“Naxçıvan”
Universiteti qabaqcıl universitetlərlə rəqabətə
hazırdır
Təhsilin inkişafını ölkəmizin,
xalqımızın gələcəyi hesab edən
ümummilli liderimizin bu sahədə müəyyənləşdiridiyi
strategiya Naxçıvan Muxtar Respublikasında da uğurla
davam etdirilməkdədir. Muxtar Respublikada təhsil
sisteminin maddi-texniki bazasının gücləndirilməsi, o
cümlədən yeni müasirtipli məktəb
binalarının inşa edilməsi, mövcud təhsil
ocaqlarının yenidən qurulub əsaslı təmir
olunması regionda təhsilin inkişafına öz təsirini
göstərir. “Naxçıvan”
Universiteti üçün yeni universitet şəhərciyinin
salınması da təhsilin inkişafına göstərilən
qayğının bariz nümunəsidir.
Layihə çərçivəsində təqdim
etdiyimiz yazıda bu məqamlara toxunacağıq. “Naxçıvan”
Universitetinin Mətbuat xidmətinin əməkdaşı Nuray
Əsgərova universitetin bir qrup müəllim və tələbə
heyəti ilə həmsöhbət olaraq, onların sevinclərinə
şərik olub.
“Distant təhsilə keçidlə əlaqədar
bütün maddi-texniki baza quraşdırılıb”
Anar Abuzərli
- Tədris şöbəsinin müdiri: “Dünyada yeniləşmə
prosesinin genişləndiyi bir dövrdə təhsilə
qayğı xüsusi əhəmiyyət kəsb edir. “Naxçıvan” Universiteti şəhərciyinin
professor- müəllim və tələbə heyətinin
istifadəsinə verilməsi təhsilə, biz gənclərə
göstərilən qayğıdan qaynaqlandı. Bu
gün burada tədris sistemində elektron təhsil
üçün hər cürə şəraitin
yaradılması, xüsusilə distant təhsilə
keçidlə əlaqədar demək olar ki, bütün
maddi-texniki bazanın quraşdırılması və
onların istiqamətləndirilməsi ilə bağlı təlimlərin
keçirilməsi gələcəkdə Naxçıvan ali
təhsil mühitinin dünya təhsil sistemində
özünə layiqli yer tutmasına şərait yaradacaq. Yaradılan şərait, göstərilən
dövlət qayğısı biz müəllimlərdən
böyük məsuliyyət tələb edir. Çünki bizim hazırladığımız tələbələr,
müstəqil Azərbaycanın gələcəyidirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin də
dediyi kimi: “Müəllimlər gələcəyimiz olan gənclərin
təhsil almasında, tərbiyə olunmasında xüsusi rol
oynayır. Gələcəyimizin təməli
müəllimlərimiz tərəfindən qoyulur. Bu təməl nə qədər möhkəm
qoyulsa, gələcəyimiz bir o qədər möhkəm
qurulacaq, uğurlu olacaqdır.Gənclərimiz gələcəyin
qurucuları olduqlarını bilməli, bu məsuliyyəti
daim öz üzərində hiss etməlidirlər”. Ali Məclis Sədrinin qeyd edilən fikri biz müəllimlərin
üzərinə çox ciddi öhdəlik qoyur ki, biz də
öz işimizdə daha məsuliyyətli olmağı, səylə
çalışmağı özümüzə borc bilirik”.
“Yeni istifadəyə verilən 302
yerlik yataqxana binasında otaqlar zəruri mebel
avadanlıqları ilə təchiz olunub”
Fəridə
Tağıyeva-Xarici dillər fakültəsinin Xarici dil
(ingilis) müəllimliyi ixtisasının I kurs tələbəsi:
“Azərbaycan gənclər ölkəsidir. Şübhəsiz
ki, belə gəncliyi olan bir ölkə daim inkişaf yolunda
irəliləməlidir. “Naxçıvan”
Universitetində təhsil almaq mənim çoxdankı arzum
idi. Bu arzuma nail oldum Xarici dillər fakültəsinin
Xarici dil (ingilis) müəllimliyi ixtisasına qəbul olundum. Qeyd edim ki, universitetdə qəbul edilmiş
müvafiq qaydalara uyğun olan Xarici dil ixtisasına qəbul
olunmuş tələbələr dil səviyyə
imtahanında iştirak edirlər. Bu
imtahanda müvəffəqiyyət qazanaraq təhsilimə
birbaşa hazırlıq qrupundan deyil, I kursdan başladım.
