Vətəndaş cəmiyyəti elm və təhsilin inkişafına töhfə verir

 

Yəhya Babanlı: “Təhsil,Təlim və Karyera Mərkəzində Tarix və Arxeologiya, Hüquq, İKTmərkəzləri, Məktəbli, Yaradıcılıq, Ekologiya klublarının fəaliyyəti nəzərdə tutulur”

Azərbaycanda təhsilin və elmin inkişaf etdirilməsi dövlət və cəmiyyətin prioritet hesab etdiyi əsas sahələrdəndir. Moderndünya çapında uğurlu, rəqabətədavamlı cəmiyyət formalaşdırmaq, bacarıqlı və yeni dövrün tələblərinə cavab verən mütəxəssislər hazırlamaq və Prezident İlham Əliyevin bildirdiyi kimi, neft kapitalını insan kapitalına çevirmək üçün elm və təhsil sahələrinin inkişaf etdirmək, bu sahələrdə keyfiyyətli kadrlar hazırlamaq olduqca vacib məsələdir. Bundan başqa, elm və təhsil sahələrini bir-biri ilə əlaqələndirmək, universitetlərlə akademiya arasında əlqələri gücləndirmək, eləcə də universitetlərin doktorantura pillələrinə aid tədris proqramlarının keyfiyyətinin yüksək olması da bu sahədə qarşıda duran əsas vəzifələrdən hesab edilir.

 

Həmçinin təhsil və elm sahələrinin inkişaf etdirilməsi ilə bağlı ictimai təşəbbüslər, vətəndaş cəmiyyəti institutlarının həyata keçirdikləri layihələr də son vaxtlarda ölkəmizdə olduqca aktivləşib. Azərbaycanda vətəndaş cəmiyyətinə milli donorluq institutu formalaşdırılandan sonra sırf təhsil, elm kimi sahələrin inkişafına yönəlik çoxlu sayda layihələr dövlət tərəfindən maliyyələşdirilərək, uğurla həyata keçirilir. Təhsilin inkişafı ilə bağlı layihələr həyata keçirmək sahəsindəixtisaslaşmış QHT-lərdən biri də “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyidir.

Öncə qeyd edək ki, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi 2013-cü ildə dövlət qeydiyyatından keçib. Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasında yaşayan gənclərin həmrəyliyinə nail olmaqla, gənclərin maarifləndirilməsinə, təhsillənməsinə dəstək vermək, onlar arasında milli-mənəvi dəyərlərin qorunması, sağlam həyat tərzinin təbliğli, onların inkişafı naminə həyata keçirilən birgə tədbirlərdə iştirak etməkdir. Təşkilat fəaliyyətə başladığı gündən öz nizamnaməsinə uyğun olaraq, bir çox tədbirlər, o cümlədən təhsillə bağlı aksiyalar həyata keçirib, Azərbaycan üçün əlamətdar, əhəmiyyət kəsb edən günləri, hadisələri qeyd edib. Təqvimdəki bayram günləri, qanlı yaddaşımızla bağlı gənclərimiz məlumatlandırılıb.

“Həmrəy”in həyata keçirdiyi əsas tədbirlər və layihələr sırasında onun təhsillə bağlı layihələrini qeyd etmək lazımdır. Bu barədə bizə layihə çərçivəsində məlumat verən birliyin sədri Yəhya Babanlı bildirdi ki, bu dövr ərzində, “Həmrəy" GMDİB-yi 2013-cü ilin 01-03-iyul tarixlərində Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunda təşkil olunan "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı seminarların keçirilməsinə dəstək verilib: Bundan başqa, 2013-cü ilin dekabr ayının 16-da gənclərin maarifləndirilməsi və inkişafına dəstək vermək məqsədilə Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər Şəhərçiyində “Həmrəy” Təhsil Mərkəzinin açılışını etmişik. Mərkəz gənclərin asudə vaxtının səmərəli təşkili, onların elm və təhsil mövzularında diskussiyalar aparılması və hər bir sahə üzrə maarifləndirilməsinə hesablanmış layihədir.

Təhsil, Təlim və Karyera Mərkəzində TarixArxeologiya Mərkəzi, Hüquq Mərkəzi, İKT Mərkəzi, Məktəbli Klubu, Yaradıcılıq Klubu, Ekologiya Klubunun fəaliyyət göstərməsi nəzərdə tutulur.

Burada tanınmış və nüfuzlu elm adamları və digər ziyalılarla, təhsil adamları ilə görüşlər nəzərdə tutulur. İstəyirik ki, onlar öz təhsil və elmlə bağlı təcrübələrini, fikirlərini, dünyagörüşlərini yeniyetmə və gənclərlə bölüşsünlər. Həmçinin təhsil və elm karyeraları barəsində əhatəli şəkildə gəncləri maarifləndirsinlər. Çünki bu cür adamlarla görüş təhsil və elm sahəsində məşğul olmaq üçün gənclərin motivasiyalarını kifayət qədər artıra bilər ki, bu da sözügedən sahələrdə daha çoxlu saydabilikli kadrların formalaşmasına töhfə verə bilər.

