“Kənd təsərrüfatı ili”ndə yeni layihələr həyata keçirilməlidir”

 

Rauf Sultanov: “Ekoloji problemlərin həllində biznesin fəaliyyəti olduqca vacibdir. Ona görə də əhalinin biznesi ekoloji layihələrə yönəldilməlidir”

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan ölkə başçısı ekologiya ilə bağlı məsələlərin prioritet olaraq qaldığını bildirib. Bu istiqamətdə mövcud vəziyyət və həlli vacib məsələlərlə bağlı müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya kafedrasının professoru, biologiya elmləri doktoru, Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:

 

- Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında ekoloji sahədə müəyyən məsələlərə toxundu. Bunlardan biri də ölkədə yaşıllıqların qorunması və onların salınması, idarə olunması prosesidir. Son illər bu istiqamətdə çox böyük işlər görülüb. Xüsusilə IDEA İctimai birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Bakı və bölgələrdə yaşıllıqlar salınıb. Təsadüfi deyil ki, ölkəmizdə meşə fondu son illərdə 0,5 faiz artıb ki, bu da dünya miqyasında böyük rəqəmlərdən biridir. Ekologiya ancaq ağac əkməklə deyil, əhalinin səhhətini qorumaq, gigiyenik qaydalara əməl edilməsi də mühüm tədbirlərdən biridir. Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir. Yüksək texnologiyalar ölkəmizə gətirilərək istifadə edilir. Bir məsələyə toxunmaq istərdim ki, bu, ekologiyanın mühüm məsələlərindən biridir. Belə ki, vaxtilə bizdə ət kombinatı vardı və burada 3 zavod fəaliyyət göstərirdi və bunlar mal-qaranın ilkin emalı zavodu, kolbasa zavoduendokrin preparatları zavodu idi. Mal-qaranın ilkin emalı zavodunda hər il təxminən 2-3 minə qədər qaramal, 600-700 minə qədər qoyun kəsilirdi. Kəsilmiş mal-qara xüsusi nəzarət altında kəsilirdi. O vaxtkı, məlumatlara görə, kəsilmiş malın 8-10 faizi kəsim zamanı müəyyən xəstəliklərə yoluxublar ki, bunlara bruselyoz, exnakok, vərəm, serrozs. aiddir. Bir çox ölkələrdə böyük ət kombinatları varbunlar yüksək səviyyəli texnologiyalarla işləyirlər. Mal-qaranın ilkin emalı zavodunun tərkibində endokrin preparatları zavodu var idi. Burada insulin, sümüklərdən müəyyən bəzək alətləri hazırlanırdı, heyvanların gözündən müəyyən dərman preparatları hazırlanırdı. Halbuki hazırda həmin dərman preparatlarını daha baha qiymətə alıb istifadə edirik. Mal-qaranın kəsilməsi və onun emalı, ətin tədarükünə qədər olan proseslərdə müəyyən problemlər var. Bunlar ekoloji problemlərdir. Bazarlarda ətin tam nəzarət altında kəsilməsi sahəsində bəzi problemlər var ki, məhz bu baxımdan ölkədə belə böyük ət kombinatının fəaliyyət göstərməsinə ehtiyac var. Yaxud mal-qara kəsilərkən dəri tədarük olunaraq Türkiyəyə göndərilir. Ancaq vaxtilə gön-dərinin özümüz istehsal edirdikböyük fabriklər vardı ki, ayaqqabı istehsal edirdi. Təəssüflər olsun ki, ucuz qiymətə dərini Türkiyəyə satırıq, ondan dəfələrlə baha qiymətə ayaqqabı alırıq. Ölkə başçısı iclasda məhz biznesin inkişaf etdirilməsi ilə bağlı müəyyən prinsipial məsələlərə toxundu. Bu ekoloji problemlərin həllində biznesin fəaliyyəti olduqca vacibdir. Qeyd etdiyim məsələlərin həlli ilə bağlı əhalini bu xəstəliklərə yoluxmanın qarşısını almaq olar. Vaxtilə xəstəlik aşkar olunan cəmdəklər toplanaraq xüsusi emal üçün Moskvaya göndərilirdi. Çünki xəstəlikləri törədən amillərin qarşısını almaq üçün oraya göndərilirdi. Bu gün ölkədə ət, süd istehsalı artıb və bu çox önəmlidir. Ancaq texnologiyaların tətbiq olunması mühüm əhəmiyyət kəsb edir. Ət dövlət müəssisələrinə, sanatoriyalara, uşaq bağçalarına verilir və əhali bilməlidir ki, ətin emalı prosesi necə gedir. Qida ekologiyası ilə əlaqədar olaraq, məsələn, regionlarda mal əti 6 manat, Bakıda 9 manatdır və onu elə təşkil etmək olar ki, 6 manata alıb xüsusi texnologiyalarla zavodlarda emal edib əhaliyə çatdırmaq olar. Yəni gigiyenik cəhətdən onların tənzimlənməsinə riayət edilməlidir. Bu gün dünyada bir nömrəli məsələ insanların sağlamlığı məsələsidir. Afrikada baş verən xəstəliklər, epidemiyalar gigiyenik qaydalara əməl etməmə, ekoloji mühitin sağlamlaşdırılmasına qarşı tədbirlərin aparılmamasının nəticəsidir. Ancaq inkişaf etmiş kapitalist ölkələrində belə problemlər yoxdur. Çünki orada sanitar-gigiyenik qaydalara riayət olunur. Azərbaycan son illər böyük vüsətlə inkişaf edir, ancaq Avropa səviyyəsinə qalxmaq üçün ekoloji şəraiti təmin etməliyik. Ona görə də əhalinin biznesi ekoloji layihələrə yönəldilməlidir. Turizmlə əlaqədar olaraq, Xəzər dənizi əsasında rekreasiya problemlərinin tətbiqi bu gün ölkəmiz üçün ən mühüm ekoloji problemlərdən biridir. Burada insanlar istirahət edir, həm yüksək gəlir əldə olunur, həm də ekoloji mühit sağlamlaşdırılır. Bu istiqamətdə ölkədə çox mühüm qərarlar qəbul olunubonun tətbiqi vacibdir. Biznesin bu istiqamətdə yönəldilməsi, biznesin rentabelli olmasına gətirib çıxarır və ekoloji sağlamlaşdırmaya böyük təsir göstərir. Dünya miqyasında orta hesabla quru ərazinin 30 faizini meşəliklər təşkil edir, Azərbaycanda bu rəqəm 11-12 faizdir. Yəni ölkəmiz dünya miqyasında oksigen istehsal etmə qabiliyyəti ilə bağlı aşağı yerlərdən birini tutduğu üçün bu problem həll olunmalıdır. Yaşıllığın salınması yaşıl kütlənin əmələ gəlməsinə səbəb olurbu əmələ gəldikdə heyvanların yemlənməsi, mikroorqanizmlərin əmələ gəlməsində iştirak, heyvanlar arasında ekoloji tarazlığın təmin edilməsinə imkan verir. Vaxtilə ölkədə yaşıllıqlar salınsa da pərakəndə idi. Ancaq son illər bu istiqamətdə Leyla Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı işlər görülür. Eləcə də ölkədə bu sahədə fəaliyyət göstərən Ekologiya və Təbii Sərvətlər Nazirliyi varbu nazirlik demək olar ki, ölkədə çox önəmli layihələrin həyata keçirilməsində iştirak edir. Ancaq bu da bir faktdır ki, nazirlik 100 dəfə artıq fəaliyyət göstərsə də ekoloji problemləri həll etmək qeyri-mümkündür. Bunun üçün əhali arasında maarifləndirmənin aparılması, ekoloji şüurun yaradılması, ekoloji biliklərin formalaşdırılması ekoloji problemlərin həllində böyük işlər görə bilər.

