Bay­ram gün­lə­rin­də yo­lu­nu­zu mu­zey­lər­dən sa­lın

     “A­çıq qa­pı” gün­lə­ri yan­va­rın 5-dək da­vam edə­cək

   De­kab­rın 27-dən eti­ba­rən “İ­çə­ri­şə­hər” Döv­lət Ta­rix-Me­mar­lıq Qo­ru­ğu İda­rə­si­nin ta­be­li­yin­də fəa­liy­yət gös­tə­rən Qız qa­la­sı və Şir­van­şah­lar Sa­ra­yı Komp­lek­si mu­zey eks­po­zi­si­ya­la­rı­na sər­bəst gi­riş kam­pa­ni­ya­sı ke­çi­ri­lir.
 

    Yan­va­rın 5-dək da­vam edə­cək kam­pa­ni­ya gün­lə­rin­də pay­taxt sa­kin­lə­ri və şə­hə­ri­mi­zin qo­naq­la­rı İçə­ri­şə­hər­də yer­lə­şən mu­zey eks­po­zi­si­ya­la­rı ilə ödə­niş­siz ta­nış ol­maq im­ka­nı əl­də edə­cək­lər.
Mu­zey­lə­rə sər­bəst gi­riş kam­pa­ni­ya­sı “bp-Azər­bay­can” şir­kə­ti­nin ma­liy­yə dəs­tə­yi ilə hə­ya­ta ke­çi­ri­lir. Mə­lu­mat üçün qeyd edək ki, de­kab­rın 31-də mu­zey­lər sa­at 16:00-dək fəa­liy­yət gös­tə­rə­cək, yan­va­rın 1-də isə bağ­lı ola­caq.
Mil­li Azər­bay­can Ta­ri­xi Mu­ze­yi də şir­kə­tin spon­sor­lu­ğu ilə bay­ram mü­na­si­bə­ti­lə növ­bə­ti “a­çıq qa­pı” kam­pa­ni­ya­sı­nı ke­çi­rir
   A­zər­bay­can Xal­ça Mu­ze­yi də “bp-Azər­bay­can” şir­kə­ti­nin spon­sor­lu­ğu ilə növ­bə­ti “a­çıq qa­pı” kam­pa­ni­ya­sı­nı ke­çi­rir. La­yi­hə çər­çi­və­sin­də de­kab­rın 27-də təş­kil edi­lən “a­çıq qa­pı” 31 De­kabr - Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü və Ye­ni il bay­ra­mı­na həsr olun­ub.
    Kam­pa­ni­ya ba­rə­də mə­lu­mat ve­rən mu­ze­yin di­rek­to­ru Rö­ya Ta­ğı­ye­va bu ak­si­ya­la­rın da­vam­lı ola­ca­ğı­nı bil­dir­di.
Qeyd et­di ki, mu­zey­də saa­tı­nı ax­şam sa­at 9-a ki­mi ar­tır­maq­da məq­səd iş­dən son­ra in­san­la­rın mə­də­ni is­ti­ra­hə­ti­ni tə­min et­mək­dir: “Bun­dan əla­və, mu­ze­yi­miz­də hər ayın so­nun­cu şən­bə gün­lə­ri “a­çıq qa­pı” gün­lə­ri ke­çi­ri­lə­cək. Bu kom­pa­ni­ya­la­rın şən­bə gün­lə­ri ke­çi­ril­mə­si yer­li əha­li üçün nə­zər­də tu­tu­lub. “A­çıq qa­pı” gün­lə­rin­də mu­zey ge­cə sa­at 24.00-dək fəa­liy­yət gös­tə­rə­cək”.
Di­rek­tor mu­ze­yin ye­ni bi­na­da fəa­liy­yə­tə baş­la­ma­sın­dan son­ra zi­ya­rət­çi­lə­rin sa­yı­nın qat-qat art­dı­ğı­nı de­di: “Mu­ze­yi­mi­zə hə­mi­şə ta­ma­şa­çı axı­nı var. Proq­ram­la­rı­mız da ge­niş­dir. “A­çıq qa­pı” gün­lə­rin­də ta­ma­şa­çı ma­ra­ğı da­ha yük­sək olur. Mu­zey­də müx­tə­lif sər­gi­lər də nü­ma­yiş olu­nur. Ar­tıq dün­ya­nın mə­də­ni ir­si­nə çev­ri­lən Azər­bay­can kə­la­ğa­yı­sı da bu­ra­da sər­gi­lə­nir. Kə­la­ğa­yı­nın is­ti­fa­də qay­da­la­rı, onun ne­cə bü­kül­mə­si, bü­kü­lər­kən əsas na­xış­la­rı­nın giz­li qal­ma­sı qay­da­la­rı da ta­ma­şa­çı­la­ra çat­dı­rı­lır”.
    Bu­də­fə­ki “a­çıq qa­pı” gü­nün­də xü­su­si proq­ra­m ha­zır­lan­mış­dı. Uşaq­lar üçün sə­hər­lər, bö­yük­lər üçün isə ax­şam­lar şən­lik­lər təş­kil olun­ur. Ye­ni il şən­li­yin­də Şax­ta ba­baQar qız ba­la­ca­la­ra hə­diy­yə­lər pay­la­yır. Həm­çi­nin uşaq­lar üçünÖz xal­ça­nı ya­rat”, “Öz su­ve­ni­ri­ni ha­zır­la” proq­ram­la­rı da təş­kil edi­lib. “A­çıq qa­pı” çər­çi­və­sin­də ke­çi­ri­lən vo­kal ge­cə­sin­də mək­təb­li­lə­rin ifa­sın­da klas­sik mu­si­qi nü­mu­nə­lə­ri ifa olun­du
Qeyd edək ki, “a­çıq qa­pı” gün­lə­ri de­kab­rın 30-da və 3-5 yan­var ta­ri­xin­də də nə­zər­də tu­tu­lub. Bu ta­rix­lər­də mu­ze­yə gi­riş pul­suz­dur.

Fa­riz Hü­sey­nov

Mədəniyyət.-2014.-30 dekabr.-S.2.