Hollandlar bizim musiqimizə heyran olurlar

 

Firəngiz Bağırova:“Hollandiyadakı diasporumuzu sıx birləşdirmək üçün tez-tez diasporlararası görüşlər təşkil etmək lazımdır

 

Azərbaycanın xaricdə tanınmasında milli musiqimizin böyük rolu var. Bu baxımdan xarici ölkələrdə yaşayan musiqiçilərimiz fəallıq göstərirlər. Müsahibimiz Firəngiz Bağırova müğənni olaraq Hollandiyada bu missiyanı yerinə yetirir. O, eyni zamandaOdlar YurduAzərbaycan-Niderland təşkilatının sədridir. Qeyd edək ki, Firəngiz xanım Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1989-cu ildən professional səhnədə muğənni kimi fəaliyyətə başlayıb. Sonralar həvəskar bəstəkər kimi mahnılar yazıb ifa edib. 1996-cı ildən Hollandiyada yaşayır musiqi fəaliyyətini davam etdirir.

- Hollandların bizim milli musiqiyə münasibəti necədir?

- Hollandların bizim musiqiyə münasibəti çox müsbətdir. Mən, əsasən, klassik mahnılar ifa edirəm. Dahi bəstəkarımız, klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun, Vasif Adıgözəlovun, Fikrət Əmirovun başqa görkəmli bəstəkarlarımızın əsərlərini xalq mahnılarını ifa edərkən, hollandlar sözlərini anlamasalar da, musiqimizi çox gözəl duyur, heyran olurlar. Bəzən mənə deyən olur ki, bizim musiqi insanı nağıllar aləminə aparır...

- Hollandlar əsasən hansı növ musiqiyə üstünlük verirlər. Onların musiqisi ilə bizim musiqinin oxşar fərqli cəhətləri hansılardır?

-Hollandlar hər bir millətdə olduğu kimi bir çox musiqi janrlarına maraq göstərirlər, amma onların arasında müəyyən insanlar var ki, klassik kilsə janrlarına üstünluk verirlər, sevirlər, daha çox qulaq asırlar. Musiqi elə bir şeydir ki, orda sərhəd yoxdur, din yoxdur. Musiqi hər bir kəs üçündür. Əlbəttə ki, bizim istər xalq, istər estrada, istərsə klassik musiqilərimizdə millilik var. Bu, əlbəttə ki, holland musiqisində yoxdur. Elə marağı da oyadan bizim milli musiqimizin ozünəməxsus olan müəyyən səslər xallarıdır. Misiqidə oxşarlıq odur ki, insanın qəlbini oxşasın. Bu, bizim musiqimizdə var, həmçinin hollandların musiqisində mövcuddur.

- Siz hazırda bəstəkar kimi hansı əsərlər üzərində işləyirsiz?

-Mən, inşallah, Vətən ugrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr etdiyim bir mahnı uzərində işləyirəm. Şəhidləradlı bu mahnını yeni bitirmişəm. Mahnı hal-hazırda aranjimandadır.

- Azərbaycan musiqisinin Hollandiyada tanınması istiqamətində hansı işlər görürsünüz?

-Azərbaycan musiqisini mədəniyyətini tanıtmaq üçün çoxsaylı konsertlər, tədbirlər təşkil edilir. Yerli festivallara dəvət alıram, məhz Azərbaycan musiqisini ifa etməmi istəyirlər.

- Siz həm diaspor təşkilatı sədrisiniz. Diaspor olaraq hansı fəaliyyət göstərirsiz?

-Azərbaycan güclü bir ölkədir. Diasporumuz da son 10 ildə çox işlər görülür, tədbirlər keçirilir. Mənim təşkilatıma gələndə, 2007-ci ildən fəaliyyət göstərir. Müxtəlif layihələr tədbirlər keçirmişəm. Belə ki, “Sarı gəlinlayihəmdən danışmaq istərdim. O layihə üzərində düz 8 ay işləmişik, yerli holland xoru iləSarı gəlinxalq mahnımızı Azərbaycan dilində Hollandiyanın müxtəlif şəhərlərində ifa etmişik. Başda hollandlara Azərbaycan dilini sözlərin mənasını öyrətmək kimi bir məqsəd durmuşdu, onu keçəndən sonra milli musiqimizin xüsusi səslərini xallarını holland musiqiçilərə çatdırmaq idi. Layihə çox uğurlu keçdi. Ötən il may ayında bu mahnını İsveçrədə Vallda şəhərinin yerli xoruyla da ifa etdik.

