“Təhsil menecmenti sahəsinə müəllimlər də dərindən yiyələnməlidir”

 

Səbuhi Aslanov: “Gəncləri son zamanlar dəbdə olan distant təhsil vasitəsilə deyil, məhz insan münasibətləri içərisində, nəzəri və praktiki yönləri inkişaf edən fərd kimi yetişdirmək təhsilin inkişafında əsas prioritet olaraq qalmalıdır”

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadr potensialı ilə də ölçülür. Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çox diqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarına uyğun təşkilindən keçir. Məhz buna görə də dünyanın qabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaqyeni hədəflərə doğru irəliləmək məqsədilə bu sahəyə birinci dərəcəli əhəmiyyət verirlər.

Ölkəmizdə bu istiqamət hər zaman prioritet olub. Bu gün Azərbaycanın iqtisadiyyat sektorunda olduğu kimi elm, təhsil mədəniyyət sahələrində geniş inteqrasiya prosesləri müşahidə olunur. Elm təhsil sahələrində tədqiqatçı, müəllim tələbələrin mübadiləsi geniş vüsət alıb. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur.

- Bu gün ölkədə fəaliyyət göstərən gənc müəllim potensialı var. Layihə çərçivəsində müsahibimiz Azərbaycan Turizm Menecment Universitetinin müəllimi Səbuhi Aslanovdur:

- Ölkədə təhsilin inkişafı istiqamətində son dövrlərdə daha da artan islahatlar ölkə rəhbərliyinin bu sahədəki effektiv təşəbbüskarlığının göstəricilərindəndir. Ümumtəhsil müəssisələrində çalışan bilik bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün əməkhaqqının artırılması haqqında Prezidentin 16 yanvar 2015-ci il tarixli sərəncamı buna əyani sübutdur. Yalnız ilkin-orta təhsil müəssisələrində deyil, həmçinin ali təhsil müəssisələrində təhsil tədrisin inkişaf istiqamətində göstərilən səylər xüsusilə kadr (insan resursları) çatışmazlıqlarının aradan qaldırılmasında potensial həll yolları olaraq görülür. Təhsil naziri Mikayıl Cabbarovun müsahibələrində Dünya Bankı ilə birgə layihə çərçivəsində Ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində planlaşdırılan çalışmalara işarə etməsini bu məsələyə qiyabi nümunə olaraq gətirmək olar. Əlbəttə, bu digər fəaliyyətlər ölkəmizdə təhsil problemlərini tamamilə aradan qaldırdığı mənasına gəlməməlidir. Təhsil inkişafı problemləri aspektində fikrimcə, aktual məsələlərdən biri təhsil menecmentidir. Belə ki, menecment sahəsinin bilik bacarıqlarına nəinki, təhsil menecerləri (təhsil müəssisə rəhbərliyi: direktor-rektor, prorektor, kafedra müdiri, dekan, fənn-sinif rəhbərləri digərləri ), o cümlədən müəllimlər dərindən yiyələnməlidir. Təkcə təşkilati davranış sahəsi (menecment ailəsinə daxil olan fənn kimi) öyrənilməklə, ölkəmizin hər bölgəsində, müxtəlif təhsil müəssisələrində mövcud müəllimlərarası, müəllim-rəhbərlik, müəllim-tələbə münasibətlərindəki davranış çatışmazlıqlarının ( təzyiqi-stress, qeyri-etik rəftarlar, yanlış orientasiya qeyri-şəffaf kordinasiya d.) aradan qaldırılmasına əhəmiyyətli təsir edəcək. Məsələn, təhsil müəssisəsi rəhbəri bilməlidir ki, hansı hallarda o, öz personalına mobinq (elmi ədəbiyyatdapsixoloji təcavüzadlanır) tətbiq etmiş olur. Ümumiyyətlə, belə arzuolunmaz halın nəticəsi bütövlükdə müəssisənin imkanlarına hansı neqativ təsirlər verə bilər, yaxud hüquqi tənzimləmədə mobinqlə mübarizə səviyyəsində hansı adekvat addımlar nəzərdə tutulur. Bu problem müəllim-tələbə münasibətləri səviyyəsində aktuallığını qoruyur. Təhsil menecmentində əhəmiyyətli problemlərdən digəri isə təhsil müəssisəsi rəhbərliyinin öz strateji idarəetmə konsepsiyasını müəyyənləşdirməməsi, yaxud ümumiyyətlə, məlumatlı olmamasıdır. Qloballaşma dövründə İEÖ- yaxşı idarəçilik (good govarnance), strateji düşünmə, strateji rəqabətlilik kimi korporativ meyillərin artıq işçilər səviyyəsinə qədər endirilməsi ilə yanaşı, özünüidarəetmə (selfmenecment) imkanları ilə zənginləşdirildiyi müşahidə olunur. Menecment sahəsində bilik bacarıqların mənimsənilməsi istiqamətində ölkə Prezidentinin xüsusilə maraqlı olmasını Azərbaycan Turizm Menecment Universitetinin yaradılması haqqında Prezidentin 22 dekabr 2014-cü il tarixli sərəncamından da aydın sezmək mümkündür.

