İstiqlal Muzeyində 20 Yanvar
faciəsinə həsr olunmuş tədbir-sərgi
İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi təşkil olunub. Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak ediblər. Muzeyinin direktoru Fəridə Şəmsi bildirib ki, İstiqlal Muzeyində ənənəvi təşkil edilən tədbir-sərgidə muzeyin fonduna daxil olmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları nümayiş olunur.
20 Yanvar faciəsində yaxınlarını itirən Almaz Ülvi, Salman Novruzlu və başqaları şəhid olan insanların xatirəsinin ədəbi yaşayacağından əminliyini ifadə ediblər.
Daha sonra
tədbirdə Mədəniyyət və İncəsənət
Universitetinin dosenti, əməkdar
artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırlanan kompozisiya nümayiş olunub, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir
və muğam səslənib.
Nigar
Palitra.-2015.-17 yanvar.-S.6.