Çexiyanın Karlov UniversitetindəAzərbaycan multikulturalizmifənni tədris olunacaq””

 

Roza Şəfiyeva:“Artıq 3 ildir ki, tələbələrimiz Çexiya Respublikasının universitetlərində təhsil alırlar. Bundan əlavə tələbələrimizə çex dili üzrə kurslar da keçilir

 

Müsahibimiz Bakı Slavyan Universitetinin Çex Dili Mədəniyyəti Mərkəzinin müdiri, BSU-nun Slavyan filologiyası kafedrasının baş müəllimi Şəfiyeva Roza Şakir qızıdır:

 

- Roza xanım, Çex Dili Mədəniyyət Mərkəzinin fəaliyyəti son dövrlərdə hansı işlərə imza atıb?

- Bizim mərkəzimiz 2010-cu il oktyabrın 13-də yaranıb. Çex Dili Mədəniyyəti Mərkəzi universitetimizdə yaranan sonuncu mərkəzdir. Çexiya səfirliyinin dəstəyi professor Kamal Abdullayevin Bakı Slavyan Universitetində rektorluq etdiyi zaman, onun təşəbbüsü ilə bu mərkəz yaradılıb. Açılış zamanı professor Kamal Abdullayev Çexiya Respublikasının Azərbaycandakı səfiri Radek Matula səfirliyin digər nümayəndələri iştirak edirdilər.

Çexiya Respublikasının o zamankı Prezidenti Vatslav Klaus Mərkəzin universitetin qonağı olub. Daha sonra Çexiya Respublikası Parlamentinin nümayəndəsi, senator Martin Tesarjik, Parlamentin vitse-spikeri, Çexiya Respublikasının bir çox universitetlərinin nümayəndələri, görkəmli incəsənət xadimləri, Çexiya Respublikasının mədəniyyət naziri mərkəzimizin fəxri qonaqları sırasındadır.

- Mərkəzdə hansı istiqamətlərdə daha çox işlər görülür?

- Mərkəzimiz fəaliyyətə başladığı ilk gündən Çexiya Respublikasının dövlət universitetləri ilə sıx əlaqələr yaratdı. Bir neçə universitetlərlə əməkdaşlıq haqqında müqavilələr bağladıq. Bu müqavilələr əsasında artıq 3 ildir ki, tələbələrimiz Çexiya Respublikasının universitetlərində təhsil alırlar. Bundan əlavə tələbələrimizə çex dili üzrə kurslar keçilir. Bunlar da müqavilə əsasında baş verir. Bundan başqa bu il professor Kamal Abdullayevin tapşırığı ilə mən, Azərbaycan multikulturalizmi fənnini tədris planına salmaq üçün Çexiya Respublikasına Karlov Universitetinə getdim. Orada danışıqlar aparıldıqdan sonra müsbət cavab da alınıb. İnşallah, gələn tədris ilində Çexiya Respublikasının Karlov UniversitetindəAzərbaycan multikulturalizmifənni tədris olunacaq.

Fəaliyyətimizdə daha çox təhsil sahəsi üzrə işlər görülür. Biz çalışırıq ki, Bakı Slavyan Universiteti Çex Dili Mədəniyyəti Mərkəzində təhsil alan bütün tələbələr Çexiya Respublikasına səfər etsinlər. Çex dili mədəniyyəti haqqında daha mükəmməl biliyə dünyagörüşünə sahib olsunlar. Bundan əlavə, çex dili üzrə bakalavr pilləsini bitirən 3 tələbəmiz, Çexiya Respublikasının müxtəlif universitetlərində magistr pilləsində təhsil alırlar.

- Çex mədəniyyətinin Azərbaycanda tanınması üçün hansı işlər aparılır?

