“Təhsil islahatları sürətlə dəyişən
dünyanın innovativ
çağırışlarına cavab
verməlidir”
Dosent İlham Əhmədov: “Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə modernləşmənin əsas məqsədi kütləvi təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır”
Layihə çərçivəsində təqdim etdiyimiz yazıda təhsildə innovasiya fəaliyyəti ilə bağlıdır. Müasir yeniliklərin tətbiqi olmadan təhsilin inkişaf etdirilməsi mümkün deyil. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kompyuter Mərkəzi”nin direktoru dosent İlham Əhmədov qeyd edir ki, innovasiya - yeniliyin məzmunu və reallaşmasıdır.
Bu termindən iqtisadiyyatda, sonralar isə
müxtəlif elmlərdə geniş
istifadə etməyə başlamışlar.
Innovasiyaların, yeniliklərin yaradılması müxtəlif
elm sahələrində spesifik
cəhətlərlə müəyyən edilir.
Amma müxtəlif sahələrdə intellektual yeniliklərin yaradılması,
ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb proseslərin müəyyən
ümumi tərəfləri də mövcuddur. Hətta bu
proseslərin alqotitmi də mövcuddur. TRİZ (teoriya
reşeniye tvorşeskix
zadaç), ARİZ (alqoritm
reşeniye izobretatelnıx zadaç)
kimi nəzəriyyə və metodikalar bu gün dünyada çox geniş
yayılmışdır. Yaponiya, Cənubi
Koreya v.s. innovasion inkişaf yolu tutan ölkələr
xeyli müddətdir ki,
bu fənnləri orta
məktəblərdə tədris edirlər. Universitetlərə
qəbul zamanı abituriyenlər bu fənndən
imtahan verirlər: “Fərəhli haldır
ki, bu nəzəriyyələr
vaxtı ilə Bakıda yaradılıb. TRIZ-ə aid ilk məqalələr
və kitablar da məhz
Bakıda dərc edilib. Belə ki, onların müəllifi tanınmış
mühəndis - ixtiraşı Genrix S. Altşuller uzun illər ərzində
(SSRİ dağılana qədər) Bakıda yaşayıb. Bu səbəbdən də mühəndis-texniki
sahədə çalışanlar üçün
TRİZ üzrə ilk təlim kursları
vaxtı ilə Bakıda təşkil edilmişdir.
Kreativ təfəkkürün
formalaşmasında TRİZ əvəzedilməz
texnologiyadır. Təəssüf ki, bir çox
inkişaf etmiş
ölkələrin məktəb və universitet
proqramlarına daxil edilmiş
TRİZ nəzəriyyəsi barədə bizim
elm, təhsil və texnologiya
mütəxəssisləri məlumatsızdır”.
İ.Əhmədov qeyde dirk
i, innovasiyaların yaradılması
özlüyündə hələ iqtisadi
inkişaf deyil. Yaradılmış innovasiyalar
iqtisadiyyatda tətbiq edilməlidir ki, real iqtisadi
səmərə, inkişaf olsun. Elmi fəaliyyətin
məqsədi pul sərf etməklə yeni informasiya əldə
etməkdirsə, innovasiya fəaliyyətinin
məqsədi yeni informasiya
vasitəsi ilə pul qazanmaqdır: “SSRİ dönəmində sovet
alimləri müəyyən innovasiyalar
yaradırdılar, lakin onların çox az qismi
iqtisadiyyatda tətbiq edilirdi
(əsasən hərbi-sənaye komplekslərində).
İnnovasiyaların böyük qismi rəflərdə “yatırdı”, az hissəsi isə hansısa-yollarla
xarıcı şirkətlərin əlinə düşürdü
(müəllif hüquqları məsələləri həll
edilmədən). Bu səmərəsiz fəaliyyət
innovasiyaların idarəedilməməsi ilə əlaqədar
idi. Deməli yeniliyin
yaradılması hələ kifayət deyil,
onu operativ tətbiq
etməyi, faydalanmağı bacarmaq
lazımdır. Hələ 2500 il
əvvəl dahi Çin
filosofu Konfutsiy demişdir ki, elm və təhsildən faydalanmağı bacaran xalq firavan
yaşayar. İnnovasiyaların idarə
edilməsini menecment elmi
öyrənir. İnnovasiyaların menecmenti
(innovasiyaların idarə edilməsi) kimi adlanan bu sahə
hal-hazırda sürətlə inkişaf edir”. Dosent bildirir ki, bu
gün insan fəaliyyətinin
bütün sahələrində innovasiyalardan geniş
istifadə edilir. Əslində bəşər
tarixində innovasiyalar həmişə olub, bəşəriyyətin inkişafı məhz
innovasiyalar hesabına mümkün
olub. Son 20 ildə isə
innovasiyalar haqqında daha
çox söhbətlər gedir. Bu İKT-nin sürətli
inkişafı və onun müxtəlif
sahələrdə tətbiqləri hesabına
çoxsaylı innovasiyaların yaradılması, onların qlobal bazara
çıxış imkanlarının artması, tətbiqlərinin
operativliyi, rəqabətədavamlığın
və iqtisadi səmərənin yüksəlməsi
ilə əlaqədardır: “İnnovasiya”
və “yenilik” anlayışları
sino¬nimlərdir, çox hallarda
eyni mənada istifadə olunurlar.
