“Dövlət rezervlərimiz xarici borclardan
8 dəfə çoxdur”
Vüqar Bayramov: “Bu, Azərbaycanı
uzunmüddətli böhrandan siğortalayır”
“2014-cü ilin
iqtisadi yekunlarını birmənalı şəkildə
müsbət qiymətləndirmək lazımdır. Öncədən
proqnozlaşdırıldığı kimi Azərbaycan
bütün makroiqtisadi göstəricilər üzrə
artıma nail ola bildi. Qeyri-neft sektorundakı artım tempinin
ümumi daxili məhsuldakı artım tempini 2 dəfədən
artıq üstələməsi də məhz
iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar
hesabına baş verdiyindən xəbər verir. Bu
baxımdan, 2015-ci il eyni zamanda iqtisadi diversifikasiyanın təməl
daşı kimi qiymətləndirilməlidir. 2014-cü il
iqtisadi inkişafın neft sektorundan qeyri-neft sektoruna transferi
reallaşdırılması ili kimi yadda qalacaq”.
Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov
“Palitraya bildirib. Ekspertin fikrincə, ilin iqtisadi yekunlarını qiymətləndirən
zaman diqqət çəkən əsas məqam bu il neftin dünya bazarındakı qiymətinin
azalması idi: “Qonşu ölkələrdə və
dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmiz
2014-cü ili uğurla başa vurdu. Nəzərə alsaq ki,
bu il avqust ayından başlayaraq neftin
dünya bazarındakı qiymətində azalmalar
müşahidə edilib. Azərbaycan neft ölkəsi
olduğu üçün dünya bazarında baş verənlər
Azərbaycan üçün əhəmiyyətli olub.
Bütün bunlara baxmayaraq, neftin dünya bazarındakı
qiymətinin azalmalarının qeydə alınması, eyni
zamanda qonşu ölkələrdə, Rusiyada və hətta,
Avropa Birliyi ölkələrində böhranın olmasına
baxmayaraq, Azərbaycan 2014-cü ili iqtisadi baxımdan uğurla
başa vurdu. Azərbaycan neftinin 2014-cü ilin ilk 11 ayında
dünya bazarında satış qiyməti 103,8
dollar olub. Neftin dünya bazarındakı qiyməti Azərbaycanın
dövlət büdcəsində nəzərdə tutulandan 3,4 faizə qədər artıq olub. İllik yekunda da büdcədəki neftin orta qiymətini
qoruyub saxlamaq mümkün oldu. Bu da 2014
–cü ilin dövlət büdcəsinin gəlirlərinin
formalaşması ilə bağlı hər hansı bir
çətinliyin yaranmasına səbəb olmaması ilə
yanaşı, eyni zamanda büdcədə profsitin əmələ
gəlməsinə səbəb oldu”.
Büdcə
proqnozları özünü doğrultmaqla yanaşı
ümumdaxili məhsulun artım tempi qorunub saxlanılıb və
əhalinin gəlirlərində artım müşahidə
olunub: “Maliyyə Nazirliyinin məlumatına əsasən
2014-cü ilin dövlət büdcəsi son tarifə görə
proqnozlaşdırılan gəlirlərdən 2 faiz artıq
yerinə yetirilib. 2014-cü ilin indiyə qədər
büdcəsi onu göstərir ki, Azərbaycanın gəlirləri
xərclərindən daha çoxdur. Bu
baxımdan əsas maliyyə planında nəinki çətinlik
müşahidə olunur, hətta artım qeydə
alınıb və proqnozlara əməl etmək mümkün
olub. Bu baxımdan neftin qiymətinin
aşağı düşməsi 2014-cü ilin dövlət
büdcəsinə hər hansı bir təsir etmədi.
Eyni zamanda 2014-cü ildə ümumdaxili məhsulun
artım tempini qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda ümumdaxili məhsul 3.0 faiz artdı.
Bu isə o deməkdir ki, qonşu ölkələrin
iqtisadiyyatında azalmalar və durğunluğun müşahidə
edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini
qoruyub saxladı. Qeyri- neft sektorunda
artım yenə yüksək olaraq qalmaqdadır. Sektorda 2014-cü ildə 7 faiz artım müşahidə
olundu. Bu isə bütövlükdə son
illər, məhz 2010-cu ildən sonra qeyri- neft sektorundakı
artım tendensiyasının davam etməsindən xəbər
verir. 2014-cü ilin əhalinin gəlirləri
təxminən 5 faizə yaxın artdı. İnflyasiya səviyyəsinin
1,4 faiz olduğunu nəzərə alsaq, bu
o deməkdir ki əhalinin gəlirləri inflyasiya səviyyəsindən
3 dəfədən artıq yüksəlib. Bu
ondan xəbər verir ki, 2014-cü ildə əhalinin gəlirləri
real gəlirlər oldu və real artımı müşahidə
etdik. 2014-cü il birmənalı
şəkildə Azərbaycan iqtisadiyyatı üçün
uğurlu il oldu.