- Ölkə başçısının toxunduğu məsələlərdən biri də göllərin təmizlənməsi, neftlay suları ilə çirklənmiş göllərin qurudulması ilə bağlı idi. Bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı nə deyərdiniz?

- Ölkədə ekoloji mühitin pozulmasında təsir göstərən amillərdən biri duzlu su mühitidir. Su qalığı Bakı şəhərinin ətrafında çoxdur. Bu istiqamətdə ölkədə dövlət səviyyəsində mühüm layihələr həyata keçirilir. Göllərin qurudulması, yaşıllıqların salınması ilə bağlı böyük işlər görülür. Bu, ölkədə ətraf mühitin sağlamlaşdırılması, müəyyən xəstəliklərin qarşısının alınmasında olduqca vacib addımlardan biridir. Dövlətimiz ölkədə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar olaraq Bakı şəhərinin görkəminin dəyişdirilməsi, həm sanitar, həm gigiyenik və həm də ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində olduqca böyük işlər görülür. Həmin gölməçələrin qurudulması vacib əhəmiyyət kəsb edir. Çünki mikroorqanizmlərin şirin sularda inkişafı nəticəsində 1 milyon dəfə artım prosesi gedir. Bu baxımdan həmin göllərin qurudulması çox əhəmiyyətlidir və dövlət tərəfindən çox yerində həyata keçirilən tədbirdir.

- İclasda həmçinin Bakıda son illərdə çoxsaylı ictimai yerlərin, parkların yaradılması ilə bağlı da məsələyə toxunuldu. Bir mütəxəssis kimi bu sahədə reallaşdırılan layihələri necə qiymətləndirirsiniz?

