Müəllimlər üçün kurs

 

Təhsil Problemləri İnstitutunda təşkil edilən cari ilin ilk kursuna Bakı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabaddan gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb

Layihə çərçivəsində yazımız Təhsil Problemləri İnstitutunun həyata keçirdiyi layihələrlə bağlıdır. Elm və təhsilimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən həmin layihələr kadrların daha da təkmilləşməsi, yeniliklərdən xəbərdar olması, müasir texnoloji yeniliklərlə tanış olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhsil Problemləri İnstitutunda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlarainformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmunu əsas götürülərək kurslar həyata keçirilir. Bundan irəli gələrək 29-30 dekabr 2014-cü il tarixlərindən 2015-ci ilin yanvar ayının 30-na qədər növbəti kurslar keçirilir. 2015-ci ilin ilk həftəsində Azərbaycan müəllimləri növbəti məsafədən təhsil (distant) kursuna qatılıblar. İnstitutun direktoru Qulu Novruzov Azərbaycanda təhsilverənlərin təhsilalanların maraqlarına uyğun olaraq tədrisin daha maraqlı olması üçün elektron dərs resurslarının hazırlanması prosesində və internetdə milli resursların sayının artması zərurətindən irəli gələn işlərin reallaşdırılmasında institut nəzdində keçirilən "Elektron məktəb üçün elektron müəllim" kursuna müəllimlərin marağının dayanmadan artmasını dəstəkləyir. Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən verilən məlumata görə, institutda "Elektron məktəb üçün elektron müəllim" kursu Əməkdar müəllim, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir. Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilib, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edəcək. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif veb texnologiyalarından istifadəetmə kimi təlim formatından istifadə olunur. Təhsil Problemləri İnstitutu nəzdində təşkil olunmuş kursun keçirilməsi zamanı aşağıdakı mövzulara toxunulub: "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. daxildir. Məlumat üçün bildirilir ki, sözügedən kurslarda sonda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Kursda Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. İlin ilk kursuna Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb. Kursda Samux rayonu Nizami Gəncəvi adına tam orta məktəbdən Zöhrə Verdiyeva, Göyçay rayonu Ziya Bünyadov adına tam orta məktəbdən Təranə Mirzəyeva, İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbindən Aybəniz Nəzərova, Şərafət Bayramova, İsmayıllı rayonu 3 nömrəli məktəb liseydən Vasif Cabbarov, İsmayıllı rayonu A.Aslanov adına 2 saylı tam orta məktəbdən Rəna Rəhimova, Sənubər Səmədova, Şamaxı rayonu Avropa liseyindən Xatirə Rəhimzadə, Şəmkir rayonu N.Abbasov adına Aşağı Seyfəli kənd orta məktəbindən Xəyal Nəsibov, İsmayıllı rayonu E.Məmmədov adına 3 saylı məktəb liseydən Vəfa Hüseynova, İsmayıllı rayonu E.Bayramov adına Talıstan kənd tam orta məktəbindən Gülər Məhərrəmova, Zaqatala rayonu İ.Məmmədov adına Qımız kənd tam orta məktəbindən Billurə Həsənova, Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən Kəmalə İsmayılzadə, Lənkəran şəhəri A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən Arzu Məlikova, Zaqatala rayonu Qımır kənd tam orta məktəbindən Leyla Məcidova, Sabirabad rayonu M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdən Sevinc Məhərrəmova iştirak edirlər. “Elektron məktəb üçün elektron müəllim” təlim kursunu uğurla başa vuran müdavimlərə 2015-ci ilin yanvar ayının sonunda sertifikatlar təqdim olunacaq.

 

Təhsil sahəsində İKT-nin sürətli tətbiqi geniş maarifləndirmə işi aparmağı zəruri edir

 

Onu da qeyd edək ki, Təhsil Problemləri İnstitutunda Orta AsiyaGüney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim üçün seminar təşkil edib. “Onlayn etika - netiket” proqramı çərçivəsində təşkil edilmiş seminardaVirtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda müzakirələr aparılıb. CASCFEN sədri Azər Həsrət əsas mövzu ətrafında çıxış edərək iştirakçılara virtual müstəvidə davranışın “10 qızıl qaydası” haqqında danışıb. Çıxışçı qeyd edib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb. “Artıq ölkəmizdə yeni texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə bu texnologiyalardan istifadə edir. İstər ölkə Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol istifadə edir. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar belə azad mühitdən sui-istifadə edir, başqalarının könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol verirlər. Elə buna görə də biz, “Onlayn etika - netiket” proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri arasında tətbiqində maraqlıyıq” - deyə Azər Həsrət bildirib. CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir: “Bəzən görürük ki, müəllimlər, şagirdlər arasında elə insanlar olur ki, onlar özləri də bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə insanların əhvalına mənfi təsir edən hallara yol verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu hallar baş verməz”. Əsas mövzu dinlənildikdən sonra seminar sual-cavab və iştirakçıların çıxışlarıyla davam edib. Tədbir iştirakçılarına CASCFEN-in Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə çap etdirdiyiVirtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb. Tədbir iştirakçıları belə seminarların məktəblərdə təşkilində maraqlı olduqlarını bildirib, CASCFEN sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük həvəslə buna hazır olduğunu deyib. Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.

 

Anar Miriyev

Palitra.-2015.-8 yanvar.-S.11.