İnnovasiya (yenilik) -
yeninin yaradılması və tətbiqi prosesidir, yəni elm, texnika, iqtisadiyyat və
idarəetməni birləşdirən mürəkkəb intellektual prosesdir. O, istehsal və istehlak
müna¬sibətləri kompleksini əhatə
edir. Geniş mənada
innovasiya dedikdə, yeni-liklərin (yeni texnologiya, məhsul,
xidmət, istehsal, maliyyə, kommersiya) inzibati, təşkilati-texniki
və sosial-iqtisadi qərarlar şəklində
mənfəətli istifadəsi başa düşülür. Bu səbəbdən
də həm «innovasiya», həm də «yenilik» terminləri eyni mənada
işlənilir. İnnovasiyanı yaradan və
tətbiq edən insanlara innovator
deyirlər. Yəni innovator olmadan innovasiya və innovativ inkişaf mümkün deyil. İnnovatorun yaradıcı, qeyri
standart təfəkkürə, yüksək
erudisiya və savada,
sahibkarlıq qabiliyyətinə malik
olmalıdır. Bu xüsusiyyətlər
isə keyfiyyətli təhsil hesabına mümkündür.
Deməli innovatorların, dolayısı ilə innovasion inkişafda təhsilin
rolunu mühümdür.
İnnoyasıya prosesləri ilə innovatika
elmi məşğul olur.
İnnovatika - innovasiya
fəaliyyətinin elmi bünövrəsi,
nəzəri əsasıdır. İnnovatika-
innovasiyanın proqnozlaşdırılması və
yaradılmasının elmi metodologiya və üsullarının hazırlanması, inkişafı ilə məşğul
olan elmi istiqamətidir.
İnnovatika dedikdə həmçinin innovasiya fəaliyyətinin, innovasiyaların tətbiqinin
planlaşdırılması və təşkili
üsulları da başa
düşülür. İnnovatikanın müasir inkişafının təhlili, bu inkişafın proqnozu bir çox fundamental elmlərin problemlərini ifadə
etməyə imkan verir.
Bu problemlərin həlli innovatikanın tədqiqat
obyekti kimi nəzəri
bazasının və metodoloji əsaslarının
inkişafına təkan vermişdir. Beləliklə,
innovatika elmi istiqamət
kimi yeni biliklərin,
texnologiyaların, metodologiya və
metodların daxili nizamlanmış tam sistemidir. Bu sistem innovasiya proseslərinin
vahid, qarşılıqlı əlaqəli
və tam sisteminin məntiqi
birləşdirilmiş konseptual sxemini əhatə edir”. İlham Əhmədov bildiri
ki, insan fəaliyyətinin
bütün sahələrində olduğu kimi təhsildə
də innovasiyaların mühüm rolu var. Əslində təhsil
tarixindəki bütün islahatlar
ictimai inkişafdan
doğan innovasiyaların təhsildə sistemli tətbiqinə xidmət edib. Təəssüf ki,
təhsil tarixində elə islahatlar da olub ki,
onun müəllifləri və
icraçıları innovasiya haqqında
təsəvvürlərə malik
olmayıblar. Təhsildə innovasiya
dedikdə, müxtəlif yeniliklərin təlim-tərbiyənin
məqsəd, məzmun, metod və
formalarına tətbiqi, təhsilin iqtisadiyyati,
təşkili və idarəedilməsində pedaqoq
və təhsilalanın müştərək fəaliyyətlərinin
yeni biliklər əsasında təşkili
nəzərdə tutulur. Təhsildə innovasiyalr ölkə
və ya regional səviyyədə,
təhsil islahatları və ya müəyyən
məqsədli inkişaf proqramları
çərçivəsində, mərkəzləşdirilmiş
formada və ya təhsil
müəssisəsinin (TM) təşəbbüsü ilə lokal formada həyata
keçirilə bilər. Bu zaman pilot layihə çərçivəsində
eksperinmental fəalyyət təşkil
edilə bilər. Təbii ki, bütün bu proseslər
hüquqi-normativ baza əsasında
reallaşmalıdır: “Müasir təhsildə
gedən qlobal proseslərin səciyyəvi
xüsusiyyəti onun fasiləsiz modernləşməsidir.
Təhsildə modernləşmənin əsas məqsədi
kütləvi təhsil şəraitində yüksək
keyfiyyətə nail olmaqdır. İnkişaf etmiş
ölkələrin təhsil sistemləri qlobal
tendensiyalara uyğun inkişaf edir. Qlobal tendensiyalar isə
dünyanın yeni inkişaf
səviyyəsi ilə müəyyən edilir.
Bu məqsədlə bir
çox ölkələrdə müvafiq təhsil strategiyaları və inkişaf proqramları hazırlanmış,
hal-hazırda icra edilməkdədirlər.
Bu gün təhsilə
strateji yanaşma daha vacibdir, nəinki hər
hansı digər fəaliyyət sahələrinə. Bu strategiyalar və onlara əsaslanan təhsil islahatları məhz
sürətlə dəyişən dünyanın innovativ çağırışlarına cavab verməlidir. Prezidentin
imzaladığı sərəncamla təhsilin inkişafı
üzrə Dövlət Strategiyası qəbul olunub. Ümid edirik ki, bu
strategiyanın icrası innovativ ideyalar əsasında milli
təhsilin inkişafına dəstək verəcək”.
Anar Miriyev
Palitra.-2015.-10 yanvra.-S.11.