“Böyük ədib və
mütəfəkkir Əli bəy Hüseynzadə”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Prezidentin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli sərəncamına əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu hazırlanıb.
Topluya Əli bəy
Hüseynzadə haqqında müstəqillik illərində
yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf
səviyyəsini əks etdirən elmi və
elmi-publisistik məqalələr daxil edilib. Bu
məqalələr böyük ədib və
mütəfəkkir, görkəmli ictimai-siyasi
xadim Əli bəy Hüseynzadənin mənalı
ömür yolu və
çoxcəhətli fəaliyyəti barədə dolğun təsəvvür yaratmağa
xidmət edir. Akademik İsa
Həbibbəylinin, tanınmış tədqiqatçılardan
Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun,
Vilayət Quliyevin, Yavuz
Akpınarın, Bədirxan Əhmədovun, Şamil
Vəliyevin, Azər Turanın, Zaman
Əsgərlinin, Alxan Bayramoğlunun,
Ofelya Bayramlının, Vaqif
Arzumanlının, Gözdə Gingörün,
Cavidə Məmmədovanın, Lütviyyə Əsgərzadənin,
Firəngiz Cabbarovanın məqalələrində Əli bəy
Hüseynzadənin həyat və
yaradıcılığının, XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının, “Molla
Nəsrəddin” və “Füyuzat” ədəbi
məktəbləri əlaqələrinin aktual
məsələləri əksini tapıb. Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli, tərtibçiləri
və çapa hazırlayanları dosent Nikpur Cabbarlı və
professor Şamil Vəliyevdir.
“Böyük ədib və mütəfəkkir
Əli bəy Hüseynzadə” məqalələr toplusu “Elm” nəşriyyatında
çap olunub.
Palitra.-2015.-29 sentyabr.-s.13.