Bir başqa layihəmdən danışmaq istərdim. 2013-cü ildə holland məktəbliləriylə Xocalı faciəsinin ildönümünü qeyd etdik. Məktəbin belə bir proqramı var idi: “Müharibə Sülh”. Mən məktəbə müraciət etdim, planlarımdan danışdım uzun müzakirədən sonra bu layihəni məktəbin proqramına saldılar. Təxminən 6 ay məktəblilərlə işləyəndən sonra, Assen şəhərində ICO teatr binasında Xocalıda şəhid olan insanların xatirəsini anmaq məqsədi ilə bir səhnəcik göstərildi. Xocalı haqda məlumat verildi, şəhidlərin sayı, kimlər olduqları bildirildi. Qısa bir film nümayiş olundu. Sonda holland məktəbliləri Müslüm MaqomayevinAzərbaycanmahnısını Azərbaycan holland dillərində ifa etdilər. Bu layihə çox gözəl keçdi. İşlər çox olub İnşallah, davam da edəcək.

- Digər diaspor təşkilatları ilə əlaqələriniz hansı formadadır?

-Hollandiyada başqa diaspor təşkilatları ilə münasibətim çox gözəldir, dostluq formasındadır. Hər bir dəvət olunduğum tədbir, mitinqlər, konfranslar, forumlars. yerlərə məmnuniyyətlə gedirəm. İştirakım lazım olsa, bir musiqiçi kimi köməyimi də əsirgəmirəm. Bəzən birlikdə də tədbirlər keçiririk.

- Sizcə, Hollandiyadakı diasporumuzu sıx birləşdirmək üçün hansı addımlar atmaq olar?

-Məncə, Hollandiyadakı diasporumuzu sıx birləşdirmək üçün tez-tez diasporlararası görüşlər təşkil etmək lazımdır. Planlı işlər görülməlidir. Bir tədbiri, bir vilayətdə bir gündə bir neçə təşkilat orqanizə etməsin. Hər təşkilat öz addımlarında sərbəst olsun, amma bir-birimizdən xəbərdar olaq. Ötən ilin iyununda Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları ilə Hollandiyada fəaliyət göstərən diaspor nümayəndələrinin görüşü keçirildi. Görüşdə yeni yol xəritəsi haqqında söhbətlər edildi, təkliflər verildi.

- Bəstəkar və diaspor təşkilatı sədri olaraq gələcək planlarınız haqqında nələri əlavə edə bilərsiz?

-Bildiyiniz kimi, bu il Azərbaycanda ilk dəfə olaraq Avropa Oyunları keçiriləcək. Bizim diaspor olaraq işimiz odur ki, buradan, uzaqlardan Vətənimizi gözəl, layiqli bir şəkildə təbliğ və təqdim edək. Artıq ötən ildən işlərə başlamışıq. Yerli bələdiyyələrlə danışıqlar gedir. Ondan başqa, rəhbərlik etdiyim Odlar Yurdu təşkilatı ilə 15 iyun Qurtuluş Gününü qeyd etdik. Bu tədbir Assen şəhərində ICO teatrında qeyd olundu. Məqsəd, yerli camaatı Azərbaycanla daha da yaxından tanış etmək, musiqimizi, mədəniyətimizi təbliğ və təqdim etmək idi.

Sentyabrın 7-də isə Assen şəhərində yerli bələdiyyə tərəfindən keçirilən festivalda Azərbaycanı mən təmsil etdim. Festivalda öncə Azərbaycan, eləcə də Qarabağ münaqişəsi haqqında məlumat verdim. Sonra görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdim. Bu çıxışım hollandlar tərəfindən diqqət və maraqla qarşılandı. Qeyd edim ki, bu festivalda ermənilər də iştirak edəcəkdilər. Amma mənim Azərbaycanı təmsil etdiyimi eşitdikdən sonra festivalda iştirakdan imtina etdilər.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-10 yanvar.-S.7.