Kaspi Təhsil Şirkətinin təhsilin inkişafına töhfələri

 

Şirkətin təhsil mərkəzlərinin yetirmələri olan onlarla tələbə “Prezident təqaüdçüsü ” adını alıb, yüzlərlə tələbə isə 600-dən çox bal toplayıb

Layihə çərçivəsində təhsilin inkişafında önəmli töhfələri olan və abituriyentlərinin ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr göstərməsinə görə fərqlənən Kaspi Təhsil Şirkətinin fəaliyyətinə də diqqət ayırdıq.

Şirkətdən aldığımız məlumata görə, Kaspi Abituriyent Şirkətinin yaranmasında məqsəd ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaq olub: “Hələ mərkəz yaranmamışdan öncə qarşımıza təhsilə fərqli yanaşma üsulunu tətbiq etməyi bir hədəf kimi qoymuşduq. Bu fərqliliyin mahiyyəti isə o dövr üçün (2000-ci illər) xarakterik olan çoxsaylı kursların qənaətbəxş olmayan fəaliyyəti nəticəsində yaranmış inamsızlığı aradan qaldırmaq idi.

Təhsilin səviyyəsi və metodologiyası ilə bağlı problemlərin ortaya çıxması hər bir dövr üçün təbii və xarakterikdir. Bizim cəmiyyət üçün isə ən səciyyəvi nöqsanlardan biri əzbərçi yanaşmadır, səbəb isə aydın olduğu kimi əksər imtahanların (TQDK, İşə qəbul və s) test üsulu ilə keçirilməsidir. Məhz bu səbəbdən də biz - təhsil xidmətləri təklif edən bir şirkət kimi tələbə və şagirdlərimizdə müstəqil təfəkkür tərzini, analitik düçüncə qabiliyyətini formalaşdırmaq, informasiya və bilikləri ümumiləşdirib analizsintez etmək bacarıqlarını yaratmaqinkişaf etdirməyi prioritet hədəf olaraq seçmişik”.

Qeyd edək ki, abituriyent kursları Kaspi Təhsil Şirkətinin vətəndaşlara ən geniş miqyasda göstərdiyi xidmət sahəsidir. Bu kurslarda hər il yüzlərlə tələbə ali məktəblərə hazırlaşaraq tələbə adı qazanır.

Kaspi Abituriyent Kursları Bakı və Sumqayıt şəhərləri daxil olmaqla 4 mərkəzdə - Elmlər filialı, Əhmədli filialı, Nərimanov filialı və Sumqayıt filialı - fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi yeddi il ərzində Kaspi Abituriyent minlərlə abituriyentin “ tələbə ” olmasında birbaşa iştirakçı və yardımçı olub. Şirkətdən aldığımız məlumata görə, o cümlədən, nailiyyət qazanan tələbələr arasında onlarla tələbə “Prezident təqaüdçüsü ” adını alıb, yüzlərlə tələbə isə 600-dən çox bal toplayıb. Abituriyentlərin qəbul nəticələrini faizlə ifadə etsək, uğur göstəricisi 2008 - 2009-cu illərdə 86 %, 2009-2010-cu illərdə 91%, 2010 - 2011-ci illərdə 91 % , 2011-2012-ci illərdə 92 %, 2012-2013-cü illərdə 93% , 2013-2014-cü illərdə isə 97 % olub. Şirkət tərəfindən bu nailiyyətlərin səbəbləri araşdırılıb və bəzi maraqlı məqamlar ortaya çıxıb. Bu məqamları bu cür sadalamaq olar:

Peşəkar müəllim heyəti - Kaspi Təhsil Mərkəzlərində uzun müddət pedaqoji təcrübəsi olan, abituriyent hazırlığı sahəsində uğur qazanmış müəllimlər abituriyentlərə yüksək səviyyədə xidmət göstərərək mövzuların izahı, testlərin həlli ilə bağlı bütün məsələlərdə dərindən köməklik göstərirlər.

Üçtərəfli əməkdaşlıq - Kaspi Təhsil mərkəzlərinə abituriyent hazırlığı prosesi sadəcə dərslərin tədrisindən ibarət deyil. Belə ki, mərkəzlərdə həm şagirdlər, həm də valideynlərlə seminarlar keçirilir. Bu seminarların keçirilməsində məqsəd valideynlərin övladlarının hazırlıq prosesində “ abituriyent övladla necə davranmalı ” mövzusunda maarifləndirilməsi, bu işdə onların mərkəzlə əməkdaşlıq etməsidir. Üçtərəfli əməkdaşlıq nəticəsində abituriyentlərlə mərkəzlərdə başlanan iş evdə valideynlər tərəfindən davam etdirilir.

Sosialelmi fəaliyyətlər - Məlumdur ki, insan uzun müddət eyni rejimdə çalışmaqdan darıxa bilir, nəticədə onun gördüyü öz səmərəliliyini itir. Biz də məhz bunu nəzərə alaraq, abituriyentlərimiz üçün gəzintilər, müxtəlif fənlər üzrə bilik yarışları təşkil edirik. Belə sosialelmi fəaliyyətlərin nəticəsində onların beyni həm istirahət edir, həm də düşüncələrinə aydınlıq gəlmiş olur. Nəticədə abituriyentlər yüksək enerji və həvəslə yenidən tədris prosesinə qoşulurlar.

