Tarix Muzeyinə yeni arxeoloji tapıntılar daxil olub

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fonduna bu yaxınlarda 73 ədəd yeni arxeoloji tapıntı daxil olub. AMEA-nın mətbuat xidmətindən verilən xəbərə görə, tapıntılar 2013-2014-cü illərdə AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyası tərəfindən Ağdam rayonunun Xındırıstan və Ayaq Qərvənd kəndləri yaxınlığındakı İsmayılbəytəpə və Fərmantəpə abidələrində aparılmış arxeoloji qazıntılar zamanı aşkar olunub. Daxil olmuş arxeoloji materiallar e.ə. V-IV minilliklərə aid edilir. Tapıntılar əsasən saxsı təsərrüfat küpləri, badya, gil sapand daşları kərpiclərdən ibarətdir. Arxeoloji tapıntılar muzeyə Arxeologiya Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit arxeoloji ekspedisiyasının üzvü Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə tərəfindən təqdim olunub. Qeyd edək ki, Arxeologiya fonduna daxil olmuş materiallardan ekspozisiyanın zənginləşdirilməsi ilə yanaşı, elmi-tədqiqatlarda mənbə kimi istifadə olunucaq. Xüsusilə, bu materiallar təmsil etdikləri bölgənin maddi mədəniyyət tarixinin öyrənilməsində, ərazidə yaşamış əhalinin məşğuliyyəti, həyat tərzi mədəni əlaqələri ilə bağlı məsələlərin araşdırılmasında mühüm rol oynayır.

 

Nigar

Palitra.-2015.-8 yanvar.-S.6.