Şəhidlik mövzusumüasirlik

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq xalqımızın müstəqillik mücadiləsi ilə bağlı ətraflı danışıb. Akademik İsa Həbibbəyli 20 Yanvar gününün xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək 25 il əvvəl baş vermiş hadisələri tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı şərh edib. Xalqımızın ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə verdiyi tarixi siyasi qiymətin böyük əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daima uca tutulduğunu, bu istiqamətdə ardıcıl olaraq dövlət səviyyəsində tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edib. Xalqımızın müstəqillik və azadlıq mübarizəsinin ədəbiyyatda və sənətdə də daimi mövzu olduğunu xatırladan institut rəhbəri göstərilən istiqamət üzrə bundan sonra da müstəqillik işığında yeni əsərlərin yaradılmasının vacibliyini bildirib.

Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Ədəbiyyatda şəhidlik mövzusumüasirlikmövzusunda məruzəsi dinlənilib. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və başqaları çıxış edərək 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi kimi səciyyələndirərək ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusumüasirlik məsələləri ətrafında fikir və mülahizələrini bildiriblər.

 

Nigar

Palitra,-2015.-20 yanvar.-S.6.