Bundan başqa, Mərkəzdə keçirilən seminarlarda Azərbaycan coğrafiyası, xəritəsi, tarixi, mədəniyyəti və sair məsələlər barəsində yeniyetmə və gənclərə biliklər aşılanır ki, bu da onlarda tədris zamanı rast gəlinən məlumat qıtlığını aradan qaldırmağa hesablanıb. Ümumiyyətlə, bütün bu kimi sahələrə aid fənlərlə bağlı gəncləri bilgiləndirmək, eyni zamanda Azərbaycanın regionları üzrə iqtisadi-coğrafi potensialı barədə məlumatlandırmaq kimi məsələləri də reallaşdırırıq.

Burada aztəminatlı ailələrin uşaqlarına həm təhsillə bağlı biliklər aşılamaq, həm də peşə vərdişlərinin ödənişsiz aparılması nəzərdə tutulub.

Bundan başqa, 2013-cü ilin dekabr ayının 28-də 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş 9 və 10-cu sinif şagirdləri arasında IV Fənlərin Dostluğu Olimpiadasında (FDO-4) yüksək nəticə göstərən şagirdlərin mükafatlandırma mərasimini keçirmişik.

2013-cü ilin sentyabr ayının 27, 28, 29-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində Qəbələ, Oğuz və Şəkidə gənclərə “Region gənclərinin ictimai fəallığının artırılması” adlı seminar-təlimlər keçirmişik. Burada həm də təhsil, elmsair sahələrdə sosial hüquqları bilmək, bu barədə məlumatlanmaqla bağlı seminarlar keçirilib.

Həmçinin sosial şəbəkələrdə aktiv iştirak edərək, Vətənimizin təbliği istiqamətində müxtəlif təhsil və elmi baxımdan maarifləndirici layihələr reallaşdırmışıq. Eyni zamanda, haqq işimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dərsliklərdə, tarixdə əks olunması məsələləri ilə bağlı da geniş təşviqat aparmışıq. Eləcə də, 1 il öncə “Mənim Naxçıvanım: dünənim, bu günüm, sabahım” adlı qrup yaratmışıq ki, 1000-lərlə üzvü olan qrupda Naxçıvanla bağlı maraqlı, bilikləndirici mövzular yazılır, statuslar paylaşılır”.

Bundan başqa, tarixi tədqiq edən QHT Rusiyanın ORT kanalının erməni saxtakarlığına hay verərək milli-mənəvi dəyərlərimizin mənimsənilməsinə, Azərbaycanın xalq musiqisi “Uzundərənin” onların adına çıxmasına görə kanala etiraz məktubu göndərib. Etiraz məktubu elmi-tarixi baxımdan əsaslandırılmış faktlarla zəngin olub: “Həmçinin digər əlaqəli sahələrdə də aktivlik nümayiş etdiririk. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 80 illiyicari ilin 14 yanvar tarixində 90 illik yubleyin keçirilməsinə dair sərəncam verib. “Naxçıvan: tarix, müasirlik və gənclik” adlı tədbirin keçirilməsində məqsəd, Azərbaycanın ayrılmaz tərkib hissəsi, hazırda blokada şəraitində olan Naxçıvana gənclərin diqqətini yönəltmək, qədim dövlətçilik ənənələrinə, zəngin mədəni irsə, mükəmməl coğrafi mövqeyə malik, görkəmli elm xadimləri, təkrarolunmaz sənətkarları, əvəzolunmaz tarixi şəxsiyyətləri, elm, təhsil adamları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayan bu diyarın muxtar respublika statusunun tarixi əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinə dəstək verməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 5-ci qrant müsabiqəsinə “Vətənimizin inkişafı üçün ictimai fəallıq” adlı layihə təqdim etmiş və müsabiqənin qaliblərindən biri olub. İcra planına uyğun olaraq, layihə cari ilin iyul ayının 9-da Siyəzən, 10-da Xızı, 11-də Şabran, 16-17-18-də isə Quba, Qusar, Xaçmaz rayonlarında həyata keçiriləcəkdir. Layihə iki mərhələdə reallaşdırılıb. Birinci mərhələ Siyəzən, Xızı, Şabran, ikinci mərhələ isə Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan gəncləri əhatə edib. Tədbirin “Hər bir gəncin ən ümdə vəzifəsi vətənimiz Azərbaycanı sevmək, onunla bağlı tarix, mədəniyyət, dilsair biliklərə mükəmməl yiyələnmək, milli dəyərlərimizi yaşatmaq və müstəqilliyimizi qorumaqdır. Belə tədbirlərin reallaşdırılması region gənclərinin ictimai fəallığının artırılmasına, onların elm, təhsillə bağlı aktivliyinə, yaşadıqları bölgənin inkişafı ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir edir. Bu, həm də gənclərin hərtərəfli inkişafına, onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralaraında sərbəst seçim etmələrinə mühüm təsir göstərir”.

 

İlkin AĞAYEV

Palitra.-2015.-17 yanvar.-S.11.