- Çex Dili Mədəniyyəti Mərkəzində təhsil istiqaməti ilə yanaşı, Çexiya Respublikasının mədəniyyətini öyrənmək təbliği istiqamətində işlər aparılır. Həmçinin, Azərbaycan mədəniyyətinin Çexiya Respublikasında təbliği ilə fəaliyyətimizi davam etdiririk. Məsələn, keçirdiyimiz tədbirlərdə Çexiya mədəniyyətinə aid müxtəlif sərgilər təşkil edirik.

- Mərkəzdə təhsil alan tələbələrin inkişafını necə görürsünüz?

- Mərkəzdə çex dili üzrə təhsil alan tələbələrimiz böyük həvəslə tədrisə yanaşırlar. Həm çex dilinə, həm Çexiya Respublikasına mədəniyyətinə tələbələrimiz böyük maraq göstərirlər. Onlar çalışırlar ki, bu dili daha tez səlis öyrənsinlər. Çexiya Respublikasına gedib, müxtəlif təcrübələrdən yararlanıb, karyeralarını yüksək səviyyədə qursunlar.

- Tələbələrin Çex mədəniyyətinə baxışlarını necə qiymətləndirirsiniz?

- Mən deməzdim ki, tələbələr çex mədəniyyətini bir çox dünya xalqlarından ayırırlar. Çünki, Çexiya Respublikası da Avropaya daxildir. Yəni, çex mədəniyyətini ümumi Avropa mədəniyyətindən ayırmırlar.

Şübhəsiz ki, Çex mədəniyyəti Azərbaycan mədəniyyətindən fərqlidir. Lakin, gənclərimizi maraqlandıran, diqqətlərini cəlb edən mədəniyyətdir. Bu sahədə tələbələrimiz böyük fəallıq göstərirlər. Çexiya mədəniyyətini dərindən öyrənirlər. Rəhbər olaraq, bu məni çox sevindirir tələbələrimizin inkişafını da yüksək qiymətləndirirəm.

- Azərbaycan dili çex dili arasında oxşar fərqli cəhətlər araşdırılırmı?

- Fikrimi belə izah edərdim ki, Azərbaycan dili çex dili tam fərqli dil qruplarına aiddir. Bildiyimiz kimi, Azərbaycan dili türk dilləri qurpuna, çex dili isə slavyan dilləri qurpuna daxildir. Ümumiyyətlə, dil strukturu, dil quruluşu tamamilə fərlidir. Öz təcrübəmdən deyə bilərəm ki, rus dili slavyan dili olduğu üçün çex dilini öyrənməyə imkan verir. Amma bəzən isə elə nüanslar olur ki, mövzunu yaxşı mənimsəməsi üçün Azərbaycan dili daha yaxşı kömək edir.

- Siz , Çexiya Respublikasında təhsil alan gənclərimizdən biri olmusunuz. Bu gün Çexiya Respublikasında təhsil alan gənclərin əsas mövqeyi nədən ibarətdir?

- Onların əsas mövqeyi, əlbəttə ki, güclü təhsil almaqdır. Mən Çexiyada yaşayan azərbaycanlılar tanıyıram ki, Azərbaycanın bütün sahələrdə təbliği üçün ictimai həyatda yaxından iştirak edirlər. Məsələn, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Çexiya RespublikasındaAzərbaycan geologiya elmi Çexiyadaadlı sərgi təşkil olundu. Mən bu sərgidə iştirak etdim. Sərgidə Azərbaycan elminə, mədəniyyətinə böyük diqqəti görürdüm. Bu, sözsüz ki, təqdirəlayiqdir.

- 2015-ci il üçün hansı işlər görmək istəyirsiniz?

- İlk növbədə Çexiya Respublikasının müqavilə bağladığımız dövlət universitetlərinin siyahısını artıraq. Daha sonra düşünürük ki, iki dövlətin rəssamlarının sərgilərini qarşılıqlı təşkil edək. Azərbaycan rəssamlarının sərgilərini Çexiya Respublikasında, çex rəssamlarının sərgilərini Azərbaycanda keçirək.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-14 yanvar.-S.13.