“Qonşu
ölkələrin iqtisadiyyatında azalmalara baxmayaraq, Azərbaycan
iqtisadiyyatı artım tempini qoruyub saxlayıb”
Rusiyanın təsirindən Ermənistan
iqtisadiyyatının tamamən çökdüyü bir
vaxtda Azərbaycanın milli valyutası sabit qaldı, müstəqil
iqtisadi siyasət yürüdən Azərbaycan Prezidentinin “Sənaye
ili” olaraq adlandırdığı 2014-cü ildə qeyri–neft
sektorunda ciddi artım müşahidə olundu. Sözsüz
ki, Azərbaycan iqtisadiyyatı üçün qonşu
ölkələrdə və qitədə baş verənlər
çox əhəmiyyətlidir. Rusiya
iqtisadiyyatına da sanksiyalar tətbiq olundu. Hazırda bu ölkədə böhran davam etməkdədir.
Eləcə də, Gürcüstanın milli
valyutasında azalmalar qeydə alındı. Ermənistanın milli valyutasının aylıq
azalma tempi bəzi hallarda iki rəqəmli olur. Rusiyadakı böhran Ermənistan
iqtisadiyyatının daha da çökməsinə səbəb
oldu. Qonşu ölkələrdə müşahidə
olunan böhran, eləcə də Avrozonada durğunluğun
olmağına baxmayaraq, Azərbaycan müstəqil şəkildə
strateji olaraq öz iqtisadiyyatını inkişaf etdirərək
iqtisadi tempini qoruyub saxlamağa nail ola
bildi. Təbii ki 2014-cü ilin ölkə Prezidenti tərəfindən
“Sənaye İli” adlandırılması Azərbaycanda iqtisadi
diversifikasiyanın təməl ili kimi qiymətləndirilə
bilər. Belə ki, 2014-cü ildə artıq
diversifikasiya siyasətinin nəticələrini müşahidə
etdik. Ümumdaxili məhsulda qeyri-neft
sektorunun payı 62 faizə qədər yüksəldi. Büdcə gəlirlərinin formalaşmasında
qeyri-neft sektorunun payı 25 faizdən 34 faizə qədər
artdı. Ölkə Prezidentinin
iqtisadiyyatın diversifikasiyası ilə bağlı strateji
siyasəti özünü artıq real iqtisadiyyatda göstərməkdədir.
Bu təbii ki iqtisadiyyatın şaxələnməsi
və qeyri – neft sektorunun inkişafı hesabına növbəti
illərdə Azərbaycan iqtisadiyyatının
dayanıqlı, eləcə də regionda baş verən
böhrandan siğortalanmasına gətirib çıxaracaq”.
Azərbaycanın dövlət rezervləri xarici
borclarından 8 dəfə çoxdur və bu halda Azərbaycan
özünü uzunmüddətli böhrandan siğortalamış
olur.Bu barədə bildirən ekspert deyir ki, Azərbaycanın
xaricdəki rezervləri xarici borcundan 8 dəfədən
artıqdır. Artıq növbəti illərdə neftin qiymətindəki
azalma tendensiyası davam edərsə belə Azərbaycanın
böhranlardan və durğunluqdan siğortalanması və
iqtisadiyyat üçün nəinki qısa müddətli, hətta
uzunmüddətli siğortalanmasından xəbər verir:
“Neftin dünya bazar qiymətini yüksəlməsinə
baxmayaraq Azərbaycan dövlət rezervlərində artım
tempini qoruyub saxlaya bildi. 50 milyard dollar rezerve
malik olan ölkəmiz MDB-də adambaşına düşən
rezervin həcminə görə birinci, ümumi rezervlerin
mütləq ifadədə həcminə görə isə
yalnız Rusiyadan geri qalır. Azərbaycanln dövlət
rezervləri Ermənistanın dövlət rezervlərindən
25 dəfə, Gürcüstanın dövlət rezervlərindən
17 dəfə, Belarusun dövlət rezervlərindən 6 dəfə
çox olmaqla neft ölkəsi olan Qazaxıstanı 40 faiz
üstəliyir. Neftin dünya bazar qiyməti
fonunda 2014-cü ilin iqtisadi yekunları göstərdi ki,
ölkə Prezidentinin siyası iradəsi və düzgün
iqtisadi siyasət nəticəsində ölkəmiz
özuünü uzun müddətli dövrdə böhrandan
sığortalaya bilib. Azərbaycan Mərkəzi
və Şərqi Avropa və MDB-də xarici borcun ÜDM-də
payı bir rəqəmli olan yeganə ölkədir. Xarici borcun ÜDM-də payı Ermənistanda
ÜDM-nin 60 faizinə yaxınlaşır, Gürcüstandan
isə ÜDM-in yarısından çoxdur. Hətta MDB-nin neft ixrac edən ölkələrindən
olan Qazxıstanda bu göstərici 65 faizdən
artıqdır. Praktik olaraq, Azərbaycan
MDB ölkələri arasında böhrandan sığortalamaq
üçün təhlükəsizlik yastığına
maliklik baxımdan ən yaxşı vəziyyətə malik
olan ölkədir”.
