“Gənclər çoxlu mütaliə etməlidirlər”

 

Minaxanım Babayeva: “Azərbaycan musiqi tarixində həllini tapmayan bəzi mövzular var ki, onların həlli bizim kimi gənc tədqiqatçıların öhdəsinə düşür

 

Müsahibimiz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının müəllimi, Azərbaycan Milli Konservatoriyasının aspirantı Minaxanım İsmayıl qızı Babayevadır:

 

-Mina xanım, Azərbaycan musiqi tarixini yaradıcılığınızda necə səciyyələndirirsiniz?

- Azərbaycan musiqi tarixi dedikdə, ilk növbədə Üzeyir Hacıbəylinin müqəddəs adını qeyd etməliyik. Məhz Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizin təməl daşını qoyubbu gün Azərbaycan musiqisinin dünya miqyasında tanınmasında onun əvəzsiz xidmətləri olub. Üzeyir Hacıbəyli ənənələri milli musiqi tariximizdə bəstəkarlarımız üçünqida” mənbəyi kimi çıxış edir, musiqi sənətində yeni söz deməyə, maraqlı əsərlər bəstələməyə imkan yaradır.

Azərbaycan musiqi tarixi maraqlı bəstəkar yaradıcılığı ilə zəngindir və qeyd etmək olar ki, Azərbaycan musiqi tarixində həllini tapmayan bəzi mövzular var ki, onların da həllini çözmək bizim kimi gənc tədqiqatçıların öhdəsinə düşür. İnanıram ki, Azərbaycan musiqi tarixinin araşdırılmayan səhifələri tezliklə öz həllini tapacaq.

- Azərbaycan bəstəkarlıq məktəbində hansı musiqi janrı diqqətinizi daha çox cəlb edir?

- Bildiyimiz kimi, Azərbaycan bəstəkarları musiqinin bir çox janr və formalarına müraciət ediblər və istifadə olunan janrlarda bəstəkarlarımız həm ənənələrə istinad ediblər, eyni zamanda fərdi üslublarını da yaratmağa müvəffəq olublar. Təbii ki, burada yalnız söhbət professionallıqdan gedir. Yeri gəlmişkən, hamıya məlumdur ki, görkəmli bəstəkarımız Fikrət Əmirov Azərbaycan milli musiqi mədəniyyətimiz üçün yeni bir səhifə olan simfonik muğam janrını yaradıb və bu janrın istifadəsi bir çox bəstəkarlarımızın yaradıcılığında müşahidə olunur. Bilirsiniz ki, bu janr bəstəkar tərəfindən maraqlı bir şəkildə təqdim olunub. Sözü gedən janrda muğamın simfonikləşməsi qətiyyən yoxdur. Burada bəstəkar muğamlarımıza yaradıcı bir münasibət göstərib. Bu da təsadüfi deyil. Çünki, bəstəkar muğamlarımızı çox gözəl bilirdi. Onun atası Məşədi Cəmil Əmirovun ətrafında dövrün görkəmli musiqiçiləri - xanəndələr, tarzənlər toplanmışdır. Odur ki, bu janrın onun yaradıcılığında xüsusi əhəmiyyət kəsb etməsi bununla bağlıdır. Onu da qeyd etmək istəyirəm ki, simfonik muğamlarda bəstəkar heç bir milli musiqi alətlərindən istifadə etmir. Orkestrin zövqlə seçilmiş alətlər qrupuna müraciət edərək maraqlı, möhtəşəm, dolğun bir simfonik əsərini yaradır.

- Üzərində çalışdığınız elmi işiniz hansı istiqamətdədir?

- Mən Azərbaycan Milli Konservatoriyasının aspirantıyam və tədqiq etdiyim elmi “Azər Dadaşovun kamera yaradıcılığının üslub xüsusiyyətləri” adlanır. Gənc tədqiqatçı olaraq, bəstəkar Azər Dadaşovun kamera əsərləri diqqətimi cəlb etdi. Ümumiyyətlə, kamera - instrumental musiqi, müasir musiqinin ən mühüm sahələrindən biridiro sadə əhvali-ruhiyyədən başlayaraq, dərin fəlsəfi məzmunu əks etdirə bilən geniş ötürücü vasitədir. Kamera musiqi sahəsində baş verən bir sıra dəyişikliklərə baxmayaraq, yarandığı ilk gündən uzun tarixi zaman ərzində böyük inkişaf yolu keçib. Kamera musiqisi öz əsas keyfiyyətini 21-ci əsrə qədər qoruyub saxlamağa müfəvvəq olmuşdur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, kamera musiqi sahəsi solo alətlərin müəyyən fərqləndirmə bacarığına malikdir. Eləcə də lirik və dərin psixoloji obrazları daha da mənalı şəkildə göstərmək imkanı var. Bu haqda çox söz demək olar. Ən əsası isə təhlil etdiyim kamera əsərlərin müəllifi haqqında fikir söyləmək istərdim.

