaqların informasiya əhatəsi daha da genişlənir.

Elektron dərslər şagirdlərdə kompüter bacarıqlarını formalaşdırır. Əyani vəsaitlər mövzunu sonradan xatırlamağı və yadda saxlamağı asanlaşdırır. Bu məsələyə layihə çərçivəsində təqdim etdiyimiz yazıda toxunacağıq. Müsahibimiz Bakı şəhəri, Sabunçu rayonu, C.Məmmədyarov adına 155 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vəfa Məmmədovadır. O, müsahibəsində müasir dərs prosesində tətbiq edilən yeniliklərdən danışdı:

-Müasir dünyada klassik lövhə və təbaşiri elektron lövhə və elektron qələm əvəz edir. Hər bir şagirddə kiçik yaşlarından ətrafında gördüyü hər şeyi tanımaq, öyrənmək qığılcımı alovlanır, ona hələ tanış olmayanvarsa, özünə cəlb etməyə tələsir, yeni bilik və vərdişlərinə sevinir. Bəzən bizim dərslərdə bu qığılcımı sönməyə imkan verməyib, əksinə, alovlanmasına kömək edən o rəngarənglik çatışmır. Müasir dərs rəngarəng, emosional, effektiv, ən əsası isə produktiv olmalıdır. Ancaq o zaman uşaqlara verilən biliklər uzun müddət unudulmayacaq, onun gələcək təhsilinin möhkəm əsasına çevriləcək. Müəllimə bu mürəkkəb məsələnin həllində İKT avadanlığı, xüsusilə də interaktiv lövhələrdən istifadə kömək edə bilər. Təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqi - zamanın tələbidir. Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interaktiv lövhədən geniş istifadə olunması tədris prosesini daha yaddaqalan, maraqlı etməklə yanaşı, şagirdlər tərəfindən mövzunun daha dərindən dərk edilərək mənimsənilməsinə, həmçinin təhsilin keyfiyyətinin artmasına, sərbəst işlərin çoxalmasına, öyrənməyə marağın artmasına zəmin yaradır. İnteraktiv lövhə ilə işləmə zamanı şagirdlərin onun imkanlarına olan ilk reaksiyası onlarda özünü aydın büruzə verən coşqunun, ruh yüksəkliyinin yaranması oldu. Bir toxunuşla lövhədə baş verən dəyişikliklərin belə effektli olması dərsə olan həvəsi birə-beş artırır. İnteraktiv lövhənin üstünlüklərindən biriondan ibarətdir ki, onunla fərdi işləmədən əvvəl kifayət qədər kompüter savadı olmayan şagirdlər belə, lövhədə işləməyi öyrənməkdə elə də çətinlik çəkmədilər. İnteraktiv lövhə mənə dərslərimi daha da rəngarəng, informativ və maraqlı qurmağa şərait yaradır. Lövhədə baş verən hadisələr sanki uşaqları ovsunlayır və şagird fikrini yayındırmır. Dərsdə interaktiv lövhədən istifadə şagirdin diqqətini cəlb etmək və onun yayınmasının qarşısını almaq üçün qiymətli bir vasitədir. Bu, xüsusilə diqqəti yayınıq uşaqlarla zamanı daha əhəmiyyətlidir. İnteraktiv lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır. Adi lövhədən fərqli olaraq bu lövhə ilə işləmə zamanı şagirdlər daha da diqqətli, öyrənməyə həvəsli olurlar.

-Elektron lövhə müəllimə hansı üstünlükləri verir?

-Elektron lövhə şagirdlərə psixoloji maneəni aşmağa, lövhə qarşısında qorxu və utancaqlığı dəf etməyə də imkan yaradır. Onunla işləyərkən şagird asanlıqla və çəkinmədən öz bacarıqlarını nümayiş etdirir. Bu zaman sinifdə laqeyd şagird qalmır, bütün fənlər əlçatan və maraqlı görünür. Şagirdlər üçün oxumaq maraqlı olur. Görərək qavramaları daha da güclənir, diqqəti toplamaq qabiliyyəti artır, materialı daha yaxşı başa düşüb yadda saxlayırlar. Adi lövhədən fərqli olaraq elektron lövhədə işləyərkən müəllimin daha geniş sahəsi və əvvəlki yazdıqlarına bir idarəedici düymənin köməyilə qayıtmaq imkanı var. Bu, vaxta qənaət etməyə və dərsi daha effektiv qurmağa imkan yaradır. Həmçinin bu lövhə müəllimin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagirdin aktiv fəaliyyəti dərsin 15-20%-ni təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80%-ə qədər yüksəlməsinə imkan yaradır. Qeyd etmək istərdim ki, elektron lövhədən istifadə müəllimdən həm də ciddi və uzunmüddətli hazırlıq, kompüterlə işləmək bacarığı tələb edir. Ancaq bu halda sərf olunmuş zaman və çəkilmiş əziyyətlər mütləq arzuolunan nəticəyə gətirəcək. Bunu da bilmək vacibdir ki, interaktiv lövhə - dərsdə bütün problemləri özü yoluna qoyan, onu maraqlı və rəngarəng edən bir sehrli çubuq deyil.