“Rusiyanın təsirindən Ermənistan
iqtisadiyyatının tamam çökdüyü bir vaxtda Azərbaycanın
milli valyutası sabit qaldı”
Ölkə
Prezidenti sədrliyi ilə keçirilən müşavirədə
diqqəti çəkən əsas məqamlardan biri də
qeyri-neft sektorunun inkişafının ənənəvi
sektorlar ilə yanaşı qeyri-ənənəvi sahələr
üzrə də davam etdirilməsidir: “Cənab Prezidentin
2015-ci ildə metallrugiya sektorunun inkişaf etdirilməsi və
böyük metallurgiya kompleksinin yaradılmasl ilə
bağlı göstərişi də məhz ölkədə
qeyri-neft sektorunun inkişafında müqayisəli
üstünlüklərə və eləcə də ixrac
qabiliyyətinə malik olan sektorların dəstəklənməsi
məqsədi daşıyır. Metallurgiya
sektoru ölkəmizdə müqayisəli üstünlüyə
malik olan sektorlardandır və bu sahənin nəinki MDB
dövlətlərinə eləcə də yaxın Şərqə
öz məhsullarını ixrac etmək imkanları var. Bu
baxımdan, sözügedən sektora dövlət dəstəyinin
artırılması ölkəmizin qeyri-neft ixracatının
da strukturunun şaxələnməsinə imkan yaradacaq.
Azərbaycan neft ölkəsidir və neft ölkəsi
olduğuna görə bizim dövlət üçün
neftin qiyməti kifayət qədər önəmlidir. Prezidentin də
qeyd etdiyi kimi neftin dünya bazar qiymətinin aşağı
düşməsi bu ilin dövlət gəlirlərinin
formalaşmasında hə hansı çətinlik yaratmayacaq.
Neftin bir barelinin qiymətinin 50 dollara
düşməsi belə 2015-ci ildə dövlət büdcəsinin
gəlirlərinə çox təsir göstərməyəcək.
Baxmayaraq ki, büdcədə neftin bir barelinin qiyməti 90
dolardan hesablanıb, amma dövlət büdcəsinin gəlirlərinin
52,4 % Dövlət Neft Fondunu transferləri hesabına
formalaşacaq, 35%-i isə qeyri-neft sektorundan
yığılacaq. Bu baxımdan demək olar ki, 2015-ci il
dövlət büdcəsinin 88,4%-i təmin
olunmuş gəlirlərdir. Cəmi 11,6%
neftin qiymətinin düşməsinin büdcəyə təsir
göstərəcək”.