Bu gün ölkəmizdə, eləcə də
muxtar respublikamızda hər bir gənc böyük dövlət
qayğısı ilə əhatə olunub. Elə götürək “Naxçıvan”
Universitetini. Ali təhsil ocağında biz
tələbələrin yüksək savada, biliyə malik
olmalarına, intellektli yetişməsinə, asudə
vaxtlarımızın səmərəli təşkili
üçün hər cür şərait yaradılıb.
6 mərtəbəli tədris korpusunda 34 auditoriya, hər
birində 66 kompyuter olan 2 imtahan mərkəzi, proyektor və
elektron lövhə quraşdırılan 11 mühazirə
zalı, Heydər Əliyev Dövlətçilik Mərkəzi,
Coğrafiya, Azərbaycan tarixi, Turizm-informasiya kabinetləri tələbələrin
istifadəsinə verilib. Biz tələbələr
üçün yaradılanlar sevincimizə səbəb oldu və
digər bir şərait isə universitetin kompüter səviyyə
ölçmə mərkəzində tələbələr
üçün komüuter kursları təşkil olunacaq və
kursu uğurla bitirən tələbələrə
sertifikatlar veriləcək. Onu da qeyd edim
ki, bu sertifikatlar dünyanın 150 ölkəsində
tanınır. Ali təhsil ocağında
tələbələrin sosial-məişət şəraiti
də yaxşılaşdırılıb. Yeni istifadəyə verilən 302 yerlik yataqxana
binasında otaqlar zəruri mebel avadanlıqları ilə təchiz
olunub. İki girişi olan 6 mərtəbəli
binada tələbələr üçün ən müasir
yaşayış şəraiti yaradılıb, otaqların hər
biri internetlə təmin olunub, məişət otağı,
camaşırxana, mətbəx və istirahət otaqları tələbələrin
istifadəsindədir. Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı
ilə həyata keçirilən bu tədbirlər, hər
şeydən əvvəl, biz gənclərin savadlı,
bilikli, intellektli, müasir dünyagörüşə malik vətəndaşlar
kimi yetişəcəyimizə imkan yaradır. Əlbəttə ki, biz gənclər bu
qayğıya, yaradılan şəraitə layiq olmalı, vətənimizin
xoş gələcəyi naminə
çalışmalıyıq.
“4 mərtəbəli kitabxanada 15 minə
yaxın elmi və bədii ədəbiyyat yer alıb”
Nubar
Salmanova-Kitabxana əməkdaşı: “Böyük fransız
yazıçısı Vüqtor Hüqonun “Bəşəriyyətin
ən dəyərli kəşfi məhz kitablardır”-fikri bu
gün qloballaşma dediyimiz bir dövrdə öz
aktuallığını itirmir. Çünki cəmiyyətin
inkişafında, insanlanların düzgün
formalaşmasında, dünyagörüşünün
artmasında, dogma yurdumuza mənsub olduğu xalqa, onun tarixi keçmişinə
məhəbbət ruhunda tərbiyə olunmasında əsas
rol oynayan amillərdən başlıcası kitablardır.
Danılmaz bir faktdır ki, istər muxtar
respublikamızda, istərsə də onun ayrı-ayrı
bölgələrində kitabxanalar yetərincə dövlət
qayğısı əhatəsindədir. Sevindirici
haldır ki, biz də bu qayğıdan nəsibimizi aldıq,
“Naxçıvan” Universitetinin yeni universitet şəhərciyində
rektorluq binası, 2 tədris korpusu, sosial xidmət mərkəzi,
yataqxana, idman zalı və konfrans zalları ilə bərabər,
müasir standartlara cavab verən 4 mərtəbəli kitabxana
binası da istifadəyə verildi. 15 minə
yaxın elmi və bədii ədəbiyyatın yer
aldığı kitabxanada kitabxanaçılıq işi
müasir tələblər əsasında qurulub elektron dərslik
ədəbiyyatlar verilib. 6 bölmə,
disertasiya və avtorefaratlar zalının fəaliyyət
göstərdiyi binada hər bölmənin ayrıca fondu, oxu
və informasiya zallarının olması uyğun
materialların qısa zamanda oxucuya
çatdırılmasına imkan verəcək. Biz də, öz növbəmizdə yaradılan
şəraitə, göstərilən dövlət
qayğısına görə Naxçıvan Muxtar Respublikası
Ali Məclisin Sədrinə dərin minnətdarlığımızı
bildirir, bundan sonra işimizi günün tələbləri səviyyəsində
qurmağı özümüzə borc bilirik”.
