Şəhidlərin ili
gəlir...
(20 Yanvar - şəhid günü)
Şəhidlərin ili gəlir...
Dünya elə həminkidi!
Yaxa çəkmə belə dərddən
Səninkidi, mənimkidi!
Yaddan çıxmaz Şəhid günü,
Var azadlıq doğma yurdda.
Tökülübdü Şəhidlərin
Bu torpağa qanı burda!
Xiyabanda
olan qəbir,
Mənə demə kiminkidi?
Başdan
başa, bu birbəbir
Sizinkidi,
bizimkidi!
Dedik buna verin qiymət,
Ey dünyanın insanları!
Nahaq yerə kim
axıdıb
Torpağıma bu qanları!
Yaş axıtdıq gözümüzdən,
Baxdı bizə hərə bir cür.
Bizim belə günümüzdən,
Kimsə
aldı bir təşəkkür!
Qara geymə, a millətim,
Düşmən bizə gülə bilər.
İnanma
ki, hər can deyən,
Dərdimizi bilə bilər!
Nə görmədik bu dünyada,
Nə çəkmədi öz başımız!
Heç
bilməzdik düşmən
üçün
Ağırıymış duz daşımız!
Qoy açılsın düşmənlərin
İsladılmış bu düyünü.
Çıxmaz xalqın yaddaşından
20 Yanvar - şəhid günü!
Fələk
Qatil kimi qılınc çalıb,
Göz yaşımla doyma, fələk!
Çəmənimə şaxta salıb,
Tər qönçəmə qıyma,
fələk!
Atmayaydın bağrıma daş,
Axmayaydı gözümnən yaş.
Dözməz artıq bəlalı baş.
Dərd
əlində qoyma, fələk!
Bir bulağam coşqun sulu,
Olub üstüm
karvan yolu.
Nədir
yenə gözüm dolu,
-Daş üstünə yayma, fələk!
Bir şimşəkdi çaxılıbdı,
Kövrək könlüm sıxılıbdı.
Qönçə gülüm yıxılıbdı,
Bunu ömür sayma, fələk!
Ürəyimdə sözüm qalıb,
Dağ olmuşam,
dözüm qalıb?
Zirvələrdə gözüm qalıb,
Kor eyləyib oyma, fələk!
Vahid bağban, bağı belə...
İstəmirdim axı belə.
Naşı çəkdi, dağı
belə,
Qamətimi əymə, fələk!
Sən xətrimə dəymə,
fələk!
Fələyin insafı yoxdu,
nə deyim?..
Heyranam hökmünə mən də zamanın,
Bir şimşək
üstümə çaxdı,
nə deyim?
Sərhəddi olmazmı ahın,
amanın
Arandı, nə deyim, dağdı, nə deyim?!
Karvanım bir yolun izinə düşdü,
Gözlərim yaylağın düzünə
düşdü?
Sinəm
bir ocağın közünə düşdü,
Qəlbimi sıxanlar sıxdı, nə deyim?!
Hökm
etmə üstümə,
ömrümün qışı,
İslanıb yolumun torpağı,
daşı,
Dərd
əhli olsam da, deyiləm naşı
Məndən üz döndərsə, bəxtdi, nə deyim?!
Varmı
harayımız, varmı
ünümüz,
Dağ olub dözürük hələ
yenə biz.
Bu bizim ömrümüz, bizim günümüz,
Qaradı, nə deyim, ağdı, nə deyim?!
Daha artıq nə gizlədim, nə danım,
Bahar üstə
qış da görsən döz, canım.
Axan Araz ya göz
yaşım, ya qanım,
Fələyin insafı yoxdu, nə deyim?!
Vahidin talandı torpağı, daşı,
Ellər bildimi ki, cavandı
yaşı?
Belə ağarmazdı, ağardı başı,
Bir qışın qarıdı, yağdı, nə deyim?!
Qarabağsız qara
baxtım qarıyar!
İndi məni nə danışdır, nə dindir,
Heç bilmirəm belə həsrət nədəndir.
Qürbətdə də Vətən elə vətəndir,
Qarabağsız qara baxtım qarıyar,
Belə dərdlə kim yaşayar, yarıyar?
Çox görmüşəm, yuxularım çin olmur,
Kölgə basmış quzeylərim gün olmur,
Artıb dərdim, günü-gündən min olmur?!
Qarabağsız qara baxtım qarıyar...
Belə dərdlə kim yaşayar, yarıyar?
Yanan yerim quru deyil,
yaş deyin.
Mən bu dərdə dözə bilsəm, daş deyin!
Belə
ömrə bir baharsız qış deyin,
Qarabağsız qara baxtım qarıyar,
Belə
dərdlə kim yaşayar, yarıyar?
Vahid Dumanoğlu
Palitra.-2015.-20 yanvar.-S.15.