- Ali məktəblərdə menecment ixtisasına son illər geniş yer verilir, ancaq bəzən abituriyentlər bu ixtisas barədə dəqiq məlumata malik olmurlar. Bir ixtisas kimi menecment ixtisası barədə məlumat verərdiniz...

- Menecment təşkilatın effektiv məhsuldar nailiyyətləri üçün öz resurslarından istifadə etməklə planlaşdırma, təşkiletmə, istiqamətləndirmə (aparıcılıq) nəzarət etmə kimi tərif olunur. XVIII-XIX əsrdən etibarən çalışmalarına başlanılmış menecmentin elm olaraq təşəkkül tapması XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, menecment elminin klassik (1910-1930 cu illər) inkişaf dövrüsəssiz nəsil”in menecerlərinin çalışanlarına (işçilərinə) daha az diqqət yetirməsi ilə xarakterizə olunurdu. Belə ki, insan faktorunun menecment elminin diqqət mərkəzinə keçməsindən sonra (1930-cu illərdən Hauton tədqiqatları, 1960-cı illər Biheviorizm tədqiqatları) sosial-psixoloji aspektlər geniş tədqiq edilməyə başlanılmışdır. Bir çox hallarda menecment ingilis dilində qarşılığı olan idarəetmə anlayışı ilə sinonim olaraq göstərilir, amma bu elmi aspektdə artıq reallığını itirib. Belə ki, idarəetmə anlayışının insan üzərində ifadə edilməsi qeyri-etik, strateji olmayan effektə sahibdir. Son dövrlər menecment sahəsində Skandinaviya tədqiqatları(Norveç, İsveç, Danimarka) xüsusilə diqqəti cəlb etməkdədir. Menecment ixtisasında tədris alan hər bir şəxs insan resursları menecmenti, təşkilati davranış, strateji menecment, layihə menecmenti, beynəlxalq menecment, korporativ menecment s. daxili fənlərin onlara tədrisi vasitəsilə adı keçən ixtisasın spesifikasına dərindən yiyələnir. ATMU-da bu fənnin tədrisinə isə elə yarandığı ilk illərdən Biznes İdarəçiliyi fakültəsi tərkibində başlanılıb. Son illərdə Universitet rəhbərliyi tərəfindən gənc kadrların cəlb olunması vasitəsilə bu istiqamətdə elmi tədqiqatlar gücləndirilib.

- Tədris etdiyiniz fənnin təhsilin inkişafında rolunu necə dəyərləndirirsiniz?

- Menecmentin öyrənilməsi vasitəsilə strateji, liberal düşünə bilən-səlahiyyətlərini ötürməyə meylli, effektiv liderlik (təşkilat, yaxud müəssisəyə verdiyi uzun-müddətli faydalılığı baxımından) edən gənc nəsil formalaşdırmaq mümkündür. Düşünürəm ki, İKT- yüksək bağlılığı olan “Z nəsli”nin nümayəndələri olan gənclərimizə düzgün postmodern düşüncələr aşılamaqdır. Fikrimcə, onları son zamanlar dəbdə olan distant təhsil vasitəsilə deyil, məhz insan münasibətləri içərisində nəzəri praktiki yönləri inkişaf edən fərd kimi yetişdirmək təhsilin inkişafında əsas prioritet olaraq qalmalıdır. Məhz bu istəklərin reallaşdırılması postmodern menecment məktəbləri nümayəndələri ilə ölkəmizdəki menecment institutlarının əməkdaşlığını formalaşdırmaq, yeni nəsil çalışmaları üçün strateji planı formalaşdırmaq vasitəsilə mümkündür. “2020- Gələcəyə Baxışstrateji konsepsiyasını belə ilkin təşəbbüslər qismində xüsusilə qeyd etmək lazımdır.

Nigar Abdullayeva

Palitra.-2015.-20 yanvar.-S.12.