Bu ilin
dövlət büdcəsinin xərclərində də
artımlar proqnozlaşdırılıb: “Burada diqqəti
çəkən məqam vətəndaşlar
üçün sosialyönümlü xərclərin dəyişməsi
ilə bağlıdır. 2015-ci ildə
sosialyönümlü xərclər dövlət büdcəsinin
27,6 %-ni təşkil edir. Bu da 5,9 milyard manat vəsaitin sosialyönümlü
xərclərə yönəldilməsi deməkdir. 2014-cü
illə müqayisədə 9,2 %,
2013-cü illə müqayisədə 18,8 % çoxdur. 5,9 milyard manatın 3,5 milyard manatı əməkhaqqı
xərclərinə, 1,9 milyard manatı isə təqaüdlər
və sosial yardımların ödənilməsinə sərf
olunacaq. Bu da ondan xəbər verir ki,
sosialyönümlü xərclərin əsas hissəsi əməyin
və təqaüdlərin ödənilməsinə yönəldiləcək
və vətəndaşların birbaşa dövlət
büdcəsindən faydalanmasına imkan verəcək. Təhsil xərclərində də artım
proqnozlaşdırılır. Belə ki, 2014-cü ildə
1,6 milyard manat idisə, 2015- ci ildə 1,7
milyard nəzərdə tutulub. Yəni 3,5
faiz artım olacaq. Səhiyyə xərclərinə 777,7 milyon manat sərf olunacaq, keçən il
725,6 milyon ayrılmışdı. Bu il artım 7,2 faiz proqnozlaşdırılır. Əlbəttə, nəzər salsaq görərik
ki, əksər xərclər üzrə artımlar var. Bu isə
ondan xəbər verir ki, neftin dünya bazar qiymətinin
aşağı düşməsinə baxmayaraq, bu ildə
dövlət büdcəsi sosial istiqamətlərə
ayrılan vəsaitin həcmini artıra biləcək. Bütövlükdə, neftin qiymətinin aşağı
düşməsinə baxmayaraq 2015-ci ildə Azərbaycan
iqtisadiyyatı çox kəskin şəkildə bu
azalmanı hiss etməyəcək. Bu da təbii
ki, Azərbaycanın büdcəsi təmin olunmuş büdcə
olması və Azərbaycan dövlət rezervlərinin
olması ilə əlaqəlidir. Azərbaycan dövlət
rezervləri 50 milyard dollardır və bizim eknometrik hesablamalar
göstərir ki, dövlət büdcəsinin gəlirlərinin
qeyri-neft sektorunun formalaşmış hissəsini nəzərə
almaqla Azərbaycan növbəti 5 ildə dövlət gəlirlərinin
formalaşmasını qoruyub saxlayamağa və
böhranın qarşısını almaq imkanlarına da
malikik”.
Prezidentin dövlət qurumları qarşısında irəli sürdüyü digər tapşırıq dövlət vəsaitlərinin xərclənməsində səmərəliliyin artırılması və israfın qarşısının alınmasıdır. Dövlət vəsaitlərinin səmərəli xərclənməsinin təmin edilməsi baxımından israfın qarşısının alınması olduqca vacibdir. Bu baxımdan 2015-ci ildə dövlət vəsaitlərinin xərclənməsi üzərində nəzarətin gücləndirilməsi və əhəmiyyətsiz xərclərin azaldılması gözlənilir. Bu isə bu il vəsaitlərin təyinatından yayındırılmasının qarşısının alınması ilə yanaşı dövlət proqramlarının səmərəliliyinin yüksəlməsinə səbəb olacaq: “Müşavirədə real sektora yönəldilən investisiyaların həcminin artırılmasını xüsusilə qeyd edən dövlət başçısı eyni zamanda bank kreditlərinin iqtisadiyyatın inkişafında rolunun artırılmasın da toxunmuşdur. Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanının 11-ci maddəsində Mərkəzi Bankın kredit faizlərinin aşağı salınması ilə bağlı tədbirlər həyata keçirməli və hər 6 aydan bir prezidentə hesabat verməlidir. Bank kreditlərinin faiz dərəcələri ilə bağlı, eyni zamanda bankların real sektoru maliyyələşdirməməsi ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində tapşırıqlar verilib, bu gün də buna zərurət var. Mərkəzi Bankın uçot dərəcələri ilə bankların faiz dərəcələri arasında kəskin fərq var. Belə bir fərqin olmasının iqtisadi baxımdan izahı yoxdur. Mərkəzi Bankın kreditlərin faiz dərəcələrinin yüksək olması ilə bağlı arqumenti ondan ibarətdir ki, əmanətlər üzrə də faiz dərəcəsi yüksəkdir, bankların sərf etdiyi maliyyə bahalıdır, eyni zamanda iqtisadiyyatın mənfəət norması yüksəkdir. Bununla yanaşı, banklar hələ də daha çox istehlak kreditləşməsində maraqlı görsənirlər. Ancaq, 2014-cü ilin ikinci yarısıının nəticəsi bu il bankların real sektorun maliyyələşdirilməsində fəal iştirak edəcəyinə əminlik yaradır”.
Beləliklə, Azərbaycan daha bir ili uğurla başa vurdu: “Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət 2008-ci ildə olduğu kimi indi də ölkə iqtisadiyyatının qlobal və regional böhranların təsirlərindən sığortlaya bilir”.
İlkin
Palitra.-2015.-14 yanvar.-S.6.