“Universitet mətbəəsi də ən
müasir çap avadanlıqları
ilə təchiz olunub”
Səadət
Əkbərova -Nəşriyyat şöbəsinin müdiri:
“Mən deyərdim ki, bu gün “Naxçıvan” Universiteti
sözün əsl mənasında inkişaf
dövrünü yaşayır. Dünya
standartlarına cavab verən “Naxçıvan” Universiteti
üçün yeni universitet şəhərciyinin istifadəyə
verilməsi hər birimizin sevincinə səbəb oldu. Ali təhsil ocağında yaradılan universitet mətbəəsi
də ən müasir çap avadanlıqları ilə təchiz
olunub. Burada elmi praktik konfransların proqram və
materialları, fənn proqramları, monoqrafiyalar, qabaqcıl
iş təcrübələri və digər dərs vəsaitləri
çap olunacaq. Bir sözlə, inanırıq ki,
“Naxçıvan” Universiteti yaradılmış şəraitdən
bəhrələnəcək, burada ali təhsil
alan tələbələr vətənimizə yararlı,
layiqli vətəndaş kimi yetişəcək, müstəqil
Azərbaycanın düşünən, əsl yaradıcı
gəncləri kimi formalaşacaq. Ali Məclis Sədrinin də
dediyi kimi : “Yaxşı təhsil almaq,
peşə, sənət sahibi olmaq hər bir gəncin
arzusudur. Ali təhsil almaq yalnız müxtəlif
elm sahələri üzrə bilikləri mənimsəməkdən,
yaxud da diplom sahibi olmadan ibarət deyil. Ali
təhsil gənclərin ölkə və xalq
üçün layiqli vətəndaş və mütəxəssis
kimi yetişməsi yolunda mühüm mərhələdir.
Hər bir gənc çalışıb ona nail
olmalıdır ki, gələcəkdə təhsil
aldığı sahələr üzrə ixtisaslı kadr kimi
yetişsin. Bu işdə ali və orta
ixtisas təhsili müəsissələrinin müəllim heyətinin
də üzərinə mühüm vəzifələr
düşür. Müəllimlər təhsil
verməklə yanaşı, həm də vətənpərvər
gənclər yetişdirməlidirlər. Tələbə
gənclər də Azərbaycan xalqının tarixinə,
dilinə, adət-ənənələrinə və milli dəyərlərinə
sahiblik hissi aşılanmalı, onlar gələcək həyata
ailə, cəmiyyət və dövlət
qarşısında öz məsuliyyətini dərk edən
müstəqil və yaradıcı düşünən vətəndaşlar
kimi hazırlanmalıdırlar”.
“İmtahanların gedişini internet
üzərindən izləmək və onların video arxivini
yaratmaq mümkün olacaq”
Rəşad
Abbasov -İKT və texniki nəzarət şöbəsinin
müdiri: “İlk dəfə olaraq belə kompleks şəkildə
bir universitet şəhərciyinin istifadəyə verilməsi
yaddaşlardan uzun müddət silinməyəcək. Burada o qədər incə memarlıq üslubu, tədris
standartları tətbiq olunub ki, bu gün biz çəkinmədən
deyə bilərik ki, “Naxçıvan” Universiteti Avropanın
qabaqcıl universitetləri ilə rəqabətə girə
biləcək səviyyədədir. Ali təhsil
ocağında 4 yeni yüksək həcmdə mərkəzi
server quraşdırılıb, universitet şəhərciyindəki
bütün binalara fiber-optik kabel xətti çəkilib.
Yüksək güvənlikli şəbəkə,
kamera sistemləri, bundan başqa, Xarici dillər fakültəsində
2 linqafon otağı quraşdırılıb. 13 ixtisas üzrə mütəxəssis
hazırlığı aparılacaq universitetdə elektron təhsilin
tətbiqi üçün müasir infrastruktur
yaradılıb. İmtahan mərkəzlərinin
müasir texnoloji sistemi eyni vaxtda bir neçə sistem üzrə
imtahanların çevik və şəffaf formada
aparılmasına, imtahanların gedişini internet üzərindən
izləməyə, eləcə də onların videoarxivini
yaratmağa imkan verəcək. Sonda onu demək
istərdim ki, yaradılanlar, qurulanlar üçün
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə
minnətdarıq”.
A.Miriyev
Palitra.-2015.-24 sentyabr.-S.11.