 

“Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interaktiv lövhədən geniş istifadə olunması tədris prosesini daha yaddaqalan, maraqlı etməklə yanaşı, şagirdlər tərəfindən mövzunun daha dərindən dərk edilərək mənimsənilməsinə, həmçinin təhsilin keyfiyyətinin artmasına zəmin yaradır”

 

Bu o demək deyil ki, elektron lövhədən mütləq hər dərsdə və ya dərsin hər mərhələsində istifadə etmək lazımdır. Digər resurslar kimi interaktiv lövhədən də məqsədyönlü istifadə etdikdə daha effektiv nəticə əldə etmək olar. Elektron lövhə ilə dərsləri qurarkən şagirdlərin yorulmaması və yüklənməməsinə, sağlamlığı qoruyan üsullardan istifadə edilməsinə diqqət yetirmək vacibdir. Sadaladığım bütün bu keyfiyyətlər otağımda quraşdırılmış “Promethean ActivBoard 300 Pro” markalı interaktiv lövhə ilə işləmə zamanı qənaətə gəldiyim üstünlüklərdir. Bu lövhələrin təhsildə tətbiqi Təhsil Nazirliyi və “Edumedia-Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir. Lövhələr İngiltərənin “Promethean” şirkəti tərəfindən istehsal edilir.

- İbtidai sinif müəllimi kimi bu yeniliklərin tətbiqinin tədrisi daha maraqlı etməsi imkanlarını necə dəyərləndirirsiniz?

- Qeyd edim ki, ibtidai sinif müəllimini digər fənn müəllimlərindən fərqləndirən cəhətlərdən biri də 4 il ərzində 8 fənni tədris etməsidir. Adıçəkilən proqram təminatı müxtəlif fənləri tədris etmək üçün geniş imkanlar açır. Məhz sinif otağında istifadəsi üçün nəzərdə tutulmuşActivİnspire” proqramı müəllimə tədris prosesində interaktiv lövhənin bütün imkanlarından istifadə etməyə şərait yaradır. Bu proqram müəllimə yeni maraqlı dərslər yaratmağa, həmçinin ayrı-ayrı şagirdlərin , qrupların, eyni zamanda bütün sinfin qiymətləndirilməsinə imkan verir. Onu da qeyd etmək istərdim ki, bu proqramın üstünlüklərindən birionun aşağı və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş yaş interfeysləri seçiminin təqdim olunmasıdır. Proqramın ümumi resurslar qovluğunda təqdim olunan müxtəlif mövzularda, ayrı-ayrı fənlərin tədrisində istifadə edilə bilən çoxsaylı şəkillər, fonlar, səs effektləri, şablonlar, rəngləmələr, pazllar, interaktiv tapşırıqlar, didaktik oyunlar, dərslərin qurulmasında lazım olan müxtəlif alətlər (düymələr) maraqlı tapşırıqlar yaratmaq üçün əlverişli vəsaitdir. Bu vəsaitlərin müvafiq başlıq altında qovluqlarda yerləşdirilməsi müəllimə istədiyi resursu tez bir zamanda tapmağa imkan verir. Həmçinin müəllim öz hazırladığı resursları “Mənim resurslarım” bölməsində müvafiq adla yaratdığı qovluqda saxlayaondan gələcək dərslərində də istifadə edə bilər. Eyni zamanda müəllimlər bu proqramın vasitəsilə “Promethean Planet” adlı onlayn icmaya çıxış da əldə edə bilərlər. Bu portal məşhur nəşriyyat evləri, proqramçılar və təhsil ekspertləri üçün aparıcı kanaleyni zamanda müəllimlərin əməkdaşlıq etməsi, qabaqcıl təcrübə, sinif işləri və xüsusi maraq kəsb edən sahələrlə bağlı biliklərini paylaşması üçün virtual məkandır. Portala çıxış almaqla müəllimlər orada yerləşdirilmiş 75000-dən çox hazır interaktiv elektron resursdan (dərslər, animasiyalar, dərs icmalları və s. resurslar) istifadə etmək imkanı əldə edirlər. Lövhənin ActivPen adlanan sensor qələminin imkanları müəllimə və şagirdə flipçartın sərhədlərindən kənara çıxmağı, real alətlərdən istifadə etməyi, istənilən kompüter proqramında işləməyi mümkün edir.

 

Anar Miriyev

Palitra.-2015.-23 sentyabr.-S.11.