Sınaqlar - Kaspi Təhsil mərkəzləri sadəcə şagirdləri hazırlayıb, onları laqeyd şəkildə qəbul imtahanlarında yola salmır. Belə ki, bütün tədris ili boyunca ən azı 7-8 dəfə olmaqla, təhsilin keyfiyyətinin ölçülməsi məqsədi ilə bütün mərkəzlərdə Mövzu Sınaq İmtahanları təşkil olunur. Bu sınaqların keçirilməsində məqsəd tələbələrimizin bilik səviyyələrini yoxlamaq, çatışmayan məqamları aşkarlamaq, həm də əldə olunmuş biliklərini təkrarını həyata keçirməkdir. Qeyd edək ki, Mövzu Sınaq İmtahanlarında iştirak etmək Kaspi abituriyentləri üçün məcburi xarakter daşıyır. Bu sınaqlar nəticəsində daim sınaqda iştirak etmiş tələbə üçün bu proses zaman keçdikcə adi hal alır və nəticədə onda imtahan fobiyası yoxa çıxır. Bunu da mütləq qeyd etməliyik ki, Kaspi Təhsil Şirkəti yeganə təhsil müəssisəsidir ki, sınaqlarda istifadə olunmuş bütün sualların cavablarını yazılı olmaqla həm də video şəklində şagirdlərə təqdim edir. Nəticədə şagirdlər evlərində oturaraq, onlara qaranlıq qalan məqamları videolardan öyrənə bilirlər.

Məsləhətləşmələr - Kaspi Abituriyent mərkəzlərində təhsil alan şagirdlərin adətən 85 faizdən çoxunun tələbə olması təsadüfi hal deyil. Çünki, il ərzində iki dəfə tələbə ilə onun seçəcəyi ixtisas barəsində məslətləşmələr aparılır: birinci dəfə ilin əvvəlində şagirdin potensialı, istəyi müzakirə olunur, ona müəyyən göstərişlər verilir; ikinci dəfə isə tədri ilinin ikinci yarısında şagirddəki irəliləyiş nəzərdən keçirilirbuna uyğun seçim edilir. Ümumiyyətlə, şagirdin tələbə adını qazanması üçün təhsil müəssisəsi aşağıdakıları həm vacib hesab edir, həm də fəaliyyətində tətbiq edirik: Valideyndə övladı haqqında, abituriyentdə isə özü haqqında düzgün, şişirdilməmiş təsəvvür yaratmaq lazımdır, bu məqsəd və hədəfin müəyyənləşdirilməsində vacib rol oynayır.

Abituriyentin potensialı ilə göstərdiyi nəticə arasında düz mütənasibliyə nail olmaq,təhsili düzgün differensiyası : dəqiqləşdirilməsi, seçilməsi və təbəqələşdirilməsi kimi məsələlər də diqqətdədir.

Reytin Cədvəli - Qeyd olunanlardan başqa Kaspi Təhsil mərkəzlərində əhəmiyyətinə görə müəyyən əmsallarla təyin olunmuş təhsil prosesinin bütün komponentlərini (gündəlik hazırlıq, həftəlik sınaq, daxili sınaq, nizam-intizam) özündə əks etdirən Reytinq Cədvəli də yaradılıb. Komponentlər üzrə bütün qiymətlərin cəmi, tələbənin yekun xalını bildirir, onun reytinq cədvəlində mövqeyini bildirir. Buna əsasən tələbələr abituriyentlər müvafiq təqaüdlər alır, təhsil haqqından azad olurlar. Təbii ki, əsas hədəf yüksək bal toplayıb ali məktəbə daxil olmaqdır. Sadəcə olaraq bu sistemin üstünlüyü həm də ondan ibarətdir ki, tələbədə təhsil mühitində rəqabət və fərqlənmək istəyi yaradır və belə olduqda tələbə savadlı olmaqla yanaşı, həm də məsuliyyətli bir şəxs olaraq yetişmiş olur.

Aldığımız məlumatda qeyd edilir ki, Kaspi Abituriyentin yaxın gələcəkdə istifadəyə verməyə hazırlaşdığı bir sistem də vardı ki, hesab edirik ki, siz oxucular üçün bu maraqlı olar: “Bu sistemin adı Kaspi LMS-dir. Kaspi LMS - Kaspi Təhsil Mərkəzində Öyrənmənin İdarə Olunması sistemidir. Bu sistemin əsas istifadəçisi tələbələrdir. Hər bir tələbə üçün ayrı hesab açılır. Tələbə bu sistemdə :

1 - Tədris prosesini görə bilər

2 - Dərslərini və tapşırıqlarını edə bilər

3 - Dərs cədvəllərinə baxa bilər

4 - Müəllim tərəfindən hazırlanan imtahana daxil ola bilər.

 

İlkin AĞAYEV

Palitra.-2015.-14 yanvar.-S.11.