Azər Dadaşov Azərbaycanın incəsənət xadimi, müasir Azərbaycan musiqisinin ən istedadlı nümayəndələrindən biridir. O, Azərbaycan musiqisinə 60-cı illərin sonlarında daxil olub, bu gün milli musiqi mədəniyyətimizin tanınmış, fəal və ən əsas özünəməxsus üslubu olan sənətkarlarındandır. Azər Dadaşov daima yaradıcılığında yeni yollar axtarır, yeniliyə, qeyri-adiliyə can atır və uzun illərdir ki, bəstəkarın yaradıcılığı musiqi ictimaiyyətinin diqqət mərkəzindədir. Bəstəkar musiqisinin dərinliyi, mənalılığı insanı bu musiqiyə biganə qalmağa qoymur.

- Sizcə, gənclər arasında elmə münasibət hansı səviyyədədir?

- Gənc dedikdə, elə mən özüm də gəncəm. Yəni, özümüo sıraya qoyuram. Sizə deyim ki, əgər əsl professional olmaq istəyirsənsə, təbii ki, başladığın yola iri addımlarla irəliləməlisən. Bunun üçünçoxlu mütaliə etmək, informasiya qəbul etmək - bir sözlə, maariflənmək lazımdır. Düşünürəm ki, bir sıra gənclər əsl mənada elmə maraq göstərirlər. Elmli olmaq, bilikli olmaq hamı üçün mütləqdir. Bilik hər şeydir! Bacardığımız qədər öyrənməliyik, savadlı olmalıyıq! Gələcəyimizi bünövrəli qurmalıyıq! Nəsə xatirinə, kiməsə görə yox! Özümüzü təsdiq etmək üçün, cəmiyyətdə özümüzü tapmaq üçün!

- Gənc musiqişünasların perspektivlərini necə görürsünüz?

- Mən Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında müəllim vəzifəsində çalışıram. Hər il siz bilirsiz ki, bizim bu gözəl musiqi ocağımıza nə qədər musiqişünaslıq ixtisası üzrə abituriyentlər daxil olur. Ali məktəb tələbə üçün daha çox geniş imkanlar yaradır. Bizim gənc musiqişünaslarımız konfranslarda maraqlı çıxışlar edirlər, intellektual yarışmalara qatılırlar.

Musiqişünaslarımız musiqi mədəniyyətində baş verən hər bir hadisəni izləməlidirlər ki, maraqlı, oxunaqlı məqalələr yazsınlar. Düşünürəm ki, gənc, istedadlı musiqişünaslarımız varonlar daim öz üzərlərində çalışırlar.

- Azərbaycan musiqişünaslıq elmində diqqət etdiyiniz nüanslar hansılardır?

- Azərbaycan musiqi sənətinin hərtərəfli araşdırılması musiqi elmimizin əsas vəzifələrindəndir və demək olar ki, bu istiqamətdə aparılan ciddi və ardıcıl öz bəhrəsini göstərir. Azərbaycan musiqişünaslarının diqqət mərkəzində musiqinin müxtəlif mövzu və məsələləri durur. Onların sırasında sözsüz ki, bəstəkar yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçı hər bir bəstəkarın əsər, janr, yaxud da musiqisinə müaciət etdikdə, yalnız bu yaradıcılıqdan irəli gələn məsələləri əks etdirmir. O, müəyyən sənətkarın üslub axtarışları və özünəməxsusluğunu üzə çıxardaraq, eyni zamanda həmin yaradıcılığın ümumi musiqi prosesi ilə bağlılığını göstərir və bununla da Azərbaycan musiqi panoramasını canlandırmış olur. Məhz onda Azərbaycan musiqişünasların elmi səyləri daha mənalı olurbu da ümumilikdə Azərbaycan musiqi sənətinin xeyrinə xidmət edir.

- Gənc musiqişünas olaraq, Azərbaycan musiqisini gələcəkdə necə görürsünüz?

- Azərbaycan musiqisi zəngin bir mədəniyyətdir və bu musiqi daim inkişaf etməkdədir. Bizim Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazis. kimi nəhəng bəstəkarlarımız olub. Bu musiqinin inkişaf etməmək imkanı belə yoxdur. Ölkəmizdə və onun hüdudlarından kənarda bir sıra müsabiqələr və festivallar keçirilir. Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə böyük qayğı ilə yanaşır. Azərbaycan musiqisinin dünya miqyasında tanınması üçün M.Əliyeva əlindən gələn hər bir şəraiti yaradır, yeni-yeni istedadlarımız meydana çıxır. Düşünürəm ki, Azərbaycan musiqisi əsl mənada xəzinədir və bu xəzinəni yaxşı mənada qoruyub saxlamaqinkişaf etdirmək lazımdır.

- Sənət yolunuzda etmək istədikləriniz...

- Sənət yolunda etmək istədiyim işlər çoxdur... İlk növbədə araşdırdığım elmi işi müdafiə etməliyəm.

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-6 yanvar.-S.13.