- Bakı şəhəri çoxmilyonlu əhalisi olan şəhərdir və burada əhalinin istirahəti, sağlamlığı üçün müəyyən tədbirlər görülür. Bu tədbirlərdən biri də parkların genişləndirilməsi, sahəsinin artırılmasıdır. Hazırda təxminən 30-40 km uzunluğunda dənizkənarı parkın yaradılması istiqamətində böyük işlər aparılır. Elə bir park yaradılır ki, bu park öz genişliyinə, uzunluğuna görə dünya miqyasında birinci park olacaq. GinnesinRekordlar” kitabına düşmək ərəfəsindədir. O parklar uşaqların, yaşlı insanların istirahəti üçün müəyyən mühit yaradır. Bu istiqamətdə nəinki, dənizkənarı parklarda, həmçinin şəhərin daxilində böyük parkların yaradılmasına fikir verilir. Məsələn, köhnə “Sovetskiyadlanan yerdə evlərin yerində böyük bir parkın yaradılması mühüm məsələlərdən biridir. Bakının bütün rayonlarında bu istiqamətdə böyük işlər görülür. İdman komplekslərinin salınması, onların ətrafında yaşıllıqların, istirahət yerlərinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Təkcə Bakı deyil, elə bir rayon yoxdur ki, orada bu istiqamətdə tədbirlərin həyata keçirilməsinin şahidi olmayasan. Ekoloji mühitin sağlamlaşdırılmasında su məsələsi də mühüm rol oynayır. Ermənilər tərəfindən 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon əhali qaçqındır. Qaçqın və məcburi köçkün əhalinin ekoloji mühitinin sağlamlaşdırılması istiqamətində milyardlarla vəsait xərclənir. Ermənistanda və Gürcüstanda suyun çirklənməsi ekoloji mühitin pozulmasına gətirib çıxarır. Ona görə də əhalinin təmiz su ilə təmin olunması böyük əhəmiyyət kəsb edir. Son illər bu sahədə də mühüm işlər həyata keçirilir və əhalinin təmiz su ilə təminatı istiqamətində uğurlu layihələr reallaşdırılır.

- 2015-ci il ölkə başçısı tərəfindən “Kənd təsərrüfatı ilielan edildi. Cari ildə bu istiqamətdə hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?

- Müstəqil respublikamızda 20 il ərzində olduqca böyük işlər görülüb və artıq indi bu işlərin davam etdirilməsi üçün böyük layihələrin həyata keçirilməsi vacibdir. Prezidentin 2015-ci ili “Kənd təsərrüfatı ili” adlandırması bu sahənin inkişafına, dövlətin, hökumətin diqqət yetirməsinin amillərindən biridir. Dünya miqyasında ölkəmizi neft ölkəsi kimi tanıyırlar. Gəlirlərin əksəriyyətini neftqazdan gələn gəlirlər təşkil edir. Həmin gəlirlər ölkənin gələcəyinə təminat verə bilmir. Ona görə də gəlirlərin kənd təsərrüfatının inkişafına yönəldilməsi mühüm əhəmiyyət kəsb edir. Bu gün doğrudan da kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən işlər görülür ki, fermer təsərrüfatların yaradılması, yardımların verilməsi, kreditlərin aşağı salınması kimi tədbirlər bu sahənin inkişafına səbəb olacaq. Bir vaxtlar Azərbaycan istehsal etdiyi məhsulları xarici ölkəyə çıxara bilmirdi. Ancaq bu gün dünya miqyasında baş verən iqtisadi böhranlar kənd təsərrüfatı məhsullarına olan tələbatı artırır. Məsələn, Rusiya bazarlarına istədiyimiz qədər kənd təsərrüfatı məhsulu tədarük edib sata bilərik. Taxıla olan tələbatın ödənilməsi ilə bağlı ölkə başçısının taxılçılığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılması və digər məhsullara olan tələbatın ödənilməsi və artıq məhsulun ixrac edilməsi ilə bağlı kənd təsərrüfatı daha da inkişaf etdirilməlidir. Dünya əhalisinin sayı getdikcə artır və ərzaq, xüsusilə də kənd təsərrüfatı məhsullarına olan tələbat artır. Ölkəmizdə də əhalinin tələbatını ödəmək üçün kənd təsərrüfatının inkişaf etdirilməsi mühüm məsələdir. Bu istiqamətdə ölkə başçısının verdiyi tövsiyələr olduqca önəmlidir.

Yəqin ki, əlaqədar təşkilatlar “Kənd təsərrüfatı ili”ndə bu sahənin inkişafı istiqamətində yeni layihələr həyata keçirəcəklər.

 

Nigar Abdullayeva

Palitra.-2015.-14 yanvar.-S.4.